CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Ən gözəl Meydanlar

slide

Times Square / New York

slide

Grand Place / Bruksel

slide

Qırmızı Meydan / Moskva

slide

Qədim Şəhər Meydanı (Staromestske Namesti) / Praqa

slide

Tiananmen Meydanı / Pekin

slide

Plaza Mayor / Madrid

slide

Makedoniya Meydanı /Skopye

slide

Piazza San Pietro / Roma

slide

Hösök Tere (Qəhrəmanlar Meydanı) / Budapeşt

slide

Trafalqar Meydanı / London

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Ən gözəl Meydanlar

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Meydanlar səyahət etdiyiniz şəhərin tarixini, mədəniyyətini və bir sözlə o şəhərin "ruhunu" təmsil edirlər. Səyahət etdiyiniz zaman o şəhərdəki meydanları ziyarət edərək o şəhəri daha da yaxından tanıya bilərsiniz. Dünyanın ən çox ziyarət edilən və ən gözəl meydanlarını sizin üçün araşdırdıq. Tövsiyyə etdiyimiz bəzi meydanlar haqqında...

Times Square / Nyo York

İldə təqribən 40 milyon ziyarətçini qarşılayan Times Square, heç şübhəsiz ki, sadəcə Amerika Birləşmiş Dövlətlərinin deyil, bütün dünyanın ən məşhur meydanlarından biridir. Neon işıqları, göy üzünə çatan plazalar və reklamların ard- arda nümayiş olunduğu nəhəng LED ekranlarla Times Square, günün 24 saatı canlılığını qoruyub saxlayır. Nyu York “Heç vaxt yatmayan şəhər” ləqəbini də böyük nisbətdə bu işıqlı meydana borcludur. Sadəcə piyadalara aid sahələr və bu sahələrdə yerləşən kafelər bu canlılığı daha da artırır.  Meydanda eyni zamanda çox sayda otel, restoran, metro girişi və saysız-hesabsız taksilər də mövcuddur.  

Grand Place / Brüssel

Belçika paytaxtının ən mühüm meydanı Grand Place, Avropada orta əsrlərdən qalan ən gözəl meydanlardan biridir. Olduqca bəzəkli olan bu meydan bir vaxtlar gildiya (təşkilatların) olduğu binaları ilə əhatələnmişdir. Çoxu 17-ci əsrdən qalan bu binalar arasında, bələdiyyə binası və kralın evi Maison du Roi da mövcuddur. Grand Place ilin hər vaxtı gözəldir. Ancaq soyuqlara baxmayaraq yeni ildən əvvəl, Noel vaxtında fərqli canlılıq və hərəkətliliyə sahibdir. Noel vaxtı əzənən şam ağacı mütləq görülməlidir. Grand Place meydanına hər iki ildən bir avqust ayında, çiçəklərdən meydana gətirilən nəhəng sərilir. Yenə yay aylarında burada təşkil olunan festival və konsertləri də unutmamağınızı tövsiyə edirik.  

Qırmızı Meydan / Moskva

Böyük siyasi və ictimai hadisələrin şahidi olan bu tarixi meydan dünyanın ən turistik və gözəl şəhərləri arasında öz yerini tutur. Saint Basil Katedralı, Dövlət Tarixi Muzeyi, Leninin Movzoleyi və Kremlinin uzun kərpic divarları ilə əhatə olunan Qırmızı Meydan adını nə onu əhatələyən qırmızı kərpicli divarlardan nə də kommunizmdən götürmüşdür. ‘Krasnaya’ Rus dilində eyni zamanda “gözəl” mənasını da daşıyır. Qış aylarında bura nəhəng buz meydançası rinqinə çevrilir. Gecə yarısına qədər açıq olan sahədə saatlarla sürüşə bilər və meydanın parlaq rəngləri ilə gecədən zövq ala bilərsiniz. 

Qədim Şəhər Meydanı (Staromestske Namesti) / Praqa

Wenceslas Meydanı və Charles Körpüsünün arasında yerləşən bu tarixi meydan; qotik Tyn Kilsəsi, barok Saint Nicholas Kilsəsi kimi tarixi binaları əhatə edir. Rastlaşdığınız daşla döşənmiş dar küçələri  Orta əsrin bütün füsunkarlığını bugünə qədər gətirməyi bacarmışdır. Nəhəng saat isə həm meydanın həm də şəhərin simbolu hesab olunur. Meydanda yerləşən bələdiyyə binasının qülləsindən möhtəşəm şəhər mənzərəsinin şahidi ola bilərsiniz. İrili-xırdalı dükkanları, kafeləri və heç bitməyən hərəkətliliyi ilə Praqanın qədim şəhər meydanı Avropanın ən gözəl Orta Əsr meydanı nümunələrindəndir.

Tiananmen Meydanı / Pekin

Hər nə qədər adı qanlı qətliama qarışmış olsa da Tiananmen Meydanı hal-hazırda da dünyanın ən çox ziyarət edilən yerlərindən biridir. Eyni zamanda dünyanın ən böyük meydanı olan Tiananmen, Sovet tipli binalar və abidələrlə əhatə olunan tarixi sahədir. Meydanın şimal ucunda hər səhər və axşam bayraq mərasimləri həyata keçirilir. Qapıda isə mərmərdən hazırlanan dörd aslan heykəli ziyarətçiləri qarşılayır. Şimal-qərbdəki aslanın qarnında 1989-u ildəki qətliamda tuş gələn güllənin əmələ gətirdiyi deşik hələ də görünür. 

Plaza Mayor / Madrid

Həm Madridin həm də İspaniyanın ən məşhur meydanı Plaza Mayor şəhərdəki turistik gəzintilərin ilk dayanacağıdır. Tikildikdən sonra şəhər divarlarının xaricində qalan bu nəhəng meydan bugünə qədər buğa güləşləri üçün arena, bazar yeri, futbol sahəsi, konsert yeri kimi istifadə olunmuş; hətta edamlar belə burada həyata keçirilmişdir. Kral III. Philip-in abidəsi bir vaxtlar çörəkçilər cəmiyyətinin evi olan Casa de la Panadería-nın qarşısında yerləşir.

Makedoniya Meydanı /Skopye

Skopyenin əsas meydanı olan bu meydan bir köprü ilə şəhərin qədim bazarına birləşir. 1963-cü ildə baş vermiş zəlzələ nəticəsində neoklassik arxitekturalı nəhəng milli bank və ordu evi dağıldığından meydan olduqca genişlənmişdir. Bugün isə şəhərin canlı, enerjik turistik nöqtələrindən biridir. Meydana çıxan üç əsas yol var: Yapon albalı ağacları ilə bəzənən Maksim Gorki, sadəcə piyadalara üçün açıq olan Dimitar Vlahov və Makedoniya Prospekti. Burada Noel bazarları və şənlikləri həyata keçirilir, konsertlər və festivallar təşkil olunur. Skpye meydanı inşa edilməsi planlaşdırılan bəzi binaların tikilib başa çatdırılmasıyla keçmişlə gələcəyi birləşdirən bir mühitə sahib olacaqdır. 

Piazza San Pietro / Roma

San Pietro Meydanı ya da orijinal adı ilə Piazza San Pietro, Vatikan şəhərində, San Pietro Bazilikasının qarşısında yerləşir. Nəhəng Toskana sütunları, bazilikanın girişini və elips şəklindəki meydanı əhatə edir. Elipsin ortasında İmperator Augustu-un vaxtında Misirdən Romaya gətirilən Misir obeliski yüksəlir. Orta əsrlərdə obeliskin təpəsindəki qızıl suyuna salınan topun içərisində Yuli Sezarın küllərinin olduğuna inanılırdı. Ancaq, metal top yerə endirildikdə içərisində sadəcə toz olduğu meydana çıxdı. Romanı ziyarət etdikdə sirli, mistik və füsunkar meydan San Pietro-nu mütləq görməlisiniz. 

Hösök Tere (Qəhrəmanlar Meydanı) / Budapeşt

Dunay çayının iki hissəyə ayırdığı Budapeşt şəhərinin ən azı özü qədər valehedici meydanı Hösök Tere  “Qəhrəmanlar Meydanı” mənasını daşıyır. Meydanın ən mühüm binası 1900-cu ildə tamamlanan Milenium Abidəsidir. Andrassy Bulvarının sonunda yerləşən meydanın yanında isə şəhər parkı yerləşir. Barok və qotik binaların əhatə etdiyi meydan 19-cu əsrdən bugünə qədər əzəmətini qoruyur. 


Trafalqar Meydanı / London

Trafalqar Meydanı öz adını Lord Horatio Nelsonın Napolionun donanmasına qarşı 1805-ci ildə qələbə çaldığı Trafalqar Müharibəsi zəfərinin xatirəsi şərəfinə almışdır. Şəhərin ən böyük və ən mühüm meydanlarından biri olan Trafalqarda bu zəfərin abidəsi öz nəhəng sütunu ilə seçilir. Sütunun üzərindəki Nelsonun heykəli buradan bütün şəhəri seyr edir. Abidə nəhəng ölçülərdə olan aslan heykəlləri və fəvvarələr ilə əhatə olunmuşdur.  

l

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel