CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Dünya Ləzzətləri

slide

Cao Lau / Hoi An, Vyetnam

slide

Chicken Tagine / Mərakəş, Fas

slide

Bouillabaisse / Marsel, Fransa

slide

Midye / Bruksel, Belçika

slide

Qızarmış Toyuq / Nashville, A.B.Ş.

slide

Bonfile / Buenos Aires, Argentina

slide

Paella / Pinoso, İspaniya

slide

Lamington / Sidney, Avstraliya

slide

Taco / Merida, Meksika

slide

Cacio e Pepe / Roma, İtaliya

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Dünya Ləzzətləri

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Səyahətin sadəcə gəzib görmək deyil, eyni zamanda dadmaq və hiss etmək də olduğunu bilənlər səyahət etdikləri yerlərin mətbəxinə üstünlük verirlər. Küçə satıcılarından qurman restoranlara, kiçik kafelərdən tüfeyli bistrolara və yeyib-içə biləcəyiniz məkanları araşdırdıq və dünyanın dörd bir tərəfindən ən ləzzətli, özünəməxsus və ən səciyyəvi yeməkləri sizin üçün bir yerə topladıq.

Cao Lau / Hoi An, Vyetnam

Vyetnamın kiçik və sevimli balıqçı qəsəbəsinin Hoi An, cao lau şorbası məşhurdur. Bol ət suyunda bişirilən şorbanın içərisində ət hissəcikləri və düyü noodle’ları da var. Bu şorbanı Morning Glory-də (restaurant-hoian.com) ən dəbdəbəli servislə dada bilərsiniz. Restoranın sahibi Vy Trinh Diem cao làu-nun içərisindəki qalın noodle-ların qəsəbədəki beş quyudan birinin suyunda qaynamasının vacibliyini və şorbanın həqiqi dadını ancaq belə olduğu halda dada biləcəyinizi qeyd edir.

Chicken Tagine / Mərakəş, Fas

Fas, toyuqla ən çox qarşılaşacağınız yerlərdən biridir. İnanmaq çətin olsa da ancaq  Fasın ənənəvi ləzzəti chicken tagine-in ən ləzzətlisini Mərakeşdə Al Baraka adlı benzin stansiyasında yeyə bilərsiniz. Al Baraka-nın (RP 24 Commune Annakhil, Sidi Yousef Ben Ali; +212-524/329-267) tagine pəncərəsinə doğru irəliləyin və limon və zeytunla dadlandırılan toyuq güvəcinizi sifariş edin və açıq havada yerləşdirilən masalarda yeməyinizi zövqlə dadın. Toyuğun yanında Fasın xüsusi çörəyi də servis edilir. Bura, qədim Fez yolundan istifadə edərək şəhərin mərkəzindən 20 dəqiqəyə çata bilərsiniz. 

Bouillabaisse / Marsel, Fransa

Provans bölgəsinin ən məşhur ləzzətlərindən biri olan bouillabaisse-i daha əvvəl dadmış ola bilərsiniz, ancaq Marsel’də dadına baxmamısınızsa bu, həqiqi bouillabaisse’nin ləzzətini bilmirsiniz deməkdir. Balıqçı limanı Vallon des Auffes-də yerləşən səssiz sakit restoran L’Épuisette (l-epuisette.fr) həqiqi bir bouillabaisse ləzzətini sizə təklif edir. Zəfəran və sarımsaqla olduqca  kəskin dada sahib olan bouillabaisse dənizin dadını damağınıza gətirir.

Midye / Brüssel, Belçika

Açıq havada bir balıqçı dəzgahının yanına düzülən masalarda Belçikanın special (xüsusi) midyelərinin ən ləzzətlisini yeyə bilərsiniz. Buxarda bişirdikləri (hazırladıqları) midyelərin dadına səmimi atmosferada De Noordzee (poissonneriemerdunord.be) Brüsseldə qurman səyyahları mütləq baxmalıdır, bu ləzzətləri dadmadan şəhəri tərk etməyin.  

Qızarmış Toyuq / Nashville, A.B.Ş.

2012-ci ildə ata-oğul tərəfindən açılan Hattie Bs (hattieb.com), musiqisi ilə məşhur Nashville-in ən tanınan ləzzəti acılı, bol yağda qızardılmış toyuğun ən dadlısını yeyə biləcəyiniz məkan. Yanına bir də qırmızı bibərli pendirli makaron almağınızı tövsiyə etdiyimiz toyuğun acısını yerli pivələr ilə yüngülləşdirə bilərsiniz. Acını sevmirsinizsə, bu ləzzətdən məhrum olmayacaqsınız. Hattie B’s’de cənub sayağı acısız toyuq da hazırlanır. Toyuğu istər tam şəkildə istərsə də hissələr şəklində ala bilərsiniz. Alkoqolu sevməyənlər üçün sürahidə buzlu çay və duşes tövsiyə edilir.

Bonfile / Buenos Aires, Argentina

Buenos Aires-ə səyahət etmisinizsə spesiyal rib-eye bonfile-nin dadına baxmadan şəhəri tərk etməyin. Şəhərin ən yaxşı ət restoranlarından biri olan La Cabrera-da (parrillalacabrera.com.ar) bonfile-nin yanında içalat və ədviyyatlı donuz sosiskası chorizo birgə masanıza gəlir. Təbii ki yanında böyük qrafa Malbec şərabı ilə… Palermo bölgəsinin ən sevilən izqara məkânı La Cabrera-da porsiyaların və böyük məkanın da müntəzəm surətdə dolu olduğunu qeyd etmək istəyirik. Ət taxta sinidə servis edilir və tək bir sifariş iki nəfərə asanlıqla çatır. Yeməyin başlanğıcında souslar və qarniturlarla birgə Buenos Airesin özünəməxsus yumşaq çörəkləri ilə birgə masanıza gəlir. Restoranda növbəsinin gəlməyini gözləyən müştərilərə şərab servis edilir. 

Paella / Pinoso, İspaniya

Alicantenin 50 kilometr qərbində kiçik bir qəsəbə olan Pinoso ənənəvi İspaniyanın tablosu təsirini bağışlayır. Paella-nın İspaniyanın, hətta dünyanın bir çox yerində dadına baxa bilərsiniz, ancaq Pinoso-da xidmət göstərən Paco Gandía-da (pacogandia.com) dadacağınız paella-nın digərlərindən olduqca fərqli və çox ləzzətli olduğunun fərqini hiss edəcəksiniz. Paella velosiped təkəri böyüklüyündəki bir tavada qat-qat qoyulan düyü, dovşan, pomidor, zəfəran və alaq otlarla qidalanan ilbizlərlə birgə bişirilir. Odda bişirilən paella üçün sadəcə ləzzətli demək olmaz. Buradakı paella möhtəşəm daddır.

Lamington / Sidney, Avstraliya

Avstraliyanın məşhur special şirniyyatı sponge cake-in şokolad və hindistan qozuna batırılan lamington-un dadına baxacağınız ən yaxşı yer, təbii ki lamington-ın ana vətəni Sidney-dir. Kiçik şirniyyat kafesi Flour & Stone-da (flourandstone.com.au) şokolad və hindistan qozuna batırılan vanilyalı sponge cake hissəcikləri olduqca çox satılır. Lamington-ların içi isə panna cotta və meşə meyvələrindən hazırlanan siropla doldurulmuşdur.

Taco / Merida, Meksika

Yukatanlılar günün ən mühim və ən dolu yeməyinin günün ilk yemək olmasının vacibliyinə inanılır. Buna görə də Meksikalılar kiçik bir stantda xidmət göstərən Wayané-yə (92E Calle 20; +52-999-927-4160) səhər saat 7-də gəlir. Burada hazırlanan taco-lar asılılıq yaratacaq qədər ləzzətlidir. Xüsusilə, chaya con huevos (chaya yarpaqlı yumurta) və castakan-ın dadına baxmalısınız.

Cacio e Pepe / Roma, İtaliya

Makaronun ana vətəni İtaliyanın paytaxtında marşrutunuzu Sora Margherita-ya (300 Piazza delle Cinque Scole; +39-6/687-4216) çevirin. Burada Romanın ən ləziz makaronu servis edilir. Kiçik bir sahədə, kağız örtüklərin bəzədiyi 15 masada xidmət göstərən bu məkanda ilk əvvəl ləzzətli cacio e pepe-nun dadına baxmalısınız. Pecorino pendiri və əldə açılan noodle-larla hazırlanan bu yeməyi istəyinizdən asılı olaraq qoyun südündən hazırlanan ricotta ilə birgə sifariş verə bilərsiniz.

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel