CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Avropada dəniz tətili

slide

Jumeirah Port Soller Hotel / Malorka, İspaniya

slide

Comporta / Alentejo Sahili, Portuqaliya

slide

Ikaria / Yunanistan

slide

Valletta, Malta

slide

Ransvik / Skåne, İsveç

slide

Formentera, İspaniya

slide

Cote Sauvage / Poitou-Charentes, Fransa

slide

Bidderosa Çimərliyi / Orosei, Sardiniya, İtaliya

slide

Grenen Headland / Skagen, Frederikshavn, Danimarka

slide

Porat Beach / Bisevo Adası, Xorvatiya

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Avropada dəniz tətili

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Avropada dəniz tətili üçün bir çox seçim var. Sizin üçün ən yeni otel və resortların, gizli qalan çimərliklərin, romantik sahillərin, populyar qumsalların və sakit adaların 10 ən yaxşı olanlarını seçdik.

Jumeirah Port Soller Hotel / Malorka, İspaniya

Jumeirah, Malorkanın sakit balıqcı qəsəbəsi Port de Soller-dən Avropaya addımlarını atdı. Palma-dan avtomobil səyahəti ilə 30 dəqiqəlik məsafədə yerləşən Port de Soller-ə gedən yol, Tramuntana Dağlarının arasından burulur. Bir yamaca qurulu olan otel 120 otağa sahibdir. Otaqların hər biri Balear Dənizi mənzərəlidir. Otelin spası Aralıq Dənizinə xas xüsusi limon və zeytun kimi məhsullarla hazırlanan bədən və dəri qulluqlarını təklif edir. Yuxarıda sadaladığımız məhsulların dadına restoranlarında baxa bilərsiniz…Resortun yerləşdiyi ərazidəki portağal ağaclarının qoxusu küləyin hər əsintisi ilə burnunuza dolur. Sonsuzluq hovuzu isə dənizə getməyə həvəsi olmayan tənbəlləri qonaq edir.

Carrer de Belgica s/n, Malorka; +34-971/637-888 www.jumeirah.com


Comporta / Alentejo Sahili, Portuqaliya

Portuqaliyanın Alentejo Sahilində hal-hazırda da füsunkarlığını qoruyan sahil Comporta. Atlas Okeanının təqribən 10 kilometrlik sahili olan Comporta, Lissabona avtomobil ilə bir saat uzaq məsafədə yerləşir. Dağılmayan bəmbəyaz qumları, enerji dolu dalğaları, bəmbəyaz boyanan evləri ilə Christian Louboutin, Kristin Scott Thomas və Jacques Grange kimi məşhurların vaxt tapdıqca yollandıqları bir cənnətdir. Buraları tezliklə gedib görməlisiniz, çünki yaxın gələcəkdə  Amanresort burada qolf sahəli nəhəng resort tikdirməyi planlaşdırır. 


www.herdadedacomporta.pt

Ikaria / Yunanistan

Afinadan feribot səyahəti ilə 6 saatlıq məsafədə yerləşən Ikaria Adası, Ege Adalarının bütün gözəlliyini özündə ehtiva edir–tək fərqi burada sıxlığın olmamasıdır.  Tərtəmiz havası, gömgöy şəffaf suları və bol ləzzətli yemək…İkaria Adasında yaşayanların uzun ömürlü olmasının səbəbi bunlar ola bilər. Eyni zamanda burada yaşayanların sadəcə uzun deyil, həm də həyatı dolu dolu yaşadıqlarının da şahidi olacaqsınız. Qrafinlərdən qədəhlərə dolan şərab ləzzətli dəniz məhsulları ilə birləşir və küçəyə atılan kiçik stullar qəflətən ziyafət süfrəsinə çevrilir. Burada mükəmməl dəniz tətili üçün otaqlarının çoxu dəniz mənzərəli olan  Cavos Bay Hotel-ə üstünlük verə bilərsiniz. Üzmək üçün Seychelles Çimərliyinə gedə bilər, gəzinti üçün isə eramızdan əvvəl beşinci əsrdən qalan şəhər divarları boyunca gəzə bilərsiniz.

Valletta, Malta

UNESCO-nun Dünya Mirası siyahısında yer tutan Valletta, sevimli kafeləri, restoranları, şərab barları və restorasiya olunan otelləri ilə dünyanın dörd bir tərəfindən səyyahları özünə çəkir. Burada gecələyə biləcəyiniz ünvanlardan bəlkə də ən sevimlisi, əhəng daşlı divarları və Alessi mebelləri ilə Maison La Vallette-dir. Yorğunluğunuzu aradan qaldırmaq və ləzzətli yemək üçün isə yolunuzu mütləq Caffé Cordina-dan salın. Şirniyyatı sevənlərin çox bəyənəcəyi ləzzətləri burada tapa bilərsiniz. Bunlardan bəlkə də ən çox üstünlük veriləni, qara şəkər bəkməzi siropu ilə hazırlanan bal həlqələridir. Vallettada, Malta Cəngavərləri dövründə tikilən 16-cı əsrdən qalan binaları da mütləq görməlisiniz. Ümumillikdə Barok memarlığının hakimiyyətində olan Vallettanın şəhər mərkəzindən qısa avtobus və ya avtomobil ilə Golden Bay-a ya da Ghajn Tuffieha Bay-a gedib burada dəniz və çimərlikdən zövq ala bilərsiniz. Golden Bay, Ghajn Tuffieha Bay-dan çox populyardır; ancaq buradakı dalğalara diqqət etmək lazımdır. Ghajn Tuffieha Bay-a təqribən 100 pilləkənlə çıxılıb düşüldüyünü diqqətinizə çatdırmaq istəyirik.  Ancaq buna baxmayaraq sularında şnorkel idman növü ilə məşğul olacağınız bu uzun çimərlik füsunkarlığı ilə yorğunluğunuza dəyir. 

Ransvik / Skåne, İsveç

Qayalıq yamaclar və qəribə formalı meşə ağaclarının əhatə etdiyi bu möhtəşəm çimərlik, cənubi İsveçdəki Kullaberg təbiət rezervində yerləşən gizli, səssiz yerlərdən sadəcə biridir. Bura çatmaq üçün bir qədər yeriməyi nəzərə almalısınız. Bura tamamilə tənha bir yer deyil, ancaq əsrin əvvəllərindəki sıxlıq artıq o qədər də yoxdur. 15 dəqiqəlik səyahətlə cənuba getdikdə sevimli Arild qəsəbəsinə çatacaqsınız, burada otaq & səhər yeməyi xidmətlərini göstərən dəbdəbəli motel Strand-la qarşılaşacaqsınız. 1904-cü il tarixli bu binanın bir çox otağında möhtəşəm dəniz mənzərəsi var. Rahat, sakit və səssiz dəniz tətili üçün Ransvik və Strand mükəmməl seçimlərdir.

Formentera, İspaniya

Kate Moss və Jade Jagger kimi məşhurların da tez-tez baş çəkdiyi Balear Adası Formentera, yenə də heç bir vaxt yaxın qonşusu İbiza qədər məşhur olmayıb. Burada sahildə tikinti işləri ilə məşğul olmağa icazə yoxdur. Buna görə də nə otellər nə də beach club-lar dənizin dibinə qədər daxil ola bilir. Bununla da çimərlik çirklənmədən təmiz qalır. Çimərliyin arxa planını palma ağacları bəzəyir. Günorta yeməyindən sonra siesta etmək, günəşin batışını kokteyl ilə seyr etmək və doyana qədər üzmək üçün bura olduqca ideal yerdir. Yenə də səssizlikdən şikayət etsəniz Gecko Beach Club çox yaxınlıqda yerləşir. Səs-küy sevməyənlər Avqust ayında buradan uzaq durmalıdır, çünki İspanlar avqust ayında partilərini çimərlik ətrafında keçirirlər.  

geckobeachclub.com


Cote Sauvage / Poitou-Charentes, Fransa

İstridyə cənnəti Ile d’Oleron-un qarşısındakı Cote Sauvage, Fransa-nın hal-hazırda da vəhşi qalan qərb sahillərində yerləşir. Əl dəyilməmiş bir şam ağacı və palıd meşələri ilə əhatə olunan bu gizli sahil sadəcə Fransanın deyil, bütün Avropanın ən gözəl dəniz sahillərindən biridir. Ronce-les-Bains və La Palmyre arasında uzanan bu 25 kilometrlik sahil keçidi bəmbəyaz qumları ilə həm olduqca gözəl həm də son dərəcə səssiz və sakit mühitdir. Bura çatmaq üçün qum təpələrinin üzərindən bir qədər yol gedəcəyinizi nəzərinizə çatdırmaq istəyirəm. 


visit-poitou-charentes.com

Bidderosa Çimərliyi / Orosei, Sardiniya, İtaliya

Sardiniyanın təbiətini sevir ancaq çimərliklərini olduqca sıx və həyatının son dərəcə bahalı olduğunu düşünürsünüzsə, Orosei istiqamətinə yönəlməyinizi tövsiyə edirik. Costa Smeralda-dan fərqli olaraq sakit olan Orosei-də qiymətlər də münasibdir. 15-ci əsrdən qalan qəsəbə Orosei-nin tarixi mərkəzi və qədim daş evlərdən ibarətdir. Bidderosa Çimərliyi də bu təbii rezervin içərisində yerləşir. Şimalla eyni olan bəyaz qumları və şəffaf göy suları paylaşan bu sahildə şimal sahillərinin sadəcə sıxlığı ilə qarşılaşmayacaqsınız. Çünki, burada gündəlik avtomobil sayı, müəyyən dərəcədə məhdudlaşdırılır. Gecələmək istəyənlərə 


 Anticos Palathos-u tövsiyə edirik. www.anticospalathos.com


Grenen Headland / Skagen, Frederikshavn, Danimarka

Danimarkanın şimalında yerləşən Jutland-da şimal işıqları ən yaxşı Skagen-dən görülür. Skagen, gözlərdən uzaq bir yarımadada rəngli balıqçı qəsəbəsidir. Dəniz tətilinizi şimalda keçirmək istəsəniz, burada gecələyə biləcəyiniz ünvanlardan biri 1907-ci ildən qalan bir binada xidmət göstərən Hotel Plesner-ə üstünlük verin. İçərisində bir də fermerlikdən masanıza servis edilən yeməkləri tapa biləcəyiniz bir restoranı var. Skagen-ə bir neçə dəqiqə məsafədə yerləşən Grenen Headland-da qum təpələrinin ələ keçirdiyi St. Laurentii-yi də gəzin. Buradakı çimərlik Skagerrak və Kattegat dənizlərinin kəsişdiyi yerdə yerləşir.

Porat Beach / Bisevo Adası, Xorvatiya

Dalmaçiya Sahillərinin qarşısında yerləşən Bisevo Adasının ən çox diqqət çəkən nöqtəsi Mavi Mağara, yəni Blue Cave-dir. Əhəng daşından hazırlanan bu dəniz mağarasında günəş işığı mavi rəngə çevrilir və mağara da adını buradan götürüb. Burada olduqca geniş bir çimərlik də var: Porat. Əhəng daşlı yamaclar çimərliyi güclü küləklərdən qoruduğu üçün sahil son dərəcə sakit və küləksizdir. Günorta yemək yemək və ya içki içib sərinləşmək üçün sahildəki kiçik dəniz məhsulları restoranına və ya çimərlik barına gedə bilərsiniz.

crobeaches.com


TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel