CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Mərkəzi Avropada mədəniyyət və incəsənət

slide

BUDAPEŞT Dövlət Opera Binası

slide

VYANA Muzeylər Şəhəri

slide

VYANA Yeni İl Konserti

slide

PRAQA YAY Festivalı

slide

PRAQA Saray konsertləri

slide

PRAQA Qara Teatrı

slide

PRAQA Kilsə konsertləri

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Mərkəzi Avropada mədəniyyət və incəsənət

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Praqanın sehrli kilsələrində mistik konsertlər və qaranlığın hakim olduğu Qara Teatr nümayişləri, Macarıstan paytaxtında opera, Vyanada muzey ziyarətləri və əfsanəvi yeni il konsertləri…Mərkəzi Avropanın ən füsunkar mədəniyyət-incəsənət fəaliyyətlərini sizin üçün bir yerə topladıq.

BUDAPEŞT Dövlət Opera Binası

1884-cü ildən bugünə qədər Andrassy Bulvarında saysız opera, konsert və balet nümayişini təklif edən Budapeşt Dövlət Opera Binası, sadəcə proqram vasitəsilə deyil binasının gözəlliyi ilə də ziyarətçiləri valeh edir. Ziyarət edənləri Macarıstanın görkəmli bəstəciləri Ferenc Erkel və Franz Liszt-in heykəlləri ilə qarşılayan muzeyin dekorasiyası da füsunkardır. Parlaq kristal çılçıraqlar, divar aplikləri və mərmər sütunlarla yanaşı, binaya akustika verən nəhəng qübbə, buranı nağıla bənzər gözəlliyə bürüyür. 2013-2014 sezonunda Verdi-nin 3 pərdəlik komik operası Falstaff-ın premyerası və yenə Verdi-nin La Traviata-sı, Wagner Maratonu və Budapeşt Filarmoniya Orkestrasının 160-cı illiyi münasibətilə konsertlər verilir. Möhtəşəm akustikaya sahib olan bu füsunkar binada opera zövqünü yaşamadan və Budapeşt nümayişlərini izləmədən bu şəhəri tərk etməyin.  

Andrassy U. 22; www.opera.hu


VYANA Muzeylər Şəhəri

Vyanada incəsənət qaleriyaları ilə muzeyləri bir yerə toplayan, ziyarət edə biləcəyiniz yerlərdən biri də Museums Quartier-dir. Dünyanın ən böyük 10 mədəniyyət parkı arasında öz yerini tutan Museums Quartier təqribən 300 il əvvəl İmperatorluq Şəhəri Axırlarına ev sahibliyi edirdi, sonra sərgi və yarmarka sahələri kimi fəaliyyət göstərməyə başladı. 2001-ci ildən bəri incəsənət qaleriyaları və muzeylərdən ibarət olan mədəniyyət kompleksidir. Barok binalar və müasir memarlıq nümunələrinin çoxluq təşkil etdiyi bölgədə rəqs, musiqi, ədəbiyyat və teatrın da təşkil olunduğu, müxtəlif incəsənət sahəsi və incəsənət cərəyanını əks etdirən fərqlilik mövcuddur. Kompleksin böyük daxili həyəti isə çöl dincliyini təklif edir. www.mqw.at

VYANA Yeni İl Konserti

Hər il Vyana Filarmoniyası Orkestrı tərəfindən təşkil olunan yeni il konserti ənənə halını aldı. Canlı olaraq televiziya ekranlarında yayınlanan konsert proqramının böyük hissəsi, Strauss Ailəsi tərəfindən bəstələnən valslardan ibarətdir. Hər il ənənəsinə sadiq qalaraq, konsert başa çatdıqdan sonra Mavi Tuna və Radetzky Himni təkrar səslənir. Son musiqidə orkestral ənənəyə zidd olaraq rəhbərin idarəçiliyi ilə xalq musiqisi alqışlanır. www.wienerphilharmoniker.at

PRAQA YAY Festivalı

Hər il May ayının ortasından İyun ayının əvvəllərinə qədər davam edən Praqa Yay Festivalı, Orta Avropadakı klassik musiqi festivalları arasında olduqca mühüm yerə sahibdir. Beynəlxalq usta musiqiçilərin iştirak etdiyi festivalın keçmiş qonaqları arasında skripka çalan virtuoz ifaçı Gil Shaham, pianino sənətçisi Garrick Ohlsson, caz pianisti Herbie Hancock və gənc gitara sənətçisi Anoushka Shankar var. Festival ənənəvi şəkildə Ma Vlast (Vətənim) adlı musiqi ilə açılır və Beethoven-in 9-cu Simfoniyası ilə başa çatır. Festival proqramı, daha çox klassik musiqi əsərlərindən ibarət olsa da son vaxtlarda proqrama müasir caz ifaları da əlavə olunmuşdur. www.festival.cz

PRAQA Saray konsertləri

Praqadaki Lobkowicz Sarayı klassik musiqi konsertlərinə ev sahibliyi edir. Praqa Qalası içərisindəki sarayda, 17-ci əsrdən qalan gips əsaslı tavanların altında, möhtəşəm atmosferada konsertə qulaq asarkən özünüzü Avropa aristokratiyasının bir mənsubu kimi hiss etməyiniz təbiidir. Çex Filarmoniya Orkestrı tərəfindən verilən konsertlər hər gün saat 13.00-də başlayır və bir saat davam edir. Proqramda Bach, Eccles, Mozart, Haydn, Chopin, Beethoven və Glcuk kimi görkəmli sənətkarların əsərlərindən ibarət zəngin müxtəliflik var. Konsertdən əvvəl və sonra sadəcə sarayla kifayətlənməyin, qalanın hər nöqtəsini gəzin. www.lobkowicz.cz

PRAQA Qara Teatrı

Qara Teatr və ya Çex dilindəki adı ilə černé divadlo qara işığın yaratdığı illuziyadan istifadə edərək həyata keçirilən teatr performans növüdür. Mənşəyi Asiyaya söykənən bu nümayiş, dünyanın bir çox yerlərində səhnələşdirilsə də bu sahədə ən iddialı şəhər əlbəttə ki Praqadır. Qara Teatrın ən xarakteristik xüsusiyyətləri qara pərdə, qarardılan bir səhnə və floresan ilə bir yerdə istifadə olunan və bir növ UV şüası qara işıqla təmin olunan vizual illuziyadır. Akrobatlar, pantomima aktyor/aktrisaları və rəqslə birləşdikdə meydana möhtəşəm vizual ziyafət çıxır. Srnec Theatre, Praqada bu performansları izləyə biləcəyiniz teatrlardan sadəcə biridir. 


PRAQA Kilsə konsertləri

Praqa qədim şəhər mərkəzində bütün əzəməti ilə keçmiş əsrlərin sirrini əks etdirən St. Nicholas (Svatý Mikuláš) Kilsəsi, qeydiyyatlara görə varlığı 1273-cü ilinə qədər uzanan bir kilsənin əvəzinə 1735-ci ildə inşa edildi. Barok stilində St. Nicholas-ın daxili hissəsinin dekorasiyası, Parisdəki St. Louis-des-Invalides Kilsəsi-nin ibadət yerindən ilham alınaraq inşa edildi. Suvaq dekorasiyası Bernardo Spinetti, divar rəsmləri isə Peter Adam tərəfindən çəkilmişdir. Heykəllər isə Antonin Braun-a aiddir. Bu möhtəşəm kilsədə zövqünüzü oxşayacaq klassik musiqi konsertləri verilir. Milli Teatr və Praqa Dövlət Operası tərəfindən konsertlər günortadan sonra mart-oktyabr arasında saat 17.00-də, noyabr-fevral ayları arasında isə saat 16.00-da verilir. Hər nə qədər qış aylarında kilsə isidilsə də konsertə gedərkən yanınızda jaket götürməyiniz tövsiyə olunur. Qədim şəhər mərkəzi, Staroměstské náměstí




TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel