CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

MÖCÜZƏVİ DİZAYNLAR

slide

Bilbao, İspaniya

slide

Doha, Qətər

slide

Paris, Fransa

slide

Frankfurt, Almaniya

slide

Brügge / Antverpen (Antwerp) / Gent, Belçika

slide

Çikaqo, A.B.Ş

slide

Reykyavik, İslandiya

slide

Helsinki, Finlandiya

slide

Osaka, Yaponiya

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Möcüzəvi Dizaynlar

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Bəziləri müasir memarlıq əsərləri, bəziləri də muzeyləri ilə diqqəti cəlb edir. Dünyanın mükəmməl dizayn nümunələrinin olduğu şəhərləri sizin üçün bir yerə topladıq.

Bilbao, İspaniya 

Frank O. Gehry-nin əlləri ilə həyat verdiyi Guggenheim Muzeyi-nin binası Bilbao şəhərini Barselona və Madrid ilə rəqabət edə biləcək şəhər halına gətirdi. 1997-ci ildə inşası başa çatan dairəvi xətli və əyri muzey binasının xarici fasadı, titanium panellər ilə işığı əks etdirir. Binanın içərisindəki 15 metrlik atrium isə Gehry-nin nişanələrindən biridir. Gehry-nin muzeyi çox mühüm ilham qaynağı olmuşdur; belə ki, bu tarixdən sonra artıq dünyanın bir çox yerində bu muzeyin binası nümunə götürüldü və kiçik şəhərlər muzey binaları ilə bir “Bilbao effektivliyi”ni yaratmağı və bununla da populyarlaşmağı  əsas məqsəd seçdi. Şəhərin yaxılığında, Rioja şərab bölgəsində Gehry-nin bir əsəri daha mövcuddur: Hotel Marqués de Riscal. Şəhərdən avtomobil ilə bir saatlıq məsafədə yerləşən üzüm bağlarının ortasındakı otel, dairəvi xətləri və titanium panelləri ilə Guggenheim Bilbao’nu xatırladır.

Doha, Qətər

Çinli memar I.M. Pei-nin inşa etdiyi İslam Sənətləri Muzeyi, Qətərin və Dohanın bir dünya şəhəri olmaq istəyində mühüm rol oynayır. Əvvəllər adı o qədər çəkilməyən Doha, başda İslam Əsərləri Muzeyi olmaqla, mühüm addımlar ataraq mədəniyyət və incəsənət şəhərinə çevrilmişdir. Pei-nin sadə, ancaq bir o qədər də  dəbdəbəli binası, İslam memarlığını müasir bir toxunuş ilə əks etdirir. Beş mərtəbəli muzey binasının gündüz və gecə, işığın gəliş istiqaməti və miqdarından asılı olaraq dəyişən formaları, üzərinə düşən kölgələr valehedici geometriya yaradır. Şəhərin bir digər muzeyi də Arab Museum for Modern Art və ya digər adı ilə Mathaf-dır. Müasir Ərəb sənətinin inkişafı və yayılması sahəsində mühüm əhəmiyyət kəsb edən addımlar atan muzeydə, müddətli sərgilər və instalasiya (yerləşdirmə sənəti) ilə birgə müddətli, müasir  rəsm və heykəl kolleksiyası da mövcuddur.

Paris, Fransa

Parisin min bir üzü var. Bir üzü yemək-içmək, bir üzü əyləncə, bir üzü opera, bir üzü də moda və alış-veriş…Paris deyildikdə ağıla ilk əvvəl mədəniyyət və sənət gəlir. Parisin mədəniyyət-sənət arenası həm ənənəvi və tarixi, həm də yeni və müasir olanlarını özündə cəmləşdirir. Bir tərəfdə Louvre-u və Versailles-i təqdim edən şəhər, digər tərəfdə də incəsənət həvəskarlarına müasir muzeyləri bəxş edir. Avanqard sənətçilər üçün eksperimental  qalereya funksiyası görən Palais de Tokio, 60 min müasir işi ehtiva edən müasir mədəniyyət-sənət mərkəzi Centre Pompidou, Jean Nouvel tərəfindən dizayn olunan müasir sənət mərkəzi Fondation Cartier və etnik sənət işlərinə üstünlük verən Musée du Quai Branly, Parisdə kəşf ediləcək müasir incəsənət muzeylərindən sadəcə bir neçəsidir.

Frankfurt, Almaniya

Çox vaxt Berlin və Münhen kimi böyük şəhərlərin kölgəsində qalsa da Frankfurt, xüsusilə müasir sənət sıçrayışları ilə həvəskar səyyahların siyahısına daxil olmağı bacardı. Bu sıçrayışlardan bəlkə də ən çox ön planda olan, Stadel Muzeyidir. Schneider & Schumacher memarlıq ofisi tərəfindən dizayn olunan muzey binası, şəhərdəki Stadelin möhtəşəm strukturası və 19-cu əsrdə inşa edilən muzeyin həyətində yerin altına basdırılmış sərgi sahələrindən ibarətdir. Müasir sənətə ayrılan bu nəhəng qaleriyalar, bağdakı çəmənliyə açılan 195 dairəvi pəncərə ilə işıqlanır. Üstündə gəzə biləcək şəkildə bağa izqara üslubunda yerləşdirilən pəncərələr, gecələri LED işıqlandırması funksiyasını daşıyır. Asanlıqla, şəhərin qəlbində dramatik Spielberg film çəkiliş meydançası ilə qarşılaşdığınızı ehtimal edə bilərsiniz.  

Brügge / Antverpen (Antwerp) / Gent, Belçika

Belçikanın bu üç kiçik və gizli şəhəri, bir dizayn möcüzəsidir. Bu möhtəşəm Flaman üçbucağı; dar küçələri, valehedici memarlığı, kiçik sahələrdə yaratdıqları füsunkar və təravətli sığınacaqları ilə dizaynın göstərişsiz bir yeri radikal şəkildə necə dəyişdirə biləcəyinin sübutudur. Burada ən adi otellər belə surpriz edərmişcəsinə qarşınıza çıxan həyətləri ilə xoşbəxtlik qaynağıdır. Şəhərləri gəzərkən muzeyləri də unutmayın. Gentdəki dizayn muzeyi Design Museum Ghent iki bölmədən ibarətdir. Binanın yeni qanadında ziyarətçiləri, 20-ci əsrin əvvəllərindən bugünə qədər gələn müasir incəsənət işləri qarşılayır. Brügges-in muzeyi Musea Brugge, müasir incəsənətə ayrılan pavionları ilə görülməyə dəyər. Antverpenin muzeyi Museum Plantin-Moretus-da isə dünyanın tarixi mətbəə maşınlarını görə bilərsiniz. Burada müddətli sərgilər və uşaqlar üçün təlim fəaliyyətləri həyata keçirilir. Antverpenin bir digər muzeyi MAS Museum (Museum aan de Stroom), Neutelings və Riedijk tərəfindən dizayn edilmişdir. Qırmızı qum daşı və şüşə-panel kimi materialların istifadə olunduğu dizayn, bir tərəfdən şəhərin əsrlərdən əvvəl qalan liman anbarlarını xatırladır, bir tərəfdən də müasir bir görünüşə sahibdir.

Çikaqo, A.B.Ş.

Çikaqo, səyahətlərində dizayn, müasir memarlıq və müasir incəsənət muzeylərinin izini davam etdirən səyyahlar üçün təkbaşına bir layihədir. Şəhər mərkəzinə beş kilometr məsafədə yerləşən Oak Park məşhur memar Frank Lloyd Wright-ın 1889-cu ildən 1909-a qədər yaşayıb çalışdığı evə və studioya ev sahibliyi edir. Keçən əsrin Amerika memarlığı meyllərindən Prairie üslubunda inşa edilən ev+studio, həm sürətli və sənayevi şəhərləşməyə meydan oxuyur, həm də sanki qədim qitəyə hörmət duruşu nümayiş etdirir. Frank Lloyd Wright-ın şəhərdəki tək imzası bu deyil. Çikaqo Universiteti (The University of Chicago) içərisində yerləşən The Robie House, ölkənin ən mühüm memarlıq binalarından biridir. Çikaqonun maliyyə mərkəzində, Burnham & Root tərəfindən inşa edilən The Rookery Building-ə də yenə Wright-ın əli dəymişdir. Çikago-nun bir digər mühüm memarlıq şah əsəri isə əvvəlki adı ilə Sears Tower, yeni adıyla Willis Tower-dir. Skidmore, Owings & Merrill-in dizaynı olan bina, dünyanın ən böyük binaları arasında öz yerini tutur. 200 mindən çox incəsənət əsərini bir yerdə görəcəyiniz Art Institute of Chicago, şəhərin bir digər incəsənət nöqtəsidir. Bura sadəcə bir muzey deyil, bir təlim mərkəzi olaraq da fəaliyyət göstərir.

Reykyavik, İslandiya

Marşrutunu İslandiyaya doğru çevirməyə könüllü incəsənət və memarlıq həvəskarlarını valeh edəcək gözəllikdə bir binadır: Harpa Reykjavík Konsert Salonu və Konfrans Mərkəzi. Henning Larsen Architects tərəfindən dizayn olunan bu valehedici müasir memarlıq əsəri, şəhərin şimal limanında yerləşir. 1800 oturacaqlı konsert salonuna sahib bu mədəniyyət-incəsənət kompleksinin ən füsunkar tərəfi, cənub cəbhəsidir. Memarlar, mühəndislər və Danimarkalı-İslandiyalı sənətçi  Olafur Eliasson tərəfindən ortaq şəkildə dizayn edilən bu cəbhə, polad və şüşə kərpiclərdən inşa edilmişdir. Gecələri işıqlandırılan bina, nəhəng kaleydoskopiyanı xatırladır. Müxtəlif qaynaqlardan gələn işıqlar və şəhərin əksləri birgə nümayiş etdirildikdə ortaya möhtəşəm bir mənzərə çıxır.

Helsinki, Finlandiya

Barselona üçün Qaudi nədirsə, Helsinki üçün də Alvar Aalto eyni əhəmiyyət kəsb edir. Ölkənin ən mühüm memarlarından olan Aalto, ana vətəninin çöhrəsini dəyişdirmiş və Helsinkinin demək olar ki, hər nöqtəsinə öz imzasını qoymuşdur. 20-ci əsrdə yaşayan memarın ən əhəmiyyətli işlərindən biri olan və Töölönlahti Gölü-nün möhtəşəm mənzərəsinə baxan Finlandiya Salonu, bəmbəyaz mərmərləri və müasir dizaynı ilə göz qamaşdırır. Memarın minimalist işlərindən biri olan Aalto House isə həm bina dizaynı, həm də içəridə nümayiş olunanları ilə görülməyə dəyər. Şəhərin Esplanadi bölgəsində Art Nouveau üslubunda inşa edilən dəmir yolunu, yeni opera binasını və Fin Milli Qaleriyanın nəzdində xidmət göstərən müasir incəsənət muzeyi Kiasma-ya baş çəkmədən şəhəri tərk etməyin.


Osaka, Yaponiya

Yaponiyanın ənənəvi şəhəri Osaka, gilas ağacları və yenə ənənəvi evləri ryokan-lar qədər milli incəsənət muzeyi ilə ön plana çıxır. Muzeyin içi qədər binası da diqqəti cəlb edir. Memar César Pelli imzalı bu möhtəşəm dizaynlı binanın böyük hissəsi yerin altında qalır. Yerin üstündə qalan xarici fasadı isə poladdan və şüşədən hazırlanıb. Pelli, göyə doğru burularaq  uzanan 50 metr hündürlüyündəki bu muzeyi dizayn edərkən küləyin təsirindən asta-asta yellənən bambu budaqlarından ilham aldığını deyir. Şüşə və polad kimi materialların istifadəsi binanın içərisində xoş işıq ambiansı yaradır.


TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel