CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Fotoqrafik Ölkələr

slide

Mərakeş

slide

Kuba

slide

Hindistan

slide

Kamboca

slide

Rio de Janeiro

slide

Keniya

slide

İsveçrə

slide

Balkan yarımadası: Dubrovnik və Sarayevo

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Fotoqrafik Ölkələr

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Elə yerlər var ki, gördükdə cənnətin yer üzünə enmiş olduğunu zənn edərsiniz. Mənzərəyə baxıb doya bilməyəcəksiniz. Möhtəşəm görüntülərə aludə olub şəkil çəkməkdən yorulmayacaqsınız. Fasdan Kubaya, İsveçrədən Kamboçyaya və Hindistandan Sarayevoya fotoqrafik destinasiyalardan gözümüzə çarpan bir neçə nüansı bir yerə topladıq.

MƏRAKEŞ

Mərakeşin demək olar ki hər nöqtəsi görülməyə və rəsm edilməyə dəyər; ancaq Mərakeşin hərəkətli meydanı Djemaa El-Fna bəlkə də, bütün ölkənin ən gözəl yerlərindən biridir. İlan oynadıcıları, meymunlarla gəzən küçə ifaçıları, nağıl nəqlediciləri, sehrbazlar, ənənəvi müalicə metodlarını təklif edən şəfacılar ilə dolub daşan; axşamlar isə 100-dən çox yemək dəzgahı ilə nəhəng açıq hava restoranına çevrilən meydanı ilə göz oxşayır. Meydanın şimalındakı dar küçələr isə “souk”lara, yəni, bazarlara çıxarılır. Gündüz alış-veriş edən qadınları, rəngarəng meyvə-tərəvəzləri, Mərakeşin bəzəkli babet “babouche”ları görmək və şəkil çəkmək üçün mütləq orada olun. 

KUBA

Kubanın şəklini çəkmək hekayə danışmağa bənzəyir. Ölkənin demək olar ki hər yeri şəkil çəkməyə dəyər gözəllikdə və orijinallıqdadır. Hər an bir küncdə öz hekayəsini ölkənin hekayəsinə qatan Kubalı ilə rastlaşmaq mümkündür. Bir balıqçı, bir müğənni, siqarını tüstüləndirən bir yaşlı, küçədə top oynayan uşaqlar, köhnəlmiş barok binalar, vintage Amerikan avtomobilləri və Che… Siqarlar,  Amerikan avtomobillərini rəsm etməyə dəyər. Ölkənin təqribən 60 min ətrafında antikvar Pontiac, Buick və Ford markalarının olduğu ehtimal edilir. Boyaları yenilənən və təmir edilən bu avtomobillər prospektlərdə saz vəziyyətdə şütüyür. Kuba bu mənada avtomobillərin nümayiş olunduğu açıq hava muzeyi rolunu oynayır. Çəhrayıdan maviyə, qırmızıdan tünd qırmızı rəngli vintage avtomobillərinin gördüyünüz yerdə şəklini çəkin.

HİNDİSTAN

Bu geniş ölkə, mədəni müxtəlifliyi və zənginliyi ilə hər fotoqraf üçün limitsiz imkan yaradır. Kerala Hindistanın ən gözəl bölgələrindən biridir. Yoxsulluğun hər sahədə hiss edildiyi bir ölkədə rifah səviyyəsinin yüksək olduğu əyalət Kerala; çayları, kanalları və malyuskları (dəniz qulağı) ilə sanki yer üzünün cənnətidir. Düyü tarlaları, hindistan qozu ağacları, çaylarda üzən evləri, yumşaq qumlu çimərlikləri Hindistanın digər üzüdür. Təpələrində cücərmiş eqzotik bitki örtüyü, çay və ədviyyat plantasiyaları və ayurvedik sağlamlıq resortları da Kerala-nın şəkil çəkməyə münasib yerlərindəndir.  

KAMBOCA

Məşhur Angkor məbədləri Kamboca ziyarətinizin başlıca səbəbi ola bilər, çünki, həqiqətən də olduqca valehedicidirlər. Siem Reap şəhərinin xaricində yerləşən bu məbədlər arasında sözsüz ki ən gözəli və ən populyar olanı, nəhəng  Angkor Wat-dır. Ancaq ayin səslərinin əskik olmadığı Banteay Srei, kapok ağaçları ilə bəzənən Ta Prohm, demək olar ki, irreal gözəlliyə sahib olan Bayon da mütləq ziyarət edilməlidir. Angkor-dan əvvəl Sambor Prei Kuk və Preah Vihear də digər alternativ məbədlərdir. Tarixi 6-cı əsrə söykənən Sambor Prei Kuk-da məbədlər bugün arxeolojik işlərlə gün üzünə çıxarılmağa davam edir.

RİO DE JANEİRO

Bu möhtəşəm şəhərdə rəsm ediləcək olduqca çox şey var…İstəsəniz, artıq şablon halını alsa da Corcovado Təpəsinə çıxıb, Xilaskar İsanın (Cristo Redendor) şəklini çəkə bilərsiniz. Ancaq, əsas fotoşəkil materialı, bura teleferik əvəzinə avtomobillə çıxdığınız halda içərisindən keçəcəyiniz Tijuca Meşələrinin dar qıvrılan yollarında qarşınıza çıxacaq. Rioya Fevral ayında getsəniz karnavalın da şəklini çəkmək imkanına malik olacaqsınız. Xüsusilə, Mardi Gras-da çox maraqlı görüntülər əldə edəcəksiniz. Adi Rio günü üçün isə Gloria Bazarına baş çəkin və rəngarəng tərəvəz və meyvələr ilə xalqın gündəlik həyatının şəklini çəkin. 

KENİYA

Keniya demək, safari deməkdir. Foto aparatınızın lensine uyğundursa yanlarına yaxınlaşmağınıza icazə verməyəcək saysız vəhşi heyvanın şəklini təbii şəraitlərdə çəkə bilərsiniz. Xüsusilə, filləri ilə məşhur olan Amboseli Milli Parkında gepardlara və zebralarla da rastlaşa bilərsiniz. Parka təpədən baxan Kilimanjaro Dağının qarlarla örtülən zirvəsi də füsunkarlığı ilə göz qamaşdırır. Quşların dünyası marağınızı çəkirsə, çəhrəyı flaminqoları ilə məşhur Nakuru Gölü Milli Parkı-nı mütləq ziyarət etməlisiniz. Parkda flaminqolara zebralar, bufalolar, zürafələr və su hipposlarını da görə bilərsiniz.

İSVEÇRƏ

Möhtəşəm gölləri, Alp dağlarının füsunkar mənzərəsi və chalet-ləri ilə qış aylarında eynilə yeni il açıqcalarından çıxmış kimi görünən nağılabənzər İsveçrə ən fotogenik ölkələrdən biridir. Sürix, ortasından keçən və Zürichsee Gölünə tökülən Limmat Çayı ilə olduqca xoş mənzərələr sizi gözləyir. Çayın iki qolu kiçik körpülərlə birləşir. Alp dağlarına doğru uzansanız St. Moritz-ə üstünlük verməlisiniz. Bu ovsunlu qəsəbə valehedici bir gölün kənarında yerləşir. Dünyanın ən populyar və ən tarixi xizək mərkəzlərindən biri olan St. Moritz-in mərkəzi də sevimli dükkanları, lyuks butikləri və sofistik restoranları ilə diqqəti dərhal çəkir.

Balkan yarımadası: DUBROVNİK və SARAYEVO

Adriatik dənizinin mirvarisi ləqəbi ilə bilinən Dubrovnikin, hər şeydən əvvəl möhtəşəm sahillərinin rəsmini çəkməyə dəyər. Gömgöy suları, çınqıl daşlı çimərlikləri və adaları ilə olduqca gözəl mənzərələr vəd edir. Lokrum Adasında rastlaşacağınız ölü dəniz Mrtvo More-de çəkəcəyiniz fotolar hər bir kəsin marağına səbəb olacaq. Osmanlı tarixini görmək və fotolarını çəkmək üçün Sarayevo mükəmməl fürsət yaradır. Tarixi şəhər mərkəzindəki bazarlardan bulaqlara, körpülərdən mədrəsələrə, məscidlərdən sinaqoqlara və muzeylərə, saat qülləsindən xanlara rəsmini çəkəcəyiniz bir çox tarixi əsər var.  






TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel