CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Dünya Musiqiləri

slide

Portuqaliyanın həzinli səsi: Fado

slide

Çoxmədəniyyətli Əndəlüs ruhu üçün flamenko

slide

Ehtirasın səhnədəki adı: Tanqo

slide

Rumba

slide

Qadağaları aşan samba

slide

Həyatın kökləri ya da qısaca Zulu

slide

Jaipongan stili

slide

Skandinaviya havası: Halling

slide

Rusiya folklor rəqsi: Troika

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Dünya Musiqiləri

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Əndəlüs’ün flamenkosu və Argentina’nın tanqosu kimi tanınan Zulu və Java adası yerlilərin ənənəvi ritüellərinə, dünyanın dörd bir tərəfindən yerli rəqsləri və mənşəyi ilə populyarlığını qoruyub saxlayır.

Portuqaliyanın həzinli səsi: Fado

Kökləri 19-cu əsrə söykənən Portuqaliyanın xalq musiqisi fado üsyankar fəryadını əbəs yerə almayıb. Günümüzdə bir çox izləyicisi, festivalı, fado tavernaları olan bu mədəniyyətin yaranması balıqçıların yoldaşlarının qəmgin gözləyişlərinə istinad edir. Tale və ya alın yazısına yaxın bir mənada işlədilən fado, dənizçi sevgililər, yoldaşlarını dənizə yola saldıqdan sonra artıq gözlənən yaxınları geri gəlmədiyinə görə dənizə qarşı ağı deyir. Dərin acılar, həsrət və eşqin musiqisi olan fado; xüsusilə ölkənin Lizbon və Coimbra şəhərlərində yaranan; tək gitara və tək vokala istinad olunan bir növdür.

Çoxmədəniyyətli Əndəlüs ruhu üçün flamenko

Çoxmədəniyyətli ənənənin davamı olan flamenko, Əndəlüs bölgəsi ilə qaynaşsa da mənşəyinə aid sual işarələri daşıyan, ümumbəşəri növdür. Latın dilində danışan assimilyasiya olan yerli İberik xalqlar, yəni Bərbəri-Ərəb Müsəlmanlar, İspaniyalı Yəhudilər və Romanlar tərəfindən birgə yaradılan bir növ olduğu düşünülür. Rəqs və musiqinin iç-içə keçdiyi Flamenko’da ən mühüm ünsürlərdən biri də müğənnilikdir. Flamenko müğənnisi, ‘camte’ deyilən Flamenko mahnılarının fərqli növlərini ifa edir. Müğənni Flamenko gitarı ‘toque’ ilə səhnəyə çıxır. Bu aqresiv gitara melodiləri və mahnılar, əl çırpma və ayaq hərəkətlərinin üstünlük təşkil etdiyi Flamenko rəqsi ilə birləşir.

Ehtirasın səhnədəki adı: Tanqo

Argentina ilə qaynaşan rəqs növü olan tanqonun kökləri 1890-cı illərə, Argentina ilə Uruquay sərhədindəki Rio de la Plata bölgəsinə söykənir. Bugün xüsusi tanqo gecələri, kursları və nümayişləri ilə bütün  dünyada mühüm əhəmiyyət kəsb edən tanqonun ilk illərdə yarandığı formasına ‘tango criollo’ deyilir. Bu növün köklərində İspaniya rəqs fiqurları ilə formalaşan və Kuba musiqisi ilə birləşən ‘habanera’, dövrün Argenitalı qaradərilərinə aid ‘milonqa’ və yenə İspaniya əsilli ‘tanqo Andaluz’ mövcuddur. Zəngin improvizasiya ənənəsini eşq və melankoliya hissi ilə  birləşdirən tanqo rəqsi ilə tamamlanan bu ünsür akordeonun ayrılmaz hissəsi hesab olunan ‘bandoneon’.

Rumba

Bir digər Latın Amerika rəqsi olan rumbanın kökləri İspaniya və Afrika’ya qədər uzanır. 16-cı əsrdə Afrika'dan gətirilən qullarla Kuba'ya köçən rumba musiqisi və hərəkətləri artıq Kuba həyatını əks etdirən bir ünsürdür. Nəzərəçarpan omba fiqurlarının yavaş hərəkətlərlə birləşdiyi rumba rəqsinin musiqisinin səciyyəvi instrumenti zərb çalğı aləti ‘congas’-dır. Hal-hazırda bu rəqs salon rumbası, folklorik rumba, Afrika rumbası kimi növlərə bölünməyinə baxmayaraq bütün dünyada Kuba ilə qaynaşır.

Qadağaları aşan samba

Braziliya folklorunun ən məşhur üzvü olan samba, ölkənin Bahia bölgəsi və Rio de Janeiro’ya Qərbi Afrika’dan ölkəyə gələn qullar kanalı ilə yerləşən, Afrika köklərinə söykənən bir növdür. Hal-hazırda xüsusilə, ölkənin karnaval mədəniyyətinin simbollarından hesab olunan bu rəqs növü; zərb musiqi alətləri, yüksək ritmlər və dinamizmi ilə fərqlənməklə yanaşı ölkənin milli tarixinə dair ən güclü ikonlardan biridir. Günümüzdə, əsasən də bizdə samba, sadəcə Braziliyalıların dəlisov əyləncəsi kimi başa düşülsə də, əslində ölkənin ciddi təbəqəsinin həyat tərzini əks etdirir. Afrikalı qullarla yerli ünsürlərin qarışığı olduğuna görə əvvəllər ciddi təzyiq altında olan bu musiqi və rəqs 19-cu əsrdə ölkədə cinayət hesab olunurdu. Vaxt keçdikcə bu rəqs qəbul olunmağa başlamışdır; hal-hazırda isə ölkənin milli qüruru hesab olunur.  

Həyatın kökləri ya da qısaca Zulu

Bir çox musiqi və rəqsin yarandığı Afrika’nın tarixi dərinliyinə enmədən bu məsələni nöqtələmək olmaz. Qara qitənin ən məşhur qəbilələrindən biri olan, Cənubi Afrika mənşəli Zulu xalqı, fərqli hadisələrə əsasən yaranan rəqs və musiqi çeşidliliyi ilə həm ciddi zənginlik təqdim edir, həm de digər bir çox qəbilə mədəniyyəti ilə ortaq nüanslar ehtiva edir. Qadınların və kişilərin öz üslubları ilə fərqlilik nümayiş etdikləri və buğaları təqlid etdikləri ‘Buğa Rəqsi’, ovdan əvvəl və sonra, yola salmaq və qarşılama mərhələlərində müxtəlifliyi ilə seçilsə də  cəsarət hissini əks etdirən fiqurları ilə ön plana çıxan ‘Ov Rəqsi’, orduları cəsarətləndirməyi hədəfləyən ‘Zurh Rəqsi’, üst gövdənin dəlicə titrədildiyi ‘umQhogoyo Rəqsi’ və digərləri ilə Zuluların həm yaradıcı dünyası həm də real həyatdan folklorlarına qədər  uyğunlaşdıqları üzə çıxır.

Jaipongan stili

Uzaq şərq olduqca ciddi rəqs və musiqi spekturumuna sahibdir; adaların mövqeyindən asılı olaraq müxtəlif qarşılıqlı təsirləri də burada görmək mümkündür. Bu məhdud sahədə Java adasından bir nümunəni nəzərinizə çatdırmaq istəyirik: Adada yaşayan yerli Sunda xalqının ənənəvi rəqsi olan Jaipongan. Gugum Gumbira’nın başlıca  rəqs mədəniyyəti, ənənəvi Sundan Ketuk Tilu musiqisi və Pencak Silat hərəkətlərinə istinad edir. Kostyumlar və zərif hərəkətləri ilə estetik bir ziyafət.

Skandinaviya havası: Halling

Halling, Norveç’in çöl sahələri və İsveç’in bir hissəsində müəyyən versiyalarla edilən etnik rəqsdir. Bu rəqsin icraçıları ümumillikdə toylarda və əyləncələrdə səhnəyə çıxan gənc kişilərdir. Rəqsçilər arasında akrobatik və atletik hərəkətlərin üstünlük təşkil etdiyi, olduqca dinamik rəqs çeşidi. Belə ki, qədim zamanlarda halling’in döyüş sənəti olaraq da tətbiq edildiyi bilinir. Bir çox hoppanma, sıçrama hərəkətinin olduğu rəqsin musiqisi də  bu ruha uyğun irəliləyir.


Rusiya folklor rəqsi: Troika

Troika’da bir kişi və iki qadın birgə rəqs edir. Bu, rus dilində olan ifadənin mənası; “üç dəstəli at” deməkdir. Rəqsçilər at arabasında nümayişlərini icra edərkən rəqsçilər bir at arabasında şahə qalxan atlarını sakitləşdirməyə çalışan sürücüləri təqlid edirlər. Etnoqrafiya sırasında öz yerini tutan bu qeyri-adi rus rəqsləri, Slavyan icmaların əksəriyyətinin ənənəvi rəqslərini xatırladır. 

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel