CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Kəşf Ediləsi Adalar

slide

Siciliya

slide

Malta

slide

Mayorka

slide

Sardiniya

slide

Kabo Verde (Azərbaycan dilində: Yaşıl Burun Adaları Respublikası)

slide

Maldivlər

slide

Similan Adası

slide

Vanuatu

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Kəşf ediləsi Adalar

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Su və küləklə fasiləsiz şəkildə təmasda olan sahillər, bağlı olduğu ölkə və şəhərdən ayrılan torpaqlar və bir adaya addım atar atmaz özünü hər yerdən daha yaxşı hiss edənlər... Bu hissi hələ dadmayanları belə valeh edəcək, kəşf edilməsi xüsusi zövq verən adaları gəlin yaxından tanıyaq.

Siciliya

Sicilyaya gedənlərə ilk olaraq tövsiyəmiz, bu gəzintini İtaliya ilə birləşdirməmələridir. Sadəcə Siciliyaya getmək, adanın hər qarışını öyrənmək cəhətdən olduqca vacibdir. Tam 9 ayrı bölgədən ibarət olan bu böyük adaya zəngin tarixi, 10 böyük şəhəri, qonşu kiçik adaları, təbiət parkları, yemək & içmək məkanları və təbii ki muzeyləri ilə “ölkə daxilində ölkə” desək yerinə düşərdi. Qədim Romanın təsiri ilə İtalyan dili ilə yanaşı qarışıq dilləri də var. Barok memarlığı ilə UNESCO-nun mirası olan Ragusa şəhəri, Ərəb təsirinin göründüyü Pantelleria, Ərəb-Norman qarışığı stili ilə size valeh edən paytaxt Palermo, Helen ənənəsi ilə UNESCO Dünya Miras Siyahısı-na daxil olan Syracuse şəhəri və bütün bu dayanacaqlarda fərqlilik göstərən mədəniyət qırıntıları ilə Siciliya kəşf edəcəyiniz çox şeyi sizə təklif edir.

Malta

Əvvəlcə tez tez yol verilən bir səhvi düzəldək: Malta tək adadan ibarət deyil. Bura bir arxipelaqdır (adalar toplusu) və ən böyük üç adası olan Malta, Gozo və Kemmuna-da (ya da digər adı ilə Comino) yaşayış var. Kiçik olmağına baxmayaraq zəngin tarixə sahib olan Malta’da, tarixin izlərini neolitik dövrə qədər davam etdirmək mümkündür. 1964-cü ildə kolonizasiyadan qurtulan Malta torpaqlarından Fenike, Yunan, Roma, Ərəb, Norman, Fransızlar və İngilis mədəniyyətləri iz buraxmışdır. Təbii olaraq tarixi mənada gəzilib görüləcək çox yer burada var. Təbiət qoynuna atılmaq üçün Comino, tarixi gəzintilər üçün Malta və Gozo-ya üstünlük verin. ‘Səssiz Şəhər’ deyə tanınan antik dövrün paytaxtı Mdina; mənzərəsi, memarlığı, muzeyləri və alış-veriş imkanları ilə Malta turizminin qəlbi hesab olunur. Yerli ləzzətlər, gəmi gəzintiləri, uzun təbiət gəzintiləri, yay və yaz aylarında daha çox keçirilən festivallar, çimərlik mədəniyyəti...Buraya qışda ziyarət edənlər məyus olmur; o cümlədən Katoliklərin üstünlük təşkil etdiyi Malta, Noel atmosferası ilə də məşhurdur. 

Mayorka

İspaniyanın şərq sahillərində, muxtar bölgə olan Balear Arxipelaqın (adalar toplusu) ən böyüyü olan Mayorka, dağları və dərələri ilə təbiət gəzintiləri etməyi sevənlərin ünvanıdır. 550 km-lik sahil zolağı, kristal suları və bəmbəyaz çimərlikləri ilə məşhurdur. Paytaxt Palma de Mayorka, ümumilikdə, kəşflər üçün ilk dayanacaqdır. Burada yemək və memarlıq ön plana keçir. Adanın şimal-qərb sahillərinə gedənlər, dağ gəzintiləri ilə tanınan Serra de Tramuntanaya gedib çatır. Chopin kimi məşhurların da bir vaxtlar yaşadığı yer olan Valldemossa, adanın ən gözəl kəndlərindəndir. Ən populyarı Coves del Drach olmaqla adanın mağaraları da olduqca məşhurdur.

Sardiniya

İtaliya və Balear Adaları arasında, Korsikanın cənubunda, İtalyan olma iddiasından çox uzaq və dünyada dəniz məhsullarının haqqını ən yaxşı verən nöqtələrdən biri də Sardiniyadır. Burada həm Katalan dili, həm də fərqli dialektləri ilə Sardiniya dili, eyni zamanda Korsika dili və əlbəttə ki İtalyan dilində danışılır. Qayalıqlarla dolu olan vəhşi təbiəti ilə cazibə qüvvəsinin artdığı ada, Siciliyadan sonra Aralıq dənizinin ən böyük adası. Albino uzunqulaqları ilə məşhur Asinara Milli Parkı, xüsusilə şimal-şimal-şərq oxunda Stintino-Budoni arasında qalan çimərlikləri, o qədər də yüksək olmamağına baxmayaraq dikliyi ilə hər bir kəsin asanlıqla dırmana bilməyəcəyi təpələri və dağları ilə möhtəşəm gəzinti vəd edir. Ravioli-yə bənzəyən ‘culurgiones’, növbənöv yerli sosiska, adanın təzə tərəvəz və meyvələri ilə ləzzətli kəşflərə də hazır olun.

Kabo Verde (Azərbaycan dilində: Yaşıl Burun Adaları Respublikası)

Aralıq dənizində Atlantika abu-havasını yaşamağa hazırsınızmı? Bunu yaşaya biləcəyiniz tək yer; Qərbi Afrikada, Seneqal-ın qərb hissəsində qalan Cape Verde-dir. Aralıq Dənizi abu-havasının hökm sürmə səbəbi 15-ci əsrdə başlayıb, uzun illər davam edən  Portuqaliya kolonizasiyasıdır. Buranı ziyarət edənlər, bir-birinə yaxın kiçik adalar arasında tullanaraq hərtərəfli kəşf turlarında iştirak edə bilər. Ən yaxşı çimərliklər üçün Boa Vista, su idman növləri və resort havası üçün Sal, bölgənin mədəniyyətini yaşamaq üçün Mindelo mütləq ziyarət edilməlidir.

Maldivlər

Dünyanın ən məşhur mərcan adaları olan Maldivlər, 200 yaşayış, 80 turistik resortların olduğu cəmi 1.192 adalıq möcüzələr diyarıdır. Bal ayı üçün ən çox üstünlük verilən nöqtələrdən biri olan Maldivlərdə, başda scuba olmaqla müxtəlif dayvinq, şnorkel və serfinq məşğələləri mövcuddur. Oktyabr ayından marta qədər ən yaxşı dövrünü yaşayan Maldivlər; dalış, şnorkel və serfinq ilə məşğul olmaq istəyənlər üçün Hind okeanının ən çox üstünlük verildiyi yerdir. Şri Lanka mətbəxi ilə yanaşı Cənubi Hindistanın, xüsusilə Kerala mətbəxinin təsiri altında qalan Maldivlər, bol acılı və ədviyyatlı, bir tərəfdən hindistan qozu ilə dadına dad qatan və daha çox dəniz məhsullarına üstünlük verən mətbəxə sahibdir. Yerli mətbəxin ləzzətlərini dadmadan bu şəhəri tərk etməyin.  

Similan Adası

Tailandın cənubunda, milli park adlandırılan Similan Adası, mövsümündən asılı olaraq həvəskarlarını bu füsunkar yerləri kəşf etməyə çağırır. Bura 140 kvadrat kilometrlik park sahəsi ilə dünya cənnətlərindən biri hesab olunur. Açıqça gözəlliyində olan adalar xüsusilə dəniz canlıları cəhətdən geniş bio-müxtəlifliyə sahibdir. Nemo olaraq tanıdığımız Kloun balığı (Dəniz akvariumu) kimi möhtəşəm şnorkellə rastlamaq hər an mümkündür. Drayvinq burada sözsüz ki ən populyar məşğulliyətdir. Koh Similan, füsunkar ağappaq çimərlikləri ilə göz oxşayır; gəmi gəzintiləri ilə sudan zövq almaq üçün dünyanın ən yaxşılarından biridir. 

Vanuatu

‘Dünyanın o biri ucu’ ifadəsinə sözsüz layiq olan bir yer. Bu dəfə Sakit okeanın cənub-qərbində, Yeni Zelandiyanın şimalında 83 kiçik adadan ibarət olan bir adalar toplusundayıq. Portuqaliyalılar buraya 1600-cü illərdə gəlsə də bu uzaq adalardakı saxsı, keramika işlərinin tarixi eramızdan əvvəl 1300-cü illərdə qədər uzanır. Qısaca, Vanuatunı ziyarət edənlər sadəcə təbiətin öz gözəlliklərini qoruduğu eqzotik adaya deyil, arxaik bir yerə də ayaq basır. Buraya gəlmişsinizsə ilk öncə büdcənizdən kəsərək özünüzə yüksək keyfiyyətli fotoaparat alın və kəşflərinizi yerindəcə sənədləşdirin; dünyada bir çox insanda bu rəsmlərin olmadığına əmin ola bilərsiniz. Dəniz məhsulundan başqa, ‘tuluq’ 
deyə bilinən şirniyyatların, yerli ətlərin (xüsusilə bifştekslərin) və yerli içkilərin dadına mütləq baxılmalıdır. 

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel