CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

Safari üçün Afrika

slide

Uqanda & Ruanda

slide

Tanzaniya

slide

Namibiya

slide

Keniya

slide

Botsvana

slide

Zambiya

slide

Cənubi Afrika

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

Safari Üçün Afrika

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Uqandanın, çəngəllikləri, Okavanqonun vəhşi həyatı ya da balinalar və lyuks şəhər həyatı arasında səyahət edəcəyiniz Cənubi Afrika torpaqları... Afrika qitəsinin sadəcə safari başlığı altında təqdim etdikləri, saysız sənədli filmdə dekorasiya qismində istifadə olunduğunun sübutudur. Tək problem, yola hardan başlayacağınıza qərar verməkdir.

Uqanda & Ruanda

Valehedici nöqtələr: Queen Elizabeth Milli Parkının şimpanzeləri, Virunqa Dağlarının ətəklərinin qorillaları, Ruandanın məşhur Parc des Volcansın irreal mənzərəsi, Bwindi Impenetrable Forest-i əhatə edən dağ gorili rezervi, Virunqa Dağları...

   

İstəyənlərə dağlara doğru uzanan bir qədər əyri cığırları ilə Ruanda, istəyənlərə Uqandanın Amazonlarından heç də fərqlənməyən cəngəllik mühiti. Uyğun ətraf-mühit siyasətləri ilə antilop və ceyranların sayını artıran Uqanda təqdirə layiqdir. Eyni zamanda fil və şimpanzelərin müşahidə edilməyi üçün Queen Elizabeth Milli Parkının mükəmməl seçim olduğunu da qeyd etmək lazımdır.  

Tanzaniya

Valegedici nöqtələr: Böyük Köç-ün həyata keçdiyi Serengeti, Masai kəndləri, antilop və ceylan cənnəti Ngorongoro Krateri, Afrikanın zirvəsi Kilimanjaro Dağı; UNESCO Dünya Mirası Stone Town ilə məşhur Zanzibar adası...

    

Bu geniş düzənlikləri görən hər kəs unikallığa şahid olacaq, dünyanın ucsuz- bucaqsız yerlərini gəzən səyyahlar ölkənin daha az bilinən künclərini də asanlıqla kəşf edə bilir. Məsələn, parkın cənubundakı duz gölü Lake Eyasi yeni kəşf olunacaq nöqtələrdən biridir.  Şimpanze arealı, çəngəlliklərlə əhatə olunan Mahale bölgəsində yerləşir.


Namibiya

Valehedici nöqtələr: Afrikanın ən böyük çöl həyat rezervi Namib-Naukluft Milli Parkı, ov safariləri ilə məşhur olan Etosha Milli Parkı, fosilləşmiş ağaclar və çöl filləri üçün şimal-qərbdəki Damaraland, ağıllardan çıxmayan Skeleton Coast Milli Parkı...


Namibiyanın, bu dünyaya aid olmayan hissini oyandıran  çöl peyzajı və dramatik sahil zolağı, səyyahların radarına 2000-ci illərin ortalarında daxil oldu və o vaxtdan bəri populyarlığını daha da artırdı.  Fish River Canyon-u görmək şansı olanlar eyni zamanda bu təbiət füsunkarlığının adını bir yerə qeyd etsin.  

Keniya

Valehedici nöqtələr: Böyük Köç-ün ev sahibi Masai Mara Milli Rezervi, xüsusi antilop və ceylan rezervləri ilə Laikipia bölgəsi; paytaxt Nairobi...


Keniya adı safari ilə qaynaşmış olsa da bura özünü yeniləməyi və ziyarətçilərinə yeni şeylər qatmağı yaddan çıxarmır. Bunun ən böyük müsbət təsiri yerli mədəniyyətləri qorumağa əhəmiyyət verən lodge sahiblərinin bir müddətdir çöl sahələrinə yeni nəfəs gətirmiş olmasıdır. Bəzi lodge-ların gəliri yerli məktəblərin, səhiyyə ocaqlarının tikintisində istifadə olunurdu və yaxudda qəbilələrlə ov safarilərini təşkil edərək müxtəlif təşkilatçılıq işlərini həyata keçirilərək əldə olunurdu.  

Botsvana

Valehedici nöqtələr: Okavanqo Deltasının vəhşi həyatı, yarı-quraq Kalahari Çölü, nəhəng fil sürüləri ilə məşhur Chobe Milli Parkı...


Botsvana, rustik gecələmə məkanları və Okavanqo Deltasında standartları yüksəldən təşəbbüskarlığı ilə safari dünyasının ən güclü destinasiyalarındandır. Great Plains Conservation-ın qədim Selinda Spillway kanalı boyunca təşkil olunan gəzintilər ya da Selinda Canoe Trail kimi maceracı ruhlara uyğun kano turları ilə günümüzdə sahələrini daha da genişlətmişdir sanki. 

Zambiya

Valehedici nöqtələr: Çaylarla bəzənən Cənubi Luangva Milli Parkı, Zambezi Çayının şimal yatağında çox sayda antilop və ceyranları ilə Cənubi Zambezi Milli Parkı, Zimbab və sərhədindəki əzəmətli Viktoriya Şəlalələri...


Uzun müddət qonşusu Zimbabvenin kölgəsində qalan Zambiya, safari və kano gəzintiləri ilə cəngəllik macərasında səsini layiqli şəkildə yüksəltdi. Cənubi Luangva, bu safari gəzintilərinin ən mühim nöqtələrindən biridir. Ölkənin park sistemlərinin mirvarisi; eyni zamanda unikal vəhşi həyatı müşayiət edən üst səviyyəli gecələmə seçimləri də mövcuddur. Ov gəzintiləri, çay safariləri və balıq ovu kimi fəaliyyətlər üçün də Zambiya bölgəsinin seçimləri tədqiq oluna bilər. 


Cənubi Afrika

Valehedici nöqtələr: Sabi Sand Private Game Reserve-in xüsusi qoruma sahələri, ölkənin şimal-şərqində qalan Kruger Milli Parkı, bağları və restoranları ilə Cape Winelands, tarixi və mədəni mərkəzləri ilə Cape Town və Johannesburg, əyləncəli tətil şəhəri Sun City...


Apartheid dövrü başa çatdıqdan sonra Cənubi Afrika, qitənin ən keyfiyyətli destinasiyası olaraq ön plana çıxmışdır. Cape Town və ətrafındakı bağçılığa əlverişli torpaqlar dünya kübar cəmiyyətinin üstünlük verdiyi yerlər olmaqla yanaşı, həm də buralar qaçış nöqtələri olduğuna görə  səyyahları ölkənin az bilinən bölgələrinə  mədəni gəzintilər həyata keçirməyə çağırır. Buna bir də qaldığınız yerin, yerli qəbilələrin 10.000 illik mağara çertyojlarının tapıldığı ərazi içərisində olma ehtimalını asanlıqla əlavə edə bilərsiniz. Johannesburgun şimal-qərbində UNESCO Dünya Mirası olan Cradle of Humankind mağaraları ya da 1879 İngiltərə-Zulu Müharibəsinin müharibə sahələri kimi yadda qalan Cənubi Afrikanın populyarlığını hələ uzun müddət qoruyacağı düşünülür.  







TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel