CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 ADDIMDA London

slide

Art-Deco gecələmə: Claridge's

slide

Avstraliya sayağı səhər yeməyi: Granger & Co.

slide

Tapas-dan ləzzət alın: Pizarro

slide

Çay saatı: Tea Palace

slide

Notting Hill’in ən yaxşısı: Austique

slide

Gecə əyləncəsi həvəskarları üçün: Chinawhite

slide

Yenilənin: Dorchester Spa

slide

Məhəllə: Marylebone

slide

Performans zamanı: Royal Albert Hall

slide

Bir sənət klasikası: National Gallery

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA London

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 



1

2

Art-Deco gecələmə: Claridge's

Mayfair-in nümunəvi otellərindən biri olan Claridge’s, 1920-ci illərdəki populyarlığını günümüzdə də klassik şəkildə qoruyur. Bond Street butiklərin bir neçə addımlığında yerləşən otelin Art Deco ünsürlərini görməyə dəyər. Xüsusilə, David Linley tərəfindən dizayn olunan neo-Art Deco stilindəki süitlərdə qalmaq sanki estetik ziyafətdir. Otelin ən lyuks gecələmə alternativi isə Diane von Furstenberg-in dizayn etdiyi Grand Piano Suite-dir. Ardınca, otelin işçisi, bir şüşə Laurent Perrier Brut NV  içkisini piano musiqisi ilə qonağına(larına) servis edir. Claridge’s-in illərlə dəyişməyən ənənələrindən biri də insanları müşahidə etmək və görülmək üçün bəzənib getdiyi axşam üstü çaylarıdır. Otelin Michelin ulduzlu Gordon Ramsey restoranı və 20-ci illərdəki Jazz Age günlərindən bugünə qədər dəyişməyən barı Fumoir da olduqca populyardır. 
49 Brook St., London, İngiltərə +44-20/7629-8860  www.claridges.co.uk

Avstraliya sayağı səhər yeməyi: Granger & Co.

Londondaki səhər yeməyi məkanlarının həm ən yaxşısı həm də ən sevimlisi olan Granger & Co., pəncərələri ətirşahlarla dolu olan Notting Hill-in əsas bloklarından birində yerləşir. Burada gün ışığı, məkânın böyük pəncərələrindən içəri süzülür. Avstraliyalı aşbaz Bill Granger-ın açdığı bu səhər yeməyinin salonunda servis edilən pancakelər və yumurtalar əfasanəvi ləzzətə malikdir. Avstraliya sayağı bir fincan flat white qəhvəsini sifariş edin; qranit örtüklü bar dəzgahından bir salfet götürün və təzə chipolata sosiskası və avokado sosu ilə servis edilen, bol krema tərkibli yumurtadan zövq alın. Və ya Grangerin ərimiş bal pətəyi hissəcikləri ilə örtülən ricottalı pancakelərə üstünlük verə bilərsiniz. 

175 Westbourne Grove, Notting Hill, London, İngiltərə +44-20/7229-8944  www.grangerandco.com

3

4

Tapas-dan ləzzət alın: Pizarro

Tapas trendi hal-hazırda da davam edir. Şəhərdəki ən ləzzətli tapasları romantik atmosferada yemək üçün sadəcə mətbəxi ilə deyil, dekorasiyası və işıqlandırması ilə ləzzətli Pizarro-nun dadına baxın. İspaniya aşbazı José Pizarronun məkanı, zəmini və yarımçıq sütunları, sənaye tipli masa lampaları və qədim şamdanları ilə rustik dəbdəbəyə malikdir. Yarım ay şəklindəki banketlərindən birinə əyləşin, bir şüşə ağ Txakoli şərabını sifariş edin (qarson ənənəyə uyğun olaraq müəyyən hündürlükdən qədəhə süzür) və bütün tapas menyusunun dadına baxana qədər dayanmayın. Girolle göbələklərini, truf yağında hazırlanan, cəfəri və Frenk soğanı ilə bəzənən Manchego pendir krakerlərinin mütləq dadına baxın.
194 Bermondsey St., London Borough of Southwark London, İngiltərə +44-20/7378-9455 www.josepizarro.com

Çay saatı: Tea Palace

Covent Garden Piazzadakı bu çay imparatorluğunda 120-dən çox çay çeşidi satılır. Dünyanın bir çox yerindən gələn bu çaylar arasında bitki çayları xüsusilə əhəmiyyətlidir. Ağ çaydan Oolong-a, yasəmin çayından Jasmine Rooibos-a qədər axtardığınız və ya hələ də adını belə bilmədiyiniz bir çox çay çeşidi üçün Tea Palace-ı mütləq ziyarət edin. Çayı sevənlərin diqqətini çəkəcək qarışıq tərkibli çaylar da var: Qara yarpaqlara sahib Çin çayının bergamot yağı ilə dadlandırıldığı Palace Earl Grey və böyük hibiskus çiçəkləri ilə hazırlanan Lady Grey çayının daha dadlı bir növü olan Earl Grey Blue Flowers, dükkanın ən çox satan çaylarından ikisidir. Dükkan işçiləri ilə birgə sizin üçün xüsusi nəzərdə tutulan qarışıq tərkibli çayı da hazırlaya bilərsiniz. Burada çay dəstləri, çaydan örtükləri və təmizlənmiş şəkər tozu kimi bir çox  çeşiddə çay aksesuarını da tapa bilərsiniz. Tea Palace-da çox dəbdəbəli hədiyyə paketləri də hazırlayırlar. Londondan sevdiklərinə hədiyyə almağı düşünənlər üçün ƏLA alternativdir.  
12 Covent Garden Market London, İngiltərə +44-20/7836-6997
www.teapalace.co.uk

5

6

Notting Hill’in ən yaxşısı: Austique

Avstraliyalı bacılar Katie və Lindy Lopes-un sahib olduğu butik Austique, Londondaki üçüncü məkanını 2013-cü ilin İyun ayının başlanğıcında Notting Hill-də açdı. Chelsea və Marylebone-dakı dükkanlara son olaraq əlavə olunan Notting Hill mağazasında, digər mağazalarda olduğu kimi geyimdən aksessuara, alt paltarlarından çimərlik geyiminə, kosmetika məhsullarından ev dekorasiya məhsullarına qədər geniş çeşiddə mallar satılır. Austique-ə tez-tez baş çəkənlər arasında Prens William-ın həyat yoldaşı Kate Middleton və qardaşı Pippa Middleton da var.
79-81 Ledbury Road, Notting Hill London,  İngiltərə +44-20-7376-4555
www.austique.co.uk

Gecə əyləncəsi həvəskarları üçün: Chinawhite

Londonun ən populyar və ən füsunkar gecə klublarından biri olan Chinawhite-da bir çox məşhur sima ilə qarşılaşa bilərsiniz. Kate Moss, Lindsey Lohan və Lilly Allen kimi məşhur simaların tez-tez baş çəkdiyi klub, 2009-cu ildə yeni məkanını dəyişdi və dekorasiyasını Satmoko Ball adlı daxili memarlıq üzrə dizayn şirkəti tərəfindən Feng Shui prinsiblərinə sadiq qalaraq layihələndirilmişdir. Məkanın giriş mərtəbəsində müasir Asiya restoranı mövcuddur və divarlar əldə boyanan Çin divar kağızları və Bali divar bəzəklər ilə dekorasiya olunmuşdur. Alt mərtəbədəki, klub damğasını vuran iki mühüm dekorasiya isə müntəzəm surətdə müxtəlif rənglərdə işıq saçan lampa armaturları və üzərinə Çin sevgi şeirinin yazıldığı şüşə var. Dünyanın bir çox yerindən gələn DJ-lərin proqramlarına ev sahibliyi edən klubdakı ‘sound’ -ların daha çox üstünlük təşkil etdiyi house, R&B və rəqs musiqiləridir. Qapıda sıx geyim nəzarətinin olduğunu və kişilərin pencək, qadınların da gecə paltarı və ya dəbdəbəli kombinasiya geyinməyinizə üstünlük verdiyini nəzərinizə çatdırmaq istəyirəm.  
4 Winsley St. London, İngiltərə +44-20/7343-0040 www.chinawhite.com

7

8

Yenilənin: Dorchester Spa

The Dorchester-də xidmət göstərən bu spa mərkəzi 2009-cu ildə başdan aşağı dəyişikliklə üzləşdi və yüksək keyfiyyətdə xidmət göstərməyə başladı. Spa, Cənubi Sakit Okeandan çıxarılan 72 min mirvaridən hazırlanan nəhəng çilçıraq və krem rəngli pərdələri ilə olduqca lyuks və ehtişamlı atmosferaya sahibdir. 1930-cu illərin Art Deco stilini müasir toxunuşları ilə birləşdirən dekorasiyada,  fil sümüyü və mərcan rəngləri daha çox üstünlük təşkil edir. Carol Joy London markalı dəri qulluqları və Kerstin Florian, Aromatherapy Associates dizaynlı bədən dərisinə qulluq məhsulları olduqca geniş, zəif işıqlı suitlərdə həyata keçirilir. Qulluqdan sonra hamam xalatınıza bürünüb geniş şüşə qapılardan keçərək istirahət otağında dincələ bilərsiniz. İstirahət otağında sizə mütəlif növdə jurnallar, buzlu liçi içkisi və yanında da istədiyiniz qədər Louis Roederer markalı şampan verilir.

Park Ln., The Dorchester London, England +44-20/7319-7109
www.thedorchester.com/dorchester-spa

Məhəllə: Marylebone

Londonun qəlbində (mərkəzində) yerləşməsinə baxmayaraq bir çox turistin bilmədiyi və ya sadəcə əhəmiyyət vermədiyi bu füsunkar məhəllə, gözlərdən uzaq və sakit həyatı ilə seçilir. Halbuki, bir qədər macəra ruhuna sahib olanlar üçün orada kəşf ediləcək olduqca çox yer var. Müstəqil kafelər, kiçik dizayn butikləri və bazarlar, Viktoryen publar, əyləncə həvəskarlarının doyunca vaxt keçirəcəyi bir çox məkana sahib olan Marylebone, St. Marylebone Church, Kral George dövründən qalan qəsəbə tipli evlər və insanın qəlbinə toxunan sevimli və şirin meydanları da mövcuddur. Şəhərin tarixinə nəzər salmaq istəyənlər isə sadəcə səssizliyi və sakitliyi ilə seçilən Paddington Gardens istiqamətinə doğru hərəkət edə bilərlər.  Siz burada London kimi sıx şəhərin ortasında sakit qəsəbə həyatını öz gözlərinizlə görəcəksiniz. 


London, İngiltərə


9

10

Performans zamanı: Royal Albert Hall

1871-ci ildə təsis edilən Royal Albert Hall, Prens Albertin sənəti və elmini dəstəkləyəcək mərkəzi nümayiş salonu vizyonunun məhsuludur. South Kensington-dakı Hyde Park-a istiqamətinə baxan çoxməqsədli məkan, hər il 350-dən çox tədbirə ev sahibliyi edir. Bu tədbirlər arasında konsertlər, rəqs bacarıqlarının nümayiş olunması, sərgilər və elmi müzakirələr öz yerini tutur.  Şimali İtaliya memarlığından ilhamlanan binanın ən nəzərəçarpan və fərqlənən xüsusiyyətləri qırmızı kərpiclər, terracotadan hörülən xarici fasadı və döymə üsulu ilə dəmirdən hazırlanan qübbədir. Daxili məkanda isə geniş qırmızı-qızılı rəngli oditorium zalı var. Burada bugünə qədər səhnəyə çıxan məşhur simalar arasında Frank Sinatra, Jimi Hendrix, Jay Z və Elton John-u nümunə göstərə bilərik. Sir Winston Churchill və Nelson Mandela da burada çıxış etmiş tanınmış şəxslərdəndir.  
Kensington Gore, Kensington Grove London, İngiltərə +44-20/7589-8212 
www.royalalberthall.com

Bir sənət klasikası: National Gallery (Milli Qalereya)

Londonun Qərbi Avropa rəsmlərinə həsr olunan muzey və sənət qaleriyası National Gallery, 1838-ci ildə fəaliyyət başlamışdır. Trafalqar Meydanının yerləşdiyi bu məşhur qaleriya 13-19-cu əsrlər arasında yaradılmışdır; hazırda 2300-dən çox sənət əsərinə ev sahibliyi edir. Əsərlərini görə biləcəyiniz rəssamlar arasında Botticelli, Michelangelo, Rembrandt, Van Gogh və Monet-nin olduğu muzeydə Van Gogh-un Günəbaxanlar-ı, Rembrandt-ın 34 yaşındakı avtoportreti və Jan van Eyck-in Arnolfini Portretini mütləq görməlisiniz. 


Trafalgar Sq. London, İngiltərə +44-20/7747-2885  www.nationalgallery.org.uk


TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel