Barselona şəhərinə səyahət etməklə Qaudinin yaradıcı toxunuşu ilə sənətin küçələrdə əks olunduğu, Aralıq dənizinin ruhunu hiss edəcəyiniz, dünyanın ən çox turist qəbul edən şəhərlərindən biri olan Barselonanı yaxından tanıya bilərsiniz. İspaniyanın ikinci böyük şəhəri olmağı ilə yanaşı 2000 illik tarixi keçmişə sahib olan bu şəhər Katalonya Muxtar Vilayətinin də mərkəzi olmuşdur.
Ümumi məlumatİspaniyanın ən gözəl şəhərlərindən biri olan Barselona Kataloniya Muxtar Vilayətinin paytaxtıdır. Əhalisi əsasən Katalon dili və İspan dilində danışır. Digər İspaniya şəhərlərində olduğu kimi Barselonada da daha çox Katolik xristianları yaşayır. Katolik xristianları şəhərdə daha az sayda olan Protestan xristianları ilə qarşılıqlı hörmət münasibətləri çərçivəsində yaşayırlar. Barselona 1929 və 1988 - ci illərdə Dünya Ticarət Sərgisi və 1992 - ci ildə Olimpiadanın təşkilatçılığını etməklə XX əsrdə özünəməxsus iz qoymuşdur. Turizm, sənayə və tekstil əsas gəlir mənbələridir. Məşhur avtomobil şirkəti olan Seat-ın Barselona fabrikində 16000 insan işləyir. Şəhəri iqtisadi olaraq canlı tutan əsas faktorlardan biri də hər il 700000-dən çox gəminin lövbər saldığı, Aralıq Dənizinin ən intensiv limanı olan Barselona Limanıdır. Barselonanın tarixi İspaniyanın tarixindən daha qədimdir. Zəngin tarixə və mədəniyyətə sahib olan Barselona tarixə marağı olan turistlər üçün çox cazibədar bir şəhərdir. Montjuic Qalası, Barselona Katedralı, Santa maria del mer, Bari Gotik ( Gotik Bölgəsi ) tarixə marağı olan insanların görməsini tövsiyyə etdiyimiz məkanlardan sadəcə bəziləridir. İncəsənətə maraq göstərən insanlara Pikasso Muzeyi, Joan Miro Muzeyi, Dali Figures Muzeyi və onlarca belə incəsənət məkanlarını ziyarət etmədən şəhərdən ayrılmamalarını tövsiyyə edirik. Guel Parkı, Sagrada Familia, Casa Mila, Casa Battlo və digər əhəmiyyətli məkan və əsərləri də ziyarət edib görmək səyahətinizi daha da rəngli edəcəkdir. Barselona deyiləndə ilk ağla gələn şey futboldur. 98000 oturacaqlı Nou Camp stadionu və 70000 oturacaqlı Olimpiada stadionu ən əhəmiyyətli futbol arenalarındandır. Aralıq dənizi iqliminin hakim olduğu Barselonada yay ayları isti və quraq qış ayları isə mülayim və yağışlı keçir. Yay aylarında havanın temperaturu 20-30 dərəcə, qış aylarında isə 5-15 dərəcə isti olur. Barselonada şəhər daxili nəqliyyat olaraq taksi, metro və bələdiyyə avtobuslarından istifadə edə bilərsiniz. Metro saat 05:00 -dan 24:00 - a qədər işləyir. Metro biletinin qiyməti 1 nəfər üçün 1.10 avrodur. Daha münasib qiymətə olduğu 10luq biletlər də ala bilərsiniz. Barselonada zəngin və dadlı ispan və aralıq dənizi mətbəxindən olan yeməklərin dadına baxa bilərsiniz. Burada balıq və dəniz məhsulları ilə yanaşı ət yeməklərinin də dadına baxa bilərsiniz. |
Ölkə: İspaniya Dil: Katalon dili və ispan dili Pul vahidi: Avro (EUR) Saat fərqi: Azərbaycandan 4 saat geridədir |
1
|
2
|
La Sagrada Familia və QaudíBarselona, tək bir şəxsin şəhəri olsaydı, bu şəxs əlbətdə ki Qaudi olardı. Qaudinin şəhərdəki izinə bir çox yerdə rast gələ bilərsiniz. Bunlardan birincisi, heç şübhəsiz tamamlanmayan şah əsər La Sagrada Familia-dır. Qaudi bu möhtəşəm əsərə ömrünün 40 ilini sərf etmiş və bu 40 ilin 14-ü burada yaşayaraq keçdi, ancaq ömrü bu əsəri tamamlamağa vəfa etmədi. İnşası davam edən və 2026-cı ildə tamamlanması planlaşdırılan bazilika, təbiətin insan əməyi ilə qovuşduğu, müasirliyin ən qüsursuz nümunələrindən biridir. Həm memarlığı həm də rənginə görə yer üzünə inşa edilən bir binadan çox, sanki yerdən təbii şəkildə yüksələn, təbii binadır. Şəhərdə Qaudinin izlərini görəcəyiniz digər yerlər Parc Güell (7 Carrer d'Olot; www.parkguell.es), Casa Milá / La Pedrera (www.lapedrera.com), Casa Batlló (www.casabatllo.es), Casa Vicens (www.casavicens.es) və Palau Güell (Carrer Nou de la Rambla, 3-5). Barselona, İspaniya www.sagradafamilia.cat |
Barselona Müasir Mədəniyyət MərkəziBarselonalıların görüş nöqtəsi Centre də Cultura Contemporània de Barselona (Barselona Müasir Mədəniyyət Mərkəzi), 1994-cü ildə bərpa edilən 18-ci əsr imarətxanasında açılmışdır. O vaxtdan etibarən şəhərin mədəniyyət və incəsənət fəaliyyətlərinin mərkəzidir. Festivallardan multimedia sərgilərinə bir çox tədbirlərə ev sahibliyi edən mərkəz Museu d'Art Contemporani ilə eyni meydanı paylaşır. 5 Montalegre Barselona, İspaniya www.cccb.org
|
3
|
4
|
Velosoped ilə Barselona gəzintisi: Biciclot MarítimBarselonanı fərqli perspektifdən kəşf etməyə hazırsınızmı? Məsələn, bir velosipedin oturacaq yerindən…Biciclot Marítim 1986-cı ildə təsis edilən, qeyri-kommersiya təşkilatının velosiped kooperatividir. Firma uşaq velosipedlərindən tutmuş çox nəfərli velosipedlər və böyüklər üçün üç təkərli müxtəlif növdə bir çox velosiped icarəyə verir. Velosiped ilə birgə açar, kaska, bir xəritə, bir səbət də icarəyə verilir; yolun planlaşdırılması üzrə xidmət də göstərilir. Kooperativ həm də bələdçi ilə turlar da təşkil edir. Bu turlar bəzən mədəniyyət, bəzən də təbiət temalı, hətta thalassotherapy (su terapiyası) şəklində də ola bilər. 33 Passeig Marítim de la Barceloneta Barselona, İspaniya www.bikinginbarcelona.net |
Oteldən çimərliyə: W BarcelonaBir vaxtlar öz aləmində yaşayan balıqçı bölgəsi olan Barceloneta-nın mərkəzində yerləşən Dubayı xatırladır. Belə ki, bu otel 26 mərtəbədən ibarətdir və yelkən şəklindədir. Port Vell körpüsünün ucundakı otelin 473 otağının da möhtəşəm mənzərəsinin olduğunu qeyd etməliyik. Mənzərədən başqa otelin digər üstünlüyü isə şəhərdə çimərliyə birbaşa keçidin olduğu olduğu yeganə otel olmasıdır. Eyni zamanda, burada bir sonsuzluq hovuzu və rahatlamaq istəyənlər üçün geniş spa mövcuddur. 1 Plaça de la Rosa del Vents, Final Passeig de Joan de BorbóBarselona, İspaniya www.w-barcelona.com |
5
|
6
|
Tapas burada yeyilir: Bar PinotxoÜmumiyyətlə "Pinotxo de la Boqueria" olaraq adlandırılan Bar Pinotxo, olduqca populyar və tövsiyə edə biləcəyimiz tapas barıdır. La Rambla-dakı Boqueria Bazarında yerləşən məkanın üçüncü nəsil sahibi Joan Bayen Perez, ətrafdakılar tərəfindən Katalancada Pinokyo mənasını daşıyan "Pinotxo" olaraq tanınır. 91 La Rambla, Mercat de la Boqueria, No. 466 Barselona, İspaniya www.pinotxobar.com |
Xüsusi şam yeməyi: AlkimiaŞef və kimyagər Jordi Vila, Sagrada Familia bölgəsindəki Michelin ulduzlu restoranında möcüzələr yaradır. Vilanın Katalan mətbəxinin valehedici restoranında masanızı xoş və əyləncəli boşqablar ilə ziyafət süfrəsinə çevirə bilərsiniz. Reseptləri də həddən artıq yaradıcıdır. Tekir balığı və mürəkkəb balığı reseptlərini mütləq sınamalısınız. Məkan, kristal çilçıraqlar və ağ/qara kontrastı ilə son dərəcə müasirdir. Əvvəlcədən yeməklərin dadına baxmaq istəyirsinizsə, servis işçisindən dequstasiya menyusunu istəyin. |
7
|
8
|
Bəylər alış-verişdə: The OutpostStil sahibi kişilərin ayaqqabı, çanta və aksessuar alış-verişi edəcəkləri möhtəşəm mağaza…Jil Sander, Balenciaga və Comme des Garçons məhsullarını tapa biləcəyiniz The Outpost, retro-zərif atmosferaya sahibdir. Hər nə qədər dizayn məhsullarına daha çox üstünlük verilsə də The Outpost’t-da Tomas Maier və Wrangler imzalı gündəlik kişi geyimlərini də tapmağınız mümkündür. 281 Carrer del Rosselló Barselona, İspaniya www.theoutpostbcn.com |
Şəhərdə dəniz keyfi: Barceloneta ÇimərliyiCarrer Almirall Cervera-dan Port Olimpicə qədər şəhərin ənənəvi balıqçı bölgəsində tarixi, ancaq hal-hazırda da fəaliyyət göstərən limanda yerləşən Barceloneta Çimərliyinə, xüsusilə ailələr və turistlər tərəfindən üstünlük verilir. 5 kilometr uzunluğundakı çimərlik boyunca görəcəyiniz stul və stollardan birinə əyləşib palma kölgəsinin altına kölgələnin və sangria sifariş edib Aralıq dənizinin gömgöy sularını seyr edin. Paella-nın Katalan versiyası olan fideua-nı buradakı kafe və restoranlarda dada bilərsiniz. Xüsusiyyəti, düyü əvəzinə ət suyuna batırılmış əriştə ilə hazırlanmasıdır. Niyətiniz dənizə tərəfə bir şeylər oxumaqdırsa, Hospital del Mar-ın qarşısındakı Beach Centre-a baş çəkin. İyul ayından sentyabra qədər burada müvəqqəti oxumaq üçün verilən kitablar və qəzetlərin olduğu xoş bir kitab rəfi mövcud olur. Çimərliyin şimal-şərq istiqamətinə doğru hərəkət etdiyiniz halda Frank Gehry-nin hazırladığı nəhəng balıq heykəli ilə qarşılaşacaqsınız. Barselona, İspaniya |
9
|
10
|
Açıq Bazar: La BoqueriaƏrzaq bazarlarını sevirsinizsə La Rambla üzərində qurulan La Boqueria-ya mütləq baş çəkməlisiniz. Burada həm olduqca ləzzətli qidaların dadına baxa bilər, həm də rəngarəng bazarda şəkil çəkə bilərsiniz. İspaniyanın ən böyük bazarı olan La Boqueria bazar günləri istina olmaqla həftənin hər günü 08.00-20.30 arasında xidmət göstərir. Tərəvəz, meyvə, balıq, şarküteri və yemək stendləri sizi valeh edəcək. La Rambla Barselona, İspaniya www.boqueria.info |
Şəhərdən qaçış: SitgesBarselonanın Sants stansiyasından hərəkət edən qatarla təqribən yarım saatlıq yol gedərək çatacağınız Sitges, kiçik ancaq özünə həddən artıq güvənən bir sahil qəsəbəsidir. 19-cu əsrin son illərində Santiago Rusinol tərəfindən tüfeyli bir destinasiya kimi kəşf olunan Sitges, sənətçinin studiyası və burada o qədər də xoş qarşılanmayan qonaqlıqların verildiyi yer olaraq ilk növbədə sənətçilər arasında populyarlıq qazanmışdır. Qəsəbənin bəmbəyaz ağardılıb təmizlənən evləri, Alban səkili küçələri, bəzəkli villaları və çimərlikləri əyləncə həvəskarları, moda qabaqcılları və ailəliləri məftun edir. Yayda karnavalı, avqust ayında festivalı Festa Major və oktyabr ayında film festivalı Sitges-i bu dövrlərdə ziyarət etmək üçün bir neçə səbəb olmağına baxmayaraq Sitges hər zaman gözəlliyi ilə ön planda olmuşdur. Rusiñol tərəfindən inşa edilən bəzəkli, neoqotik Cau Ferrat sənətçinin digər iki daxmasının yanında öz yerini tutur və bugün muzey olaraq xidmət göstərir. Sıxlıqla qarşılaşmamaq üçün buranı daha tez saatlarda ziyarət etməyiniz tövsiyə olunur. Barselona, İspaniya |