Gəzməkdən doymayacağınız Banqkok Turunda iştirak etməyə hazırsınızmı? 1782-ci ildən bəri Talandın paytaxtı olan və ölkənin ən sıx şəhəri Banqkok, Asiyanın ən böyük turistik şəhərlərindən biri olmaq xüsusiyyətini daşıyır. Mələklər Şəhəri və Şərqin Venesiyası olaraq tanınan Banqkoku hər il ziyarət edən milyonlarla turistdən biri olmaq istəyirsinizsə bu yazı sizin üçündür.
Banqkok da gəziləcək yerlər
Əzəmətli sarayları və otantik kanalları ilə valehedici Banqkok da gəziləcək yerlər arasında məbədlər əsas yer tutur.
Təqribən 400-dən çox məbədə ev sahibliyi edən şəhərdəki ziyarətçi axınına məruz qalan üç məbəd Zümrüt Budha məbədi mənasını daşıyan Wat Pra Kaew, Şəfəq Məbədi mənasını daşıyan Wat Arun və Yatan Buda mənasını daşıyan Wat Pho məbədləri.
1782 və 1925-ci illər arasında Siam və Tayland Krallıqlarına ev sahibliyi edən Grand Palace (Böyük Saray) isə Banqkoka getdikdə, görəcəyiniz yerlərin arasında başlıca yer tutmalıdır. 218,400 m2 sahəni əhatə edən və içərisində Wat Phra Kaew məbədinin yerləşdiyi Saray Kompleksi, Thai memarlığının füsunkar nümunələrindən biridir. Sarayı gəzərkən diqqət edəcəyiniz nüanslardan biri də ciddi geyim qayda-qanunlarıdır. Sarayı gəzmək üçün qollarınızın və ayaqlarınızın qapalı olmağı şərtdir.
Banqkoka getmişkən Üzən Bazarı (Floating Market) ziyarət etmədən şəhəri tərk etməyin. Üzən Bazar Banqkok turizminin ən mühüm dayanacaqlarından biridir. Səhər 7-dən günorta 1 arasında faaliyyət göstərən bazarda alış-verişinizi kano (qayıq) ilə həyata keçirə bilərsiniz. Gəmi ilə tur səyahətinə çıxarkən eyni zamanda alış-verişinizi də həyata keçirə bilərsiniz. Meyvə, tərəvəz, hədiyyəlik əşya və daha bir çox istədiyiniz şeyi əldə edə biləcəyiniz Üzən Bazarda bazarlıq etməyi qətiyyən unutmayın.
Banqkok da Gecə Həyatı
Banqkok gecə həyatına addım atdıqda oradan ayrılmaq istəməyəcəksiniz. Şəhərin dörd bir tərəfində, standartlarınız və zövqünüzə görə əyləncə məkanı tapmaq mümkündür. Keyfiyyətli canlı musiqidən, jazz klublarına, trendy gecə klublarından səhnə şoularına qədər bir çox alternativ mövcuddur.
Banqkokun ən hərəkətli yerlərindən biri də Banglamphu bölgəsində yerləşən və əyləncənin ürəyi hesab olunan Khao San Prospektidir. Hərəkətli gecə keçirmək istəyirsinizsə, prospektin üstündəki bar və gecə klubları sizin üçündür deyə bilərik. Gecənin gec saatlarına doğru küçələrdə keçirilən partilərə (qonaqlıqlar) şahid olacağınız prospektdə sadəcə gəzərkən belə rəngarənk mənzərələrlə rastlaşa bilərsiniz.
Şəhərin ən məşhur go-go barlarını görmək istəyirsinizsə, sizi Patpong, Nana və Soi Cowboy bölgələrinə dəvət edirik.
Banqkokda Alış-veriş
Alış-veriş şəhəri olan Banqkokun məşhur gecə bazarları səhərə qədər; təqribən 1-ə qədər-açıq olur. Müasir dünyanın bütün məhsullarını tapacağınız alış-veriş mərkəzləri isə bizim AVM-lərimizdən fərqlənmir. Küçə bazarlarında imitasiya həvəskarlarının əldə edəcəyi bir çox məhsul mövcuddur.
Banqkok da Nə Yeyilir? (Banqkok Yeməyi)?
Bəli, sanki “Banqkokda nə yeyilir?” deyə soruşduğunuzu eşidirik. Dəniz məhsullarının və düyü çeşidlərinin bol olduğu Banqkok əsl yemək cənnətidir deyə bilərik. Xüsusilə, turistik gəzintilərinizdə küçədə yemək yemək vərdişiniz varsa, Banqkokda da bu vərdişinizi davam etdirə bilərsiniz. Eyni zamanda, acı souslardan imtina edə bilmirsinizsə, Banqkokda bu boşluğu heç hiss etməyəcəksiniz.
Hər büdcəyə uyğun yeməklərə rast gələcəyiniz şəhərdə dəbdəbəli şam yeməyi yemək istəyirsinizsə Bayyoke Sky Restoranı tam sizin üçündür. Xüsusilə, şam yeməyi üçün getməyinizi tövsiyə etdiyimiz restoranda yemək yeyərkən şəhərin işıqları altında füsunkar gözəllikdəki mənzərədən həzz alacaqsınız.
|
Bangkok haqqında ümumi məlumatlar
|
1
|
2
|
Spa keyfi: The Spa at the Peninsula, BanqkokChao Phraya Çayına baxan 37 mərtəbəli bu lyuks qüllədə xidmət göstərən otel Peninsulanın spası, şəhəri gəzdikdən sonra yorğunluğunuzu aradan qaldırmaq üçün idealdır. 2007-ci ildə effektiv renovasiyadan keçən spada təcrübəli terapistlər ESPA məhsullarından istifadə edərək sizə və ehtiyaclarınıza uyğun olaraq qulluq xidmətlərini təşkil edirlər. Həm Tailand həm də Avropa sayağı qulluq xidmətlərinin təklif edildiyi spa-da hamam xalatınızı geyinin və çayın mənzərəsinə qarşı həm bədəninizi həm də ruhunuzu sakitləşdirib dincəldin.
33 Charoen Nakorn Rd. Bangkok, Tailand +66-2/861-2888 www.peninsula.com |
Gecə quşlarına xas: EscudoPopulyar prospektlərdən biri olan Thonglor-da yerləşən Dutchess Plaza Building-in içərisindəki Escudo, şəhərin ən hərəkətli gecə klublarından biridir. Gecə həyatını sevirsinizsə, buradakı keyfiyyətdən (həm musiqi, həm servis həm də müştəri profili) razı qalacaqsınız. İki mərtəbəli bu gecə klubunda iki fərqli gecə həyatı sizin ixtiyarınıza verilir. Birinci mərtəbədə DJ-in hip hop çaldığı ənənəvi gecə klubu atmosferası var. İkinci mərtəbədə isə house musiqisi hakimdir. Banqkokun elit təbəqəsinin tez-tez baş çəkdiyi Escudo, xüsusilə kokteylləri ilə məşhurdur. Həftə sonları yerlərin dolu olduğunu və rəqs etmək üçün belə yerin çətinliklə tapıldığını nəzərinizə çatdırmaq istəyirik.
289/1 Sukhumvit Soi 55, Dutchess Plaza Building, 4-cü mərtəbə Bangkok, Tailand +66-2/712-5335 |
3
|
4
|
Məbəd ziyarəti: Wat SuthatBanqkokun ən gözəl məbədlərindən biri olan Wat Suthat, nəhəng Buda heykəli ilə qonaqlarını qarşılayır. Şəhərin ən yüksək viharasında, yəni Budist məbədində yüksələn bu nəhəng heykəl, Budanın həyatını təsvir edən divar rəsimləri ilə əhatələnib. Divar rəsmləri ən azı məbədin xaricindəki şəhər qədər qarışıq və valehedicidir. Şəhərdəki 10 böyük məbəddən biri olan Wat Suthat-ın alt terrasında, dünyaya göz açan 28 Buda-nın simvolu hesab olunan 28 paqoda mövcuddur. 146 Bamrung Muang Rd Bangkok, Tailand +66-2/224-9845 |
Saray ləzzətləri: Thanying RestaurantSukhothai Sarayının baş aşbazlarından birinin bacarıqlarını nümayiş etdirdiyi Thanying Restaurant, sarayda hazırlanan yeməkləri eynilə sizə təqdim edir. Ənənəvi Thai mətbəxindən fərqli ləzzətlər dadacağınız bu restoran, kraliçanın oğlu M.R. Sorut Visuddhi və Tailandlı aktyor Kriangkrai Unhanandananın şərikliyi ilə təsis edilmişdir. Bir vaxtlar qədimi ev olan bu bina sonralar restoran kimi fəaliyyət göstərmişdir. Restoranda üç müxtəlif yemək bölməsi var. Hər biri də Thai antikvarları ilə döşənmiş, sarayı xatırladan aristokrat məkanlardır. Menyuda yumurta və kri ilə tavada çevrilən xərçəng puu phat phong kari və ənənəvi Hindistan qozlu toyuq şorbası tom khaa kai kimi ləzzətlər də var. Restoranın tropik bağlarını seyr etmək üçün pəncərə kənarından bir masa rezerv edin. 10 Pramuan St., Silom Bangkok, Tailand +66-2/236-4361www.thanying.com |
5
|
6
|
Chatuchak həftə sonu bazarıBanqkokun olduqca rəngli bazarları var. Onlardan bəziləri sadəcə gecələr qurulduğu halda, bəziləri də ancaq həftə sonları təşkil olunur. Chatuchak, həftə sonu qurulan bazardır. Son dərəcə canlı və sürprizlərlə dolu olan bu bazarda axtardığınız hər şeyi tapa bilərsiniz. Antikadan geyimə, aksessuardan hər növdə çiçək, toxuma məhsullarından hədiyyəlik əşyaları ilə bura alış-veriş və xüsusilə mətbəx mədəniyyəti həvəskarları üçün əsl cənnətdir. 08.00-18.00 arasında qurulan bazarda minlərlə stend var. Stendlərin bir qismi meydanda, bir qismi də dar küçələrdə qarşınıza çıxır. 2 Kamphaeng Phet Rd. Bangkok, Tailand |
Həm bar həm də qaleriya: WTF Cafe & GallerySərin içkilər, möhtəşəm tapas çeşidləri və olduqca maraq doğuran füsunkar sənət əsərləri … Yeni sənət qaleriyası olan WTF, eyni zamanda bar və kafe xidmətlərini də göstərir. Özünü yaradıcı sosial klub olaraq tanıdan WTF-də həm yerli həm də beynəlxalq sənətçilərin əsərləri nümayiş olunur. Bir tərəfdən də şəhərin bistro-bar mədəniyyətinin inkişafında mühüm rol oynayır. Səciyyəvi Banqkonk evinin 2-ci və 3-cü mərtəbələrində xidmət göstərən WTF, şəhərin ən funksional mərkəzinə bir neçə dəqiqəlik yeriş məsafəsində, dar küçədə yerləşir. Çərşənbə axşamı-bazar günləri arasında 15.00-20.00 saatları arasında açıqdır. 7 Sukhumvit Soi 51 Bangkok, Tailand +66-2/662-6246 wtfbangkok.com |
7
|
8
|
Tayland Mədəniyyət Mərkəzi1987-ci ildə Kral Bhumibol Adulyadej-in 60-cı doğum gününü qeyd etmək üçün açılan Tayland Mədəniyyət Mərkəzi, bugün Banqkokun ən mühüm sənət və performans mərkəzlərindən biridir. Mərkəzin əsas salonu 2000 oturacaqlı performans sahəsini təqdim edir; amfiteatr 1000 oturacağı ilə olduqca genişdir; kiçik salon isə 500 oturacağı ilə daha kiçik miqyaslı tədbirlərə ev sahipliyi edir. Sərgi salonu müntəzəm surətdə dəyişən sərgilər və installasiyalar üçün nəzərdə tutulmuşdur. Hər il təşkil olunan xüsusi tədbirlər arasında Taylandın ən geniş miqyaslı tədbiri olan Beynəlxalq Rəqs və Musiqi Festivalı (13 Sentyabr-14 Oktyabr, 2013-cü il) də var. 14 Thanon Thiam Ruam Mit Bangkok, Tailand +66-2/247-0028 |
Uzaq şərqdəki Venesiya: KhlongVenesiyanın Taylandlı əkiz qardaşı Banqkok kanallarla dolu olan şəhərdir. Chao Phraya Çayı üzərində bir çox kanal və bu kanalları bəzəyən körpülər var. Şəhəri quru yolla da gəzə bilərsiniz, ancaq gəmi turları ilə fərqli perspektiv əldə etmək mümkündür. Taylandlılar kanallara khlong adını vermişdir. Chao Phraya Express Boat bu gəmi turlarını təşkil edən şirkətlərdən biridir. Bangkok, Tailand +66-2/623-6143www.chaophrayaexpressboat.com |
9
|
10
|
Şəhər turu üçün fərqli alternativ: BTS SkytrainBanqkokda nəqliyyat işləri üzrə ən mühüm daşımacılıq sistemi, BTS Skytrain-dir. Yerin səviyyəsindən olduqca yüksəkdə olan bu sürətli qatarlar artıq mənimsənilmiş olsa da, 1999-cu ildə açıldıqda olduqca böyük yenilik təşkil edirdi və hətta gələcəyin nəqliyyat vasitəsi olaraq göstərilirdi. BTS-ni turist avtobusu kimi istifadə edib, olduqca münasib qiymətlərə Banqkoka tur təşkil etmək mümkündür. İki əsas xətdən ibarət olan BTS-nin bir xətti Silom Line, qərbdən cənuba, Siam bölgəsindəki Milli Stadiondan çayın o biri tərəfi Thonburi-dəki Wongwian Yai-ya doğru uzanır. Digər xətt Sukhumvit Line isə şimaldan şərqə, Mo Chit-ten Bearing-ə doğru uzanır. Bangkok, Tailand www.bts.co.th |
Almetaİpəyi ilə məşhur Taylanddan ipək parça almamış şəhəri tərk etməyin. 1992-ci ildə açılan Almeta, həm butik həm də showroom qismində yüksək keyfiyyətdə ipək parçalar və toxunma məhsullarını satır. 1000-dən çox rəng və modeldə ipək parçanın olduğu Almetada parçalar əldə toxunur və müştərilər üçün fərqli rənglərdə kombinasiya edilir. Almetanın ən məşhur məhsulu olan “lazy silk” paltar maşınında yuyula bilmə xüsusiyyəti ilə ön plana çıxır. İpək geyim və aksessuarları ilə yanaşı məişət tekstil məhsulları da mövcuddur. 20/3 Sukhumvit Rd., Soi 23 Bangkok, Tailand +66-2/204-1413 www.almeta.com |