CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 Addımda MOSKVA Rusiya

slide

Əfsanəvi Böyük Teatr

slide

Şəhərin ən gözəl kitab evi: Respublika

slide

Həm butik, həm gecə klubu

slide

Müasir sənət əsərləri

slide

Sandunovskiye-də hamam əyləncəsi

slide

Saat Qülləsi (Spasskaya Frolovskaya)

slide

06 fevral Ziyalıların görüş yeri: Bar Strelka

slide

Ənənəvi Gürcü mətbəxi: Genatsvale Arbat

slide

Izmailovsky Bazarı

slide

Metro stansiyaları

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Moskva

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

1

2

Əfsanəvi Böyük Teatr

Böyük Teatrı görmədən Moskva şəhərini tərk etməyin. Çaykovskinin Qu gölü baletinin premiyerasının səhnələşdirildiyi bu əfsanəvi teatr binası, beynəlxalq balet və opera performanslarına ev sahibliyi edir. 2005-ci ildə yenilənmək üzrə bağlanan və 2011-ci ildə pərdələrini təkrar açan teatrın daxili dekoru, orijinalındakı kimi qorunub saxlanılmışdır. Daha əvvəl Rusiyada opera izləməmişsinizsə, ilk fasilədən sonra ikinci və üçüncü hissələrin də olacağını bilməmiş ola bilərsiniz, ona görə də yerinizdən dərhal qalxmayın. 


Teatralnaya Meydanı, 1 Moskva, Rusiya +7-495/455-5555 www.bolshoi.ru

Şəhərin ən gözəl kitab evi: Respublika

Olduqca müasir daxili dekorasiyaya sahib olan Respublika-nın şüarı "Kitablar, musiqi və perspektiv"dir. Nabokov klassiklərindən Sovet memarlığı kitablarına, musiqi kitablarından məşhur simaların məktublaşmaları və dizayn obyektlərinə qədər burada valehedici dünyanın içərisində itə bilərsiniz. Dükkanın kafesində film nümayişləri də həyata keçirilir.

  

10 Ul. 1st Tverskaya-Yamskaya Moskva, Rusiya +7-495/781-3790

3

4

Həm butik, həm gecə klubu

Denis Simachev-in, Stoleshnikov Lane-butiki, alış-veriş həvəskarlarının mütləq görməli olduğu moda cənnətidir. Dizaynları 30 ölkədə satılan Denis Simachev-də, olduqca maraqlı parçaları tapa biləcəksiniz. Putinin üzünün çiçəklərlə əhatələndiyi tshort-ü 2002-ci ildə böyük sansasiya yaradan marka, yanındakı Gucci və Burberry kimi nəhəng markalarla rəqabət etməsini yaradıcılığına borcludur. Bu yaradıcılığın göstəricilərindən biri də məkanın birinci mərtəbəsinin bar və gecə klubuna çevrilmiş olmasıdır. Gündüz alış-veriş edə bilməzsəniz gecə əylənə bilərsiniz. 


12/2 Stoleshnikov Per. Moskva, Rusiya +7-495/629-5702 www.denissimachev.com

Müasir sənət əsərləri

Studio və atelyelərinin olduğu Central House of Artists ilə eyni kompleksdə yerləşən New Tretyakov Gallery-nin üst mərtəbəsində, Moskvanın erkən 20-ci əsr sənət kolleksiyasını görə bilərsiniz. Malevich-dən Goncharova-ya, Mashkov-dan Lentulov-a və Chagall-a incəsənət həvəskarlarını valeh edəcək parçalara sahib olan New Tretyakov Gallery-yə baş çəkməyi unutmayın.  


10 Lavrushinsky Ln. Moskva, Rusiya +7-495/953-1051 www.tretyakovgallery.ru/enm

5

6

Sandunovskiye-də hamam əyləncəsi

2006-cı ildə geniş miqyaslı renovasiyadan keçən Sandunovskiye Hamamı, şəhərin ən məşhur spa-sıdır. Buxar otaqlarından soyuq su hovuzlarına, qəhvə dənəcikləri və balla hazırlanan masajlardan çay servis xidmətinə qədər burada həm fiziki həm də mənəvi rahatlıq taapacaqsınız. 

 

3/7 14 Ul. Neglinnaya Moskva, Rusiya +7-495/625-4631 www.sanduny.ru

Saat Qülləsi (Spasskaya Frolovskaya)

Tarixi Qırmızı Meydan, Kremlin Sarayı və məşhur saat qülləsini görmədən buranı tərk etməməlisiniz. Qırmızı Meydana daxil olduqda qarşınıza çıxan 10 mərtəbəli saat qülləsi Spasskaya Frolovskaya, 1491-ci ildə İtaliyan memar Pietro Antonio Solari tərəfindən dizayn edildi və  uzun müddət mərasim açılışlarında istifadə olundu. Saat qülləyə 1625-ci  ildə yerləşdirilmişdir. 1851-ci ildə kiçik bəndlərlə möhkəmləndirilərək yanına ulduz da qoyuldu. Həm gündüz həm gecəni  işıqlandıran bu ULDUZ, külək gülü kimi fırlanır. 

 

5 Sennaya Meydanı Moskva, Rusiya +7-8162/773-074

7

8

06 fevral Ziyalıların görüş yeri: Bar Strelka

Strelka Institute for Media, Architecture & Design-ın ən üst mərtəbəsində yerləşən bu bar, şəhərin ziyalı kütləsinin və mədəni elitinin görüş yeri. Eklektik üslubdakı menyuda İber jambonu kimi  qəlyənaltılar da var, ənənəvi Rus mətbəxindən zəngin klassiklər də.


14 Bersenevskaya Nab., Bina. 5 Moskva, Rusiya  +7-495/225-8888 www.strelka.com

Ənənəvi Gürcü mətbəxi: Genatsvale Arbat

Şəhərin ən yaxşı restoranlarından biri olan Genatsvale Arbat-ın bol ədviyyatlı ləzzətləri arasında; kəskin qoxulu pendirlə Khachapuri payları, bibərli ət suyunda  qaynadılan xingəl khinkali və qozlu sousda bişirilən toyuq satsivi var. Həm Arbat həm də Ostozhenka-da yerləşən restoranlarda, həqiqi Qafqaz qonaqpərvərliyinin şahidi olacaqsınız. Məkanın dekorasiyası ənənəvi Gürcü qəsəbəsi şəklində dizayn edilmişdir.  


11 Novy Arbat, Bina. 2 Moskva, Rusiya +7-495/203-9453 www.restoran-genatsvale.ru

9

10

Izmailovsky Bazarı

Bu bazarda gəzərkən özünüzü temalı əyləncə parkında hiss edəcəksiniz. İlk başda bir qədər turistik təəssürat bağışlasa da, buranı bir çox Moskvalının da ziyarət etdiyini qeyd etmək istərdik.  Sovet dövründən qalan kitsch predmetlərindən qədim Özbək tekstillərinə, kürklü şapkalardan vintage fotoaparatlara və Matruşka oyuncaqlardan Sovet dövrü plakatlarına, burada maraqlı bir çox əşyalarla qarşılaşacaqsınız.  Izmailovsky Bazarı hər gün açıqdır.


Moskva, Rusiya www.kremlin-izmailovo.com

Metro stansiyaları

Moskvanın metro stansiyaları üçün “yer altı sarayları” desək qabartmış olmarıq.  Şəhərin bir çox metro stansiyası, Sovetlər Birliyi dövründə çarlığa cavab olaraq, xalq üçün saraylara oxşar formada təchiz edildi. Komsomolskaya Stansiyası Korint sütunları, geniş qübbəsi, portikosu, Barok detalları və kristal çilçıraqları ilə həqiqətən də sarayı gəzirmişsinz kimi bir hiss yaradır. Əfsanəvi sənətkar Pavel Korin tərəfindən dizayn olunan tavan mozaikləri möhtəşəmliyi ilə seçilir. Kievskaya Stansiyası isə mərmər sütunları və mozaikləri ilə ön plana çıxır. 1954-cü ildə inşa edilən stansiyadakı mozaiklər hər nə qədər tarix ziddini iddia etsə də Stalin dövrünün nailiyyətlərindən bəhs edir.  


Moskva, Rusiya

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel