CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 Addımda BERLİN Almaniya

slide

İspan sayağı gecələmə: Melia Berlin

slide

Dəbdəbəli axşam yeməyi: Gugelhof

slide

Səkkizinci mərtəbədə bar: 40Seconds (“40 Saniyə”)

slide

Muzey cənnətində bir dayanacaq: Alte Nationalgalerie

slide

Rəqs vaxtıdır: Berghain

slide

Kepka alış-verişi: Rike Feurstein

slide

Şəhərin içərisində bir oazis: Tiergarten

slide

Ayaqqabı alış-verişi: Trippen

slide

Eviniz üçün darıxdıqda: Türk bazarı

slide

Bit bazarı: Mauerpark Flohmarkt

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Berlin

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

1

2

İspan sayağı gecələmə: Melia Berlin

İspaniya mənşəli otel zənciri Melia Hotels International-ın Almaniya paytaxtındakı filialı Hotel Melia Berlin, Spree Çayı sahilindəki mövqeyi ilə otaqlarının bir çoxunda füsunkar mənzərələri ilə diqqət çəkir. Oteldə 364 otaqla yanaşı suit otaqlar da mövcuddur. Otaqların hər biri müasir stildə, tünd rəngli, ağacdan hazırlanan əşyaları ilə birgə əsasən qırmızı və qızılı rənglərdə dizayn edilmişdir.  Otelin ən yaxşı otaqları, xüsusilə altıncı mərtəbədəki çay mənzərəli olanlardır.  Rezervasiya zamanı bunu xüsusilə qeyd etməyinizi tövsiyə edirik. Bu otel Brandenburg Gate, Museum Island və Alexanderplatza yaxın olması ilə yanaşı həm də mərkəzdə yerləşir. Otel tapas yeməkləri ilə də olduqca məşhurdur. Bu ləzzətli isti və soyuq qəlyənaltıları Café Meliá-da və yaxudda tapas barında sifariş edə bilərsiniz.


103 Friedrichstrasse; +49-30/2060-7900 Berlin, Almaniya www.melia.com

Dəbdəbəli axşam yeməyi: Gugelhof

Kollwitzplatz Meydanı üzərində yerləşən olduqca dəbdəbəli olan bu restoran 1990-cı illərin ortalarından bəri xidmət göstərir. Bill Clinton və Gerhard Schroeder kimi məşhur siyasi şəxsləri qonaq edən bu restoran çox maraqlıdır ki, səmimi kənd evi görünüşündədir. Alsas mətbəxi ilə məşhur olan Gugelhof-da yeməklər böyük porsiyalarda masanıza servis edilir. Həftə sonları və rəsmi bayram günlərində 10.00-16.00 arasında brunch menyu təklif olunur. Zeytun, təzə kartof, keçi pendiri və pomidorla hazırlanan tarte flambée, menyunun ən populyar seçimləridir. Axşam yeməyi menyusu gündəlik olaraq dəyişsə də bütün yeməklər həm çox zəngin həm də olduqca təzə məhsullarla hazırlanır. Fransız və Alman şərabları seçimi həddən artıq çox və qiymətlər də olduqca münasibdir.  


37 Knaackstrasse; +49-30/442-9229 Berlin, Almaniya www.gugelhof.de

3

4

Səkkizinci mərtəbədə bar: 40Seconds (“40 Saniyə”)

Bu barın adı “40 saniyə” mənasındadır, çünki  8-ci mərtəbədə yerləşən bu məkana qalxmaq liftlə 40 saniyə vaxt tələb edir. Liftin qapıları açıldıqda, qismən müasir, qismən 80-ci illəri xatırladan  vintage bir məkana daxil olursunuz. Barın bəmbəyaz divarları, alçaq ağ masaları və oturacaqları var. İşıqlandırma, sanki kosmosdan gəlmiş kimi görünən Verner Panton lampaları ilə təmin edilmişdir. Barın üç fərqli otağı var. Biri R&B, digəri house, digərində də elektron musiqi hakimdir.  Barın içkinizi qurtumlayacağınız balkonları isə Potsdamer Platz mənzərəlidir.


58 Potsdamer Strasse, 8-ci mərtəbə; +49-30/8906-4241 Berlin, Almaniya www.40seconds.de

Muzey cənnətində bir dayanacaq: Alte Nationalgalerie

Berlinin ən mühim sənət muzeylərindən biri olan Alte Nationalgalerie, şəhərin məşhur Muzey Adasındakı beş böyük muzeyindən biridir. Bir qədim Yunan ibadətgahını xatırladan muzey memarlıq üslubu ilə Friedrich August Stüler tərəfindən dizayn və 1866-1876-ci illər arasında isə inşa edildi. Muzeyin kolleksiyası böyük nisbətdə J.H.W. Wagenerin şəxsi kolleksiyasından yaradılmışdır. Xüsusilə, 19-cu əsr rəsm və heykəlləri ilə dolu olan muzeydə Manet, Degas və Renoir kimi məşhur simaların əsərləri görülə bilər.


1-3 Bodestrasse; +49-30/2090-5577 Berlin, Almaniya www.smb.museum

5

6

Rəqs vaxtıdır: Berghain

Qərb Kreuzberg və Friedrichshain arasında yerləşən bu gecə klubu, adını bu iki bölgənin adlarının son hecalarından götürmüşdür. 18 metr hündürlüyündə olan tavanı ilə olduqca geniş və təravətli rəqs meydaçasına sahib olan  Berghain, 1500 nəfərlikdir. Polad və betonun istifadə olunduğu bina həddən artıq sadə, ancaq bir o qədər də görkəmlidir. Əsasən techno və techno house musiqisinin səsləndiyi məkanın profili gənc və orta yaşlılar üçün nəzərdə tutulmuşdur. Berlində əyləncəli və rəqslərin öz damğasını vurduğu bir gecə istəyirsinizsə,  Berghain siyahınızdakı ilk yer olmalıdır. 


70 Rudersdorfer Strasse, Am Wriezener Bahnhof Berlin, Almaniya www.berghain.de

Kepka alış-verişi: Rike Feurstein

Retro-gündəlik kepkalar satan bu mağazada müxtəlif növdə, çox zəngin kolleksiya var. Toxunma kepkalardan kətan kepkalara, Panama həsirindən toxunan geniş kənarlara malik kepkalardan beretlərə qədər istədiyiniz məhsulları əldə edə bilərsiniz. Siz hətta o malların içərisində özünüzü də itirə bilərsiniz. Həm qadınlar həm də kişilər üçün nəzərdə tutulan Rike Feurstein kepkalarını sevirsinizsə, mütləq bura baş çəkin. 


28 Rosa-Luxemburg-Strasse Berlin, Almaniya www.rikefeurstein.com

7

8

Şəhərin içərisində bir oazis: Tiergarten

Tiergarten həm şəhərin ən populyar, ən böyük parkı, həm də parlamentin və diplomatik bölgənin adıdır. Ağaçların kölgələndirdiyi yoldan keçərək Brandenburg Qapısı-na çıxacağınız park bir vaxtlar ov sahəsi olaraq  istifadə olunurdu. Gəzmək, velosipedə minmək, piknik etmək və ya top oynamaq üçün Berlinlilər bu parka gəlir. İtlərini gəzdirənlər, ailəliklə gözəl bir gün keçirənlər, romantik anlar yaşayanlar və ya idman edənləri görüb, istədiyiniz təqdirdə sizin istədiyiniz istənilən fəaliyyət növü ilə  Berlinlilərin arasına qarışa bilərsiniz.


89 Alt-Moabit Berlin, Almaniya

Ayaqqabı alış-verişi: Trippen

Almanlar, ayaqqabı məsələsində İtaliyanlardan heç də geridə qalmırlar. Olduqca keyfiyyətli, əldə hazırlanma ayaqqabıların satıldığı dükkanlardan biri Trippen-dir. Michael Oehler və Angela Spieth tərəfindən 1992-ci ildə təsis olunan Trippendə, satılan ayaqqabıların ən mühim xüsusiyyətlərindən biri davamlılığı, digəri isə ekolojik materiallardan istifadə edərək emal edilməsidir. Qulplu ayaqqabıları ‘Mug’ son dərəcə ağıllı dizaynın məhsuludur. Yorulan ayaqlardan çıxan dikdabanları bu vasitə ilə əlinizdə asanlıqla, eynilə qəhvə fincanını daşıdığınız kimi daşıya biləcəksiniz. 


2 Kiefholzstrasse Berlin, Almaniya www.trippen.com

9

10

Eviniz üçün darıxdıqda: Türk bazarı

Kanalın Maybachufer sahilində qurulan Türk bazarında isti ispanaqlı börəkdən ağ pendirə, badımcandan zeytun yağına Türkiyəni xatırladacaq nəyi axtarırsınızsa tapacaqsınız.  Satıcılarla türk dilində danışmaqdan zövq alacaqsınız. Ləzzətli mürəbbələr, təzə çörəklər, qaynadılmış qarğıdalı, humus, burada Berlinlilərin sevdiyi, bizimsə vərdiş etdiyimiz bir çox ləziz dadlar satışa çıxarılır. Meyvə və tərəvəzlərin qiymətlərini aşağı salmaq sərbəstdir.  


Maybachufer Berlin, Almaniya

Bit bazarı: Mauerpark Flohmarkt

Prenzlauer Berg-də, dağıdılan divarın yaxınlığında qurulan Mauerpark bit bazarına getmək üçün şəhər meydanından tramvaya minməlisiniz. Burada axtardığınız hətta axtarmadığınız bir çox şeyi tapa bilərsiniz. Bitbazarı boyunca uzanan stendlər və hava soyuqdursa, kafelərdə oturub içinizi isitmək üçün içərisinə rom əlavə edilmiş isti şərab, yəni glühwein içməlisiniz.


63-64 Bernauer Str. Berlin, Almaniya www.mauerparkmarkt.de

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel