CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 Addımda Los Anceles Amerika

slide

Ye-iç-əylən-alış-veriş et: The Bazaar

slide

Məhəllə kəşfi: Abbot Kinney Boulevard

slide

Açıq hava alış-veriş mərkəzi: Rodeo Drive

slide

Hamısı bir yerdə: Santa Monica

slide

Griffith Observatory

slide

Müasir Latın mətbəxi: Rivera

slide

Los Ancelesdə xizək keyfi: Bear Mountain Resort

slide

Meksika mətbəxi: Yuca’s

slide

Məşhurlarla eyni oteldə gecələyin: Four Seasons Hotel Los Angeles at Beverly Hills

slide

Mələklərin şəhərində spa həzzi: The Spa at the Peninsula Beverly Hills

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Los Anceles

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 



1

2

Ye-iç-əylən-alış-veriş et: The Bazaar

Aşbaz Jose Andres-in populyar məkanı The Bazaar iki yemək zalı, şirniyyat şöbəsi və barlardan ibarət olan bir əyləncə və yemək-içmək kompleksidir. Yemək zallarından biri dekorasiyasında qırmızı rəngin üstünlük təşkil etdiyi İspaniya təsirində qalan Rojo-dur. Daha müasir dekorasiyalı ağ yemək zalı isə Blanca-dır. Olduqca yaradıcı kokteyllər və qeyri adi, maraqlı qəlyanaltılar hazırlayan Swanky Bar Centro şəhərin populyar görüş nöqtələrindəndir. The Bazaar-ın ən füsunkar xüsusiyyətlərindən biri də patisserie şöbəsində istehsal olunan ləzzətlərin yemək arabaları ilə servis edilməsidir. Dekorasiyası Philippe Starck-a aid olan The Bazaar-ın daxili alış-veriş təlabatınızı ödəyəcəkdir. Burada Assouline və Baccarat kimi mağazalar da mövcuddur.


465 S. La Cienega Blvd. SLS Hotel Beverly Hills Los Anceles, ABŞ
www.thebazaar.com


Məhəllə kəşfi: Abbot Kinney Boulevard

Tufeyli dəbdəbəsinə sahib olan Venice Beach-də bir kilometr yarım məsafəyə qədər uzanan bulvar müstəqil butiklərdən, incəsənət qaleriyalarından, vint dükkanlardan və səkidəki kafelərdən ibarət sanki rəngarəng bir kolajdır. Demək olar ki heç kəsin yerimə vərdişinin  olmadığı, hamının avtomobil ilə hərəkət etdiyi  Los Ancelesdə Abbot Kinney şəhərin gəzilə biləcək bir neçə prospektindən biridir. Günəşli günortadan sonra bu bulvara gəlin və əvvəlcə G2 Gallery-də sərgini gəzin, sonra möhtəşəm Kendall Conrad çantalarının satıldığı butikə alışveriş etməyə gedin və N’IceCream-də fasilə verin. Bulvarda gəzərkən planlaşdırmadığınız bir çox şey avtomatik qarşınıza çıxacaqdır: Şərab dequtasiyası, moda tədbirləri və hər il təşkil olunan Abbot Kinney Festivalı bu sürprizlərdən sadəcə bir neçəsidir. Hər ayın ilk Cümə günü bulvarda qaleriyalar gec saata qədər açıq olur və mobil qida avtobusları da bulvar boyunca sıralanır.


Abbot Kinney Blvd., Venice Beach Los Anceles, ABŞ

3

4

Açıq hava alış-veriş mərkəzi: Rodeo Drive

Dior-dan Gucci-yə, Prada-dan Tiffany&Co, Chanel-den Dolce & Gabbana-ya lyuks markaların yanaşı sıralandığı Rodeo Drive, Los Anceles ilə alış-verişi birləşdirmək istəyənlərin mütləq gəzməli olduğu prospektdir. Alış-veriş etməsəniz belə, sadəcə buradakı hərəkəti, çox böyük ehtimalla bir neçə tanınmış simanı görmək üçün Rodeo Drive-da bir neçə saat keçirməyizi tövsiyə edirik. Burada yorulduqda bir az dincəlib, yemək yeyəcəyiniz bir çox restoran və kafe mövcuddur.  


Rodeo Dr #1, Beverly Hills Los Anceles, ABŞ

Hamısı bir yerdə: Santa Monica

Filmlərdə tez-tez qarşımıza çıxan Santa Monica ən çok pieri və gəzinti yolu Third Street Promenade ilə tanınır. Və Çərşənbə günləri qurulan fermer bazarı Farmers' Market-i də əlavə edin. Burada Los Ancelesli populyar aşbazları restoranları üçün alış-veriş edərkən görə bilərsiniz. Məqsədiniz bir qədər alış-veriş etməkdirsə Main Street və Montana Avenue-dakı tayı-bərabəri olmayan butikləri kəşf etməyə çıxa bilərsiniz. Daha aktiv olmaq və həqiqi Los Ancelesli kimi sörf etmək istəsəniz bura sizin üçün olduqca münasibdir. Santa Monica-nın çimərliyi Surfrider Beach düzgün bədənə sahib sörfçü-lərlə doludur. Sənət həvəskarları üçün qədim tramvay stansiyasından sənət qaleriyaları kompleksinə çevrilən Bergamot Station-ı (2525 Michigan Ave; www.bergamotstation.com) mütləq ziyarət edin. Bura Santa Monica Museum of Art-ın bir hissəsidir.


2525 Michigan Ave. Los Anceles, ABŞ www.smmoa.org

5

6

Griffith Observatory

Griffith Park-ın təpəsində yerləşən Griffith Müşahidə evi, Qədim Yunan stilindəki memarlığı ilə şəhərin ən tanınmış nişanələrindən biridir. James Dean-in məşhur filmi Üsyankar Gənclik-də də görünən və bununla da yaddaşlara sonsuza qədər həkk olunan müşahidə evi 2006-cı ildə keçirdiyi 93 milyon dollarlıq renovasiyadan sonra təkrar açılmış və ön fasadındakı təmirlərlə birgə əlavə binalar artırılmışdır. Yer səviyyəsinin altına tətbiq olunan bəndlər bugün 200 oturacaqlı kino zalına çevrilmişdir: Leonard Nimoy Event Horizon. The Samuel Oschain Planetarium isə hər saatdan bir həyata keçirilən son texnologiya məhsulu astronomiya nümayişlərinə ev sahibliyi edir. Əslində müşahidə evi, mövqeyinə görə hiking marşrutları ilə də məşhur olmağına baxmayaraq şimala və şərqə doğru uzanan yollar, bölgənin keçirdiyi dəhşətli yanğınlarda dəyən zərər səbəbilə qapalıdır. Bu yollardan sadəcə Fern Dell-dən müşahidə evinə gedən yol açıqdır. Bu yolu izləsəniz, məşhur Hollywood işarəsindən okeana qədər uzanan möhtəşəm mənzərə ilə qarşılaşacaqsınız. 


2800 E. Observatory Road Los Anceles, ABŞ www.griffithobs.org

Müasir Latın mətbəxi: Rivera

Santa-Fe-də anadan olan aşbaz John Rivera Sedlar, cənub-qərb mətbəxinə rəhbərlik etməyə 20 il bundan əvvəl etməyə başlamışdır. Sedlar öz adını daşıyan restoranı Rivera-nın mətbəxində bacarıqlarını nümayiş etdirir. Müasir və sadə dekorasiyası ilə məkanın dizaynı bir qədər Sedlar-ın gəncliyindəki günlərdən qalsa da yeməklərin ləzzəti möhtəşəmdir. Pirzoladan hazırlanan puerco pibil çox yumuşaqdır. Tortillalar evdə hazırlanır və masanıza da isti-isti gəlir. Yanında adaçayı yarpaqları, təzə Frenk cəfərisi, şüyüd, tərxun otu və digər yeyilə bilən yaşıllıqlarla…


1050 S. Flower St. Los Anceles, ABŞ www.riverarestaurant.com

7

8

Los Ancelesdə xizək keyfi: Bear Mountain Resort

Cənub Kaliforniyanın ən populyar xizək və snowboard resortu Bear Mountain, San Bernardino National Forest-in içərisində, Big Bear Lake-in cənub-qərbində yerləşir. 12 liftlə gedəcəyiniz dört təpədən biri olan Geronimo ən həyəcanverici olanıdır. Snowboard sevənlər freestyle marşrutu və snowboard parkı üçün də bura tez-tez üstünlük verir. Cümə və Şənbə gecələri açıq olan meydançalarda Noyabr ayının sonundan Mart ayının əvvəllərinə qədər sürüşməyə əlverişli qar səviyyəsi müvcud  olur. Yayda dağ velosipedi  hiking və qolf üçün istifadə olunur.


43101 Goldmine Dr. Big Bear Lake Los Anceles, ABŞ www.bearmountain.com

Meksika mətbəxi: Yuca’s

Los Feliz-də yerləşən Yuca’s otantik Meksika yeməklərini təqdim edən ailə müəssisəsidir. 40 ildən bugünə qədər Los Ancelesliləri Meksika mətbəxi ilə doyuran Yuca’s stil sahibi, füsunkar bir restoran olmaya bilər, ancaq bu istiqamətdə bütün əskikliklərini yeməklərinin ləzzəti və səmimi ambiansı ilə aradan qaldırır. “Nə qədər səmimidir?” deyə soruşsanız “yeməklərinizi kağız boşqabda sizə təqdim edəcək qədər” deyə bilərik. Marine edilmiş (duza qoyulmuş) və vam xodda bişirilmiş ət ilə hazırlanan ənənəvi yeməkləri “cochinita pibil” burada ən çox tələb olunan yeməkdir. Oturacaqları kifayət qədər olmadığına görə bir çox müştəri yeməklərini qablaşdırıb gedir. Şənbə günü getsəniz, sadəcə həmin gün hazırladıqları xüsusi “tamale”-lərinin dadına baxa bilərsiniz. Əti ilə doldurduqları “tamale”-ləri banan qabığına bükürlər.


2056 Hillhurst Ave. Los Anceles, ABŞ  www.yucasla.com

9

10

Məşhurlarla eyni oteldə gecələyin: Four Seasons Hotel Los Angeles at Beverly Hills

Bir Beverly Hills klassikası olan Four Seasons Hotel Los Angeles at Beverly Hills, 38 milyon dollarlıq renovasiyadan sonra, 2012-ci ilin May ayında təkrar xidmət göstərməyə başladı. Şəhərdə bugünə qədər edilən bəlkə də ən yaxşı kosmetik müdaxilə hesab olunan bu renovasiya, otelin özünəməxus floral motivləri sadə və təbii Kaliforniya tonları və digər elementlərini müvəffəqiyyətlə birləşdirdi. 285 otaq və süitə sahib olan oteldə dəbdəbəli 1940-cı illərin abu-havası əsir. Otaqlarının çoxunda geniş mərmər hamamlar və səhər qəzetinizi zövqlə oxuya biləcəyiniz geniş balkonlar mövcuddur. Otelin ən üst mərtəbəsindəki hovuz isə görmək və görülmək üçün idealdır. Burada Hollywood aktyor/aktrisalarını Bellini-lərin müşayiəti ilə ssenarilərini əzbərləyərkən görə bilərsiniz. 


300 S. Doheny Dr. Los Anceles, ABŞ 
www.thompsonhotels.com/hotels/la/thompson-beverly-hills


Mələklərin şəhərində spa həzzi: The Spa at the Peninsula Beverly Hills

Həzzin və rahatlığın şəhəri Los Ancelesə baş çəkib spa həzzini yaşamadan bu şəhəri tərk etməyin. Peninsula Beverly Hills Hotelin beşinci mərtəbəsində yerləşən The Spa at the Peninsula Beverly Hills, isidilmiş hovuzun və açıq hava kabanalarının ardında gizlidir. Spadakı 7 qulluq otağı mərmər yerə sahibdir və burada mavi tonlar üstünlük təşkil edir. Terapevtik və holistik masajların edildiyi spa-da zümrüd, almaz və yaqut kimi daşların tərkibindəki yağlardan istifadə edilir. Cütlüklər istədikləri vaxt Serenity Room-da masaj xidmətindən faydalana bilər və eyni zamanda  okaliptus buxarlı otaqda ciyərlərinizi aça bilərsiniz.


9882 S. Santa Monica Blvd., Beverly Hills Los Anceles, ABŞ www.peninsula.com

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel