CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 ADDIMDA Roma İtalya

slide

Vatikan Muzeyləri

slide

Roma Bağçaları

slide

Müasir Sənətin Qəlbi: MAXXI

slide

Şəhərin Ən Yaxşı Pizzası

slide

Əfsanəvi Roma Dondurması

slide

Qastronomiya Cənnəti

slide

İtalyan Stili Kepka

slide

Ləl-Cəvahirat Sehrbazı

slide

Şəhərin içərisində Gizli Məhəllə

slide

Roma Küçələri

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Roma

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Roma Turunda iştirak edərək yeddi təpəli eşq şəhərində mədəni və tarixi gəzintiyə çıxacaqsınız.

Romada gəziləcək yerlər

Şəhər içərisində bir dövlət! Romada gəziləcək yerlər arasında ən başlıcası Vatikandır. Sahəsinə görə dünyanın ən kiçik dövləti olan Vatikanın əhalisinin sayı 930 olsa da ziyarətçi turistlərlə bərabər bu rəqəm 1500-ə qədər çıxa bilir.  Əsrlər boyunca əmələ gələn, çox təsirli sənət kolleksiyasına sahib olan Vatikanda İntibah dövrü sənətinin valehedici şah əsərləri ilə tanış olacaqsınız.

Dünyanın 7 möcüzəsindən biri olan Colosseum-da (Kolizey) imparatorlar qladiatorları döyüşdürərək həm xalqını həm də özlərini əyləndirirdilər. Daha sonra xüsusi xalq nümayişləri, dramlar səhnələşdirilən bu arena müasir Romanın turistlər tərəfindən ən çox ziyarət edilən məkanıdır.   

Dünyadakı ən məşhur bulaqlarından biri olan Trevi Bulağının ümumi ifadəsi dənizdir deyə bilərik. Bu bulağın tarixi, su axtaran əsgərlərə  su qaynağının yerini göstərən bir qızın əfsanəsinə istinad edir.

Şəhərin qəlbinə gizlənən və ya ondan başqa təpələrin ardına yayılan Roma bağçaları; tarixi heykəlləri, sərin hovuzları və bulaqları ilə yaşılın hər tonunu ehtiva edən xoş ətirli vahədən fərqlənmir.

Romada Gecə Həyatı

Şam yeməyi ümumillikdə axşam saat  9:30, 10:00-da yeyilən Romada gecə həyatı daha gec başlayır. Gecə həyatı və əyləncədə Roma özünə ən çox güvənən şəhərlərdən biridir deyə bilərik. Şəhər boyunca uzanan saysız bar & pub, gecə klubu & disko mövcuddur, ancaq şəhər mədəniyyətini və ruhunu yaşamağın ən gözəl yolu açıq havada əylənməkdir. İlin demək olar ki bütün aylarında ilıq iqlim hakim olduğuna görə rahatlıqla əylənə bilər, faktiki hər yerdə mövcud olan açıq hava  barlarında, şəhərin canlılığını yaşaya bilərsiniz.

Romada nə yeyilir?

Digər bütün İtaliya şəhərlərində olduğu kimi “Romada nə yeyilir?”  deyə soruşduqda ilk növbədə ağla gələn heç şübhəsiz pizza və makarondur.  Düzbucaqlı formasında hazırlanan, dəmir sinilərdə, qazlı sobada bişirilən və daha sonra kvadratlara bölünərək satılan pizza al taglio-nun dadına baxa biləcəyiniz ən yaxşı yerlərdən biri isə Pizzarium-dur. Makaron  növlərindən fettucini alfredo-nun dadına baxmağınızı tövsiyə edirik.  

Romanın dünyada  məşhur olan dondurması Gelato-nu yemədən və qəhvə içmədən Romanı tərk etməyin.


Roma Haqqında Ümumi Məlumatlar 1

Ölkə:  İtalya
Dil:    İtalyan
Pul vahidi:  Avro
Saat fərqi: Azərbaycandan 3 saat geridədir
1

2

Vatikan Muzeyləri

Təqribən 930 nəfərlik  əhalisi ilə dünyanın ən kiçik dövləti olan Vatikan, əsrlərlə əldə edilən, çox təsirli sənət kolleksiyasına sahibdir. Ən məşhur klassik heykəllərdən, İntibah dövrü sənətinin ən təsirli şah əsərlərinə qədər burada görüləcək çox yer mövcuddur. Səhər saat 09:00-da qapıda olun, yoxsa sıx tur qruplarından geri qala bilərsiniz. İlk hissədə çox yubanmamaq məsləhətdir; muzeyin ən füsunkar bölgələri, sonda qalan Sistin Şapeli və Rafael-in otaqlarıdır.

Roma Bağçaları

Şəhərin qəlbinə gizlənən və ya ondan başqa təpələrin ardında öz füsunkarlıqları ilə diqqət çəkən Roma bağçaları; tarixi heykəlləri, sərin hovuzları və bulaqları ilə yaşılın hər tonunu ehtiva edən xoş ətirli vahədən fərqlənmir. Velosiped icarəyə götürərək şəhərin ən gözəl yerlərini bir gündə gəzə bilərsiniz. Nadir bitkilərin və Lombardiya villalarından toplanan heykəllərin mövcud olduğu Villa Sciarra; tarixi su kanalından qalan arxları ehtiva edən geniş park olan Villa Doria Pamphili və Romanın mərkəzində, hündür təpədə bir-birinden gözəl heykəlləri ilə sizi qarşılayan Villa Borghese-i mütləq görməlisiniz. 

3

4

Müasir Sənətin Qəlbi: MAXXI

Qədim Romalılar betonu kəş edibsə (nəticədə Pantheon məbədi iki min ildən çoxdur ki hələ də varlığını davam etdirir!), memar Zaha Hadid-in də onu mükəmməlləşdirildiyi deyilə bilər. Qısaca MAXXI olaraq bilinən “21-ci əsr Sənətləri Milli Muzeyi”, Romanın Flaminio bölgəsində bərpa edilən hərbi sığınacağın ətrafında inşa edilən, təəccüb yaradan müasir tərzə sahib olan və sınıt əsərini xatırladan bir binadır. Sənət və arxitekturaya ayrılan iki bölmədən ibarət olan muzeydə şəhərin ən maraq doğuran sərgiləri nümayiş olunur.  

 

Roma, İtaliya www.fondazionemaxxi.it

Şəhərin Ən Yaxşı Pizzası

Roma pizzası dedikdə, ağlınıza dairəvi Napoli pizzası gəlməsin. Düzbucaqlı formasında hazırlanan, dəmir sinilərdə, qazlı sobada bişirilən və daha sonra kvadrat şəklində hissələrə bölünərək satılan “pizza al taglio” - nun dadına baxacağınız ən yaxşı yerlərdən biridir Pizzarium. Sahibi Gabriele Bonci, pizzanın xəmirində istifadə edəcəyi təbii turş mayanı tapa bilmək üçün kənd-kənd gəzib dolaşmış, çox bacarıqlı bir şefdir. Bu ayaqüstü məkan, 2003-cü ildə Cipro metro dayanacağının yaxınlığında açılmışdır və pizzada istifadə etdiyi original məhsullar  (buxara verilmiş ricotta pendiri, quşqonmaz, Fava paxlası, dovşan əti kimi); həm təzə, həm də dolğun pizza xəmiri ilə diqqətləri öz üzərində toplamışdır.  

 

Via della Meloria, No: 43 Roma, İtaliya

5

6

Əfsanəvi Roma Dondurması

Gelateria dei Gracchi-də (www.gelateriadeigracchi.com) xurmadan heyvaya və mandalinə qədər mövsüm meyvələri, püstə, qovrulmuş şabalıd kimi çərəzlər ön plandadır. Fatamorgana (www.gelateriafatamorgana.it) ən yaxşı məhsul kombinasiyaları üzrə ilk sıralarda özünə yer tutur: Şokalad və tütün; reyhan, qoz və bal bunlardan sadəcə ikisidir. Ancaq şəhərə ən uzaq olan dondurmacı, eyni zamanda ən yaxşısıdır: Al Settino Gelo-da (www.alsettimogelo.it) Barolo şərabından gül suyu və zəfəranlı çeşidlərə qədər bir çox alternativ mövcuddur.  

 

Roma, İtaliya

Qastronomiya Cənnəti

Bir qədər bahalı olmaqla yanaşı,  Romanın ən yaxşı qastronomiyalarından  biri də Volpetti-dir. Qapısından içəri daxil olduğunuz andan etibarən zəngin aromaları və dadları ilə sizi məst edən məkanda; həqiqi bufalo südündən mozzarella və Roma üsulu pecorino pendiri kimi çeşidlər, hisə verilmiş ət və kolbasalar, çörəyə çəkmək üçün əzmələr, yağlar, balzamik sirkələr, şirniyyatlar və bir çox başqa məhsul sizi gözləyir. Səmimi servis işçiləri istədiyiniz məhsulun dadına baxmaq üçün sizə dadımlıq olaraq servis edəcəklər.  Hədiyyə səbətləri isə evə aparmaq üçün idealdır.

 

Roma, İtaliya www.volpetti.com
7

8

İtalyan Stili Kepka

1857-ci ildən bugünə qədər İtaliyanın əfsanəsinə çevrilən keçə kepka istehsalçısı Borsalino, Milan ilə yanaşı Romada da dəbdəbəli dükkana sahibdir. Ekranların  Humphrey Bogart və Gary Cooper kimi mötəbər şəxslər tərəfindən də istifadə olunan və mafia filmləri ilə daha da məşhurlaşan  Borsalinodakı ustalar hal-hazırda da kepkalara 100 illik maşınlarda forma verməyi davam etdirirlər. Mağazada eyni zamanda Panama stilində olan kepkaların qadınlar üçün nəzərdə tutulan modelləri də var.  

 

Roma, İtaliya www.borsalino.com

Ləl-Cəvahirat Sehrbazı

Delfina Delettrez italyan lyuks moda markası Fendi ailəsindən gəlməyinə baxmayaraq öz dəsti xətti olan bir şəxsdir. Olduqca qeyri-adi bijüteriyaları ilə məşhur olan Delettrez, ənənəvi olan hər şeydən uzaq duraraq dizaynlarında təbii ünsürlərdən tez-tez istifadə edir. Qızıldan hazırlanan arılar, füsunkar boyunbağının üzərindəki ağac şirəsiqabarcıqlarının içində üzür; qəhvəyi brilyant və mirvarilər kvadrat şəkilli üzüyün üzərindəki kub formal çərçivələri yaradır; qurbağa fiqurlu biləkliklər və vatoz formalı üzüklər vitrinləri bəzəyir. Delettrezin sanki bir sənət qaleriyasını xatırladan butikini qaçırmayın.

 

Roma, İtaliya www.delfinadelettrez.com

9

10

Şəhərin içərisində Gizli Məhəllə

Qədim Romanın üzərinə qurulduğu yeddi təpədən biri olan Aventine Təpəsinə çıxıb, şəhərin nəfəsləri kəsən mənzərəsini seyr etməyə hazırsız? Buradan 20 dəqiqəlik bir gəzinti ilə; gözəl evlərin, kilsə və məktəblərin arasından keçərək Villa del Priorato-ya, yəni Malta cəngavərlərinin şəhərdəki mərkəzinə gələ bilərsiniz.

 

Via di Santa Prisca No: 11 Roma, İtaliya

Roma Küçələri

Şəhərin bir-birinə açılan dar küçələri və meydanlarını kəşf etməyin ən yaxşı yolu əlbətdə ki gəzməkdir.  Ancaq fərqliliyi axtaranlar, Bici & Baci ilə velosiped turunda iştirak edə bilər və ya Scooteroma ilə (www.scooteroma.com) şəhərin ən valehedici məkanlarını vintage Vespa üzərindən görə bilərsiz.

 

Roma, İtaliya www.bicibaci.com

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel