Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt, Avropanın ən füsunkar şəhərlərindən biridir. Budapeşt Turunda iştirak etdikdə şəhərin ortasından keçən Dunay Çayının atmosferası sizi öz təsiri altına salacaqdır. Dunay Çayının iki qolundakı Buda və Peşt-in 1873-cü ildə birləşməsi ilə yaranan bu çay ziyarətçilərini məst etməyə davam edir.
Budapeştdə gəziləcək yerlər1884-cü ildə açılan dünyada məşhur olan Budapeşt Opera Binası Budapeştdə gəziləcək yerlərdən ən mühüm olanlardan biridir. Bu Opera Binasını görmədən və ya nümayişlərini izləmədən şəhəri tərk etməyin. Buda və Peşt-i bir-birinə birləşdirən ilk körpü olmaq xüsusiyyətini daşıyan Zəncirli Körpüdən keçərkən hansı istiqamətə getməyinizdən asılı olmayaraq çox füsunkar bir mənzərə sizi gözləyəcəkdir. Dünyanın ən böyük üçüncü Parlament binası olan Budapeşt Parlament Binasını məclis açıq olmadığı vaxtlarda 45 dəqiqəlik turlarla olmaqla gəzə bilərsiniz. Budapeştin ən məşhur prospektlərindən olan Qəhrəmanlar Meydanından Andrassy Prospekti istiqamətində hərəkət edərkən qarşılaşacağınız kafelər, mağazalar, muzeylər sizin ən gözəl dayanacaqlarınızdan olacaqdır. Budapeştdə Gecə HəyatıYay aylarında açıq olmayan məkanlardan Studio və White Angel, Budapeştdə gecə həyatını rəngləndirən ən böyük gecə klublarından sadəcə ikisidir. Open air diskosu olan Dokk Beach və atmosferası ilə ziyarətçilərini əyləndirməyə nail olan Bed Beach gecə klublarının xüsusi partilərində iştirak edə bilər, musiqi və rəqsdən zövq ala bilərsiniz. İçərisində hovuz və jakuzzi olan bu füsunkar məkanlara gedərkən çimərlik geyiminizi də aparmağı unutmayın. Şəhərin mərkəzindən uzaq olsa da ödənişsiz parti avtobusları ilə bu məkanlara rahatlıqla çata bilərsiniz.
Budapeştdə Nə Yeyək? (Budapeşt Yeməkləri)Əgər şərab həvəskarısınızsa və rahat mühitdə o qədər də bahalı olmayan yeməklər yemək istəyirsinizsə Zeller Bistro “Budapeştdə nə yeyək?” sualınıza düzgün cavabdır. Bu isti ailə restoranını evdə hazırlanan köpüklü şərabın dadına baxmadan tərk etməyin.
|
Budapeşt haqqında ümumi məlumat
Ölkə: Macarıstan |
1
|
2
|
Spa ləzzəti: Gellért Hamamı
Bu ənənəvi Budapeşt hamamı günümüzdə
müasir spa xidmətini göstərir. Əlbətdə ki, keçmişin izlərini və füsunkarlığını
qoruyaraq…Üç açıq hava hovuzuna və səkkiz ədəd qapalı termal hamama sahib olan
Gellert-in 118 təbii qaynaqdan əldə olunan termal suları 21-78 dərəcə
aralığında dəyişir. Budapeşt bu zəngin termal qaynaqlarına görə 1934-cü ildə
‘spa şəhəri’ adına layiq görülmüşdür. Gellért Hamamı və Oteli isə 1918-ci ildən
bugünə qədər xidmət göstərir.
4 Kelenhegyi
út Budapeşt, Macarıstan +36-1/466-6166www.gellertbath.com
|
Strudel kursu: First Strudel House of PestBudapeştdəki bu qeyri-adi kafe ve restoranın, müştərilərini qarşılayıb qonaq etməkdən başqa daha mühüm bir missiyası da var: Məşhur Macar şirniyyatı strudel-in unudulub keçmişdə qalmağının qarşısını almaq. Sveti Stefan Meydanının yaxınlığında, 1812-ci il tarixli binada xidmət göstərən restoran; həm zəngin, ənənəvi Macar mətbəxi, həm də əldə hazırlanan Macar ‘strudel’-ni təqdim edir. 12 dəqiqəlik filmin nümayiş edildiyi interaktiv strudel kursunun təşkil olunduğu restoranda, siz keçmişi 15-ci əsrə söykənən Macar strudel-inin hazırlanmasını öyrənə bilərsiniz. 22 Oktober 6 Budapeşt, Macarıstan +36-1/428-0134 www.reteshaz.com
|
3
|
4
|
Macar üzümləri: Bortarsasag LanchidXüsusilə, Tokaj bölgəsində yetişdirilən üzümlərlə olduqca ləzzətli şərablar hazırlanır. 500-ə yaxın növdə Macar şərabı arasından istədiyinizin dadına baxıb satın ala bilərsiniz. Mağazada şərablarla yanaşı şərab aksessuarları, fincanlar və qastronom məhsulları satılır. Lanchid U. 5 Budapeşt, Macarıstan +36-1/225-1702 www.bortarsasag.hu |
Musiqi həzzi: Liszt Müzik AkademiyasıSadəcə Macarıstanın deyil, dünyanın tanınmış musiqi akademiyaları arasında göstərilən Liszt Musiqi Akademiyası, təhsil verməklə yanaşı Budapeştlilərə müntəzəm surətdə musiqi ziyafəti də verir. Akademiyanın konsert proqramında klassik musiqidən operaya, cazdan Macar xalq musiqisinə və bir çox növlərə yer verilir. Konsertlər payız-qış sezonunda daha çox keçirilsə də, yay aylarında da davam edir. Akademiyanın mağazasında CD və DVD-lərin də satışı həyata keçirilir. Liszt Ferenc Ter 8. Budapeşt, Macarıstan +36-1/462-4600lisztacademy.hu |
5
|
6
|
Bazarda alış-veriş: Central Market HallAlış-veriş etsəniz də etməsəniz də mütləq görülməli bazardır. 1896-cı ildə inşa edilən bu nəhəng və valehedici bina, Budapeştin ən böyük qapalı bazarıdır. Samu Pecz tərəfindən dizayn olunan binanın damı, rəngli Zsolnay çiniləri ilə bəzədilmişdir. Pest-də, Azadlıq Körpüsünün bitişində yerləşən bu bazar üç mərtəbəlidir. Əsas mərtəbə olduqca eklektikdir. İçərisində xəmir işlərindən kürüyə, ədviyyatdan meyvə və tərəvəzə qədər axtardığınızı tapa bilərsiniz. İkinci mərtəbədə restoranlar və hədiyyə dükkanları var. Ən üst mərtəbədəki yemə-içmə dəzgahlarında yerli qəlyanaltı yeməyi langosun (qızardılmış xəmir) dadına baxa bilərsiniz. Bu bazarı rahat rahat gəzmək istəyərsinizsə bazar ertəsi səhərlərinə üstünlük verin, çünki həmin saatlarda ora sıx olmur. 1-3 Vámház körút Budapeşt, Macarıstan +36-/366-3300 |
Mükəmməl şam yeməyi: BorbíróságBazar yeri Central Market Hall-un bitişiyində yerləşən bu restoran, ənənəvi Macar yeməkləri ilə tanınır. Üç mərtəbəli Borbíróság, kərpic və taxta dekoru ilə olduqca sənaye tipli görünüşdədir. Menyudan seçim edərkən diqqətli olmaq lazımdır, çünki yeməklər olduqca ağırdır, bir anda mədənizi normadan çox doldura bilərsiniz. 5 Csarnok Tér Budapeşt, Macarıstan +36-1/219-0902en.borbirosag.com |
7
|
8
|
Parlament BinasıNəhəng qübbəsi ilə bir katedralı xatırladan Macar Parlament Binası, eyni zamanda Avropanın ikinci ən böyük parlament binasıdır. Tikintisi 20-ci əsrin əvvəllərində tamamlanan bu füsunkar binanı bələdçinin iştirakı ilə gəzmək mümkündür. Yay dövründə həftə içi 08.00-18.00, həftə sonları və qış dövründə isə saat 08.00-16.00 aralığında açıqdır. V. Kossuth Ter, Peşte Budapeşt, Macarıstan www.parlament.hu |
Varosliget (Şəhər Parkı)Parklar-xüsusilə, Avropa şəhərlərində mühüm əhəmiyyət kəsb edir. Budapeştin ən böyük parkı isə Varosliget-dir. Şəhərin mərkəzinə olduqca yaxın olan parkın əsas girişi, Hősök Tere (Qəhrəmanlar Meydanı) tərəfində yerləşir. Parkın içərisində botanik bağçadan kurorta (Széchenyi) və əyləncə parkı Vidámpark-dan Vajdahunyad Qalası-na qədər bir çox təbii və süni gözəllik gizlidir. Qış aylarında yolunuz düşərsə, qurulan geniş meydançada buz konkisi edə bilərsiniz. XIV. Városliget, Széchenyi-sziget Budapeşt, Macarıstan |
9
|
10
|
Tətbiqi Sənətlər Muzeyi: IparmüveszetiIparmüveszeti, şəhərin mütləq gəzilməli nöqtələrindən biridir. Art Nouveau memarlıq üslubunda inşa olunan binada xidmət göstərən muzey, Macarıstanın məşhur Zsolnay çiniləri ilə bəzədilmişdir. 19-cu əsrin sonunda inşa edilən binanın dizaynı Ödön Lechner-ə aiddir. Muzeydə həm müvəqqəti sərgilər keçirilir, həm də Macar sənətinə aid metal işi, mebel, toxuculuq və şüşə istehsalları nümayiş olunur. Ülloi U. 33-37 Budapeşt, Macarıstan +36-1/456-5107 www.imm.hu |
Ruhən gənc olanlar üçün: RetrockXüsusilə, universitet gəncləri arasında olduqca populyar olan Retrock, şəhərin yeni təbəqəsi üçün Peşt-də xidmət göstərən avanqard geyim mağazasıdır. Son dərəcə yaradıcı gənc Macar dizaynerlərin eksperimental hesab olunacaq məhsullarını satan mağazada, yeni və vintage parçalar kombinasiya edilir. Satış təmsilcilərinin çoxu gənc moda həvəskarlarından ibarətdir. Butikdə eyni zamanda film plakatları, cizgi romanlar, nostaljik aksessuarlar ve beynəlxalq moda dizaynerlərinin parçaları da var. Retrock-un bir digər butiki Retrock Deluxe-da isə USE Unused, Nanushka, Tamara Barnuff və Je Suis Belle kimi daha lyuks dizaynerlərin kreasyonlarına yer verilir. 28 Bp. V. Ker. Ferenczy Istvan Budapeşt, Macarıstan +36-30/678-8430 www.retrock.com |