CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 addımda PRAQA Çexiya

slide

Çex mətbəxi: U Modre Kachnicky

slide

Tətilinizi məhsuldar keçirmək üçün: Mandarin Oriental

slide

Sənətə fasilə yoxdur: Dox

slide

Sərinləşin: Letna Beer Garden (Pivə Bağçası)

slide

Keçmişə səyahət: Praqa Qalası

slide

Mistik səyahət: Strahov Manastrı

slide

Ye, iç, oxu: The Globe Bookstore & Cafe

slide

Petrin Təpəsində Eyfel Qülləsi

slide

Ungelt (Tyn) Həyəti

slide

Milad Bazarları (Vanocni trh)

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Praqa

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Dünyanın ən gözəl şəhərlərindən biri olaraq tanınan və Çexiya Respublikasının paytaxtı Praqa, Vltava Çayının üzərində yerləşir. Qızıl Şəhər Praqa Turunda iştirak etməyi düşünürsünüzsə, hər il şəhəri ziyarət edən milyonlarla turistdən biri olmağa çox yaxınsınız deməkdir. Nağıllar Şəhəri olaraq da xatırlanan Praqa, Kafkanın körpülərlə hörülü mədəniyyət və sənət şəhəridir. Avropanın qəlbi Praqaya səyahətiniz başlamaq üzrədir.



Praqada gəziləcək yerlər

Praqada gəziləcək yerlər arasında  Prag Qalası, St. Vitus Katedralı, Charles Körpüsü, Old Town Meydanı, Astronomik Saat, Mustek Meydanı və Vaslavske Bulvarı başlıca yer tutur. 
Praqa Qalası: Guinness Rekorlar Kitabına görə dünyanın ən böyük qədim qalası olan Praqa Qalasının inşası 9-cu əsrə söykənir. Qala, yüzillər ərzində müharibələrə, yanğınlara, renovasiyalara və siyasi oyunlara müqavimət göstərmiş və orijinal görünüşündən çox uzaqlaşmadan bugünə qədər gəlməyə nail olan tarixi mirasdır. 
Charles Körpüsü: Vltava çayı üzərində yerləşən Charles Körpüsü, Praqadakı ən məşhur və tarixi körpüdür. Təqribən 75 heykəlin olduğu 516 metr uzunluğundakı körpüdən keçərkən şəhərin füsunkarlığına qapıla bilərsiniz.  
Praqa Milli Teatrı: İncəsənət həvəskarıyam və səyahət etdiyim hər ölkədə xüsusilə sənətin ön plana çıxarıldığı tədbirlərdə iştirak etmək istərdim deyə düşünənlər üçün Praqa Milli Teatrı olduqca münasibdir. Opera, balet və teatrı izləyə biləcəyiniz zalda  sadəcə klassik əsərləri deyil, eyni zamanda müasir sənət əsərlərinə də tamaşa edə bilərsiniz. 
Old Town: Praqanın qəlbində (mərkəzində), Astronomik Saat, Tarixi Qüllə və Nicholas kilsəsi kimi müxtəlif arxitektur strukturada bir çox tarixi əsərlə əhatə olunan Old Town meydanında Praqanın tarixi macərasını və keçdiyi yolların izləri ilə tanış ola bilərsiniz.  

Praqada Gecə Həyatı

Old City Praqa gecə həyatının mərkəzidir deyə bilərik. Bir-birinə yaxın olan barların birindən çıxıb digərinə daxil ola bilər, o qədər də bahalı olmayan içkilərindən-xüsusilə pivələrini zövqlə qurtumlaya bilərsiniz. Praqada gecənizi olduqca fərqli və füsunkar atmosferada dəyərləndirmək istəyirsinizsə, Vitava çayının üzərində yeməkli və musiqili gəmi turunda iştirak edə bilərsiniz. Praqanı iki hissəyə ayıran Vltava çayı üzərindəki gəzinti boyunca, Milli Teatr, Charles Körpüsü, Praqa Qalasının mənzərəsini seyr edərək və musiqi sədaları altında axşam yeməyinizi yeyə bilərsiniz.

Praqada Nə Yeyək?  (Praqa Yeməkləri)

Praqa zəngin çeşidə sahib mətbəxi ilə hər növ damaq zövqünə uyğun seçimlərini təklif edir. Bol miqdarda ət istehlak edilən şəhərdə, düyü və kartof da qarniturların arasında öz yerini tutur. Ənənəvi Çex pivəsinin dadına baxmadan bu şəhəri tərk etməyin. Praqa Pivə muzeyinə gedərək, 30-dan çox pivə seçimi ilə rastlaşa bilərsiniz. 



Praqa haqqında ümumi məlumatlar

Ölkə :Çexiya Respublikası 
Dil : Çex Dili
Pul Vahidi: Avro(EUR)
Saat Fərqi : Azərbaycandan 3 saat geridir.



1

2

Tətilinizi məhsuldar keçirmək üçün: Mandarin Oriental

Dünyanın ən yaxşı otelləri arasında öz yerini tutan Mandarin Oriental Prague, gənc heyəti ilə göstərdikləri xidmətlərdə həqiqətən də sərhəd tanımır. Sakit və gözdən uzaq mövqeyə sahib olan, Mala Strana bölgəsində yerləşən otelin binası Renesans-Barok-Müasir stillərin maraqlı qarışığını təqdim edir. Bütün otaqlar bir birindən fərqli şəkildə döşənmişdir və hər birinin çox yüksək tavanları var. Hər bir otaq bütövlükdə olduqca genişdir…Otelin, 14-cü əsrdən qalan qədim manastrın içərisində yerləşən möhtəşəm spa-sı mövcuddur. Spa-nın nəzərəçarpan zəmini vasitəsilə altdakı qotik qalıntılarını asanlıqla görə bilərsiniz. Otelin restoranı Avropa və Asiya mətbəxinin ləzzətlərini təqdim edir. 

459/1 Nebovidska Praqa, Çexiya Respublikasıwww.mandarinoriental.com/prague

Çex mətbəxi: U Modre Kachnicky

Xüsusi gecələr və sofistik yemək üçün bu restorana mütləq baş çəkin. Xoş atmosferada Çex mətbəxinin dadına baxmaq istəyənlər üçün bura olduqca münasibdir. “Mavi Ördək Balası” mənasını daşıyan səmimi və qədim üslubdakı bu  məkânda, ənənəvi Çex mətbəxi təqdim olunur. Malá Strana-da yerləşən bu iki mərtəbəli restoran tavan örtüklü kiçik yemək otaqlarından ibarətdir. Divarlarda əllə hazırlanan fresklər, antik mebəllər və canlı piano musiqisi ilə bu restoran olduqca isti və bir o qədər də romantikdir. Aşbaz Michal Váňa burada bugünə qədər Morgan Freeman və Jean Paul Gaultier kimi məşhur simaları qonaq etmişdir.  

6 Nebovidská Praqa, Çexiya Respublikası www.umodrekachnicky.cz

3

4

Sənətə fasilə yoxdur: Dox

Şəhərin müasir sənət muzeyi Dox, 2008-ci ilin Oktyabr ayında açılmışdır. 1920-ci illərdə metal fabriki olan və müasir Çex memar Ivan Kroupá tərəfindən dizayn olunan Dox-dakı ilk sərgilərdən biri sənətçi David Cerný-nin Entropa adlı nəhəng installyasiyası olmuşdur. Hətta tətillərinizdə belə incəsənətdən uzaq qala bilmirsinizsə, muzeyə baş çəkib yeniliklərlə tanış ola bilərsiniz. 

34 Osadní Praqa, Çexiya Respublikası www.dox.cz/en

Sərinləşin: Letna Beer Garden (Pivə Bağçası)

Letna Pivə Bağçası, Praqanın ən populyar məkanlarındandır. Yayda burada açıq havada pivə içmək olduqca zövqlüdür. Praqalılar da bunun fərqindədir və ona görə də gözəl havalarda buralarda yer tapmaq çox çətin hətta imkansızdır. Şəhərə hakim mövqeyi ilə olduqca gözəl mənzərəyə sahib olan pivə bağçası Letna Park-da yerləşir.  Şəhərin mərkəzinə qısa yeriş məsafəsi olan pivə bağçasının girişindən pivənizi ala bilərsiniz, burada eyni zamanda pivənizin yanında yeyə biləcəyiniz ləzzətli yüngül yeməklər də var.

Letenske Sady Praqa, Çexiya Respublikası

www.praguebeergarden.com/pubs/post/letna-beer-garden

5

6

Keçmişə səyahət: Praqa Qalası

Praqa Qalası 880-ci ildən bəri şəhərin göy üzündə yüksəlir. Dünyanın ən böyük qala kompleksi olan Praqa Qalası yüzillər ərzində müharibələrə, yanğınlara, renovasiyalara və siyasi oyunlara müqavimət göstərmiş və orijinallığını çox da itirmədən bugünlərə qədər gələ bilən tarixi mirasdır. Qalada görüləcək bir çox şey mövcuddur. Saint Vitus Katedralı, tarixi Krallıq Sarayı, Müqəddəs George Bazilikası bunlardan bir neçəsidir. Eyni zamanda kompleks daxilində muzeylər, sənət qaleriyaları, bağçalar və manastr da var. Bu qala eyni zamanda dövlət başçısının da rəsmi iqamətgahıdır. 

Castle District Praqa, Çexiya Respublikası +420-2/2437-3368

Mistik səyahət: Strahov Manastrı

1143-cü ildə Roma memarlığı üslubunda inşa edilən bu bazilika Praqa Qalasından 1.5 km uzaq məsafədə yerləşir. Hal-hazırda bir manastr olan və Katolik keşiş qrupunun yerləşdiyi Strahov-un kilsə qismində 18-ci əsrdən qalan divar rəsmləri mütləq görülməlidir. Ancaq, burada əsas diqqət çəkən 200 minə yaxın nadir, tayı bənzəri az tapılan kitablar və əl yazmaların mövcud olduğu kitabxanadır.  Bu nadir kitabların bir çoxunu kitabxananın Fəlsəfə və Teoloji bölmələrindən əldə edə bilərsiniz. Möhtəşəm şəhər mənzərəsinə sahib olan manastrın həm də pivə emalatxanası mövcuddur. Şam yeməyi zamanı həm turist sıxlığından uzaq qalacaq, həm də ənənəvi Çex yeməklərini və Praqın ən yaxşı pivələrindən birini şam işıqları ilə işıqlandırılan həyətdə dadmaq imkanını əldə edə bilərsiniz.  

1/132 Strahovské Nádvori Praqa, Çexiya Respublikası

www.strahovskyklaster.cz

7

8

Ye, iç, oxu: The Globe Bookstore & Cafe

Yüksək tavan örtüyünə sahib olan əsrlik bir binada xidmət göstərən Globe, 1993-cü ildən bəri Praqalıların kitablarını oxuyarkən qəhvələrini qurtumladıqları və ya dostları ilə görüşdüyü məkandır. Şəhərin ilk İngilis kitab evi olan Globe yeni şəhər mərkəzi Nové Mesto-da həm İngilis dilində kitab həm də beynəlxalq qəzet və jurnal satır. 10 mindən çox yeni və istifadə olunmuş fantastikadan tarixə, sənətdən uşaq ədəbiyyatına qədər müxtəlif kitab çeşidlər mövcuddur. Kitab evinin bitişiyində yerləşən kafe, yerli sənət əsərlərinin bəzədiyi canlı qırmızı divarları və havalar gözəl olduqda möhtəşəm açıq hava həyəti və barı ilə olduqca populyardır. Menyuda Amerika mətbəxi üstünlük təşkil edir: Hamburger-dən fıstıq əzməli cheesecake-ə qədər burada bir çox ləzzətli yemək və şirniyyat var. Kafedə xüsusi gecələr də təşkil olunur. Bazar gecələri nümayiş olunan filmlər bunlardan sadəcə biridir.  

6 Pstrossova Praqa, Çexiya Respublikası www.globebookstore.cz

Petrin Təpəsində Eyfel Qülləsi

Petrin Təpəsinin zirvəsindəki bu polad abidə Eyfel Qülləsini xatırladır, təbii ki hündürlüyü nəzərə alınmazsa. Çünki, Eyfel Qülləsinin sadəcə beşdə biri böyüklüyündədir. 1891-ci ildə inşa edilən bu qülləyə yeriyərək 30 dəqiqədə çıxa bilərsiniz. Gediş yolu ağaclarla boldur və olduqca füsunkardır. Yerimək istəməyənlər isə Újezd Prospektindən funikulyara minə bilər. Bura çatdıqda 299 mərtəbəli pilləkənlə və ya heç bir ödəniş etmədən istifadə edəcəyiniz liftlə qüllənin təpəsinə çıxa bilər, ətrafı istər içəridəki istərsə də xaricdəki müşahidə  platformalarından ətrafı seyr edə bilərsiniz. Qüllədən Charles Körpüsü, Vltava Çayı, Praqa Qalası, şəhərin ən yüksək təpəsi Snezka-yı görə bilərsiniz. Qülləni təmiz bağçalar və Stefanik Müşahidə evi əhatə edir.

9

10

Ungelt (Tyn) Həyəti

Tyn Kilsəsinin arxasındakı Ungelt Həyəti nağıllar aləmindən gəlmiş kimi abu-hava yaradır. Buradakı kiçik, ənənəvi dükkanlar taxta oyuncaq və kuklalar (gəlinciklər) satır. Qədim şəhər meydanına sadəcə 100 metr məsafədə yerləşən həyət Tynska, Stupartska və Mala Stupartska prospektlərinin arasında yerləşir. 11-ci əsrdən bəri, demək olar ki, əzəmətini qoruyub saxlaya bilən Ungelt əvvəllər gömrük yoxlanışlarının həyata keçirildiyi və vergilərin toplandığı yer imiş. Bugün bir-birindən fərqli memarlıq üslubundakı binaların yanaşı sıralandığı həyətdə ən çox maraq doğuran binalardan biri Renesans dövründən qalan Granovsky Sarayıdır. Ungelt-ə getməzdən əvvəl fotoaparatınızı mütləq yanınızda olduğundan əmin olun.  

Qədim şəhər meydanı Praqa, Çexiya Respublikası

Milad Bazarları (Vanocni trh)

Hər il dekabr ayında başlayıb, yanvar ayının əvvəllərinə qədər davam edən Milad Bazarı olduqca hərəkətli keçir. Hədiyyəlik əşya satanlardan qida stendlərinə, taxta oyuncaqçılardan şirniyyat məmulatı satanlara, isti şərab stendlərindən əldə hazırlanan bijüteriyalara qədər bura qış və Noel ruhunu tam olaraq əks etdirir. Bu bazarlardan Wenceslas Meydanında və qədim şəhər meydanında qurulanlar üstünlük təşkil edir. Bu iki bazarın ortasına nəhəng şam ağacı qurulur, hətta uşaqlar üçün heyvanlarla oynayacaqları kiçik zoopark belə təşkil olunur.  

Praqa, Çexiya Respublikası

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel