CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 ADDIMDA İspanya

slide

Kastilya mətbəxi: Casa Lucio

slide

Qənnadı məmulatları: Caramelos Paco

slide

Parkda gəzinti: El Retiro

slide

Bazara gedin: Mercado de San Miguel

slide

Sənətə vaxt ayırın: Museo Nacional Centro de Arte Reina Sofia

slide

Sandıqdan çıxanlar: Lotta Vintage

slide

Teatr zamanı: Teatro Espanol

slide

Gecə həyatı dəbdəbəsi: Bar Cock

slide

Göbələk sevənlər üçün: Cisne Azul

slide

Uşaqlarla tətil: Təbiət Elmləri Milli Muzeyi

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Madrid

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 


1

2

Kastilya mətbəxi: Casa Lucio

1974-cü ildə restoran rəhbəri Lucio Blásquez’in açdığı bu iki mərtəbəli əfsanəvi restoran, kömür odu sobasında hazırlanan Kastilya yeməklərini servis edir. Açıldığı gündən etibarən bugünə qədər populyarlığını qoruyub saxlamağı bacaran bu restoran artıq Madridin ənənəsinə çevrilmişdir. Yemək zalındakı terracotta yer döşəmələri, açıq döşəmələri və tavanlarından sallanan jamón ibericoları ilə bura səciyyəvi meyxana, yəni İspaniya tavernası görünüşündədir. Restoranın servis işçiləri ağ pencəklərində olduqca dəbdəbəli şəkildə qonaqlarına servis edir. Məkanı ziyarət edənlər arasında krallığın ailəsi, beynəlxalq məşhur şəxslər və siyasətçilər də var.  Casa Lucio-da ən məşhur yeməkləri olan huevos estrellados-u (bir növ omlet) sifariş verməyi unutmayın.

Qənnadı məmulatları: Caramelos Paco

Vitrinləri rəngaəng qənnadılarla dolu olan bu dükkan, uşaqlar və heç böyüməyən böyüklər üçün sanki  bir cənnətdir. D. Francisco Moreno Redondo tərəfindən 1934-cü ildə ərzaq dükkanı olaraq açılan Caramelos Paco, iki il ərzində qənnadı məsələlərində mütəxəssisləşdi və hal-hazırda da Madridlilərin damaqlarını dadlandırır. Fıstıq şamından rozmarinə, Coca Cola və qırmızı şərab qarışığı ilə hazırlanan səciyyəvi İspaniya içkisi calimocho-ya bir çox müxtəlif aroma ilə hazırlanan qənnadılarla yanaşı,  burada diabetiklər və qlutenə allergiyası olanlar üçün də seçimlər mövcuddur. Futbol topu böyüklüyündəki lolipoplar, marshmallow-ardan hazırlanan oyuncaq uşaqlar və bir metr uzunluğunda olan qara biyan köklü qənnadılar da bu dükkânda qarşınıza çıxacaq.

3

4

Parkda gəzinti: El Retiro

New York üçün Central Park hansı əhəmiyyətə malikdirsə, Madrid üçünsə El Retiro o əhəmiyyətə malikdir. Yamyaşıl bir sahə, nəhəng ağaclar və süni göl. Əslən krallıq ailəsinə aid bağça şəklində dizayn olunan El Retiro, 300 ildir ki bütün xalqın istifadəsinə açıq böyük bir parkdır. Bir çox Madridli buraya bazar günləri ailəliklə piknik etməyə, uşaqlarını gəzdirməyə, dostları futbol oynamaya və ya itlərini gəzdirməyə çıxır. Parkın içərisinə 1880-ci illərdə inşa edilən kiçik saray Palacio de Cristal, tamamilə şüşədən hazırlanan pavilyondur. Londonun Crystal Palace parnikindən ilhamlanan bu binada, vaxtaşırı keçici sərgilər də təşkil edilir. Parkı qısa gəzinti ilə müşahidə etməklə yanaşı, qısa zamanda daha çox sahəni görmək istəsəniz velosiped də icarəyə götürə bilərsiniz.  

Bazara gedin: Mercado de San Miguel

Bazar yerləri ilə məşhur olan İspaniyada, hər şeyi bir yerdə tapa biləcəyiniz qapalı bazar yerləri mercadolardan biri də Madriddə xidmət göstərən Mercado de San Miguel-dir. 1916-cı ildə inşa olunan Beaux-Arts binasında yerləşən Mercado de San Miguel illərlə istifadə olunmamışdır; 2009-cu ildə ətraflı renovasiyadan sonra əvvəlki əzəmətini və canlılığını əldə etmişdir. Günümüzdə 30-dan çox yemək-içmək və tərəvəz-meyvə-şarküteri dəzgahları ilə fəaliyyət göstərən bu bazarda istər köpüklü şərabla istridyələrin dadına baxın, istər Əndəlüs zeytunlarıyla birgə çəlləkdən elə yerindəcə çıxarılıb servis edilən sherry’ləri ləzzətlə yeyin.

5

6

Sənətə vaxt ayırın: Museo Nacional Centro de Arte Reina Sofia

Picasso-nun, Franco-nun daxili müharibə zamanı vətəndaşların bombalanmasının rəsmdə əks etdirildiyi məşhur əsəri görməyə - Guernica-nın olduğu bu muzeyə mütləq baş çəkilməlidir. Picasso İspaniyaya demokratiya gələnə qədər bu əsərin ölkədə nümayiş olunmağına icazə verməmişdir. Francisco Sabatini tərəfindən dizayn olunan muzey binası, əvvəlcə xəstəxana olaraq fəaliyyət göstərmişdir. Daxili strukturası manastrı xatırladan bu bina, yüksək kəmərli tavanları və əsərləri ilə olduqca valehedicidir. Bask bölgəsinin məşhur sənətçilərindən Eduardo Chillida-nın daş və poladdan hazırlanan heykəlləri, Joan Miró rəsmləri və Madridli portret rəssamı Solana-nın əsərləri bu muzeydə nümayiş olunur.

Sandıqdan çıxanlar: Lotta Vintage

Sanki nənənizin sandığından çıxan parçaların satıldığı Lotta Vintage, Madriddə mütləq baş çəkəcəyiniz ünvandır. Burada ipək dəsmallardan pambıq bandanalara, 40-cı illərin kütlələrindən, 70-ci illərin hippi görünüşlü geyimlərinə qədər keçmişə aid axtardığınız bir çox şeyi tapa bilərsiniz. Alış-veriş etməyə niyyətiniz olmasa belə, bir parça sandıq tozunu udmaq və keçmişə sirli  səyahət etmək üçün  bu məkanı kəşf etməyə dəyər.  

7

8

Teatr zamanı: Teatro Español

Valehedici neoklasik ön fasadı ilə Teatro Español, həm İspaniya həm də beynəlxalq teatr tamaşalarına ev sahibliyi edir. Böyük, füsunkar salonunda qırmızı məxmər oturacaqları və qızıl vərəqli detalları ilə olduqca nəcib portretə sahib olan bu teatr, 16-cı əsrdən bəri teatr kimi fəaliyyət göstərir. Yanğınlar nəticəsində dəfələrlə inşa edilsə də fəaliyyətini hal-hazırda da davam etdirir. Plaza Santa Ana-dakı teatr binası, ən yaxın restorasiyasını 1980-ci ildə həyata keçirmişdir. Hazırki binanın əsas strukturu, 1804-cü ildə Museo Nacional del Prado-nun da memarı olan Juan de Villanueva-ya aiddir.

Gecə həyatı dəbdəbəsi: Bar Cock

Bu bara gələrkən geyim çətinliyi olmasa da kişilər pencək və qalstuk, qadınlar isə dəbdəbəli palta ya da stilettoların tamamladığı zərif jean-i unutmamalıdır. Çünki, içəri daxil olarkən sizi başdan aşağı süzəcəklər. Oyuq tavanlı, gips divarlı və taxta oturacaqlı bu barda kokteyllər olduqca cəzbedicidir. Daha çox sənət və media dünyasından olan müştərilərin baş çəkdiyi Bar Cock-da kokteyl içmədən Madridi tərk etməyin.

9

10

Göbələk sevənlər üçün: Cisne Azul

Plaza de Chueca-ya bir neçə addım uzaqlıqda yerləşən Cisne Azul, hər növ göbələyi bir yerdə tapacağınız maraqlı restorandır. Dekorasiyası göz oxşamasa da bu vəziyyətin bura tez-tez gələnlərə təsir göstərmədiyi və çoxunun da Madrid kübar cəmiyyətindən olduğunun fərqinə varacaqsınız. Burada bir boşqab boletus con yema (üzərinə yumurta vurulan porcini göbələkləri) və ya zeytun yağında qovrulmuş chanterelles sifariş verməyinizi tövsiyə edirik. Həftə sonları istisna olmaqla, həftə içi istənilən gün bu məkana baş çəksəniz yeməyinizi daha sakit mühitdə yeyə bilərsiniz.

Uşaqlarla tətil: Təbiət Elmləri Milli Muzeyi

Madrid tətilinə uşaqlarla birgə getmişsinizsə, onların da bəyənəcəyi bu muzeyə baş çəkməyinizi tövsiyə edirik. Burada dinozavrdan Aralıq dənizi florasına qədər uzanan bir növdə 6 milyon nümunə mövcuddur. 1771-ci ildə Kral III. Carlos tərəfindən təsis olunan muzeyin orijinal kolleksiyaları Təbiət Tarixi Krallıq Rəfi-ndə nümayiş olunur. Çoxu 18 və 19-cu əsrlərdən qalan parçalar, balina skeletlərindən Diplodocus dinozavrın replikasına və daşlaşan ağac gövdələrinə qədər müxtəliflik göstərir. 

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel