CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 ADDIMDA Dubay

slide

Ehtişamlı Qızıl Bazarı

slide

Dünyanın ən yüksək binası: Burj Khalifa

slide

Yeni şəhər mərkəzi: Downtown Dubai

slide

Əsl ləzzətlər: Al Hadheerah

slide

Livan mətbəxi: Nafoorah

slide

Alış-veriş cənnəti: Dubai Mall

slide

Hər zaman zirvədə: Burj Al Arab

slide

Kosmosdan görünən süni adalar

slide

Dubayın çimərliklər

slide

Səhradakı otel: Bab al Shams Resort

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Dubay

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 


1

2

Ehtişamlı Qızıl Bazarı

Dubay’ı Dubay edən şifrələri həll etməyə hazırsınızmı? Burada Hitchcock’un ‘Çox Şey Bilən Adam’ filmindəki səhnələrin oxşarını tapmaq üçün marşrutunuzu Deira bölgəsindəki Al Fahidi’nin dar küçələrinə çevirin. Zərgərlik Bazarı və Ədviyyat Bazarı da yenə şəhərin o tarixi ruhunu tənəffüs etmək üçün ideal seçimdir. Artıq buralar da turistik yerlərdir; ancaq eqzotik qoxusundan heç nə itirməyib. 

Dünyanın ən yüksək binası: Burj Khalifa

‘Ən’lərin şəhərinə xoş gəlmişsiniz! 828 metr ilə dünyanın ən hündür binası Burj Khalifa’nın 124-cü mərtəbədəki müşahidə qülləsinə çıxanlar həm dünyanın ən sensasional şəhəri yuxarıdan seyr edir, həm də ən hündür binaya çıxmaq fürsətini əldə edir. çəmənliklə örtülü olan arxa bağçası nəfəs almaq üçün münasib yerdir. Onun yanında dünyanın ən böyük AVM’sinin və nəhəng, süni gölməçənin də olduğunu yadınıza salaq.

3

4

Yeni şəhər mərkəzi: Downtown Dubai

500 hektarlıq sahəsi ilə bura şəhərin yeni qəlbidir. Burj Khalifa binası, otellər, çox geniş bir akvarium, olimpik ölçülərdə bir buz meydançası sahəsi, 30 hektarlıq, süni bir göl və ortasında səs və işıq nümayişlərini təqdim edən Dubai Fountain, dünyanın ən böyük qapalı qızıl bazarı və 12,1 milyard dollara tikilən Dubai Mall alış-veriş mərkəzi buradadır.

Əsl ləzzətlər: Al Hadheerah

Dubay iddialı yeməklərə sahib olsa da yerli ləzzətlərdə o qədər də zəngin deyil.  Ərəb Əmirlikləri’nin əsl ləzzətlərini kəşf etmək üçün təklifimiz, səhradakı Bab Al Shams otelində xidmət göstərən Al Hadheerah-dır. Ət, balıq, toyuq, məzə, yemiş və ədviyyatların ön planda olduğu ləzzətlər qədər, palaz və vitraj fənərlərin göz oxşadığı, səhra kəndlərini xatırladan dizaynı ilə valehedici ünvandır.

5

6

Livan mətbəxi: Nafoorah

Füsunkar şəhər restoranına üstünlük verənlər Jumeirah Emirates Towers’ın içərisindəki Al Nafoorah adlı Livan restoranına mütləq baş çəkməlidir. Palma ağaclarının altında əsl ziyafətə hazır olun. Bura kömürdə izqaraları və məzələri ilə məşhurdur. Nar souslu toyuq ciyəri qovurması, muhammara, nar souslu ‘assafir’ (tavada qızardılmış kiçik quşlar), turşular, soğanlı və zeytun yağlı hindiba otu bir nəfəsdə sadalaya bildiklərimizdir.

Alış-veriş cənnəti: Dubai Mall

Dubay demək, bir mənada alış-veriş deməkdir. Bu sahədə dünyanın bir nömrəsini görmədən geri qayıtmaq olmaz. Dubai Mall isə 1200’dən çox mağazası, tədbirləri, festivalları, yarışları, restoran və əyləncə sahələri, akvariumu ilə şəhərdə ən çox marağa səbəb olan yerlərdən biridir. Belə ki hər il rekordunu yeniləməkdədir. 65 milyon ziyarətçisi ilə 2012-ci ildə əvvəlki ili qabaqlamışdır. Hətta 2012-ci il rəqəmlərinə görə Nyu York və Los Anceles daxilində belə daha çox ziyarətçiləri qəbul etmişdir. 

7

8

Hər zaman zirvədə: Burj Al Arab

7 ulduzlu bu yelkən otel, uzun ildən sonra belə, hal-hazırda da öz populyarlığını saxlamışdır. Burada gecələməsəniz belə ziyarət edə bilərsiniz. Ən üst mərtəbədəki Al Muntaha, otelin akvariumu ilə müştərlərini ovsunlayan dəbdəbəli balıq restoranıdır. Axşamüstü qonaqlarına ödənişsiz çay təklif edən məşhur Sahn Eddar ilə xaricdən olduqca cazibədar görünən bu populyar otelin daxili detalları ilə də tanış ola bilərsiniz.

Kosmosdan görünən süni adalar

Dubay’da şəhər ikonları olduqca çoxdur; bunlardan biri də süni adalardır. Ən məşhuru da inşa edildiyi  ilk dövrdə dünyanın 8-ci möcüzəsi olaraq şərh edilən, palma formasında olan Palm Jumeirah-dır. Bunlardan digəri isə Palm Jumeirah’nın bir az aralığında, sahildən 4 km aralıda, dünya xəritəsi şəklində hazırlanan World Island-dır. Bu adalar arasında gəmi ilə keçid də mümkündür. Təbii ki şəhərdə başqa süni adaların da olduğunu qeyd etmək lazımdır.  

9

10

Dubayın çimərlikləri

Dubay’da dənizdən zövq alın. Burada su möhtəşəm; çimərliklər valehedicidir. Qonşu əmirlik Sharjah’ın sərhədindəki Al Mamzar, möhtəşəm bir çimərlikdir. Digər əla alternativ isə çox şirin kiçik qəfəsi olan Jumeirah Beach Park-dır. Kite surf idman növü ilə məşğul olmağa üstünlük verənlərin seçimi olan Kite Beach, canlı çimərlik mədəniyyətini sevənləri xoşbəxt edir.

Səhradakı otel: Bab al Shams Resort

Şəhərin xaricini ziyarət edənlər bambaşqa bir coğrafiya və sakitləşdirici atmosfera  ilə qarşılaşacaqlar. Dərhal Dubay’ın sərhədlərindən başlayan dəniz, dağlar və səhra qumları, sizə əslində necə coğrafiyada olduğunuzu xatırladır. Şəhərə sadəcə 40 dəqiqə uzaq məsafədə yerləşən Bab al Shams Resort’u ziyarət edənlər, dəvə belində turlarda iştirak edib, Bədəvi kəndlərinə baş çəkə bilərlər. 

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel