CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

CASABLANCA Xəbər


  • TUR

  • VIZA

Viza haqqında məlumatlar


  • Viza haqqında ümumi məlumat
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
 

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Zəruri olan sənədlərin və onları verən orqanların siyahısı:

Vətəndaşların şəxsiyyət vəsiqəsinin verilməsi

Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:

1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra   vətəndaşa verilən şəxsiyyət vəsiqəsi

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:


  • Ərizə-anket  (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Doğum haqqında şəhadətnamə (surəti ilə birlikdə);
  • Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;
  • Yaşayış sahəsinə köçmək  üçün  əsas  verən   sənəd (mülkiyyət   hüququnun   dövlət qeydiyyatına  alınması  haqqında  daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya  kirayə  müqaviləsi,  vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
  • Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.


16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:


  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır) ;
  • Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə (surəti ilə birlikdə); 
  • Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə,  nikahın bağlanması haqqında   şəhadətnamə, nikah pozulduqda nikahın pozulması  haqqında   şəhadətnamə;
  • Yaşayış sahəsinə köçmək  üçün  əsas  verən   sənəd (mülkiyyət   hüququnun   dövlət qeydiyyatına  alınması  haqqında  daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya  kirayə  müqaviləsi,  vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
  • Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
  • 2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Şəxsiyyət  vəsiqəsini  almaq  üçün  şəxsin  qanuni  nümayəndəsi  ərizə  ilə   müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş təhkim olunma haqqında şəhadətnamə.


Dövlət rüsumunun məbləği:

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 10 manat   
üç iş günündən on gün müddətinədək verildikdə və ya dəyişdirildikdə - 1 manat


Qeyd:

Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası  vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə  onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. 

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel