TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
31 Mart 2023
21 Aprel 2023
25 -27 İyun 2023
1 Sentyabr 2023
14 Oktyabr 2023
11 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 339 Bakı - İstanbul 06:35 - 08:50
TK 20 İstanbul - Seul 15:45 - 08:05 (+1)
TK 199 Tokio - İstanbul 22:05 - 05:15 (+1)
TK 340 İstanbul - Bakı 12:25 - 16:05
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - SEUL
Səhər saat 06:35 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 339 / TK 20 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən saat 15:45 -də Seul şəhərinə hərəkət edirik. Təyyarədə gecələyirik.
2-ci gün SEUL
Yerli saat ilə 08:05-də Seul şəhərinə çatırıq və otelə transfer olunuruq. Oteldə gecələyirik. Görəcəyimiz yerlər arasında, 1395-ci ildə Jaseon Hanedanı -nın qurucusu olan King Taejo tərəfindən inşa edilmiş Gyeongbokgung Sarayı, şəhərin mərkəzindəki Insa Dong küçəsi və birçox bahalı markalara ev sahiblyi edən Myeong-Dong küçəsi görəcəyimiz yerlər arasındadır. Turdan sonra otelimizə hərəkət edirik. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq Xan çayı gəmi turunda iştirak edə bilərlər. Koreya yarımadasında dördüncü böyük çay olan və şəhəri iki hissəyə bölən bu çayda Seul xalqının su kənarındakı yaşayışı ilə tanış ola bilərsiniz. Bu gəzintidə Seulu işıq altında görmək imkanı əldə edəcəksiniz (şam yeməyi daxil deyil). Turdan sonra otelə hərəkət edirik. Oteldə gecələyirik.
Tura daxildir : Xan çayı gəmi turu
Turun qiyməti : 1 nəfər üçün 60 USD
3-cü gün SEUL
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Şimali Koreyanın sərhədində yerləşən tərəfsiz bölgə / DMZ turu həyata keçirmək üçün hərəkət edirik. Dünyada iki hissəyə bölünmüş tək ölkə olan Koreyanı başqa bir tərəfdən görə bilərsiniz. Son dərəcə təhlükəsiz, qorunmuş bölgəsinə getdiyimizdə, burada nələr olduğunu hiss edəcək və Koreyada nələrin baş verdiyini başa düşəcəksiniz. Pasportunuzu yanınızda saxlamayı unutmayın. Tur ərzində Azadlıq körpüsündən keçəcək, və 1978-ci ildə Şimali Koreyalıların iki sərhəd arasında inşa etdirdikləri 1,7 km uzunluğundakı üçüncü Sızma tunelinə enəcəksiniz. Dorasan qatar stansiyasında fasilə verib, müşahidə mərkəzindən Şimali Koreyaya baxacaqsınız. Turdan sonra hava limanına transfer saatına qədər asudə vaxtınız olacaq. Endikdən sonra otelə hərəkət edirik. Oteldə gecələyirik.
Tura daxildir : Tərəfsiz bölgə / DMZ turu
Turun qiyməti : 1 nəfər üçün 120 USD
4-cü gün SEUL - OSAKA
Səhər yeməyindən sonra Seul hava limanına transfer olunuruq. Təxminən 2 saatlıq uçuşdan sonra Osaka şəhərinə çatırıq. Daha sonra Osaka şəhər turu həyata keçirəcəyik. Osaka ənənəvi olaraq "Milli yemək" və ya Yaponiyanın Qurman yemək paytaxtı kimi qəbul edilir. Osaka sadə mənada "Böyük Təpə" və ya "Böyük Bayır" mənasındadır. Osakada həyat keçirəcəyimiz şəhər turunda 16-cı əsrdə inşa edilmiş və Yapon memarlığının ən gözəl nümunələrindən biri olan Osaka Qalası ilə başlayırıq. Qala 1585 və 1598-ci illər arasında Yaponiyaya hakim olan milli birliyini qoruyan "Toyotomi Hideyoshi" tərəfindən inşa etdirilmişdir, qalanın inşasında təxminən 100.000 işçinin işlədiyi bilinir. Osaka Qalasını gördükdən sonra, Yaponiyanın ən qədim məbədlərindən biri olan Shitennoji Məbədini ziyarət edirik. Shitennoji Yaponiyanın ən qədim məbədlərindən birisi olub və 593-cü ildə Yapon Şahzadəsi Shotoku tərəfindən tikilmişdir. Bu turdan sonra Osaka bazarlarında asudə vaxt, alış-veriş və yemək-içmək cənnəti kimi qəbul edilə bu şəhərin ləzzətli dayanacalarını kəşfetmək şansınız olacaq. Turdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik
5-ci gün OSAKA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Kyoto və Nara Turunda iştirak edə bilərlər. Bu turda ilk olaraq Kyotoya gedirik və Geisha filminin çəkildiyi yerləri Fuşimi Inari məbədini ziyarət edəcəyik. Arxa - arxaya yerləşən yüzlərlə tanrı qapıları diqqətinizi çəkəcək. Daha sonra bir çox Yapon təqdimat filmində çəkilən məşhur Bamboo meşə Arashiyama ziyarət edəcəyimiz ikinci əhəmiyyətli yerlərdəndir. Kyoto turunda sonra Yaponiyanın qədim paytaxtlarından biri olan və eyni zamanda tarixdə Yapon sənətinin, ədəbiyyatının, mədəniyyətinin sənaye beşiyi olan və 1 saatlıq məsafədə yerləşən Naraya gedərək, Nara Böyük Buddanın yerləşdiyi Todaiji məbədinin ziyarət edirik. Todaji dünyanın ən böyük taxta quruluşu olması ilə bərabər dünyanın ən böyük Budda heykəli olan və Yapon dilində "Daibutsu" adlandırılan heykəl də burada yerləşir. Məbəd eyni zamanda, Budist məktəbi olan, Kegon-un da mərkəzidir. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) olan, Naka şəhərindəki yeddi tarixi məbəd və məkana ziyarət olunacaq. Nara Parkı gəzdikdən sonra Osakaya hərəkət edirik. Oteldə gecələyirik.
Tura daxildir : Kyoto və Nara turu
Turun qiyməti : 1 nəfər üçün 170 USD
6-cı gün OSAKA - NAGOYA
Səhər yeməyindən sonra otaqları boşaldıb, təhvil veririk . Oteldə gecələyirik. Daha sonra xüsusi avtobus ilə Nagoya turu başlayır. Təxminən 4 saatlıq səfərdən sonra Nagoyaya çatırıq. Otelə transfer olunuruq, otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün NAGOYA - TOKİO
Səhər yeməyindən sonra yarım günlük şəhər turuna başlayırıq. İlk dayanacağımız məşhur Asakusa bölgəsinində yerləşən, Sensoji məbədini ziyarət edirik. Daha sonra Tokio Milli Muzeyinin içində yerləşən Shinto və Zen simvolları ilə məşhur olan Ueno parkını ziyarət edəcəyik. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Yaponiyanın məşhur iti Hachiko heykəlini və gündə 1 milyon insanın istifadə etdiyi piyada keçidini Shibuya bölgəsini tərk edib otelə geri qayıdırıq. Oteldə gecələyirik.
8-ci gün TOKİO
Tura daxildir : Nikko turu (günorta yeməyi daxil)
Turun qiyməti : 1 nəfər üçün 210 USD
İştirakıçı sayına görə də, tur alternativ bir turla əvəz oluna bilər:
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Fuji & Hakone Turunda iştirak edə bilərlər. Turdan əvvəl qədim zamanlardan bəri Yapon xalqının müqəddəs qəbul etdikləri 3.776 metr yüksəkliyi ilə Yaponiyanın ən yüksək dağı olan Müqəddəs Fuji -yə gedəcəyik. Bu möhtəşəm dağa yaxınlaşa biləcəyimiz nöqtəyə çatdıqdan sonra, 1,5 saat uzaqlıqdakı Hakone -yə çatırıq. Ashi gölündə həyata keçirəcəyimiz gəmi turunda təbiətdə xoş vaxt keçirdib, şəkil çəkmək fürsəti əldə edəcəyik. Turdan sonra Tokio-ya qayıdırıq. Oteldə gecələyirik.
Tura daxildir : Fuji & Hakone turu
Turun qiyməti : 1 nəfər üçün 200 USD
9-cu gün TOKİO - İSTANBUL
10-cu gün İSTANBUL - BAKI
Yerli saat ilə 05:15 -də (+1) İstanbula çatdıqdan sonra saat 12:25 -da Türk Hava Yollarının TK 340 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 16:05 -də Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Seul /Tokiyo - İstanbul - Bakı ekonom sinif aviabileti
- Osaka - Nagoya - Tokio arası avtobus
- Seul - Osaka arası ekonom sinif aviabilet
- Hava limanı rüsumları və digər vergilər
- Qeyd olunan kateqoriyalı otellərdə Tokiyoda 2 gecə, Nagoyada 2 gecə, Osakada 2 gecə, Seulda 2 gecə olmaqla 3*-4* otellərdə gecələmə
- Səhər yeməyi
- Panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu (Koreya səfirliyi üçün) - 50.00 USD
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3*- 4* OTELLƏR
- Əlavə Yataq
- 3869.00
- Bir Nəfər
- 4639.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 3789.00