TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
10 Noyabr 2023
20 - 27 Yanvar 2024
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 333 Bakı - İstanbul 13:45 - 16:00
TK 58 İstanbul - Bangkok 20:55 - 10:10 (+1)
TK 55 Singapur - İstanbul 23:35 - 06:10 (+1)
TK 340 İstanbul - Bakı 12:45 - 16:35
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BANGKOK
Günorta saat 13:45 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 333 / TK 58 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Bangkok şəhərinə hərəkət edirik. Təyyarədə gecələyirik.
2-ci gün BANGKOK
Yerli saatla 10:10-da Bangkok şəhərinə çatırıq. Banqkok şəhərinə çatdıqdan sonra hava limanında bizi gözləyən nəqliyyat vasitəsi ilə həyata keçirəcəyimiz panoramlı Bangkok şəhər turunda: Oturan Budda Heykəli və Stupalar (qəbir daşları), Çin məhəlləsi, Parlament Binası, Demokratiya abidəsi və küçəsi, Nazirliklər küçəsi, Hökümət evi (Köhnə Parlament) və Taylandın indiki kralının Banqkokdakı malikanəsi görüləcək yerlər arasındadır. Arzu edən qonaqlarımız bələdçimiz tərəfindən əlavə olaraq təşkil olunacaq Şam yeməyi daxil Yok Yor Sea Food Market və Pat-Pang Gecə Bazarı turunda iştirak edə bilərlər. Sea Food Marketdə gündəlik olaraq gətirilən dəniz məhsullarından seçib, istədiyiniz kimi hazırlatdıraraq şam yeməyinizi burada yeyə bilərsiniz. Daha sonra Bangkokun ən məşhur bazarı olan və şəhərə gələn hər turistin ziyarət etdiyi Çin və Tayland stili məhsulları, həmçinin məşhur markaların təqlid olan məhsulların satıldığı Pat-Pong Gecə bazarına transfer olunuruq və alış-veriş üçün asudə vaxt. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün BANGKOK
Səhər yeməyindən sonra alış-veriş və ətrafı gəzmək üçün tam gün asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi məşhur Üzən Bazar turunda iştirak edə bilərlər. Bu turda Bangkok şəhərinin xaricinə çıxaraq, ilk əvvəl Hindistan qozu fermasını gəzdikdən sonra uzaq şərqin Venesiyası adlanan, yüzlərlə su kanalının arasında inşa edilən kəndlərin içindən xüsusi gəmi ilə keçərək Üzən Bazarın olduğu bölgəyə çatırıq. Bu bölgə turizmə açılmamışdan əvvəl bölgədə yaşayan kəndli xalq tərəfindən nəqliyyat vasitəsitələrinin bu mühitə uyğun olmaması səbəbiylə kiçik kanolar (qayıq) vasitəsiylə kanallardan keçərək burada qurduqları bazarda əl əməyi ilə hazırladıqları hədiyyəlik əşyaları və yetişdirdikləri yerli meyvə və tərəvəzləri satırdılar. Turdan sonra görməli yerlər arasında dünyaca məşhur Qızıl Budda Heykəli -ni ziyarət edəcəyik. Daha sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün BANGKOK - PHUKET
Səhər yeməyindən sonra otaqları təhvil verib Bangkok hava limanı transferinə qədər asudə vaxt. Yolüstü zərgərlik fabrikinə baş çəkəcək və Taylanddan gələn sapfir, yaqut kimi qiymətli daşların necə emal edilərək zərgərlik məmulatına çevrildiyini görəcəksiniz. Yerli Hava yolları ilə Taylandın məşhur Phuket adasına hərəkət edəcəyik. Phuket adasına çatdıqdan sonra, arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Fil Safarisi Turunda iştirak edə bilərlər. Turdan sonra sonra otelimizə transfer olunuruq asudə vaxt və oteldə gecələyirik.
5-ci gün PHUKET
Səhər yeməyindən sonra dəniz və günəşdən yararlanmanız üçün tam gün asudə vaxt. Arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil edəcəyi günorta yeməyi daxil Phi Phi Adaları turunda iştirak edə bilərlər. Məşhur The Beach filmindən sonra Phi Phi adaları Taylandın ən əhəmiyyətli turizm mərkəzlərindən olmuşdur. Phuket adası limanından bota minərək Phi Phi Adalarından əvvəl The Beach filminin çəkildiyi Maya Beach -ə hərəkət edirik. Mavi rəngli dənizi, dümağ qumsalı və təbiiliyi ilə sizi tilsimləyəcək. Maya Beach -dəki asudə vaxtadan sonra dənizə girib, bol-bol şəkil çəkdirə bilərsiniz. Turdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
6-cı gün PHUKET
Səhər yeməyindən sonra arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil edəcəyi günorta yeməyi daxil James Bond Adası turunda iştirak edə bilərlər. Gəmidə ilk dayanacağınız bir çox sənədli filmə mövzu olan Panak və Hong adaları olacaq. Bu səyahətinizdə xüsusi kanolarla həyata keçirəcəyimiz, körfəzlər və mağaralar arasında möhtəşəm təbiət mənzərələrinin şahidi olacağınız bir macəra sizi gözləyir. Açıq bufet olaraq qayıqda nahar etdikdən sonra növbəti dayanacağımız James Bond adasıdır, burada James Bond filminin “qızıl tüfəngli adam” epizodu çəkilmişdir. Biz bu adada məşhur qaya və sahili gördükdən və adada müsəlman kəndlilərdən alış-veriş etmək və bolluca şəkil çəkdirmək üçün asudə vaxt veriləcək. James Bond adasından sonra son dayanacağımız Lawa adası vəya Naka adası olacaq, burada şnorkellə üzmək, günəşlənmək və çimərlikdə istirahət etmək üçün vaxtınız olacaqdır (Hava şəraitindən asılı olaraq). Turdan sonra Phuket -ə qayıdırıq və oteldə asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün PHUKET - SİNGAPUR
Səhər yeməyindən sonra Phuket hava limanına transfer olunuruq. Yerli Hava yolları ilə Sinqapura hərəkət edirik. Sinqapura çatdıqdan sonra həyata keçirəcəyimiz panoramlı Sinqapur şəhər turunda: Sinqapur çayı, Parlament-Opera-Məhkəmə binaları və Merlion abidəsi görəcəyimiz yerlər arasındadır. Axşam arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil olunacaq Garden By The Bay turunda iştirak edə bilərlər. Gecə Sinqapurun bənzərsiz, gözəl parıltısının şahidi olacağınız və günün bütün saatlarında onun canlı küçələrində gəzintiyə çıxacaqsınız. Turda ilk dayanacağımız dünyaca məşhur Gardens by the Bay olacaqdır. Gardens by the Bay, Sinqapurun Mərkəzi Bölgəsində, Marina Su Anbarına bitişik 101 hektar (250 hektar) təbiət parkıdır. Park üç dənizkənarı bağdan ibarətdir. Bay South Garden (Cənubi Marina), Bay East Garden (Şərqi Marina) və Bay Central Garden (Mərkəzdə və Kallanqda). Bağların ən böyüyü Grant Associates tərəfindən hazırlanmış 54 hektarlıq (130 akr) Bay Cənubi Bağıdır. Çiçək Qübbəsi dünyanın ən böyük şüşə istixanasıdır. 2018-ci ildə dünya rekordu sayılan 50 milyon ziyarətçi bu bağı ziyarət edib. Garden by The Bay-dan sonra dayanacağımız maraqlı quruluşu ilə məşhur olan Marina Bay Sand oteli olacaq. Qonaqlarımız damda yerləşən Sky Parkda xoş vaxt keçirə bilərlər. Onlar Sinqapurun unikal mənzərəsini fotoşəkil çəkmək şansı əldə edə bilərlər. Gəzintidən sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
8-ci gün SİNGAPUR
Səhər yeməyindən sonra arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil edəcəyi Sentosa Adası turunda iştirak edə bilərlər. Tur zamanı ilk dayanacağımız 2015-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş ilk və yeganə tropik botanika bağı olan Sinqapur Milli Orxideya bağıdır. Bağ həm də dünyanın ən mühüm botanika institutudur. 1000-dən çox növ və 2000 hibrid ilə bu möhtəşəm çiçəklərin əzəməti Milli Orxideya bağında görməli yerləri yaradır. Növbəti dayanacağımız Sinqapurluların həftə sonlarını keçirdikləri Sinqapurun ilk və yeganə əyləncə adası Sentosa adasıdır. Avtobus ilə Faber Hill -ə gəldikdən sonra dəniz səviyyəsindən 100 metr yüksəklikdə inşa edilən kanat yolu ilə bütün adayı səmada panoramik şəkildə görmək fürsəti əldə edəcəyik. Adada ilk olaraq Sinqapurun 200 illik zəngin və rəngarəng tarixinin təqdim olunduğu “Singapore of Image” muzeyini ziyarət edəcəyik. Daha sonra Sentoza adasının görməli yerlərindən biri olan Madame Tussauds mumiya muzeyi ziyarət ediləcək. Asiya, Hollywood, Bollywood və digər ölkələrin 80-dən çox məşhur mum fiqurları ilə hekayənin bir hissəsi olmağa və Sinqapurda şöhrət hiss etməyə hazır olun. Turdan sonra dincəlmək və adanı kəşf etmək üçün asudə vaxtınız olacaq. Gəzintidən sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
9-cu gün SİNGAPUR - İSTANBUL
Səhər yeməyindən sonra bələdçinin təyin edəcəyi saatda hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 55 saylı müntəzəm səfəri ilə saat 23:35 -də İstanbula şəhərinə hərəkət edirik. Təyyarədə gecələyirik.
10-cu gün İSTANBUL - BAKI
Yerli saat ilə 06:10-da İstanbula çatırıq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 340 saylı müntəzəm səfəri ilə saat 12:45 -də Bakıya hərəkət edirik. Saat 16:35-də Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
SEA FOOD RESTORANINA TRANSFER VƏ PAT PONG GECƏ BAZARI TURU
Tayland dəniz məhsulları növü baxımından ən zəngin ölkələrdəndir, burada dünya tərəfindən məşhur Sea Food Market yemək kompleksinə şam yeməyi üçün transfer olunuruq və asudə vaxt. Yeməkdən sonra arzu edən qonaqlarımız Bangkokun ən məşhur bazarı olan və şəhərə gələn hər turistin mütləq ziyarət etdiyi Çin və Tayland stili məhsulları, həmçinin məşhur markaların təqlid olan məhsulların satıldığı Pat-Pong Gecə bazarı turunda iştirak edə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 20 EUR
ÜZƏN BAZAR TURU
Ekzotik uzaq şərqi yaşayabiləcəyiniz və Banqkoka gələn hər ziyarətçinin mütləq görməsi lazım olan bir məkandır. Bangkok şəhərinin xaricinə çıxaraq təxminən 1.5 saat uzaqlıqda yerləşən Üzən Bazar turumuzda tay stili botlarla (qayıq) başlayırıq. Süni kanallarda həyata keçirəcəyimiz səfərdən sonra yüzlərlə müxtəlif məhsulların, tropik meyvələrin, tərəvəzlərin satıldığı yerli bazarda alış-veriş etmək üçün asudə vaxt. (Bazarlıq etməyi unutmayın.) Turdan sonra Banqkok şəhərinə qayıdırıq.
Tura daxildir : Nəqliyyat xidməti + Gəmi + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 55 EUR
Qeyd: Bu turumuzda pilləli qiymət artımı tətbiqi olub, 10 adamdan az olan turlarda qiymət rəhbər tərəfindən müəyyən olunacaq.
FİL SAFARİSİ TURU
Taylandın simvolu olan fillər safarisi turunda iştirak etmək imkanımız olacaq. Xüsusi olaraq öyrədilmiş filləri yemləyə və xoş vaxt keçirə bilərsiniz bu turda şapqanızı və foto kameranızı yaddan çıxarmayın. əsərləri qidalandırmaq və zövq ala biləcəyiniz bu tur şapkasını və kameranı unutmusunuz. Fil ilə gəzinti təxminən 30 dəqiqə davam edəcək.
Tura daxildir : Nəqliyyat xidməti + Günorta yeməyi
Turun qiyməti : 1 nəfər üçün 35 EUR
Qeyd: Bu turumuz səhər və günortadan sonra yarım gün olaraq həyata keçirilir.
JAMES BOND ADASI TURU
Orjinal adı ilə Koh Tapu və ya Mismar Adası olaraq tanınan ada 1974-ci ildə çəkilmiş "The Man with the Golden Gun" James Bond filmi ilə məhşurlaşmış və James Bond adası olaraq tanınmışdır. Yenə Royal Phuket Marina -da sürət gəmiləri ilə dünyaca məşhur Phang Nga sahilinə doğru hərəkət edirik. Phang Nga sahili təxminən 20 yerdən çay bağlantısı olan 30 ada, 300 qayalıq və dünyada yalnız ekvator qurşağında yaşayan Mangrove meşələri ilə Phuketin ən xüsusi bölgələrindən biridir. Tur əsnasında Pana Adasinda mağara ziyarəti, Hong Adasinda möhtəşəm kano (qayıq) gəzintisi, məşhur müsəlman kəndi Panyee günorta yeməyi, James Bond Adası və son olaraq bölgənin ən keyifli adasi olan Naka Adasinda sahildə günəş vannası qəbul edə bilər, yada dənizdə üzə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Günorta yeməyi + Kano + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 70 EUR
** Bu turumuz minimum 16 nəfərin iştirakı ilə xüsusi transfer və qarışıq cruise gəmisi / sürət motoru ilə həyata keçiriləcək. 16 nəfərdən az olduqda göstərilən transferlər qarışıq qruplar halında keçirilir. 16 nəfərdən çox olduqda turumuz xüsusi transfer və qrupa xüsusi Sürət Botu ilə həyata keçiriləcək. ( 1 nəfər üçün turun qiyməti 3000 THAI BAHT olacaq.)
** Əlavə turlarımız minimum 10 nəfərin iştirakı ilə həyata keçirilir. 10 nəfərdən az olduqda qiymət fərqi yarana bilər. Bu səbəblə bəzi turlarda qiymətlər pilləli olaraq artır. Yaranan qiymət fərqi rəhbərimiz tərəfindən iştirakçılara bildiriləcək. İştirakçı sayı səbəbi ilə xüsusi transfer verilməyəcək turlarda yerli transfer vasitələrindən istifadə ediləcək. Ətraflı məlumat rəhbərimiz tərəfindən bildiriləcəkdir.
GARDEN BY THE BAY TURU
Gecə Sinqapurun bənzərsiz, gözəl parıltısının şahidi olacağınız və günün bütün saatlarında onun canlı küçələrində gəzintiyə çıxacaqsınız. Turda ilk dayanacağımız dünyaca məşhur Gardens by the Bay olacaqdır. Gardens by the Bay, Sinqapurun Mərkəzi Bölgəsində, Marina Su Anbarına bitişik 101 hektar (250 hektar) təbiət parkıdır. Park üç dənizkənarı bağdan ibarətdir. Bay South Garden (Cənubi Marina), Bay East Garden (Şərqi Marina) və Bay Central Garden (Mərkəzdə və Kallanqda). Bağların ən böyüyü Grant Associates tərəfindən hazırlanmış 54 hektarlıq (130 akr) Bay Cənubi Bağıdır. Çiçək Qübbəsi dünyanın ən böyük şüşə istixanasıdır. 2018-ci ildə dünya rekordu sayılan 50 milyon ziyarətçi bu bağı ziyarət edib.
Tura daxildir : Nəqliyyat xidməti + Bağa Giriş + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 60 Eur
SENTOSA ADASI TURU
Singapurun və Asiyanın dünyaca məşhur əyləncə adasi olaraq tanınır. Adaya funklyor ilə gəlib, məşhur Sinqapur limanini, adada olan akvaryumu gördükdən sonra 4D Adventure bölümündə əyləncəli vaxt keçirə bilərsiniz. Adanın ən möhtəşəm şousu böyük səs-işıq, su göstərişi olan "Wings of Time" adlı şounu izlədikdən sonra otelimizə hərəkət edirik.
Tura daxildir : Nəqliyyat xidməti + Parka Giriş + Funklyor + Bələdçi xidməti + Akvarium + 4D Adventure Giriş bileti + Şou
Turun qiyməti : 1 nəfər üçün 85 Eur
Turumuz saat 15:00 - 15:30 başlayacaq.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Bangkok/ Singapur - İstanbul - Bakı ekonom sinif aviabileti
- Yerli Hava Yolları ilə Bangkok - Phuket/Phuket - Singapur ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Bangkokda 2 gecə, Phuketdə 3 gecə, Singapurda 2 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Səhər yeməyi
- Bangkok, Phuket və Singapur şəhərlərində panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 200 USD
- Viza rüsumu - 83 /120 USD
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3* - 4* OTEL
- Əlavə Yataq
- 2379.00
- Bir Nəfər
- 3229.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 2259.00