TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
22 Aprel 2023
11 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 341 Bakı - İstanbul 16:55 - 19:10
TK 54 İstanbul - Singapur 01:50 - 17:30
TK 173 Phuket - İstanbul 22:15 - 04:45 (+1)
TK 340 İstanbul - Bakı 12:25 - 16:05
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - SİNGAPUR
Saat 16:55 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 341/ TK 54 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Singapur şəhərinə hərəkət edirik. Yerli saatla 17:30 -da Singapur şəhərinə çatırıq. Daha sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün SİNGAPUR
Səhər yeməyindən sonra Sinqapur şəhər turunda: Sinqapur çayı, Parlament, Opera və Məhkəmə binaları, Sinqapurun simvolu Merlion heykəli, Çin məhəlləsi görüləcək yerlər arasındadır. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi Sentosa Adası turunda (1 nəfər üçün qiymət - 85 USD) iştirak edə bilərlər. Sinqapurun müstəqillik simvolu, Malay yarımadasının ən cənub nöqtəsi olan Sentosa adası Sinqapurun əyləncə və alış-veriş adasıdır. Bir vaxtlar kiçik bir balıqçı kəndi olan ada bu gün Asiyanın ən məşhur istirahət adalarından biridir. Adanın bir tərəfindən digər tərəfinə kanat yolu ilə keçərkən Malakka boğazının möhtəşəm mənzərəsindən həzz alacağsınız. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq axşam təşkil etdiəcəyi Gardens By the Bay Park və Sinqapur gecə turunda (1 nəfər üçün qiymət - 85 USD) iştirak edə bilərlər. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün SİNGAPUR - BANGKOK
Səhər yeməyindən sonra hava limanına transfer olunuruq. Yerli Hava yolları ilə Bangkok şəhərinə hərəkət edirik. Çatdıqdan sonra panoramlı Sinqapur şəhər turu həyata keçiriləcək. Tur zamanı uzunluğu 46 metr, hündürlüyü 15 metr olan Qızıl Budda, qədim və yeni Parlament binaları, Kral küçəsi görüləcək yerlər arasındadır. Turdan sonra otelə hərəkət edirik və otaqlara yerləşirik. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi Kanallar turunda (1 nəfər üçün qiymət - 35 USD) iştirak edə bilər. Tur zamanı Bangkokun tarixi kanallarında xüsusi qayıq ilə dünyanın heç bir yerində görməyiniz maraqlı görməli yerləri görmək fürsətiniz olacaq. Kanallarda Taylandlıların həyatı ilə tanış olacaq və Taylandın zəngin və kasıblarının birləşməsinin şahidi olacaqsınız. Məbədlərin birinin qarşısında müqəddəs pişik balığını bəsləyəcəyik. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
4-cü gün BANGKOK
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi məşhur Üzən Bazar turunda (1 nəfər üçün qiymət - 50 USD) iştirak edə bilərlər. Bu turda Banqkokdan kənara çıxırıq və ilk olaraq dünyaca məşhur Siam Əkizlərinin doğulduğu Samut Songkram qəsəbəsindəki kokos fermasına ziyarət edəcəyik. Burada kokos ağacından Taylandlıların nə kimi istifadə etdiyi barədə məlumat alırıq, bu ağacdan hazırlanmış suvenirləri görürüb, daxildə yerləşən Orxideya bağçasını da ziyarət edə bilərsiniz. 10 dəqiqəlik səfərdən sonra Tay üslublu qayıqlarla yola düşəcəyimiz estakadaya çatırıq. Buradakı qayıqlara minib ləzzətli, ekzotik Uzaq Şərq mənzərələrinin müşayiətində təxmini yarım saatlıq səfərdən sonra jurnallara üz qabığı, sənədli filmlərə mövzu olmuş məşhur Üzən Bazara çatırıq, çayın üzərində kanolarda (qayıq) qurulmuş açıq bazarı görəcək və alış-veriş etmək imkanımız olacaqdır. Üzən bazar günorta saatlarında bağlanana qədər gəzirik. Bundan başqa ilan fermasına ziyarət edəcək, burada Kobra və Piton kimi ilanlarla göstərilən şounu izləyəcəyik. Turdan sonra ağac oyma sənətinin ən gözəl nümunələrinin yerləşdiyi ağac oyma emalatxanasına baş çəkəcəyik, burada qızılgül, tik ağacı kimi qiymətli ağacların rəssamların əlində necə mükəmməl şəkildə formalaşdığını görəcəyik. Banqkoka qayıdarkən bələdçimizin götürəcəyi Taylandın ən məşhur tropik meyvələrini dadacağıq. Arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil edəcəyi Chao Praya Dinner Cruise & Asiatique Gecə Bazarı turunda (1 nəfər üçün qiymət - 45 USD) iştirak edə bilər. Uzaq Şərqin Venesiyası kimi tanınan Banqkokun krallar çayı Chao Praya üzərindəki 41 metr enindəki gəmimizdə canlı musiqi ilə unudulmaz bir gecə yaşayacaqsınız. Daha sonra otelimizə transfer olunuruq və oteldə gecələyirik.
5-ci gün BANGKOK - PHUKET
Səhər yeməyindən sonra hava limanına transfer olunuruq. Yerli Hava yolları ilə Phuket adasına hərəkət edirik. Adaya gədikdən sonra otelimizə transfer olunuruq. Daha sonra dəniz və günəşdən yararlanmanız üçün tam gün asudə vaxtınız olacaq. Oteldə gecələyirik.
6-cı gün PHUKET
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil edəcəyi günorta yeməyi daxil Phi Phi Adaları turunda (1 nəfər üçün qiymət - 75 USD) iştirak edə bilərlər. Bu turda Taylandın bəlkə də ən ekzotik adasına sürətli qayıqla tam günlük tur təşkil olunacaq. Sürət qayıqları sizi Phuket yaxınlığındakı iki cənnət mərcan adasından birincisi olan Phi Phi Don -aya sürətli şəkildə çatırıq. Palma ağacları ilə əhatəli qumlu çimərliyi və firuzəyi dənizi ilə Hollywood ulduzu Leonardo Di Caprio -nun "The Beach" filmindən bəzi hissələrinin çəkildiyi "Maya Bay" -da üzmək və günəşlənmək fürsətiniz olacaq. İkinci sırada Phi Phi Ley -ə ziyarət edirik. Burada Vikinq Mağarasını görəcəyik. Naharımız Phi Phi adasında edəcəyik. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
7-ci gün PHUKET
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız rəhbərimizin əlavə olaraq təşkil edəcəyi günorta yeməyi daxil James Bond Adası turunda (1 nəfər üçün qiymət - 75 USD) iştirak edə bilərlər. İlk dayanacağımız bir çox sənədli filmə mövzu olan Panak və Hong adaları olacaq. Xüsusi kanoe -lərlə (qayıqlarla) edəcəyimiz bu gəzinti əsnasında, körfəzlər və mağaralar arasında möhtəşəm təbiət mənzərələrinin şahidi olacağınız bir macəra sizi gözləyir. Qayıqda açıq bufet şəklində nahar etdikdən sonra növbəti dayanacağımız James Bond adası olacaq, burada James Bond "Qızıl Silahlı Adam" filminin epizodu çəkilmişdir. Bu adada məşhur qaya və çimərliyi, adada müsəlman kəndlilərdən alış-veriş etmək və bolluca şəkil çəkdirmək üçün boş vaxtınız olacaq. James Bond adasından sonra son dayanacağımız Lawa adası və ya Naka adası olacaqdır. burada çimərlikdə üzmək, günəş vannası qəbul etmək və dincəlmək mümkündür. (Turun həyata keçirilməsi hava şəraitinə görə qərar veriləcək). Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
8-ci gün PHUKET - İSTANBUL
Səhər yeməyindən sonra asudə vaxt. Bələdçimizin müəyyən etdiyi saatda Phuket hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 173 saylı müntəzəm səfəri ilə saat 22:15 -də İstanbula şəhərinə hərəkət edirik. Təyyarədə gecələyirik.
9-cu gün İSTANBUL - BAKI
Yerli saat ilə 04:45 -də İstanbula çatırıq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 340 saylı müntəzəm səfəri ilə saat 12:25 -də Bakıya hərəkət edirik. Saat 16:05 -də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Singapur/ Phuket - İstanbul - Bakı ekonom sinif aviabileti
- Yerli Hava Yolları ilə Singapur - Phuket/Phuket - Bangkok ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Singapurda 2 gecə, Bangkokda 2 gecə, Phuketdə 3 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Səhər yeməyi
- Bangkok, Phuket və Singapur şəhərlərində panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 200 USD
- Viza rüsumu - 83 /120 USD
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
4* OTEL
- Əlavə Yataq
- 2619.00
- Bir Nəfər
- 3259.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 2509.00