TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
30 Oktyabr 2023
13 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 341 Bakı - İstanbul 17:35 - 19:50
TK 66 İstanbul - Denpasar 01:50 - 19:20
TK 78 Denpasar - İstanbul 21:25 - 05:40 (+1)
TK 332 İstanbul - Bakı 08:50 - 12:45
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - DENPASAR - UBUD
Axşam saat 17:35 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 341 / TK 66 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Denpasar şəhərinə hərəkət edirik. Təxminən 12 saatlıq uçuşdan sonra saat ilə 19:20 -də Denpasar şəhərinə çatırıq. Daha sonra xüsusi olaraq bizim üçün təxsis olunan lüks avtobus ilə otelə transfer olunuruq. Oteldə gecələyirik.
2-ci gün UBUD
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Kintamani (Volkan) turunda iştirak edə bilərlər. (Nahar yeməyi daxil: 1 nəfər üçün - 95 USD). Bu turda ilk olaraq Balinin yerli rəqsi olan "Baronq Rəqsi" -nı izləmək üçün Batubulan kəndinə hərəkət edirik. Xeyirlə şərin mübarizəsindən bəhs edilən bu gözəl tamaşadan sonra sənətçilər qəsəbəsi olan Celuk -a hərəkət edirik. Celukda gümüş və taxtanın bacarıqlı əllərlə necə sənət əsərinə çevrildiyini görmək fürsətimiz olacaq. Daha sonra Batur vulkanının bənzərsiz gözəlliyini görmək üçün krater gölü mənzərəsində nahar etmək üçün Kintamani -yə hərəkət edirik. Yeməkdən sonra Müqəddəs Su Məbədi kimi tanınan Tirta Empul məbədini ziyarət edirik. Məbədi gəzdikdən sonra Gunung Kawi Kral abidələri də ziyarət edəcəyik. Turdan sonra Tegalalang düyü terraslarını görmək imkanımız olacaq. Tur başa çatdıqdan sonra oteldə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün UBUD - BALI
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Bali şəhəri istiqamətində hərəkət edirik. Arzu edən qonaqlarımız əlavə Müqəddəs Meymun Meşəsi və Məbədlər turunda iştirak edə bilərlər. (Nahar yeməyi daxil: 1 nəfər üçün - 95 USD). Turda ilk olaraq Bali sənətini daha yaxından tanımaq üçün Sinqapadu kəndinə hərəkət edirik. Daha sonra Pura Dalem Agung Padangtegal məbədini və ölü yandırma mərasimlərinin keçirildiyi müqəddəs bahar hamamı məbədini ziyarət etmək üçün Müqəddəs Meymun Meşəsinə hərəkət edirik. Ziyarətdən sonra nahar üçün yerli bir restorana yollanırıq. Yeməkdən sonra unikal gözəl memarlığı ilə məşhur olan Pura Saraswati məbədini ziyarət edirik. Turdan sonra vizual ziyafət təqdim edən Kanto Lampo şəlaləsini görəcəyik. Daha sonra müxtəlif hədiyyəlik suvenirlər tapa biləcəyiniz Ubud Marketə gedirik. Tur başa çatdıqdan sonra oteldə transfer olunuruq. Oteldə gecələyirik.
4-cü gün BALI
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Bütüngün dəniz, qum, günəşin dadını çıxara bilərsiniz. Arzu edən qonaqlarımız üçün əlavə təşkil olunacaq “Bali nəfəsləri” turunda iştirak edə bilərlər. (Nahar yeməyi daxil: 1 nəfər üçün - 95 USD). Oteldən Klungkung bölgəsinə doğru hərəkət edirik. İlk olaraq Kerta Gosa qədim məhkəmə binasını ziyarət edəcəyik. Daha sonra unikal mənzərəli yolların müşayiəti ilə Bukit Jambul bölgəsinə doğru hərəkət edirik. Bali hinduizminin ana ilahəsi Besakih məbədini ziyarət edəcək, hinduizm haqqında ətraflı məlumat alacaqsınız. Yerli restoranda şam yeməyindən sonra məşhur Luwak qəhvəsi və İndoneziya ədviyyatlarının yetişdirildiyi tarlalara baş çəkəcəksiniz. Daha sonra Balinin ən gözəl məbədlərindən biri olan Bangli Krallığının mərkəzi məbədi olan Kehen -ni ziyarət edirik. Son dayanacağımız ənənəvi qapıları ilə məşhur olan Penglipuran kəndi olacaq. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
5-ci gün BALI
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə Beach Club & Tanah Lot Turu təşkil olunacaq. (1 nəfər üçün - 95 USD). Səhər saatlarında oteldən qısa bir məsafədə yerləşən və günboyu Balinin bənzərsiz okean həzzini yaşayacağınız Beach Club -da günərzində müxtəlif su idmanı kimi digər aktivitilərdən də yararlana bilərsiniz. Beach Club -a giriş zamanı siz dəsmal və bar -dan istifadə edə bilərsiniz. (10 dollar ödəməklə kredit kuponu əldə edə bilərsiniz). İstəkdən asılı olaraq, günərzində açıq bufet və Alakart restorandan istədiyiniz menyunu sifariş edə bilərsiniz (Yeməklər qiymətə daxil deyil). Günorta rəhbərin təyin etdiyi saatda görüşüb, günəşin okean üzərində batmasını izləmək üçün Tanah Lot məbədinə hərəkət edəcəyik. Dənizlə əhatə olunmuş Tanah Lot məbədində gün batımı və nəfəs kəsən təbiət mənzərəsindən həzz aldıqdan sonra istirahət etmək üçün otelə geri qayıdırıq. Oteldə gecələyirik.
6-cı gün BALI
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Nusa Penida ada turu həyata keçiriləcəkdir. Tur zamanı siz adanın cənub hissəsində yerləşən möhtəşəm çimərliklərin və təbiət mənzərəsinin şahidi olacaqsınız. Kelingking Beach, Nusa Penida adasının cənub-qərb sahilindəki Bunga Mekar kəndində tənha və mənzərəli çimərlikdir. Adanın ən məşhur görməli yerlərindən biri nəhəng dalğaların vurduğu bitki örtüyü ilə örtülmüş əhəngdaşı burnudur. Daha sonra Broken Beach -ə hərəkət edirik. Broken Beach Nusa Penida -nın cənub-qərb kənarındakı başqa bir təbii sahil yaranıb. Pasih Uug kimi də tanınan bu məkan, möhtəşəm mənzərəsi ilə şəkil çəkmək istəyən hərkəs üçün əla yerdir. Son dayanacağımız isə sonsuzluq hovuzu kimi tanınan Angel Billabong - dur. Angel Billabong Pasih Uug çimərliyinə bitişik yerləşir. Dolama küçələr və kənd mənzərəsi səfər boyunca sizi müşayiət edəcəkdir. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
7-ci
gün BALI
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün hava limanı transfer saatına kimi əlavə “Uluwatu məbədi” turunda iştirak edə bilərlər. (1 nəfər üçün - 55 USD). Daha sonra Uluwatu məbədinə hərəkət edirik. Dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşən və meşələrlə əhatə olunmuş bu gözəl məbədi ziyarət etdikdən sonra Denpasar hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 78 saylı müntəzəm səfəri ilə saat 21:25 -də İstanbula şəhərinə hərəkət edirik. Təyyarədə gecələyirik.
8-ci gün BALI - DENPASAR - İSTANBUL - BAKI
Yerli saat ilə 08:50 -də (+1) İstanbula çatırıq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 08:50 -də Bakıya hərəkət edirik. Saat 12:45 -də Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Denpasar - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Ubudda 2 gecə, Balidə 4 gecə olmaqla ümumi 6 gecə gecələmək
- Səhər yeməyi
- Ubud, Bali panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 105 USD
- Məcburi səyahət sığortası
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
Bali Ubud Türk Hava Yolları ilə 6 gecə
Son 4 yer3*-4* OTELLƏR
- Əlavə Yataq
- 2269.00
- Bir Nəfər
- 2745.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 2159.00