CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Skandinaviya Fiordlar Turu Türk Hava Yolları ilə 9 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 4 yer
    Skandinaviya Turları > Skandinaviya Fiordları > Skandinaviya Fiordlar Turu Türk Hava Yolları ilə 9 gecə

    Skandinaviya Fiordları Turu 2519 € 4689 AZN 9 Gecə - 10 Gün

    23/06/2023 - 02/07/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 4ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    23 İyun 2023

    14 İyul 2023

    25 Avqust 2023


     

    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK   339  Bakı - İstanbul                 02:35 - 04:45 

    TK 1783  İstanbul - Kopenhagen    09:30 - 10:55

    TK 1796  Stokholm - İstanbul         17:40 - 23:15

    TK   338   İstanbul - Bakı                 01:45 - 05:30 

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - KOPENHAGEN

    Səhər saat 02:35-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 339 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1783 saylı müntəzəm səfəri ilə saat 09:30-da Kopenhagen şəhərinə hərəkət edirik. Yerli saat 10:55-də Kopenhagen şəhərinə çatırıq. Vikinglər zamanında balıqçı qəsəbəsi olan Kopenhagen, 1167-ci ildə keşf  edilib, qısa zamanda əhəmiyyətli bir ticarət liman şəhərinə çevrilmişdir. Şəhər "ticarət limanı" mənasını verən "Kopenhagen" adı verilmişdir. Çatdıqdan sonra panoramik Kopenhagen şəhər turunda: Christianborg Qalası, Black Diamond, Danimarka Kral Ailəsinin qış mövsümünü keçirdikləri və xalqa səsləndikləri məşhur eyvan səhnələrinin yaşandığı Amelienborg Sarayı, Opera Binası, Langelinie Estakadası və Kiçik Su Pərisi Heykəli görüləcəkdir. Məşhur Su Pərisi Heykəli 1913-cü  ildə heykəltəraş Edvard Eriksen tərəfindən meydana gətirilmişdir  və hər il bu yerləri milyonlarla insan ziyarət etməktədir. 1.25 metr hündürlüyündə, qayanın üzərində oturan çılpaq sinəli və quyruqlu bir su pərisi şəklində olan heykəl, havanın küləkli olduğu günlərdə dalğaların üzərində oturduğu qayaya toqquşması ilə birlikdə ortaya çıxan görüntü ilə daha da real formaya bürünməkdədir. Edvard Eriksen; heykəlin üzünü balerina Ellen Price-ı model olaraq seçmiş, balerinanın çılpaq şəkildə dayanmaq istəmədiyinə görə bədəni öz həyat yoldaşının modellik etməsi ilə tamamlanmışdır. Turumuz başa çatdıqdan sonra otelimizə transfer olunuruq və otaqlara yerləşirik. Otelimizdə gecələyirik.

     

    2-ci gün KOPENHAGEN

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və transfer saatına qədər asudə vaxt. Arzu edən qonaqlarımız əlavə təşkil olunacaq Malmö - Dragor turunda iştirak edə bilərlər. Avropadakı ən uzun körpü olan Øresund Boğazı üzərindəki Øresund körpüsündən keçərək başlayacağımız turumuzda İsveç torpaqlarındakı Malmö şəhərinə çatırıq. İsveçin ən böyük 3-cü Nordik Ölkələrinin içində 6-cı böyük şəhər olan Malmö Stortorget və Lilla Torg Meydanlarını, St.Peter Kathedralını və əsas alış-veriş küçəsi olan Södergatanı ziyarət edəcəyik. Uzun illərdən sonra Kopenhagen Danimarkanın ən böyük 2-ci şəhəri Malmö, 1658-ci ildə imzalanmış olan Roskilde Müqaviləsi ilə İsveçə bağlanmış olub bugündə Skandinaviya coğrafiyasının ən kosmopolit şəhərlərindən biridir. 174 fərqli dilin danışıldığı Malmödə, şəhər əhalisinin 27% -ə yaxını İsveç xaricində doğulmuşdur. Malmödə ümumi əhalinin 48%-i 35 yaşın aşağısında olması səbəbiylə gənc və dinamik bir şəhərdir. İsveçdən Danimarka torpaqlarına geri qayıtmaq üçün təkrar istifadə edəcəyimiz Øresund Körpüsü 7845 m uzunluğu; 15,9 km layihə uzunluğu ilə 4 milyard Amerika Dollarına inşa olunmuşdur, dizaynı ilə 2002-ci ildə ABSE Qeyri-adi tikili mükafatı ilə təltif olunmuşdur. Turdan sonra Kopenhagenlilərin də çox sevdiyi bir balıqçı qəsəbəsi olan Dragør-da yerli balıq növlərini dadmaq şansımız olacaq. Dragør-da 16-cı yüzildə Hollandiyadan gəlib yerləşmiş 24 ailənin nəvələri hələ də burada yaşayırlar. Kök, bu fermer ailələrinin 16-cı yüzildən etibarən Danimarkalılara tanıtdığı bir tərəvəz olmuşdur. Turdan sonra hava limanına transfer olunuruq.

     

    3-cü gün  KOPENHAGEN - DFDS

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və transfer saatına qədər asudə vaxt. Arzu edən qonaqlarımız əlavə təşkil olunacaq Danimarka Qalaları və Rivierası Turunda iştirak edə bilərlər. Səhər oteldən başlayacaq bu turumuzda Kopenhagen şəhərinə təqribən 45 dəqiqəlik məsafədə yerləşən Hillerod-a çatırıq. Şəhərdə Danimarka Renesansının ən gözəl nümunəsi hesab olunan Frederiksborg Sarayının füsunkar barok üslubundakı bağçalarını və sarayın içərisini gəzirik. Şimalın Versailles-i hesab olunan saray ziyarətimizdən sonra təqribən yarım saatlıq səyahətdən sonra Helsingor-a çatırıq. Burada Şekspir-in Hamlet adlı əsərində Danimarka Krallarının təsis etdiyi Kronborg Qalasında şəkil çəkmək üçün fasiləsi verdikdən sonra geri qayıtdıqda Danimarka Rivierası kimi tanınan sahil keçidindən keçərkən qədim balıqçı evlərini və gözəl villaları görürük. Transfer saatında limana transfer olunuruq və DFDS firmasının sərnişin gəmisi ilə Kopenhagen şəhəri istiqamətində hərəkət edirik. Şam yeməyinigəmimizdə həyata keçiririk və gəmidə gecələyirik. Səyahət zamanı qonaqlarımız gəminin Duty Free, Restoran, Əyləncə və  Barlarından yararlana bilərlər. (Gəmidəki fəaliyyətlər (activities) üçün əlavə ödəniş edilməlidir). Şam yeməyi və geceləmə gecələmə gəmidə. 

     

    4-cü gün DFDS (GƏMİ) - OSLO (NORVEÇ)

    Səhər yeməyindən sonra kayutların təhvil veririk. Oslo şəhərinə çatdıqdan sonra panoramik Oslo şəhər turunda iştirak edirik. Oslo Norveçin paytaxtı və eyni zamanda həmin əyalətin adıdır. Kopenhagen, Stokholm və Helsinkidən sonra 4-cü böyük şəhəri olan Oslo 1049 -cu ildə III.Harald tərəfindən qurulmuşdur. Burada təşkil olunacaq panoramik Oslo şəhər turunda: Kral Sarayı, Məclis Binası, Bələdiyyə Sarayı, Xalq muzeyi, Viking gəmiləri muzeyi, Beynəlxalq teatr, Kral Johans Prospekti, Vigeland Parkı kimi yerlər gəziləcəkdir. Tur başa çatdıqdan sonra Osloda yerləşən otelimizə transfer olunuruq və asudə vaxt. Otelimizdə gecələyirik.

     

    5-ci gün OSLO - FLAM -  GUDVANGEN - BERGEN

    Səhər yeməyindən sonra otaqları təhvil verib Oslo şəhərinə hərəkət edirik. Möhtəşəm göl və meşə mənzərələrini izləyərək Gudvangen şəhərinə çatdıqdan sonra nahar üçün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə təşkil olunacaq Flam gəmi turunda iştirak edə bilərlər. Gəmi ilə Flam - Gudvangen arasında təxminən iki saat davam edən gəzintiyə çıxırıq. Dar yüksək Fyordların arasından möhtəşəm mənzərələri görəcəyimiz gəzintinin sonunda xüsusi nəqliyyat vasitəsi ilə Bergen şəhərinə hərəkət edirik. Otelimizdə gecələyirik.

     

    6-cı gün BERGEN - VOSS

    Səhər yeməyindən sonra Bergen şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra panoramlı Bergen şəhər turu həyata keçirəcəyik. Vikinglərin şəhəri olaraq tanınan Bergen 1070-ci ildə qurulmuşdur. Məşhur Balıq və Çiçək Bazarı və Unesco tərəfindən qoruma altına alınmış olan Bergen Evləri (Hansa Evləri) görəcəyimiz yerlər arasındadır. Vagen -də yerləşən Hansa Evləri UNESCO Milli miraslar Siyahısında yer almışdır. Hansa Birliyi, almanların ticarətini zəmanət altına almaq üçün qurulmuş bir birlikdir. Hansa Ticarət Birliyində işləyən tacirlərin yaşadığı evlər olan Hansa Evləri, 3-4 mərtəbəli, dik damlı və rəngarəngdir. Ancaq uzun illər yanğınlar yaşayan Bergen -də artıq binaların tikintisində taxtadan istifadə etmək qadağan edilmişdir. Açıq hava muzeyi halınada olan bu evlər şəhərə ayrı bir gözəllik verir. Bergen -də böyüyən ən məşhur adam şübhəsiz ki, musiqiçi Edvard Greig -dir. Arzu edən qonaqlarıməz rəhbərimizin əlavə olaraq təşkil etdiyi Floyen Təpəsi turunda iştirak edə bilərlər. Turumuza Bergen şəhərinin balkonu olaraq adlandırılan Floyen Təpəsinə çıxaraq turumuzu davam edəcəyik. Təxminən 300 metr yüksəklikdən Bergen şəhərinin nəfəs kəsən mənzərəsini seyr edəcəyik. Turdan sonra nəqliyyat vasitəsi ilə suyu ilə məşhur Voss şəhərinə hərəkət edirik. Otelimizə çatdıqdan sonra otaqlara yerləşirik və asudə vaxt. Oteldə gecələyirik.

     

    7-ci gün VOSS - FLAM - HAMAR

    Səhər yeməyindən sonra otaqların boşaldılması. Fyordlar, Skandinaviya sahillərində tez-tez rast gəlinən geolojik faktırdır. Bunlar, iki tərəfdən sıldırım qayalarla əhatə olunmuş uzun, dar və dərin olub, buzlaq aşındırması nəticəsində meydana gələrlər. Bu nəfəs kəsən mənzərələri izləyərək səfərimizə davam edəcəyik. Yolüstü arzu edən qonaqların əlavə Flamsbana Dağ Qatarı turunda iştirak edə bilərlər. (Dağ qatarı əlavə turumuzun tur proqramına bağlı olaraq dəyişə bilər.) Norveçin ən nəfəs kəsən məşquliyyəti olaraq bilinən Flamsbana dağ qatarı ilə Myrdal -a hərəkət edirik. Möhtəşəm vadilər və göllər arasında bir saat davam edəcək gəzintim zamanı Qatarımız Kjosfossen Şəlaləsi qarşısında qısa bir fotoşəkil fasiləsi verəcək. daha sonra Flam-a geri qayıdırıq. Nahar yeməyi üçün veriləcək asudə vaxtdan sonra suyu ilə məşhur Voss -a hərəkət edirik. Otelimizdə gecələyirik.

     

    8-ci gün HAMAR - STOKHOLM

    Səhər yeməyindən sonra otaqların boşaldılması və Stokholm şəhərinə hərəkət edirik. 13-cü əsrdən bugünə qədər Skandinaviyanın siyasət, iqtisadiyyat və mədəniyyət mərkəzində yerləşən şəhər, Malaren Gölünün Baltik Dənizi ilə birləşdiyi kanalda mövcud olan və Stokholm Adalar Toplusu olaraq bilinən 14 ada üzərində qurulmuşdur. Şəhərə, İsveç dilində “kötük”, qədim Alman dilində isə “sağlamlaşdırma” mənasını daşıyan “stok” və kiçik ada mənasındakı “holm” sözlərindən törəyərək “Stokholm” adı verilmişdir. Saat 10:45-də Stokholma catırıq və çatdıqdan sonra təşkil olunacaq panoramik şəhər turumuzda iştirak edirik. Şəhər turunda Gamla Stan Adası (1754-cü ildə inşa edilən Kungliga Slottet Krallıq Sarayı, İsveç kral ailəsinin rəsmi yaşayış yeridir. Avropanın ən böyük krallıq saraylarından biri olan valehedici bina, Orta əsr sarayının xarabalıqları əsas götürülərək barok üslubunda yenidən inşa edilmişdir. Sarayın 608 otağından bir çoxu ilə yanaşı; Dövlət Salonu, Krallıq Xəzinədarlığı, Cəngavər Birliklərinin İdarələri, III. Qustav Antik Muzeyi, Kronor Muzeyi və Krallıq Şapeli (məbəd) kimi bölmələri xalqın ziyarətinə açıqdır. Sarayın qarşısında hər şənbə və çərşənbə 12:15, bazar günləri isə 13:15 saatlarında formalı əsgərlər tərəfindən növbələrin təhvil verilməsi mərasimi həyata keçirilməkdədir. Krallıq Sarayı, Teatr Binası, Bələdiyyə Sarayı (İsveçlilərin səsləri ilə ölkənin ən gözəl tikintisi seçilen bu bina, 1911-ci ildə Ragnar Östberg tərəfindən art deko üslubunda inşa edilmişdir. Qızıl mozaiklər və rəngli şüşələrlə bəzənən bu valehedici binada hər il Nobel Mükafatı Ziyafəti təşkil olunur.), Kunpsrad Parkı, Fjallgatan Təpəsi və digər əhəmiyyətli yerləri gəzirik.Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və oteldə gecələyirik.

     

    9-cu gün STOKHOLM

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimiz tərəfindən əlavə təşkil ediləcək Stokholm Birləşdirilmiş Turunda iştirak edə bilərlər. Skandinaviya yarımadasının ən gözəl şəhəri olan Stokholmu ətraflı şəkildə tanımaq fürsətini əldə edirik. Turumuza ilk olaraq Djurgarden Adasından başlayırıq. Bir vaxtlar İsveç Kral ailəsinin ov məkanı olan, bu gün  isə bir çox muzey binasını özündə birləşdirən bu adada ilk dayanacağımız dünyanın məşhur Vaza Muzeyidir. Orijinal hissələrinin 95% -dən çoxunun qorunduğu, yüzlərlə oyma heykəllərin  yerləşdiyi Vaza (Gəmi), unikal sənət xəzinəsi və öndə gələn turistik bir mənzərədir. Gəmi, Stokholmda  məqsədinə uyğun bir muzeydə nümayiş etdirilib və eyni zamanda bir-biri ilə əlaqəli olan doqquz ədəd sərgi, zəngin mal ehtiyatları olan bir ədəd dükan və bir ədəd lyuks restoranı özündə birləşdirir. Vaza ilə bağlı 16 müxtəlif dildə çəkilmiş film mövcuddur. Vaza muzeyi, Skandinaviyadakı bütün digər muzeylərdən daha çox ziyarətçini özünə cəlb edir. Stokholmu hətta yalnız Vaza üçün də ziyarət etməyə dəyər. 10 avqust 1628-ci il tarixində böyük döyüş gəmisi  Stokholm limanından ayrılmaq üzrə olduğu zaman yelkən açmışdır. Hələlik yeni inşa edilmiş olan bu gəmiyə taxtda olan Vaza soyunun gerbi olan Vaza adı verilmişdir. Bu möhtəşəm hadisəni qeyd etmək üçün, yan tərəflərindəki top atəşi ilə salamlama atışı edildi. Güclü gəmi liman çıxışına doğru yavaş-yavaş irəlilədiyi zaman qəfil  şiddətli bir fırtına başladı. Vaza çökdü,  ancaq qamətini yenidən düzəltdi. İkinci bir fırtına zərbəsi gəmini yana doğru əydi. Açıq top atəşinin zərbəsi ilə içəri su doldu. Vaza, 150 tayfasının ən az otuzunu, bəlkə də əllisini özü ilə bərabər dibə batırdı. Vazanın yenidən gün işığını görməsi, 333 il vaxt aldı. Xüsusi təhqiqatçı Anders Frazen 1950-ci illərin əvvəlində Vazanı axtarmağa başlamış və 1956-cı ildə Vazanı yenidən kəşf etmişdir. Vazadan sonra bir başqa ziyarət edəcəyimiz yer eyni ada üzərində yerləşən 1891-ci ildə  İsveçin təbii həyatının qorunması məqsədi ilə açılan Skansen Açıq Hava Muzeyidir. Açıq muzeydə zooloji park,  yüz altmış tarixi ağac ferması olan və İsveç təbii həyatını dəstəkləyən mərkəz, İsveç  çöl evləri, zoopark, ferma, təbii həyat parkı, sirk, oyun parkı və akvarium mövcuddur. Təbiətin qoynunda vaxt keçirmək və İsveç çöl həyatını yaxından tanımaq istəyənlər üçün ideal bir gəzinti planıdır. Tur başa çatdıqdan sonra otelimizə çatdırılırıq və asudə vaxt. Otelimizdə gecələyirik.

     

    10-cu gün STOKHOLM - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra saat 10:00 qədər otaqları təhvil veririk və transfer saatına qədər asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimiz tərəfindən əlavə təşkil ediləcək Drottnimgholm Sarayı Turunda iştirak edə bilərlər. Turdan sonra hava limanına transfer olunuruq. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava yollarının TK 1796 saylı müntəzəm səfəri ilə saat 17:40-da İstanbula, oradan da Türk Hava Yollarının TK 338 saylı müntəzəm səfəri ilə saat 01:45-də Bakıya hərəkət edirik. Saat 05:30-da Bakıya çatırıq və Turumuz başa çatır. Bakıya xoş gəlmisiniz!

    Əlavə Turlar

    (əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)


    DANİMARKA QALALARI və RIVIERASI 

    Səhər başlayacaq bu turumuzda ilk əvvəl 45 dəqiqəlik səfərdən sonra şirin şəhər hesab edilən Hillerod -a çatırıq. Burada 825 illik Danimarka krallığına aid məşhur Frederiksborg qalasını ziyarət edəcəyik. Qalanı gəzdikdən sonra təqribən yarım saatlıq səfər ilə Helsingor şəhərinə çatırıq. Burada Şekspirin Hamlet adlı əsərindəki Danimarka krallarının təsis etdiyi Kronborg qalasında şəkil çəkmək üçün fasilə verilir. Danimarka rivierası olaraq tanınan sahil yolundan keçərək Kopenhagenə geri qayıdırıq. 

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR 

     

    GUDVANGEN İLƏ FLAM ARASI GƏMİ TURU

    Təxminən iki saat davam edəcək bu turumuzda məşhur Naeroyfyod -un möhtəşəm mənzərəli yollardan keçərək  Gudvangen şəhərindən Flam -a gəmi turu həyata keçirəcəyik. Dik, yüksək fyordları, şəlalələri və tur zamanı delfinləri izləyərək turumuzun tamamlayırıq.

    Tura daxildir : Nəqliyyat xidməti +  Bələdçi xidməti + Gəmi gəzintisi

    Turun qiyməti : 1 nəfər üçün 120 EUR

     

    FLOYEN TƏPƏSİ TURU

    Bergen şəhərinin balkonu olaraq adlandırılan Floyen Təpəsinə çıxacayıq. Təxminən 300 metr yüksəklikdən Bergen şəhərinin nəfəs kəsən mənzərəsini seyr edəcəyik.

    Turun qiyməti : 1 nəfər üçün 25 EUR

     

    FLAM DAĞ TURU

    Flam şəhərindən hərəkət edən dağ qatarımız ilə möhtəşəm təbiət mənzərələrindən keçərək Myrdal -a çatırıq. Sizlərə tövsiyyəmiz bu tura çıxmazdan əvvəl fotoapartlarınızı özünüzlə götürün.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Qatar Bileti

    Turun qiyməti : 1 nəfər üçün  120 EUR

     

    STOCKHOLM BİRLƏŞDİRİLMİŞ TURU

    Skandinaviya yarımadasının ən gözəl şəhəri olan Stokholm-u ətraflı şəkildə tanımaq imkanını əldə edirik. Turumuza ilk  öncə Djurgarden adasından başlayırıq. Bir vaxtlar İsveç krallıq ailəsinin ov məkanı olan, hal-hazırda isə bir çox muzeyi ehtiva edən bu adada  ilk dayanacağımız dünyanın məşhur Vaza muzeyi olacaqdır. 17-ci əsrdən qalan müharibə gəmisi olan Vaza dənizə endirildikdən qısa bir müddətdən sonra batır.  Gəmi 1961-ci ildə, batdıqdan 333 il sonra  təkrar gün işığına çıxarılır. Dünyada 17-ci əsrin tək nümunəsi olan Vaza eyni zamanda dünyanın ən çox ziyarət edilən muzeylərindəndir. Vaza-dan sonra digər ziyarət edəcəyimiz yer, yenə eyni ada üzərindəki açıq hava muzeyi olan  Skansen-də 18 və 19-cu əsrə aid, İsveçin bir-birindən fərqli bölgələrindən gətirilən 150 ədəd evin mövcud olduğu bu muzeydə İsveç həyatını və mədəniyyətini izləmək fürsətini əldə edəcəksiniz.

    Tura daxildir : Nəqliyyat  xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR


    MALMÖ - DRAGOR TURU

    Avropadakı ən uzun körpü olan Øresund Boğazı üzərindəki Øresund körpüsündən geçərək başlayacağımız turumuzda İsveç torpaqlarındakı Malmö şəhərinə çatırıq. İsveçin ən böyük 3-cü Nordik Ölkələrinin içində 6-cı böyük şəhər olan Malmö Stortorget və Lilla Torg Meydanlarını, St.Peter Kathedralını və əsas alış-veriş küçəsi olan Södergatanı ziyarət edəcəyik. Uzun illərdən sonra Kopenhagen Danimarkanın ən böyük 2-ci şəhəri Malmö, 1658-ci ildə imzalanmış olan Roskilde Müqaviləsi ilə İsveçə bağlanmış olub bugündə Skandinaviya coğrafiyasının ən kosmopolit şəhərlərindən biridir. 174 fərqli dilin danışıldığı Malmödə, şəhər əhalisinin 27% -ə yaxını İsveç xaricində doğulmuşdur. Malmödə ümumi əhalinin 48%-i 35 yaşın aşağısında olması səbəbiylə gənc və dinamik bir şəhərdir. İsveçdən Danimarka torpaqlarına geri qayıtmaq üçün təkrar istifadə edəcəyimiz Øresund Körpüsü 7845 m uzunluğu; 15,9 km layihə uzunluğu ilə 4 milyard Amerikan Doları-na inşa olunmuşdur, dizaynı ilə 2002-ci ildə ABSE Qeyri-adi tikili mükafatı ilə təltif olunmuşdur. Turdan sonra Kopenhagenlilərin də çox sevdiyi bir balıqçı qəsəbəsi olan Dragør-da yerli balıq növlərini dadmaq şansımız olacaq. Dragør-da 16-cı yüzildə Hollandiyadan gəlib yerləşmiş 24 ailənin nəvələri hələ də burada yaşayırlar. Kök, bu fermer ailələrinin 16-cı yüzildən etibarən Danimarkalılara tanıtdığı bir tərəvəz olmuşdur.

    Tura daxildir : Nəqliyyat  xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR


    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (KOPENHAGEN)

    MAGIC HOTEL SOLHEIMSVIKEN (BERGEN)

    HOTEL (STOKHOLM)

    THON OSLOFJORD HOTEL (OSLO)

    PARK VOSSEVANGEN HOTEL (VOSS)

    FIRST VICTORIA HOTEL (HAMAR)

    QİYMƏTƏ DAXİLDİR

    -          Türk Hava Yolları ilə Bakı - İstanbul - Kopenhagen / Stokholm - İstanbul - Bakı ekonom sinif aviabileti

    -          Aeroport yığımları və digər vergilər

    -          Xüsusi avtobusumuz ilə Kopenhagen - Oslo - Bergen - Stokholm şəhərlər arası nəqliyyat xidməti

    -          Hava limanı - otel - hava limanı transferləri

    -          Kopenhagendə 2 gecə, Hamarda 1 gecə, Vossda 1 gecə, Bergendə 1 gecə, Osloda 1 gecə, DFDS gəmidə 1 gecə, Stokholmda 2           gecə olmaqla 3*- 4* oteldə ümumi 9 gecə gecələmək

    -          Kontinenal səhər yeməyi 

    -          1 şam yeməyi (gəmidə açıq bufet)

    -          Kopenhagen, Oslo, Bergen və Stokholm şəhərlərində panoramlı şəhər turları

    -          Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -          Məcburi səyahət sığortası 

          -          Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -       Viza rüsumu - 35 EUR

    -       Viza mərkəzinin xidmət haqqı - 132 AZN 


    Qeyd : 

    ***Tur proqramında yer alan bəzi otellərdə DBL otaqlar mövcud deyildir. Yəni 2 ayrı çarpayıdan ibarətdir. Bəzi otellərdə isə çarpayılar birləşdirilə bilinir. 3-cü çarpayı əlavə çarpayıdır və təxminən 120 sm-dir. 

    ***Gəmidəki kayut (kabina) daxili kayutdur və çarpayılar TWIN (iki ayrı çarpayı)  şəklindədir. 

    ***Bəzi turlarımızda proqramlar fərqli alternativ otel kateqoriyalarında müştərilərimizə təklif edilir. Bu proqramlarda qalınan otellər fərqli olsa da,  nəqliyyat vasitəsi və bələdçi eynidir. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün”turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

     3 ayrı yataq verilməyəcəkdir. 

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Skandinaviya Fiordlar Turu Türk Hava Yolları ilə 9 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 2519.00
    Valyuta: EUR
    23/06/2023-02/07/2023
    3 - 4* OTELLƏR
    Əlavə Yataq
    2519.00
    Bir Nəfər
    3279.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 289.00
    2 - 12 Yaş 2459.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Skandinaviya Fiordlar Turu Türk Hava Yolları ilə 9 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 2519.00
    Valyuta: EUR
    14/07/2023-23/07/2023
    3 - 4* OTELLƏR
    Əlavə Yataq
    2519.00
    Bir Nəfər
    3279.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 289.00
    2 - 12 Yaş 2459.00
    ONLINE AL

    Skandinaviya Fiordlar Turu Türk Hava Yolları ilə 9 gecə

    Son 5 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 2519.00
    Valyuta: EUR
    25/08/2023-03/09/2023
    3 - 4* OTELLƏR
    Əlavə Yataq
    2519.00
    Bir Nəfər
    3279.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 289.00
    2 - 12 Yaş 2459.00
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Guler Zeynalova 2019-09-03 16:42:15
    25.08.2019-1.09.2019 tarixli Skandinaviya seyahetimiz cox gozel gecdi.Casablanka travel dan ve esasda Zibeyde xanimdan cox razi qaldiq.Esil islerinin pesakiridirlar.Mehz sizin sayenizde bu il multiviza elde etdik.
    Altay Quliyev 2019-08-14 15:05:13
    Norveç səyahətimiz çox maraqlı oldu. Ecazkar Skandinaviya fiordları, şəlalələr, Vikinqlərin evləri, yaşayış tərzi və ş. və s. İnanıram ki, sizlərin də xoşunuza gələcək.
    Inara Axmadova 2016-09-23 13:46:56
    Blaqodarya Casablanca Travel mi proveli nezabivayemiy otdix. Vpecatleniya ot vsey poyezdke nevozmojno opisat v neskolkix slovax, no to cto mi vozvrashayemsya iz podobnoqo roda poezdok inim- eto fakt. Spasibo vam.
    Aytən Kərimli 2016-01-27 14:37:34
    28.08.2016 - 04.09.2016 tarixlərində 5 nəfər ailəliklə Skandinaviya paytaxları turunda iştirak etdik. Tura və rəhbərimiz Taylan Kirikkanat bəyə olan məmnuniyyətimizi bildirmək üçün bu şərhi yazırıq. Rəhbərimizin dərin biliyi və təcrübəsi bizim rahat, maraqlı və şən bir tur keçirməyimizə səbəb oldu. Casablanca Travelə belə turlar təşkil etdiyinə görə təşəkkür edirik

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel