TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
27 Avqust 2023
15 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 337 Bakı - İstanbul 04:10 - 06:25
TK 1449 İstanbul - Portu 09:20 - 11:20
TK 1760 Lissabon - İstanbul 16:00 - 23:50
TK 338 İstanbul - Bakı 02:10 - 06:00 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - PORTU
Səhər saat 04:10-da Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1449 saylı müntəzəm səfəri ilə saat 09:20-də Portu şəhərinə hərəkət edirik. Yerli saat ilə 11:20-də Portuya çatdıqdan sonra panoramlı Portu şəhər turunda iştirak edirik. Şəhər turunda: Bento stansiyası, Sao Francisco kilsəsi, Bolsa sarayı, Porto katedrali, Tarixi şərəb saxlama yerləri (zirzəmi), Liberdade Meydanı, Batalha Meydanı, şəhərin ən qədim mərkəzi olan Riberia bölgəsi, Tore dos Clerigos Qalası, şəhərin ən məhşur alış -veriş məhəlləsi olan Santa Catarina, 1-ci Don Luis Körpüsü, Arrabida Körpüsü şəhərin yeni ve modern bölgəsi olan Boa Vista və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün PORTU
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq “Guimaraes - Braga - Bom Jesus do Monte” turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
3-cü gün PORTU - FATİMA - LİSSABON
Səhər yeməyindən sonra otel otaqlarını təhvil veririk və xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə UNESCO tərəfindən tarixi şəhər olaraq qəbul edilən Lissabona hərəkət edirik. 3 saatlıq səfər zamanı gedişdə yolüstü “Fatima Şəhərini” görürük, Portu istiqamətində hərəkətimizdə, günorta saatlarında Lissabona çatdıqdan sonra panoramlı şəhər turunda: Rossio meydanı, St.Georges Sarayının yerləşdiyi şəhərin tarixi bölümü, Alfama Meydanı, Belem Qalası, Kəşiflər Heykəli, Jeronımus Manastırı, Sao Jorge Qalası, Alfama məhəlləsi və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün LİSSABON
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq “Sintra-Cascais-Estoril-Capo De Roka” turunda iştirak edə bilərlər. Bir təpə üstündə inşa edilən tarixi Sintra şəhərinin bənzərsiz mənzərəsi olan Roka burnu Atlantik sahilində yerləşən Kaskais balıqçı qəsəbəsini və Estorili sahilini görəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq "Fadu Gecesi" turu təşkil olunacaqdır. Bu turda: Portuqaliya xalq musiqilərini dinləyib yerli yeməklədən dadmaq imkanı əldə edəcəksiniz. Daha sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
5-ci gün LİSSABON - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqların təhvil verilməsi və asudə vaxt. Bələdçimizin təyin edəcəyi bir saatda Lissabon Hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1760 saylı müntəzəm səfəri ilə saat 16:00-da İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 02:10 -da Türk Hava Yollarının TK 338 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 06:00 -da (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir, yalnız arzu edən qonaqlarımız könüllü olaraq iştirak edə bilərlər)
SINTRA - CASCAIS - ESTORIL - CABO DE ROCA TURU
SINTRA - CASCAIS - ESTORIL - CABO DE ROKA turunda qaya və kiçik qızıl qumlu çimərlikləri olan yollardan irəliləyərək , Portuqaliya monarxiyasının əhəmiyyətli yay sarayı olan Sintra Kral Sarayını gəzəcəyik. Bu turumuzda sarayın Ərəb stilində bir çin muzeyini xatırladan maraqlı arxitekturasını yaxından görəcəyik. Tur başa çatdıqdan sonra şirin qəsəbələri , köhnə balıqçı məhəllələrini , yazlıq evlərin yerləşdiyi Cascais və Estoril sahili gəziləcək. Avropa qitəsinin ən qərb nöqtəsinə gedilib, bu bənzərsiz günü doya-doya yaşa bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 75 EUR (02-12 yaş üçün 40 EUR)
GUIMARAES - BRAGA - BOM JESUS DO MONTE TURU
GUIMARAES - BRAGA - BOM JESUS DO MONTE birbirinden gözəl tarixi Guimaraes - Braga - Bom Jesus Do Monte gəziləcəkdir.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 70 EUR (02-12 yaş üçün 40 EUR)
FADO GECƏSI TURU
Fado Gecəsi Portuqaliya xalq və musiqisinin təşkil edildiyi içkili gecədə Porto şərablarını dadaraq, bənzərsiz bir gecə keçirə bilərsiniz.
Tura daxildir : Şou Proqram + 1 ədəd içki
Turun qiyməti : 1 nəfər üçün 60 EUR
Yemək daxil: 1 nəfər üçün 75 EUR
***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Portu / Lissabon - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə Portu - Lissabon şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Portuda 2 gecə, Lissabonda 2 gecə olmaqla ümumi 4 gecə gecələmək
- Səhər yeməyi
- Portu, Lissabon panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 30 EURO
- Məcburi səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1329.00
- Bir Nəfər
- 1569.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 279.00
2 - 12 Yaş 1269.00