TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
17 - 23 - 30 Sentyabr 2023
7 - 21 Oktyabr 2023
4 - 18 Noyabr 2023
2 - 16 Dekabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 7703 Bakı - İstanbul 06:45 - 08:50PC 301 İstanbul - Praqa 10:00 - 11:40
PC 332 Budapeşt - İstanbul 13:45 - 16:40
TK 7702 İstanbul - Bakı 00:15 - 04:05 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - PRAQA
Səhər saat 06:45-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Anadolujet Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə İstanbula (Sabiha Gökcen hava limanı), oradan da Pegasus Hava Yollarının PC 301 saylı müntəzəm səfəri ilə saat 10:00-da Praqa şəhərinə hərəkət edirik. Yerli saat ilə 11:40-da Praqa şəhərinə çatdıqdan sonra panoramlı Praqa şəhər turunda iştirak edirik. Gəziləcək yerlər: Karlova Küçəsi, Nazirlik binası, St.Vitus Katedralı, Charles Körpüsü, Qədim Şəhər Meydanı, Astronomik Saat, Paris Küçəsi, Mustek Meydanı və Vaslavski Meydanı. Şəhər turundan sonra otelə transfer olunma, otelə yerləşmə və asudə vaxt. Arzu edən qonaqlarımız axşam əlavə Vltava çayında Gəmi Gəzintisi turunda iştirak edə bilərlər. 1 qədəh içki daxil. Oteldə gecələmək.
2-ci gün PRAQA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edənqonaqlarımız üçün əlavə günorta yeməyi də daxil olan Karlovy Vary, Praqa qalası və axşamkı Folklor Çexiya Gecəsi turlarında iştirak etmək imkanı. Oteldə gecələmək.
3-cü gün PRAQA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə Dresden vəya Terezin Nazi düşərgəsi turu təşkil olunacaq. Oteldə gecələmək.
4-cü gü PRAQA - VYANA
Səhər yeməyindən sonra xüsusi avtobusla Vyana şəhərinə hərəkət edirik. (Şəhərlər arası transfer vaxtı əlavə Cesky Krumlov turu). Şəhərə çatdıqdan sonra panoramlı Vyana şəhər turu. Gəziləcək yerlər; Opera Binası, Sənət Tarixi Muzeyi, Bələdiyyə Binası, Parlament Binası, Hof Theatre, Universitet, Votiv Kilsəsi, Maria Teresa Meydanı... Daha sonra otelə transfer olunma, otelə yerləşmə və asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Grinzing Meyhanələri turunda iştirak edə bilərlər. Oteldə gecələmək.
5-ci gün VYANA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edənlər üçün əlavə yarım günlük Vyana Ekstrem ilə axşamkı əlavə Klasik Musiqi Konserti turlarında iştirak etmək imkanı. Oteldə gecələmək.
6-cı gün VYANA - BUDAPEŞT
Səhər yeməyindən sonra xüsusi avtobusumuzla Budapeşt şəhərinə hərəkət edirik. (Şəhərlər arası transfer vaxtı əlavə Bratislava şəhər turu). Budapeşt şəhərinə çatdıqdan sonra panoramlı Budapeşt şəhər turu. Gəziləcək yerlər: Qəhrəmanlar Meydanı (Heroe`s Square), Andrassy Prospekti, Opera Binası, Octagon Meydanı, Tarixi buz konkisi zalı, Vajdahunyad Qalası. Daha sonra otelə transfer, otelə yerləşmə və asudə vaxt. Arzu edənlər əlavə Borkatakomba Çigan gecəsi (Gypsy night) turunda iştirak edə bilərlər. Oteldə gecələmək.
7-ci gün BUDAPEŞT
8-ci gün BUDAPEŞT - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Budapeşt Ekstrem turlarında iştirak edə bilərlər. Daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Pegasus Hava Yollarının PC 332 saylı müntəzəm səfəri ilə saat 13:45-də İstanbula, oradan da Anadolujet Hava Yollarının TK 7702 saylı müntəzəm səfəri ilə saat 00:15-də Bakıya hərəkət edirik. Saat 04:05-də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
Tura qala ətrafından başlayırıq. Lordlar küçəsi, Vyana qapısı, Fisherman's Bastion, Budapeştin ilk və ən böyük qapalı bazarı olan Nagy Csarno, Vörösmartin meydanı, Vaci küçəsi görəcəyimiz yerlər arasındadır.
Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Ətraf gəzintisi
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 15 EUR)
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
BUDAPEŞT EKSTREM
DRESDEN TURU
PRAQA QALASI TURU
Praqanın simvollarından biri olan Praqa qalasını görəcəyik.Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Qala və ətraf gəzintisi
Turun qiyməti : 1 nəfər üçün 20 EUR (07-12 yaş üçün 10 EUR)
ESZTERGOM VISEGRAD SZENTENDRE
Visegrad : Esztergomdan sonra Renaissance restoranlarında yeyiləcək günorta yeməyinin ardından Visegrad təpəsindən Duna çayının ən gözəl mənzərələrindən birini seyr edəcəksiniz.
GRINZING KƏNDİ
Girnzing kəndi bağçılıq ilə məşğul olan və xüsusi ilə ağ şərabları ilə məşhur olan bir kənddir. Orijinal (otantik) binaları və özünə məxsus restoranları ilə turistlərin həmişə diqqətini cəlb edən bu kənd Vyanadan 20 dəqiqə uzaqlıqdadır. Grinzingdə yemək yeyilən zaman akordion və kamança musiqisi sədaları altında turumuz başa çatır.
KLASSİK MUSİQİ KONSERTİ
Sezonuna görə klassik musiqi konserti və ya vals və balet tamaşası.
Turun qiyməti : 1 nəfər üçün 60 EUR
VLTAVA ÇAYINDA ŞAM YEMƏYİ DAXİL OLAN GƏMİ TURU
Praqadakı gecənizi olduqca fərqli və heyrətamiz bir mühitdə keçirmək istəyirsinizsə bu şam yeməyi daxil, musiqili gəmi turu sizin zövqünüzü oxşayacaqdır. Praqanı iki yerı bölən Vltava çayı üzərində gəzinti boyunca Milli Teatrı, Charles Körpüsünü, Praqa Qalası mənzərələrini seyr edəcək və musiqi sədaları altında axşam yeməyinizi yeyəcəksiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Gəmi gəzintisi + Açıq bufet şəklində yemək + “Xoş gəldiniz” içkisi + İlk içki + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR (07-12 yaş üçün 20 EUR)
KARLOVY VARY TURU
Praqa şəhərindən təxmini olaraq 2 saat məsafədə yerləşən Karlovy Vary, 1358-ci illərdə IV Charles tərəfindən kəşf edilən, dünyaca məşhur termal bölgədir. Bölgədə ətraf gəzintisindən sonra nahar yeməyi yeyiləcəkdir. Asudə vaxt ərzində şəhər ətrafında piyada gəzinti və alış - veriş edə bilərsiniz. (Burada qiymətlər Praqaya görə daha ucuzdur)
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti - Ətraf gəzintisi
Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 25 EUR)
ÇEXİYA FOLKLOR ŞOU-PROQRAMI
Tura daxildir : Nəqliyyat xidməti + Menyu + Limitsiz içki + Şou proqram + Bələdçilik xidməti
TEREZİN ƏSR DÜŞƏRGƏSİ
Tura daxildir : Nəqliyyat xidməti + Muzeylərə giriş + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR (07-12 yaş üçün 20 EUR)
ÇİGAN GECƏSİ
Şərabları və şərab saxlama yerləri (şərab mazənləri) ilə məşhur olan Borkatakomba ərazisində yerləşən restoranda öncə restoranı gəzəcəyik və dünyanın ən böyük şərab çəlləyini görəcəyik. Çigan musiqisi sədaları altında və bəzən sizin də iştirak edəcəyiniz şou proqramların təşkil olunduğu restoranda Macar milli yeməkərindən yeyəcək və milli şərablarından içəcəksiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Şam yeməyi + Limitsiz içki + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 45 EUR (07-12 yaş üçün 25 EUR)
BRATISLAVA TURU
Slovakiyanın paytaxtı Bratislavada şəhər turu həyata keçiriləcəkdir.Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
Qeyd : Qonaqların əksəriyyətinin iştirak edəcəyi halda tur həyata keçirilir. Əlavə turda iştirak etmək istəməyən qonaqlarımız uyğun bir fasilə/istirahət yerində asudə vaxtlarını səmərəli şəkildə keçirə bilərlər.
VYANA EKSTREM
Vyana ətrafı gəzinti.
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR)
CESKY KRUMLOV
Vltava çayının qıvrımları arasında bir ada kimi görünən bu şəhərlə yaxından tanış olmaq fürsəti əldə edəcəksiniz. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi ) olan, Praqadan 180 km aralıda yerləşən Cesky Krumlov əsl Orta əsrlər şəhəridir. Şəhərdə St. Vitus Kilsəsi və XIII əsrdə inşa edilən Cesky Krumlov Qalası diqqətləri cəlb edən iki əhəmiyyətli əsərlərdir. Qalanın daxilindəki Qüllədən bütün şəhərin mənzərəsini seyr edə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 45 EUR (07-12 yaş üçün 20 EUR)
DUNAY ÇAYINDA GƏMİ GƏZİNTİSİ
Budapeşt şəhərinin simvolu hesab edilən və sahilində Budapeştin ən əhəmiyyətli tarixi binaları yerləşən Dunay Çayında həyata keçirilən 1 saatlıq gəmi gəzintisində içkinizi içərkən ən gözəl şəkillərinizi çəkə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 30 EUR (07-12 yaş üçün 15 EUR)
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Anadolujet Hava Yolları Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti
- Pegasus Hava Yolları ilə İstanbul - Praqa / Budapeşt - İstanbul ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Xüsusi lyuks avtobus ilə Praqa - Vyana - Budapeşt şəhərlər arası nəqliyyat xidməti
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Praqada 3 gecə, Vyanada 2 gecə, Budapeştdə 2 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Açıq bufet tipli səhər yeməyi
- Panoramlı Praqa, Vyana və Budapeşt şəhər turları
- Bratislava turu
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 53 AZN
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı-otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3* - 4* OTEL
- Əlavə Yataq
- 1099.00
- Bir Nəfər
- 1339.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1089.00
3* - 4* OTEL
- Əlavə Yataq
- 1119.00
- Bir Nəfər
- 1359.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1109.00
3* - 4* OTEL
- Əlavə Yataq
- 1149.00
- Bir Nəfər
- 1389.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1139.00
3* - 4* OTEL
- Əlavə Yataq
- 1149.00
- Bir Nəfər
- 1389.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1139.00
3* - 4* OTEL
- Əlavə Yataq
- 1179.00
- Bir Nəfər
- 1419.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1169.00
3* - 4* OTEL
- Əlavə Yataq
- 1279.00
- Bir Nəfər
- 1519.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1269.00