TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
26 Dekabr 2022
7 - 14 - 21 -28 Yanvar 2023
4 - 11 - 25 Fevral 2023
4 - 11 - 18 - 25 Mart 2023
1 - 8 - 15 - 22 - 29 Apel 2023
6 - 13 - 20 - 27 May 2023
3 - 10 - 17 - 24 İyun 2023
1 - 8 - 15 - 22 - 29 İyul 2023
5 - 12 - 19 - 26 Avqust 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 7703 Bakı - İstanbul 05:15 - 07:20PC 331 İstanbul - Budapeşt 14:25 - 14:30
PC 302 Praqa - İstanbul 14:05 - 18:35
TK 7702 İstanbul - Bakı 00:05 - 03:45 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BUDAPEŞT
Səhər Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Anadolujet Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə saat 05:15-də İstanbula (Sabiha Gökcen hava limanı), oradan da Türk Hava Yollarının PC 331 saylı müntəzəm səfəri ilə saat 14:25-də Budapeşt şəhərinə hərəkət edirik. Yerli saat ilə 14:30-da Budapeşt şəhərinə çatırıq. Gəziləcək yerlər: Qəhrəmanlar Meydanı (Heroe`s Square), Andrassy Prospekti, Parlament və Opera Binası, Octagon Meydanı, Tarixi konki zalı, Vajdahunyad Qalası. Daha sonra otelə transfer, otelə yerləşmə və asudə vaxt. Arzu edənlər əlavə Çigan gecəsi (Gypsy night) turunda iştirak edə bilərlər. Oteldə gecələmək.
2-ci gün BUDAPEŞT
3-cü gün BUDAPEŞT - VYANA
4-cü gün VYANA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Vyana Ekstrem turuna və axşamkı əlavə Klasik Musiqi Konserti turlarında iştirak edə bilərlər. Oteldə gecələyirik.
5-ci gün VYANA - PRAQA
Səhər yeməyindən sonra xüsusi lyuks avtobusla Praqa şəhərinə hərəkət edirik. (Şəhərlər arası transfer vaxtı əlavə Cesky Krumlov turu təşkil olunacaqdır). Şəhərə çatdıqdan sonra panoramlı Praqa şəhər turunda iştirak edəcəyik. Görüləcək yerlər: Karlova küçəsi, Baş nazirlik binası, Charles Körpüsü, Qədim Şəhər Meydanı, Astronomik Saat və Paris küçəsi. Şəhər turundan sonra otelə transfer olunuruq. Otelə yerləşdiqdən sonra asudə vaxt. Arzu edən qonaqlarımız axşam əlavə Vltava çayında Gəmi Gəzintisi turunda iştirak edə bilərlər. Oteldə gecələmək.
6-cı gün PRAQA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız günorta yeməyi də daxil olan əlavə Karlovy Vary və axşamkı Folklor Çexiya Gecəsi turlarında iştirak edə bilərlər. Arzu edən qonaqlarımız əlavə Praqa Qalası turunda iştirak edə bilərlər. Oteldə gecələmək.
7-ci gün PRAQA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Dresden turunda iştirak edə bilərlər. Oteldə gecələmək.
8-ci gün PRAQA - İSTANBUL - BAKI
Əlavə Turlar
PRAQA QALASI
Tura qala ətrafından başlayırıq.
Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Ətraf gəzintisi
GRINZING KƏNDİ
Girnzing kəndi bağçılıq ilə məşğul olan və xüsusi ilə ağ şərabları ilə məşhur olan bir kənddir. Orijinal (otantik) binaları və özünə məxsus restoranları ilə turistlərin həmişə diqqətini cəlb edən bu kənd Vyanadan 20 dəqiqə uzaqlıqdadır. Grinzingdə yemək yeyilən zaman akordion və kamança musiqisi sədaları altında turumuz başa çatır.
Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Nahar + Məşrubat (içki)
KLASSİK MUSİQİ KONSERTİ
Sezonuna görə klassik musiqi konserti və ya vals və balet tamaşası.
Turun qiyməti : 1 nəfər üçün 55 EUR
PRAQA EKSTREM
Praqanın simvollarından biri olan Praqa qalasını görəcəyik.Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Qala və ətraf gəzintisi
Turun qiyməti : 1 nəfər üçün 10 EUR (02-12 yaş üçün 10 EUR)
VYANA EKSTREM
Vyana ətrafı gəzinti.
Turun qiyməti : 1 nəfər üçün 35 EUR
DRESDEN TURU
Praqadan Elba çayı boyunca 188 km-lik (təxmini olaraq 2.5 saat) əsrarəngiz mənzərəli, möhtəşəm bir gəzinti. Dresden kiçik və şirin qədim Şərqi Almanyada yerləşən, Orta ərslərdən qalan tipik sosial binaları və tikililəri ilə insanın diqqətini cəlb edən, “Elbanın Floransası” adına layiq görülən bir şəhərdir. Qədim şəhərdəki: Böyük Kilsə, Zwinger Sarayı, Frauenkirche (Qadınlar Kilsəsi ) və möhtəşəm muzeyləri, Altmarkt Meydanı, Bruhl Terrası kimi əhəmiyyətli yerlər panoramlı olaraq gəziləcəkdir.
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
VLTAVA ÇAYINDA ŞAM YEMƏYİ DAXİL OLAN GƏMİ TURU
Praqadakı gecənizi olduqca fərqli və heyrətamiz bir mühitdə keçirmək istəyirsinizsə bu şam yeməyi daxil, musiqili gəmi turu sizin zövqünüzü oxşayacaqdır. Praqanı iki yerı bölən Vltava çayı üzərində gəzinti boyunca Milli Teatrı, Charles Körpüsünü, Praqa Qalası mənzərələrini seyr edəcək və musiqi sədaları altında axşam yeməyinizi yeyəcəksiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Ətrafı gəzintisi + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 45 EUR
KARLOVY VARY TURU
Praqa şəhərindən təxmini olaraq 2 saat məsafədə yerləşən Karlovy Vary, 1358-ci illərdə IV Charles tərəfindən kəşf edilən, dünyaca məşhur termal bölgədir. Bölgədə ətraf gəzintisindən sonra nahar yeməyi yeyiləcəkdir. Asudə vaxt ərzində şəhər ətrafında piyada gəzinti və alış - veriş edə bilərsiniz. (Burada qiymətlər Praqaya görə daha ucuzdur )
Tura daxildir : Nəqliyyat xidməti + Günorta yeməyi + 1 ədəd içki + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR
ÇEXİYA FOLKLOR ŞOU-PROQRAMI
Tura daxildir : Nəqliyyat xidməti + Menyu + Limitsiz içki + Şou proqram + Bələdçilik xidməti
ORTA ƏSRLƏR GECƏSİ
Tura daxildir : Nəqliyyat xidməti + Qəsr gəzintisi + Axşam yeməyi + Limitsiz içki + Şou proqram + Musiqi + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 60 EUR (06-11 yaş üçün 30 EUR)
DUNAY ÇAYINDA GƏMİ GƏZİNTİSİ
Budapeşt şəhərinin simvolu hesab edilən və sahilində Budapeştin ən əhəmiyyətli tarixi binaları yerləşən Dunay Çayında həyata keçirilən 1 saatlıq gəmi gəzintisində içkinizi içərkən ən gözəl şəkillərinizi çəkə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 25 EUR
ÇİGAN GECƏSİ
Tura daxildir : Nəqliyyat xidməti + Şam yeməyi + Limitsiz içki + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 40 EUR
ESZTERGOM VISEGRAD SZENTENDRE
Visegrad : Esztergomdan sonra Renaissance restoranlarında yeyiləcək günorta yeməyinin ardından Visegrad təpəsindən Duna çayının ən gözəl mənzərələrindən birini seyr edəcəksiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR
BRATISLAVA TURU
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 35 EUR
Qeyd : Qonaqların əksəriyyətinin iştirak edəcəyi halda tur həyata keçirilir. Əlavə turda iştirak etmək istəməyən qonaqlarımız uyğun bir fasilə/istirahət yerində asudə vaxtlarını səmərəli şəkildə keçirə bilərlər.
CESKY KRUMLOV
Vltava çayının qıvrımları arasında bir ada kimi görünən bu şəhərlə yaxından tanış olmaq fürsəti əldə edəcəksiniz. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi ) olan, Praqadan 180 km aralıda yerləşən Cesky Krumlov əsl Orta əsrlər şəhəridir. Şəhərdə St. Vitus Kilsəsi və XIII əsrdə inşa edilən Cesky Krumlov Qalası diqqətləri cəlb edən iki əhəmiyyətli əsərlərdir. Qalanın daxilindəki Qüllədən bütün şəhərin mənzərəsini seyr edə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 40 EUR*** Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçirilir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Anadolujet Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti
- Pegasus Hava Yolları ilə İstanbul - Budapeşt - Praqa - İstanbul ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi lyuks avtobus ilə Budapeşt - Vyana - Praqa şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Budapeştdə 2 gecə, Vyanada 2 gecə, Praqada 3 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Açıq bufet tipli səhər yeməyi
- Budapeşt, Vyana və Praqa şəhərlərində panoramlı şəhər turları
- Bratislava turu daxil
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 53 AZN
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTEL
- Əlavə Yataq
- 1179.00
- Bir Nəfər
- 1419.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 299.00
2 - 12 Yaş 1169.00