CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    AKSİYALI Budapeşt Vyana Praqa Türk Hava Yolları ilə 7 gecə 3*-4* otellər

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Mövcud yer 7+
    Mərkəzi Avropa Turları > Budapeşt Vyana Praqa > AKSİYALI Budapeşt Vyana Praqa Türk Hava Yolları ilə 7 gecə 3*-4* otellər

    Budapeşt Vyana Praqa Turu 1099 € 2046 AZN 7 Gecə - 8 Gün

    11/03/2023 - 18/03/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 21ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    26 Dekabr 2022

    7 - 14 - 21 -28 Yanvar 2023

    4 - 11 - 25 Fevral 2023

    4 - 11 - 18 - 25 Mart 2023

    1 - 8 - 15 - 22 - 29 Apel 2023

    6 - 13 - 20 - 27 May 2023

    3 - 10 - 17 - 24 İyun 2023

    1 - 8 - 15 - 22 - 29 İyul 2023

    5 - 12 - 19 - 26 Avqust 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT 

    TK 7703   Bakı - İstanbul             06:45 - 08:50
    PC  331   İstanbul - Budapeşt     14:25 - 14:30
    PC  302   Praqa - İstanbul           14:05 - 18:35
    TK 7702   İstanbul - Bakı              00:15 - 04:05 (+1) 

    Turun Proqramı

     

    1-ci gün BAKI - İSTANBUL - BUDAPEŞT

    Səhər Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Anadolujet Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə saat 06:45-də İstanbula (Sabiha Gökcen hava limanı), oradan da Türk Hava Yollarının PC 331 saylı müntəzəm səfəri ilə saat 14:25-də Budapeşt şəhərinə hərəkət edirik. Yerli saat ilə 14:30-da Budapeşt şəhərinə çatırıq. Gəziləcək yerlər: Qəhrəmanlar Meydanı (Heroe`s Square), Andrassy Prospekti, Parlament və Opera Binası, Octagon Meydanı, Tarixi konki zalı, Vajdahunyad Qalası. Daha sonra otelə transfer, otelə yerləşmə və asudə vaxt. Arzu edənlər əlavə Çigan gecəsi (Gypsy night) turunda iştirak edə bilərlər. Oteldə gecələmək.


    2-ci gün BUDAPEŞT

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Esztergom & Visegrad & Szentendre və axşamkı Dunay çayı gəzintisi turlarında iştirak edə bilərlər. Oteldə gecələmək.


    3-cü gün BUDAPEŞT - VYANA

    Səhər yeməyindən sonra xüsusi avtobusumuzla Vyana şəhərinə hərəkət edirik. (Şəhərlər arası transfer vaxtı əlavə Bratislava şəhər turu). Vyana şəhər turunda gəziləcək yerlər; Opera Binası, Sənət Tarixi Muzeyi, Bələdiyyə Binası, Parlament Binası, Hof Theatre, Universitet, Votiv Kilsəsi, Maria Teresa Meydanı... Daha sonra otelə transfer, otelə yerləşmə və asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Grinzing turunda iştirak edə bilərlər. Oteldə gecələyirik.

    4-cü gün VYANA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Vyana Ekstrem turuna və axşamkı əlavə Klasik Musiqi Konserti turlarında iştirak edə bilərlər. Oteldə gecələyirik.


    5-ci gün VYANA - PRAQA

    Səhər yeməyindən sonra xüsusi lyuks avtobusla Praqa şəhərinə hərəkət edirik. (Şəhərlər arası transfer vaxtı əlavə Cesky Krumlov turu təşkil olunacaqdır). Şəhərə çatdıqdan sonra panoramlı Praqa şəhər turunda iştirak edəcəyik. Görüləcək yerlər: Karlova küçəsi, Baş nazirlik binası, Charles Körpüsü, Qədim Şəhər Meydanı, Astronomik Saat və Paris küçəsi. Şəhər turundan sonra otelə transfer olunuruq. Otelə yerləşdiqdən sonra asudə vaxt. Arzu edən qonaqlarımız axşam əlavə Vltava çayında Gəmi Gəzintisi turunda iştirak edə bilərlər. Oteldə gecələmək.  


    6-cı gün PRAQA 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız günorta yeməyi də daxil olan əlavə Karlovy Vary və axşamkı Folklor Çexiya Gecəsi turlarında iştirak edə bilərlər. Arzu edən qonaqlarımız əlavə Praqa Qalası turunda iştirak edə bilərlər. Oteldə gecələmək.


    7-ci gün PRAQA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Dresden turunda iştirak edə bilərlər. Oteldə gecələmək.


    8-ci gün PRAQA - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra otaqları təhvil veririk. Daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Pegasus Hava Yollarının PC 302 saylı müntəzəm səfəri ilə saat 14:05-də İstanbula, oradan da Anadolujet Hava Yollarının TK 7702 saylı müntəzəm səfəri ilə saat 00:15-də Bakıya hərəkət edirik. Saat 04:05-də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!

    Əlavə Turlar

    (əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)


    PRAQA QALASI

    Tura qala ətrafından başlayırıq.

    Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Ətraf gəzintisi

    Turun qiyməti : 1 nəfər üçün 15 EUR


    GRINZING KƏNDİ

    Girnzing kəndi bağçılıq ilə məşğul olan və xüsusi ilə ağ şərabları ilə məşhur olan bir kənddir. Orijinal (otantik) binaları və özünə məxsus restoranları ilə turistlərin həmişə diqqətini cəlb edən bu kənd Vyanadan 20 dəqiqə uzaqlıqdadır. Grinzingdə yemək yeyilən zaman akordion və kamança musiqisi sədaları altında turumuz başa çatır.

    Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Nahar + Məşrubat (içki) 

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR 


    KLASSİK MUSİQİ KONSERTİ 

    Sezonuna görə klassik musiqi konserti və ya vals və balet tamaşası.

    Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Bilet

    Turun qiyməti :  1 nəfər üçün 55 EUR


    PRAQA EKSTREM

    Praqanın simvollarından biri olan Praqa qalasını görəcəyik.

    Tura daxildir : Nəqliyyat + Bələdçilik xidməti + Qala və ətraf gəzintisi

    Turun qiyməti : 1 nəfər üçün 10 EUR (02-12 yaş üçün 10 EUR)


    VYANA EKSTREM

    Vyana ətrafı gəzinti.  

    Tura daxildir : Nəqliyyat + Ətrafı gəzmək + Bələdçilik xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 35 EUR 


    DRESDEN TURU

    Praqadan Elba çayı boyunca 188 km-lik (təxmini olaraq 2.5 saat) əsrarəngiz mənzərəli, möhtəşəm bir gəzinti. Dresden kiçik və şirin qədim Şərqi Almanyada yerləşən, Orta ərslərdən qalan tipik sosial binaları və tikililəri ilə insanın diqqətini cəlb edən, “Elbanın Floransası” adına layiq görülən bir şəhərdir. Qədim şəhərdəki: Böyük Kilsə, Zwinger Sarayı, Frauenkirche (Qadınlar Kilsəsi ) və möhtəşəm muzeyləri, Altmarkt Meydanı, Bruhl Terrası kimi əhəmiyyətli yerlər panoramlı olaraq gəziləcəkdir.

    Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti  

    Turun qiyməti : 1 nəfər üçün 65 EUR 


    VLTAVA ÇAYINDA ŞAM YEMƏYİ DAXİL OLAN GƏMİ TURU

    Praqadakı gecənizi olduqca fərqli və heyrətamiz bir mühitdə keçirmək istəyirsinizsə bu şam yeməyi daxil, musiqili gəmi turu sizin zövqünüzü oxşayacaqdır. Praqanı iki yerı bölən Vltava çayı üzərində gəzinti boyunca Milli Teatrı, Charles Körpüsünü, Praqa Qalası mənzərələrini seyr edəcək və musiqi sədaları altında axşam yeməyinizi yeyəcəksiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Ətrafı gəzintisi + Bələdçilik xidməti  

    Turun qiyməti :  1 nəfər üçün 45 EUR


    KARLOVY VARY TURU

    Praqa şəhərindən təxmini olaraq 2 saat məsafədə yerləşən Karlovy Vary, 1358-ci illərdə IV Charles tərəfindən kəşf edilən, dünyaca məşhur termal bölgədir. Bölgədə ətraf gəzintisindən sonra nahar yeməyi yeyiləcəkdir. Asudə vaxt ərzində şəhər ətrafında piyada gəzinti və alış - veriş edə bilərsiniz. (Burada qiymətlər Praqaya görə daha ucuzdur )

    Tura daxildir : Nəqliyyat xidməti + Günorta yeməyi  + 1 ədəd içki + Bələdçilik xidməti  

    Turun qiyməti :  1 nəfər üçün 50 EUR


    ÇEXİYA FOLKLOR ŞOU-PROQRAMI

    Praqanın fərqli yerli restoranlarında sizin üçün seçdiyimiz xüsusi menyulu şam yeməyinizi canlı musiqi və fərqli bir şou proqram mühitində yeyəcək və gecənin gec saatlarına qədər əylənəcəksiniz. Daha sonra əylənməyə davam etməkk istəyənlər nəqliyatımızla şəhər mərkəzinə və ya otellərinə gedə bilərlər.

    Tura daxildir : Nəqliyyat xidməti + Menyu + Limitsiz içki  + Şou proqram + Bələdçilik xidməti   

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR 


    ORTA ƏSRLƏR GECƏSİ 

    Praqaya 1 saat məsafədə yerləşən Detenicedə bir qəsr - restorana gedirik. İlk olaraq Orta əsrlərdə inşa edilən qəsri gəzdikdən sonra bir orta əsr karvansarayı olan resotaran hissəsində ət məmulatları, limitsiz şərab - pivə və məşrubatdan ibarət olan əsrarəngiz axşam yeməyimizi, orta əsrlər musiqisi sədası altında və orta əsrlər dövrünü əks etdirən şou proqramı tamaşa edərək yeyirik və gecə yarısı otelimizə qayıdırıq.

    Tura daxildir : Nəqliyyat xidməti + Qəsr gəzintisi + Axşam yeməyi + Limitsiz içki + Şou proqram + Musiqi + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR (06-11 yaş üçün 30 EUR)


    DUNAY ÇAYINDA GƏMİ GƏZİNTİSİ

    Budapeşt şəhərinin simvolu hesab edilən və sahilində Budapeştin ən əhəmiyyətli tarixi binaları yerləşən Dunay Çayında həyata keçirilən 1 saatlıq gəmi gəzintisində içkinizi içərkən ən gözəl şəkillərinizi çəkə bilərsiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçilik xidməti  

    Turun qiyməti : 1 nəfər üçün 25 EUR 


    ÇİGAN GECƏSİ

    Şərabları və şərab saxlama yerləri (şərab mazənləri) ilə məşhur olan Borkatakomba  ərazisində yerləşən restoranda öncə restoranı gəzəcəyik və dünyanın ən böyük şərab çəlləyini görəcəyik. Çigan musiqisi sədaları altında və bəzən sizin də iştirak edəcəyiniz şou proqramların təşkil olunduğu restoranda Macar milli yeməkərindən yeyəcək və milli şərablarından içəcəksiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Şam yeməyi + Limitsiz içki + Bələdçilik xidməti  

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR


    ESZTERGOM  VISEGRAD  SZENTENDRE 

    Esztergom : Macarıstanın ilk paytaxtı olan və Roma kilsəsinin mərkəzi olan Esztergomda Macarıstanın ən böyük kilsəsini və baş piskoposluk mərkəzi olan Esztergom Bazilikası (içində galereya və digər bölmələr olan böyük kilsə) ziyarət ediləcəkdir. Eyni təpədə yerləşən  Esztergom Qalası dövrün tarixi əsərlərinin nümayiş olunduğu tarixi bir muzeydir. Burada XVI və XVII əsrlərdən Osmanlı İmperiyası hakimiyyətindən günümüzə qədər qalan tarixin izlərinə də rast gələ bilərsiniz. Qala və Bazilikanın yerləşdiyi təpədən qərbdən şərq istiqamətinə axan Dunay çayını və çayın digər tərəfində yerləşən Slovakiya torpaqlarını seyr etmək mümkündür.

    Visegrad : Esztergomdan sonra Renaissance restoranlarında yeyiləcək günorta yeməyinin ardından Visegrad təpəsindən Duna çayının ən gözəl mənzərələrindən birini seyr edəcəksiniz.

    Szentendre : Rəssam, heykəltaraş və digər mədəniyyət xadimlərinin qəsəbəsi kimi də tanınan bu qəsəbə dar, dolayı küçələri və memarlıq nümunələri ilə tipik bir Aralıq dənizi qəsəbəsi atmosferasını əks etdirir. Szentendre Budapeştlilərin yay evlərinin çox olduğu yerdir. Xeyli sayda kilsənin mövcud olduğu qəsəbədə küçə qəhvəxanalarında qəhvə içmək və ya otantik (orijinal,əsl) dar küçələrdə gəzinti etmək çox maraqlıdır. Macarıstanın ən çox turist cəlb edən yerlərindən olan Szentendre bu səbəbdən alış - verişin mərkəzi olmuşdur. Burada əl ilə toxunan toxumalar, çini və şüşə əşyalar, şərablar, oyuncaqlar, kuklalar, folklor kostyumlar və taxta hədiyyəlik satan onlarca dükan mövcuddur.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 50 EUR 


    BRATISLAVA TURU

    Slovakiyanın paytaxtı Bratislavada şəhər turu həyata keçiriləcəkdir.

    Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 35 EUR 

    Qeyd : Qonaqların əksəriyyətinin iştirak edəcəyi halda tur həyata keçirilir. Əlavə turda iştirak etmək istəməyən qonaqlarımız uyğun bir fasilə/istirahət yerində asudə vaxtlarını səmərəli şəkildə keçirə bilərlər.


    CESKY KRUMLOV

    Vltava çayının qıvrımları arasında bir ada kimi görünən bu şəhərlə yaxından tanış olmaq fürsəti əldə edəcəksiniz. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi ) olan, Praqadan 180 km aralıda yerləşən Cesky Krumlov əsl Orta əsrlər şəhəridir. Şəhərdə St. Vitus Kilsəsi və XIII əsrdə inşa edilən Cesky Krumlov Qalası diqqətləri cəlb edən iki əhəmiyyətli əsərlərdir. Qalanın daxilindəki Qüllədən bütün şəhərin mənzərəsini seyr edə bilərsiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR 

    *** Əlavə turlar qonaqlarımızın  əksəriyyətinin iştirak edəcəyi halda həyata keçirilir. 


    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (BUDAPEŞT)

    HOTEL (VYANA)

    HOTEL (PRAQA)

    QİYMƏTƏ DAXİLDİR

    -   Anadolujet Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti

    -   Pegasus Hava Yolları ilə İstanbul - Budapeşt - Praqa - İstanbul ekonom sinif aviabileti

    -   Aeroport yığımları və digər vergilər 

    -   Hava limanı - otel - hava limanı transferləri 

    -   Xüsusi lyuks avtobus ilə Budapeşt - Vyana - Praqa şəhərlər arası nəqliyyat xidməti

    -   Qeyd olunan kateqoriyalı otellərdə Budapeştdə 2 gecə, Vyanada 2 gecə, Praqada 3 gecə olmaqla ümumi 7 gecə gecələmək 

    -   Açıq bufet tipli səhər yeməyi 

    -   Budapeşt, Vyana və Praqa şəhərlərində panoramlı şəhər turları

    -   Bratislava turu daxil

    -   Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -   Məcburi səyahət sığortası 

    -   Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -    Viza rüsumu - 35 EURO 

    -    Viza mərkəzinin xidmət haqqı - 53 AZN


    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    *** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    ***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    AKSİYALI Budapeşt Vyana Praqa Türk Hava Yolları ilə 7 gecə 3*-4* otellər

    2 Nəfərlik Otaqda 1 Nəfər: 1099.00
    Valyuta: EUR
    11/03/2023-18/03/2023
    3*-4* OTEL
    Əlavə Yataq
    1099.00
    Bir Nəfər
    1339.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 289.00
    2 - 12 Yaş 1069.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Kəmalə Məmmədova 2019-09-25 23:07:05
    13.09 - 20.09 tarixlərində Vyana-Praga-Budapeşt turunda oldum. Həmçinin Bratislava və Drezden şəhərlərini də görmək qismət oldu. Hər şey gözlədiyimdən də gözəl oldu. Otellərin şəhərin mərkəzində olmağı, hər şeyin gözəl təşkil olunmağı, tur rəhbərinin görməli, tarixi yerlərə aparıb ətraflı məlumat verməyi və s. bütün bunlar hər dəfəsində “yaxşıki gəldim” deməyə sövq edirdi məni. Casablanca travel’e başda Xəyal bəy və Zibeydə xanım olmaqla dərin təşəkkürümü bildirirəm. İlk gündən sizə inanmaqda yanılmadım. İnşAllah növbəti turlarımda sizinlə görüşmək ümidi ilə
    Firudin Qurbanlı 2019-06-16 16:42:32
    Orta Avropa turlarına qış aylarında qatılmışdım. Avropanın tarixini, mədəniyyətini və inkişaf yolunu kəşf etmək üçün ideal turdur, xüsusilə bələdçinin yol boyu tarixi hadisələrdən danışması çox əla idi. Əlavə turlara da qatıldım, Çexski Krumlov və Dresden şəhəri isə ən çox sevdiyim yerlər oldu. Tək təəssüfləndiyim havanın çox zaman yağışlı olması oıdu. Avropaya ilk dəfə gedənlər üçün ideal başlanğıcdır.
    Cavid İslamov 2019-02-06 00:33:53
    Mən 26.01-02.02.19 tarixlərindəki Praqa Vyana Budapeşt turuna qatıldım ekstra turlarıda saysaq 5 ölkənin 7 böyük şəhərini gəzdim hər şey çox yaxşıydı.Teşkilatçılığa görə Casablanka Travelə xususilə Zibeydə xanıma və bələdçimiz Burak bəyə təşəkkür edirəm.
    Efsane Nesirova 2019-01-06 19:04:07
    Yeni ilde Orta Avropa turunuza qatıldım. Her şey çox gözel teşkil edilmişdi. Rehber Murat bey kimi insanı tanımak çox xoş idi. Tek şikayetim niye qısa idi axı tur )))
    Fatima Ahmadova 2018-08-09 22:58:35
    30.07.18-07.08.18 tarixinde Vyana,Praqa ,Budapest turuna qatildiq.Olduqda razi qaldim.Elave olaraq Bratislava,Cexski krumlov,Ve Dresden seherlerinede turumuz oldu.Tur Rehberimiz Burak Oktadara minnetdariq her ince detayina kimi her seyi izah edirdi.Budapest Ve Vyana seherlerine heyran qaldim.Yene olsa yene gederem.Bu defe Budapestde en azi 3gece qalardim.Casablanca travele basda Xeyal beye ve bize her daim komeklik eden Zibeyde xanima oz teshekkurumuzu bildirirem.Cox seviyyeli bir tur teskil etdikleri ucun.Italiya turundada Casablanca traveli secmisdik.Coxda Razi qalmisdiq her sey yuksek seviyyede.Qaldigimiz oteller merkeze cox yaxin olmagida bunun bir ustunluyudur.Yene gorusmek umidiyle .Minnetdaram Casablanca travel
    Elvin Əhmədov 2018-08-08 16:26:32
    Bu gözəl tura görə təşəkkür edirəm.Hər şey gözəl idi.Xüsusəndə bələdçi Burak bəy super idi.Narazı qaldığım tək nüans Praqada gün sayı çox idi.Budapeştdə gün sayı çox olsa rahat gəzmək olardı.
    Aygun Ahmadova 2018-08-08 16:19:40
    30.07-07.08 tarixlerinde Budapeşt-Vyana-Praqa turunda olduq. Çox beyendim. Qaldığımız oteller şeher merkezine çox yaxınıydı. Vyana ve Praqada piyada gedirdik. Bu da çox böyük üstünlükdür. Tur rehberimiz de harda ne etmek lazımdır etraflı izah edirdi. Bundan evvel de yene Casablanca travelin teşkil etdiyi İtaliya Turunda iştirak etmişdim. biletlerimiz evvelceden online check-in olduğu üçün aeroportda da heç lengimedik.heç düşünmeden yene Casablancanı seçerem. Peşekarlığınız üçün çox sağ olun.
    Elnar Astanov 2017-11-22 09:51:10
    Allahın Salamı her kessin üzərinə olsun .Bu avropa turu çox maraqli ve unudulmaz oldu. Düşünürem ki dunyaya agil gözü ile baxan her bir kes şansı varsa bundan istifade etmeli. Gezdiyim şəhəhərlər biri birinden maraqlı idi.Budapeşt,Viana,Bratislava,Praqa,Drezden çox gözəl idi bir sözlē desək.Viananı çox bəyəndim. Ferqli medeniyyetler,mətbəxlər və dunyanın bir çox yerlerinden gelen insanların düşüncələri həyata baxışları və bunların hamısın bir arada görmək, hiss etmek,yaşamaq insanda unudulmayan xoş xatireler buraxır.Və birdə əmin oldum ki insanlar yer üzərində nəfs ilə deyil də agıl ilə hərəkət etsələr dunyada yaşamaq daha asan olar.Qrup rəhbərimiz Rza bəy yorucucu olmayan səs tembiri ilə bütün qrup üzvlərini öz söhbətləri ilə valeh etmişdir Casablanca turizim agentliyinə başda Xəyal bəyə və onun səbirli və gülərüzlü peşakar işçi qrupuna teşekkürümü bildirirəm.Düşünürəm ki insanların niyyətləri xeyirli olsa Allahda onları xeyirlə mukafatlandırar. Harda olursunuzsa olun tək olan Allaha əmanət olun.Yenə şans düşsə mütləq Casablanca turizm mərkəzinə müraciət edəcəm. Sayqılarla Elnar müəllim.
    Məmmədova Nərgiz 2017-08-19 15:05:52
    5.08 - 12.08.2017 tarixində Budapeşt Vyana Praqa turunda dostlarımızla ailəvi iştirak etdik. 5 ölkədə olduq. Budapeşt, Bratislava, Vyana, Praqa və Drezden şəhərləri öz zəngin tarixi abidələri ilə bizi, demək olar ki, valeh etdi. Bu tur Avropanın bütün möhtəşəmliyini əks elətdirdi. Tur rəhbəri Rıza Kızıltanın dərin tarixi biliklərinin hesabına çox maraqlı məlumatlar aldıq. O, gömrükdən keçənə kimi bizi müşaiyət etdi. Türkiyə tərəfdən tura qatılanlar da hamısı ziyalı, alicənab insanlar idilər. 4 ulduzlu Avropa otelləri çox rahat idi. Sözün əsl mənasında bu turdan zövq aldıq. Hamıya təşəkkürlər!
    Şəfa Aslanova 2016-09-23 09:45:40
    20-27 avqust 2016 tarixli Budapeşt Vyana Praq turunda iştirak etdik. Turdakı bələdçimiz Rza Bəyə burdan dərin təşəkkürlərimi bildirmək istəyirəm. Belə bir tur təşkil edən Casablanca Travelə də ayrıca təşəkkür edirəm.
    Huner Haciyev 2016-04-23 14:42:08
    21.03 - 28.03 tarixlərində Budapeşt- Vyana-Praqa turuna qatıldım. Tur sözün əsl mənasında möhtəşəm idi. Turun bu cür gözəl olmasının səbəbi onun planlı şəkildə keçməsi və bələdçimizin peşakarlığından, zəngin biliyindən və musuliyyətlə işə yanaşmasından irəli gəlir. Təşəkkür edirəm və sizə bol müştəri arzu edirəm. Uğurlar.
    İmran Mustafayev 2015-12-08 16:20:06
    24 -31 oktyabr Budapeşt-Vyana-Praqa turunda ailəliklə iştirak etdik. İlk Şengen vizamızı əldə etməyimizdə köməklik göstərən Casablanca Travelə təşəkkür edirik və eləcə rəhbərimiz Əli Rza bəy sayəsində mükəmməl bir tur keçirdik. İşlərinizdə uğurlar, Casablanca Travel.
    Arzu Maharramova 2015-12-08 16:06:11
    11.10 - 18.10 tarixlərində Budapeşt - Vyana - Praqa turunda dostlarımızla birlikdə iştirak etdik. Tur başdan sona qədər çox maraxlı və şən keçdi. Emre Yaka çox biliyə sahib və işini sevərək edən bir rəhbər idi, onun sayəsində hər anı dolu-dolu keçən bir tur yaşadıq. Təşəkkür edirik və Casablanca Travelı hamıya məsləhət görürük
    Əli Əhmədov 2015-12-08 16:00:58
    01.11 - 08.11 tarixlərində Casablanca Travelin təşkil etdiyi Praqa - Vyana - Budapeşt turunda iştirak etdik.Hər şey çox mükəmməl idi, əsasəndə rəhbərimiz Ozay Kaya. İnşallah digər turlarda da eyni rəhbər ilə olarıq. Təşəkkürlər
    Gülnarə Cavadova 2015-10-29 15:16:56
    Salam. Casablanca Travel-in 11-18 oktyabr Budapeşt-Vyana-Praqa turunda iştirak etdim. Turdan çox razı qaldım. Bütün əlavə turlarda iştirak etdim. Hər şey çox yüksək səviyyədə təşkil edilmişdir. Gələcəkdə də bu şirkətin turlarında iştirak etmək istərdim. Tur rəhbərimiz Emre Yakaya və Casablanca Travel-ə öz minnətdarlığımı bildirir və uğurlar arzu edirəm.
    Afaq Qarayeva 2015-09-09 18:52:43
    salam.casablanca travel sizi təbrik edirəm.təşkil etdiyiniz kimi yolculugumuz,otellər,şəhərlər arası transfer hər şey super idi.ölkələr,şəhərlər çox gözəl idi.inşallah gələcəkdə tura qatılanlara ekstra turların çoxuna getmələrini tövsiyyə edərdim.casablanca travel bütün işlərinizdə uğurlar arzu edrəm
    Vüqar Xəlil 2015-07-10 17:05:39
    Salam.Casablanca Travel, sizi təbrik edirəm.21-28 mart tarixli mərkəzi avropa turunda ailəvi olaraq iştirak etdik.Çox gözəl və maraqlı tur oldu. Qaldığımız otellər, gəzdiyimiz avtobuslar, şəhər turları əla təşkil olunmuşdu.Budapeştə olarkən Estergom turuna qatılmagı tövsiyyə edirəm,cünki xristian mədəniyyəti ilə yaxından tanış olacaq və Vişeqradda inanılmaz ləzzətli,özəl,xüsisi yeməkləri ilə zəngin olan bir restoranın qonagı olacaqsınız.Bu turun daha da maraqlı və rəngarəng olmasında bələdcimiz Mustafa Erenində zəhməti olmuşdur.Casablanca Travel ailəsinə təşəkkür edirəm.Sizə gələcək işlərinizdə ugurlar.
    Rəna Zeynallı 2015-06-22 19:56:15
    Casablanca Travel, sizi bir daha təbrik edirəm. Belə bir turu təşkil eləməyiniz, turda iştirak etmək istəyən qonaqlarınızı əvvəlcədən ətraflı şəkildə məlumatlandırmağınız, tur proqramını, qalınacaq otelləri, gəziləcək yerləri ən xırda təfərrüatına qədər açıq-açıq bildirməyiniz və vəd etdiyiniz hər bir şeyin həyata keçməsi sizin işinizi nə qədər sevdiyinizi və işinizə nə qədər peşəkarcasına yanaşdığınızı göstərir. Qatıldığımız mərkəzi avropa turunu gəldikdən sonra dosta tanışa anlata anlata bitirə bilmirəm. Daha əvvəl Praqada olmuşdum. Ancaq sadəcə olmuşammış. Bu dəfə isə hər tərəfini qarış-qarış gəzdim. Xüsusi ilə Çexskiy Krumlov turunu hər kəsə tövsiyyə edirəm. Sonsuz biliyi və təcrübəsi ilə mənə unudulmaz bir tur yaşadan bələdçimiz Ənvər bəyə və təbii ki, Casablanca Travel-ə sonsuz təşəkkürlər.
    Şəbnəm YUSİFLİ 2015-06-22 18:18:07
    6-13 iyun tarixli mərkəzi avropa turunda ailəvi olaraq iştirak etdik. ilk olaraq viza məsələsindən başlamaq istərdim. ilk şengen viza müraciətim olacağından ilk başda çox çəkinirdim. ancaq casablanca travel əməkdaşlarının səmimi və bir o qədər peşəkar yanaşması sayəsində çox rahat şəkildə vizamızı əldə etdik. turumuz sözün həqiqi mənasında nağıl idi... Otellər, nəqliyyatımız, sürücümüz, bələdçimiz hər şey möhtəşəm idi. bu heyrətamiz təcrübəni bizə yaşadan bələdçimiz Engin bəy timsalında bütün casablanca travel ailəsinə dərin təşəkkürümü bildirirəm.
    Sevinc Ağayeva 2015-06-22 15:51:58
    Salam. 24-31 may tarixlərində Budapeşt Vyana Praqa turunda iştirak etdik. Çox gözəl və dolu-dolu bir tur oldu. Bu turun bu cür möhtəşəm keçməsinə ən böyük səbəb bələdçimiz Engin bəyin peşəkarlığı, zəngin biliyi və işini həddindən artıq sevməsi və işinə çox məsuliyyətli şəkildə yanaşması idi. Belə bir bələdçiyə sahib olduğuna və belə möhtəşəm turu təşkil etdiyinə görə Casablanca Travel-i təbrik edirəm və eyni zamanda təşəkkür edirəm.
    Tofiq Rəsulov 2015-06-06 08:09:07
    Novruz bayramında təşkil olunan Budapeşt Vyana Praqa turunda iştirak eddik. Daha əvvəl Budapeşt şəhərində olduğum üçün bu turda iştirak etmek istemirdim. Ancaq Casablanca Travel əməkdaşlarının şiddətli şəkildə mənə tövsiyyə etmələrindən sonra bu turda iştirak etdim və nə yaxşı ki, etmişəm. Tur sözün əsl mənasında möhtəşəm idi. Qaldığımız otellər, gəzdiyimiz avtobuslar, şəhər turları, hər şey əla təşkil olunmuşdu. Bu təcrübəni mənə yaşadan Casablanca Travelə və xüsusi ilə də bələdçimiz Enver bəyə sonsuz təşəkkür etməyi özümə borc bilirəm. Sağolun, var olun...

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel