TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
6 Aprel 2023
4 May 2023
1 - 15 - 29 İyun 2023
13 - 27 İyul 2023
10 - 24 Avqust 2023
7 - 21 Sentyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 7703 Bakı - İstanbul 05:15 - 07:20
PC 977 İstanbul - Berlin 09:55 - 10:55
PC 980 Berlin - İstanbul 15:30 - 16:50
TK 7702 İstanbul - Bakı 00:15 - 04:05 (+1)Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BERLİN
Səhər saat 05:15-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk və Pegasus Hava Yollarının TK 7703 / PC 977 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Berlin şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:55 -də Berlin şəhərinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə şəhər turunda iştirak edirik. Berlin şəhər turunda: Qələbə Abidəsi, Tiergarten Parkı, Brandenburq Qapısı, Soyqırım Abidəsi, Charlie Nəzarət Məntəqəsi, East Side Qalereya Divarı, Kudamm, Kadeve alış-veriş mərkəzi görüləcək yerlər arasındadır. Turdan sonra otelə transfer, otelə yerləşmə və asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün BERLİN
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Drezden turunda iştirak edə bilərlər. Drezden şəhər turu zamanı: Semper Opera Binası, Zwinger Sarayı, Saksonya Kral Sarayı, Qadınlar Kilsəsi, Yeni Bazar Meydanı, Pragger Strasse alış-veriş küçəsi görüləcək. Axşam Berlindəki otelə transfer olunuruq. Oteldə gecələmək.
3-cü gün BERLİN
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Postdam turunda iştirak etmək imkanı olacaqdır. Saraylar şəhəri kimi tanınan Prusya kralı Böyük Frederikin yoxdan yaratdığı Potsdam turu zamanı görüləcək yerlər arasında: Sansoucci sarayı, “ölkədə hakimlər var” ifadəsinin doğulduğu məşhur dəyirman, rus koloniyası Aleksandrovka, dünyanın taleyini dəyişdirən Potsdam konfransının keçirildiyi Cecilienhof Qalası yerləşir. Turdan sonra Berlindəki otelə transfer olunuruq. Oteldə gecələmək.
4-cü gün BERLİN - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra asudə vaxt. Daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Pegasus və Türk Hava Yollarının PC 980/ TK 7702 saylı müntəzəm səfəri ilə saat 15:30-da Bakıya hərəkət edirik. Saat 04:05-də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
POTSDAM TURU
Saraylar şəhəri kimi tanınan Prusya kralı Böyük Frederikin yoxdan yaratdığı Potsdam turu zamanı görüləcək yerlər arasında: Sansoucci sarayı, “ölkədə hakimlər var” ifadəsinin doğulduğu məşhur dəyirman, rus koloniyası Aleksandrovka, dünyanın taleyini dəyişdirən Potsdam konfransının keçirildiyi Cecilienhof Qalası yerləşir.
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 75 EUR (02-12 yaş üçün 50 EUR)
DRESDEN TURU
Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti
Qeyd : Günorta yeməyi qiymətə daxil deyil.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti
- Pegasus Hava Yolları ilə İstanbul - Berlin - İstanbul ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri- Qeyd olunan kateqoriyalı oteldə Berlində ümumi 3 gecə gecələmək
- Açıq bufet tipli səhər yeməyi
- Panoramlı Berlin şəhər turu (muzeylərə giriş daxil deyil)
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 27 EURO
- Məcburi səyahət sığortası
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
4* OTEL
- Əlavə Yataq
- 1069.00
- Bir Nəfər
- 1269.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1049.00