CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    AKSİYALI Berlin Türk&Pegasus Hava Yolları ilə 3 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 2 yer
    Mərkəzi Avropa Turları > Berlin > AKSİYALI Berlin Türk&Pegasus Hava Yolları ilə 3 gecə

    Berlin Turu 1069 € 1990 AZN 3 Gecə - 4 Gün

    06/04/2023 - 09/04/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 21ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    6 Aprel 2023

    4 May 2023

    1 - 15 - 29 İyun 2023

    13 - 27 İyul 2023

    10 - 24 Avqust 2023

    7 - 21 Sentyabr 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT 

    TK  7703 Bakı - İstanbul          05:15 - 07:20 

    PC  977  İstanbul - Berlin         09:55 - 10:55

    PC  980  Berlin - İstanbul         15:30 - 16:50

    TK 7702  İstanbul - Bakı           00:15 - 04:05 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - BERLİN

    Səhər saat 05:15-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk və Pegasus Hava Yollarının TK 7703 / PC 977 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Berlin şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:55 -də Berlin şəhərinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə şəhər turunda iştirak edirik. Berlin şəhər turunda: Qələbə Abidəsi, Tiergarten Parkı, Brandenburq Qapısı, Soyqırım Abidəsi, Charlie Nəzarət Məntəqəsi, East Side Qalereya Divarı, Kudamm, Kadeve alış-veriş mərkəzi görüləcək yerlər arasındadır. Turdan sonra otelə transfer, otelə yerləşmə və asudə vaxt. Oteldə gecələyirik.


    2-ci gün BERLİN

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Drezden turunda iştirak edə bilərlər. Drezden şəhər turu zamanı: Semper Opera Binası, Zwinger Sarayı, Saksonya Kral Sarayı, Qadınlar Kilsəsi, Yeni Bazar Meydanı, Pragger Strasse alış-veriş küçəsi görüləcək. Axşam Berlindəki otelə transfer olunuruq. Oteldə gecələmək.


    3-cü gün BERLİN 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Postdam turunda iştirak etmək imkanı olacaqdır. Saraylar şəhəri kimi tanınan Prusya kralı Böyük Frederikin yoxdan yaratdığı Potsdam turu zamanı görüləcək yerlər arasında: Sansoucci sarayı, “ölkədə hakimlər var” ifadəsinin doğulduğu məşhur dəyirman, rus koloniyası Aleksandrovka, dünyanın taleyini dəyişdirən Potsdam konfransının keçirildiyi Cecilienhof Qalası yerləşir. Turdan sonra Berlindəki otelə transfer olunuruq. Oteldə gecələmək.


    4-cü gün BERLİN - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra asudə vaxt. Daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Pegasus və Türk Hava Yollarının PC 980/ TK 7702 saylı müntəzəm səfəri ilə saat 15:30-da Bakıya hərəkət edirik. Saat 04:05-də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!

    Əlavə Turlar


    POTSDAM TURU

    Saraylar şəhəri kimi tanınan Prusya kralı Böyük Frederikin yoxdan yaratdığı Potsdam turu zamanı görüləcək yerlər arasında: Sansoucci sarayı, “ölkədə hakimlər var” ifadəsinin doğulduğu məşhur dəyirman, rus koloniyası Aleksandrovka, dünyanın taleyini dəyişdirən Potsdam konfransının keçirildiyi Cecilienhof Qalası yerləşir. 

    Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti  

    Turun qiyməti : 1 nəfər üçün 75 EUR (02-12 yaş üçün 50 EUR) 


    DRESDEN TURU

    Dresden şəhər turu zamanı: Semper Opera Binası, Zwinger Sarayı, Saksonya Kral Sarayı, Qadınlar Kilsəsi, Yeni Bazar Meydanı, Pragger Strasse alış-veriş küçəsi kimi əhəmiyyətli yerlər panoramlı olaraq gəziləcəkdir.

    Tura daxildir : Nəqliyyat xidməti + Şəhər turu + Bələdçilik xidməti  

    Turun qiyməti : 1 nəfər üçün 90 EUR (02-12 yaş üçün 70 EUR) 

    Qeyd : Günorta yeməyi qiymətə daxil deyil.

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (BERLİN)


    QİYMƏTƏ DAXİLDİR

    -   Türk Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti

    -   Pegasus Hava Yolları ilə İstanbul - Berlin - İstanbul ekonom sinif aviabileti

    -   Aeroport yığımları və digər vergilər 

    -   Hava limanı - otel - hava limanı transferləri 
    -   Qeyd olunan kateqoriyalı oteldə Berlində ümumi 3 gecə gecələmək 
    -   Açıq bufet tipli səhər yeməyi 
    -   Panoramlı Berlin şəhər turu (muzeylərə giriş daxil deyil)
    -   Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -   Viza dəstəyi 


    QİYMƏTƏ DAXİL DEYİL

    -   Viza rüsumu - 35 EURO 

    -   Viza mərkəzinin xidmət haqqı - 27 EURO 

    -   Məcburi səyahət sığortası 


    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    *** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    ***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    AKSİYALI Berlin Türk&Pegasus Hava Yolları ilə 3 gecə

    Son 2 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1069.00
    Valyuta: EUR
    06/04/2023-09/04/2023
    4* OTEL
    Əlavə Yataq
    1069.00
    Bir Nəfər
    1269.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1049.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Kəmalə Məmmədova 2019-09-25 23:07:05
    13.09 - 20.09 tarixlərində Vyana-Praga-Budapeşt turunda oldum. Həmçinin Bratislava və Drezden şəhərlərini də görmək qismət oldu. Hər şey gözlədiyimdən də gözəl oldu. Otellərin şəhərin mərkəzində olmağı, hər şeyin gözəl təşkil olunmağı, tur rəhbərinin görməli, tarixi yerlərə aparıb ətraflı məlumat verməyi və s. bütün bunlar hər dəfəsində “yaxşıki gəldim” deməyə sövq edirdi məni. Casablanca travel’e başda Xəyal bəy və Zibeydə xanım olmaqla dərin təşəkkürümü bildirirəm. İlk gündən sizə inanmaqda yanılmadım. İnşAllah növbəti turlarımda sizinlə görüşmək ümidi ilə
    Firudin Qurbanlı 2019-06-16 16:42:32
    Orta Avropa turlarına qış aylarında qatılmışdım. Avropanın tarixini, mədəniyyətini və inkişaf yolunu kəşf etmək üçün ideal turdur, xüsusilə bələdçinin yol boyu tarixi hadisələrdən danışması çox əla idi. Əlavə turlara da qatıldım, Çexski Krumlov və Dresden şəhəri isə ən çox sevdiyim yerlər oldu. Tək təəssüfləndiyim havanın çox zaman yağışlı olması oıdu. Avropaya ilk dəfə gedənlər üçün ideal başlanğıcdır.
    Cavid İslamov 2019-02-06 00:33:53
    Mən 26.01-02.02.19 tarixlərindəki Praqa Vyana Budapeşt turuna qatıldım ekstra turlarıda saysaq 5 ölkənin 7 böyük şəhərini gəzdim hər şey çox yaxşıydı.Teşkilatçılığa görə Casablanka Travelə xususilə Zibeydə xanıma və bələdçimiz Burak bəyə təşəkkür edirəm.
    Efsane Nesirova 2019-01-06 19:04:07
    Yeni ilde Orta Avropa turunuza qatıldım. Her şey çox gözel teşkil edilmişdi. Rehber Murat bey kimi insanı tanımak çox xoş idi. Tek şikayetim niye qısa idi axı tur )))
    Fatima Ahmadova 2018-08-09 22:58:35
    30.07.18-07.08.18 tarixinde Vyana,Praqa ,Budapest turuna qatildiq.Olduqda razi qaldim.Elave olaraq Bratislava,Cexski krumlov,Ve Dresden seherlerinede turumuz oldu.Tur Rehberimiz Burak Oktadara minnetdariq her ince detayina kimi her seyi izah edirdi.Budapest Ve Vyana seherlerine heyran qaldim.Yene olsa yene gederem.Bu defe Budapestde en azi 3gece qalardim.Casablanca travele basda Xeyal beye ve bize her daim komeklik eden Zibeyde xanima oz teshekkurumuzu bildirirem.Cox seviyyeli bir tur teskil etdikleri ucun.Italiya turundada Casablanca traveli secmisdik.Coxda Razi qalmisdiq her sey yuksek seviyyede.Qaldigimiz oteller merkeze cox yaxin olmagida bunun bir ustunluyudur.Yene gorusmek umidiyle .Minnetdaram Casablanca travel
    Elvin Əhmədov 2018-08-08 16:26:32
    Bu gözəl tura görə təşəkkür edirəm.Hər şey gözəl idi.Xüsusəndə bələdçi Burak bəy super idi.Narazı qaldığım tək nüans Praqada gün sayı çox idi.Budapeştdə gün sayı çox olsa rahat gəzmək olardı.
    Aygun Ahmadova 2018-08-08 16:19:40
    30.07-07.08 tarixlerinde Budapeşt-Vyana-Praqa turunda olduq. Çox beyendim. Qaldığımız oteller şeher merkezine çox yaxınıydı. Vyana ve Praqada piyada gedirdik. Bu da çox böyük üstünlükdür. Tur rehberimiz de harda ne etmek lazımdır etraflı izah edirdi. Bundan evvel de yene Casablanca travelin teşkil etdiyi İtaliya Turunda iştirak etmişdim. biletlerimiz evvelceden online check-in olduğu üçün aeroportda da heç lengimedik.heç düşünmeden yene Casablancanı seçerem. Peşekarlığınız üçün çox sağ olun.
    Elnar Astanov 2017-11-22 09:51:10
    Allahın Salamı her kessin üzərinə olsun .Bu avropa turu çox maraqli ve unudulmaz oldu. Düşünürem ki dunyaya agil gözü ile baxan her bir kes şansı varsa bundan istifade etmeli. Gezdiyim şəhəhərlər biri birinden maraqlı idi.Budapeşt,Viana,Bratislava,Praqa,Drezden çox gözəl idi bir sözlē desək.Viananı çox bəyəndim. Ferqli medeniyyetler,mətbəxlər və dunyanın bir çox yerlerinden gelen insanların düşüncələri həyata baxışları və bunların hamısın bir arada görmək, hiss etmek,yaşamaq insanda unudulmayan xoş xatireler buraxır.Və birdə əmin oldum ki insanlar yer üzərində nəfs ilə deyil də agıl ilə hərəkət etsələr dunyada yaşamaq daha asan olar.Qrup rəhbərimiz Rza bəy yorucucu olmayan səs tembiri ilə bütün qrup üzvlərini öz söhbətləri ilə valeh etmişdir Casablanca turizim agentliyinə başda Xəyal bəyə və onun səbirli və gülərüzlü peşakar işçi qrupuna teşekkürümü bildirirəm.Düşünürəm ki insanların niyyətləri xeyirli olsa Allahda onları xeyirlə mukafatlandırar. Harda olursunuzsa olun tək olan Allaha əmanət olun.Yenə şans düşsə mütləq Casablanca turizm mərkəzinə müraciət edəcəm. Sayqılarla Elnar müəllim.
    Məmmədova Nərgiz 2017-08-19 15:05:52
    5.08 - 12.08.2017 tarixində Budapeşt Vyana Praqa turunda dostlarımızla ailəvi iştirak etdik. 5 ölkədə olduq. Budapeşt, Bratislava, Vyana, Praqa və Drezden şəhərləri öz zəngin tarixi abidələri ilə bizi, demək olar ki, valeh etdi. Bu tur Avropanın bütün möhtəşəmliyini əks elətdirdi. Tur rəhbəri Rıza Kızıltanın dərin tarixi biliklərinin hesabına çox maraqlı məlumatlar aldıq. O, gömrükdən keçənə kimi bizi müşaiyət etdi. Türkiyə tərəfdən tura qatılanlar da hamısı ziyalı, alicənab insanlar idilər. 4 ulduzlu Avropa otelləri çox rahat idi. Sözün əsl mənasında bu turdan zövq aldıq. Hamıya təşəkkürlər!
    Şəfa Aslanova 2016-09-23 09:45:40
    20-27 avqust 2016 tarixli Budapeşt Vyana Praq turunda iştirak etdik. Turdakı bələdçimiz Rza Bəyə burdan dərin təşəkkürlərimi bildirmək istəyirəm. Belə bir tur təşkil edən Casablanca Travelə də ayrıca təşəkkür edirəm.
    Huner Haciyev 2016-04-23 14:42:08
    21.03 - 28.03 tarixlərində Budapeşt- Vyana-Praqa turuna qatıldım. Tur sözün əsl mənasında möhtəşəm idi. Turun bu cür gözəl olmasının səbəbi onun planlı şəkildə keçməsi və bələdçimizin peşakarlığından, zəngin biliyindən və musuliyyətlə işə yanaşmasından irəli gəlir. Təşəkkür edirəm və sizə bol müştəri arzu edirəm. Uğurlar.
    İmran Mustafayev 2015-12-08 16:20:06
    24 -31 oktyabr Budapeşt-Vyana-Praqa turunda ailəliklə iştirak etdik. İlk Şengen vizamızı əldə etməyimizdə köməklik göstərən Casablanca Travelə təşəkkür edirik və eləcə rəhbərimiz Əli Rza bəy sayəsində mükəmməl bir tur keçirdik. İşlərinizdə uğurlar, Casablanca Travel.
    Arzu Maharramova 2015-12-08 16:06:11
    11.10 - 18.10 tarixlərində Budapeşt - Vyana - Praqa turunda dostlarımızla birlikdə iştirak etdik. Tur başdan sona qədər çox maraxlı və şən keçdi. Emre Yaka çox biliyə sahib və işini sevərək edən bir rəhbər idi, onun sayəsində hər anı dolu-dolu keçən bir tur yaşadıq. Təşəkkür edirik və Casablanca Travelı hamıya məsləhət görürük
    Əli Əhmədov 2015-12-08 16:00:58
    01.11 - 08.11 tarixlərində Casablanca Travelin təşkil etdiyi Praqa - Vyana - Budapeşt turunda iştirak etdik.Hər şey çox mükəmməl idi, əsasəndə rəhbərimiz Ozay Kaya. İnşallah digər turlarda da eyni rəhbər ilə olarıq. Təşəkkürlər
    Gülnarə Cavadova 2015-10-29 15:16:56
    Salam. Casablanca Travel-in 11-18 oktyabr Budapeşt-Vyana-Praqa turunda iştirak etdim. Turdan çox razı qaldım. Bütün əlavə turlarda iştirak etdim. Hər şey çox yüksək səviyyədə təşkil edilmişdir. Gələcəkdə də bu şirkətin turlarında iştirak etmək istərdim. Tur rəhbərimiz Emre Yakaya və Casablanca Travel-ə öz minnətdarlığımı bildirir və uğurlar arzu edirəm.
    Afaq Qarayeva 2015-09-09 18:52:43
    salam.casablanca travel sizi təbrik edirəm.təşkil etdiyiniz kimi yolculugumuz,otellər,şəhərlər arası transfer hər şey super idi.ölkələr,şəhərlər çox gözəl idi.inşallah gələcəkdə tura qatılanlara ekstra turların çoxuna getmələrini tövsiyyə edərdim.casablanca travel bütün işlərinizdə uğurlar arzu edrəm
    Vüqar Xəlil 2015-07-10 17:05:39
    Salam.Casablanca Travel, sizi təbrik edirəm.21-28 mart tarixli mərkəzi avropa turunda ailəvi olaraq iştirak etdik.Çox gözəl və maraqlı tur oldu. Qaldığımız otellər, gəzdiyimiz avtobuslar, şəhər turları əla təşkil olunmuşdu.Budapeştə olarkən Estergom turuna qatılmagı tövsiyyə edirəm,cünki xristian mədəniyyəti ilə yaxından tanış olacaq və Vişeqradda inanılmaz ləzzətli,özəl,xüsisi yeməkləri ilə zəngin olan bir restoranın qonagı olacaqsınız.Bu turun daha da maraqlı və rəngarəng olmasında bələdcimiz Mustafa Erenində zəhməti olmuşdur.Casablanca Travel ailəsinə təşəkkür edirəm.Sizə gələcək işlərinizdə ugurlar.
    Rəna Zeynallı 2015-06-22 19:56:15
    Casablanca Travel, sizi bir daha təbrik edirəm. Belə bir turu təşkil eləməyiniz, turda iştirak etmək istəyən qonaqlarınızı əvvəlcədən ətraflı şəkildə məlumatlandırmağınız, tur proqramını, qalınacaq otelləri, gəziləcək yerləri ən xırda təfərrüatına qədər açıq-açıq bildirməyiniz və vəd etdiyiniz hər bir şeyin həyata keçməsi sizin işinizi nə qədər sevdiyinizi və işinizə nə qədər peşəkarcasına yanaşdığınızı göstərir. Qatıldığımız mərkəzi avropa turunu gəldikdən sonra dosta tanışa anlata anlata bitirə bilmirəm. Daha əvvəl Praqada olmuşdum. Ancaq sadəcə olmuşammış. Bu dəfə isə hər tərəfini qarış-qarış gəzdim. Xüsusi ilə Çexskiy Krumlov turunu hər kəsə tövsiyyə edirəm. Sonsuz biliyi və təcrübəsi ilə mənə unudulmaz bir tur yaşadan bələdçimiz Ənvər bəyə və təbii ki, Casablanca Travel-ə sonsuz təşəkkürlər.
    Şəbnəm YUSİFLİ 2015-06-22 18:18:07
    6-13 iyun tarixli mərkəzi avropa turunda ailəvi olaraq iştirak etdik. ilk olaraq viza məsələsindən başlamaq istərdim. ilk şengen viza müraciətim olacağından ilk başda çox çəkinirdim. ancaq casablanca travel əməkdaşlarının səmimi və bir o qədər peşəkar yanaşması sayəsində çox rahat şəkildə vizamızı əldə etdik. turumuz sözün həqiqi mənasında nağıl idi... Otellər, nəqliyyatımız, sürücümüz, bələdçimiz hər şey möhtəşəm idi. bu heyrətamiz təcrübəni bizə yaşadan bələdçimiz Engin bəy timsalında bütün casablanca travel ailəsinə dərin təşəkkürümü bildirirəm.
    Sevinc Ağayeva 2015-06-22 15:51:58
    Salam. 24-31 may tarixlərində Budapeşt Vyana Praqa turunda iştirak etdik. Çox gözəl və dolu-dolu bir tur oldu. Bu turun bu cür möhtəşəm keçməsinə ən böyük səbəb bələdçimiz Engin bəyin peşəkarlığı, zəngin biliyi və işini həddindən artıq sevməsi və işinə çox məsuliyyətli şəkildə yanaşması idi. Belə bir bələdçiyə sahib olduğuna və belə möhtəşəm turu təşkil etdiyinə görə Casablanca Travel-i təbrik edirəm və eyni zamanda təşəkkür edirəm.
    Tofiq Rəsulov 2015-06-06 08:09:07
    Novruz bayramında təşkil olunan Budapeşt Vyana Praqa turunda iştirak eddik. Daha əvvəl Budapeşt şəhərində olduğum üçün bu turda iştirak etmek istemirdim. Ancaq Casablanca Travel əməkdaşlarının şiddətli şəkildə mənə tövsiyyə etmələrindən sonra bu turda iştirak etdim və nə yaxşı ki, etmişəm. Tur sözün əsl mənasında möhtəşəm idi. Qaldığımız otellər, gəzdiyimiz avtobuslar, şəhər turları, hər şey əla təşkil olunmuşdu. Bu təcrübəni mənə yaşadan Casablanca Travelə və xüsusi ilə də bələdçimiz Enver bəyə sonsuz təşəkkür etməyi özümə borc bilirəm. Sağolun, var olun...

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel