TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
12 - 26 Avqust 2023
2 - 9 - 16 - 23 - 30 Sentyabr 2023
7 - 14 - 21 - 25 Oktyabr 2023
1 - 4 - 8 - 11 - 15 - 18 - 22 - 25 - 29 Noyabr 2023
2 - 6 - 9 -13 - 16 -20 - 23 - 30 Dekabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
J2 8103 Bakı - İstanbul 07:45 - 09:35
HY 30438 İstanbul - Kasablanka 00:10 - 03:25
HY 30437 Kasablanka - İstanbul 16:50 - 23:20
J2 8104 İstanbul - Bakı 10:50 - 14:35 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - KASABLANKA - MƏRAKEŞ
Səhər saat 07:45 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Buta Hava Yollarının J28103 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Air Arabia Hava Yollarının HY 30438 saylı müntəzəm səfəri ilə saat 00:10-da Kasablanka şəhərinə hərəkət edirik. Yerli saat ilə 03:25 -də Kasablanka şəhərinə çatdırıq. Daha sonra Mərakeş şəhərinə hərəkət edirik. Dar küçələri ilə bizləri yüzillər öncəsinə aparacaq mədinəyə çatdıqdan sonra, uzun illər şəhəri idarə edən Ba Əhmədin Bahia Sarayını gördükdə bizə Mərakeş tarixini xatırladacaq Endülüs tərzi taxta və mozaika bəzək əşyalarının, İspano Moresk arxitekturanın 800 illik nümunəsi olan Koutoubia minarəsini seyr edəcəyik, macəramız Souk adı verilən Mərakeş qapalı çarşısının dar küçələrində davam edəcəyik. Turumuz əsnasında parça, dəmir, dəri fabriki, taxta ustalarının nice əl işlərinin nümunələri ilə qarşılaşa bilərsiniz. Bərbərlərin yüzillərlə ənənəsi olan şəfalı ot və kremlərin satıldığı herborist ziyarət edəcəyimiz yerlərdən biri olacaq. Afrika qitəsinin ən hərəkətli şəhər meydanı Jma El Fna ilə turumuz başa çatacaq. Real "möcüzələr həyəti" adlandırılan bu meydan UNESCO Milli miraslar siyahısındadır. Məddahlar, ilan oynadanlar, döyməcilər, hokkabazlar və cambazların şouları ilə şənlənən Jma əl Fna meydanına qısaca "açıq hava teatrı" deyə bilərik. Turdan sonra otelə transfer olunuruq və şam yeməyini oteldə yeyəcəyik. Arzu edən qonaqlarımız təşkil olunacaq dünyada məşhur Chez Ali turunda iştirak edərək, şam yeməyi yeyərək yerli şou proqramı izləyə bilərlər. Turdan sonra otelimize transfer olunuruq. Oteldə gecələyirik.
2-ci gün KASABLANKA
Səhər yeməyindən sonra qonaqlarımız təşkil olunacaq Essaouira turunda iştirak edə bilərlər. Atlantik okean sahilində yerləşən, illər əvvəl Bodrumu xatırladan dünyda məşhur, qədim Portuqaliya şəhəri Essaouira -ya hərəkət edəcəyik. UNESCO tərəfindən "Dünya İrs" -i olaraq elan edilən və Mərakeşin ən çox xarici turist cəlb edən şəhəri, ucsuz-bucaqsız balıqçı limanı, sənət və mədəniyyətin iç içə keçdiyi sahil şəhəridir. Şəhər qalası, balıqçı limanı qədim Roma şəhərlərindən ilhamlanaraq inşa edilən mədinə gəziləcəkdir. Mədinədə gəzəcəyimiz zaman dar labirent küçələri, dümağ evləri, mavi rəngdə boyanmış qapı və pəncərələri bir çox Avropalı rəssam, şair və yazıçıya ilham qaynağı olmuşdur. Orson Wells, Jimy Hendrix kimi bohem həyatını seçən sənətçilər şəhərin tarixi mədinasında yaşayıblar. 18 -ci yüz ildə Fransız memar tərəfindən inşa edilmiş olan tarixi divarlarında Atlas Okeanının dalğalarını seyr etmək insanı ovsunluyur (Jeremy Irons və Patricia Kaas -ın Ladies and Gentlemen filmindəki kimi). Kilimlər, bölgəyə xas ağacdan oyma əşyalar, dəri işləmələr, rəngarəng rəsmlər, tarixi və canlı çarşısındaki dükanlarda alış-verişin keyfini çıxaracaqsınız. Turdan sonra otelimize transfer olunuruq və şam yeməyi oteldə veriləcək. Oteldə gecələyirik.
3-cü gün MƏRAKEŞ
Səhər yeməyindən sonra qonaqlarımız təşkil olunacaq Atlas Dağları 4x4 turunda iştirak edə bilərlər. Bu turumuzda cənubun heyranlıq oyandıran təbiətini, bitki örtüyünü və Atlas Dağlarını kəşf etmək fürsətimiz olacaq. Möhtəşəm mənzərəli yollardan keçərək Ourika vadisi və Lalla Takerkust gölü kənarında asudə vaxt veriləcək. Turdan sonra Mərakeşə geri qayıdırıq. Axşam yeməyi və gecələmə oteldə.
4-cü gün MƏRAKEŞ - RABAT - KASABLANKA
Otaqların boşaldıb, səhər yeməyidən sonra paytaxt Rabat şəhərinə hərəkət edirik. Panoramlı şəhər turunda: Hassan Qalası, V Muhammed abidəsi və məzarı, Kral Sarayı görəcəyimiz yerlər arasındadır. Daha sonra bələdçimizin təyin etdiyi saatda Kasablanka -ya hərəkət edirik. Kasablanka -ya çatdıqdan sonra şəhər turu başlayır. Turda: Dünyanın 3-cü ən böyük məscidi, II Həsən Məscidi, Mədinə, Birləşmiş Millətlər Meydanı, 5 -ci Məhəmməd Bulvarı, Hobus, Atlantik okeanının kənarında yerləşən Ain Diab bölgəsi və Corniche görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlar üçün əlavə Rabat turu təşkil olunacaq. Turdan sonra otelimize transfer olunuruq və şam yeməyi oteldə veriləcək. Oteldə gecələyirik.
5-ci gün KASABLANKA - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqları təhvil veririk və asudə vaxt. Bələdçinin təyin edəcəyi saatda Kasablanka Hava Limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Air Arabia Hava Yollarının HY 30437 saylı müntəzəm səfəri ilə saat 16:50 -də İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 10:50 -də Buta Hava Yollarının J2 8104 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 14:35 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
(Bütün əlavə turlar qiymətə daxildir.)
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Buta Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti
- Air Arabia Hava Yolları İstanbul - Kasablanka - İstanbul ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi lyuks avtobus ilə Mərakeş - Kasablanka şəhərləri arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı oteldə Kasablankada 1 gecə, Mərakeşdə 3 gecə olmaqla ümumi 4 gecə gecələmək
- Açıq bufet tipli səhər və şam yeməyi
- Bütün əlavə turlar
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 75 AZN
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
4* OTEL
- Əlavə Yataq
- 1019.00
- Bir Nəfər
- 1269.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1009.00
4* OTEL
- Əlavə Yataq
- 1099.00
- Bir Nəfər
- 1289.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1089.00
4* OTEL
- Əlavə Yataq
- 1099.00
- Bir Nəfər
- 1289.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1089.00
4* OTEL
- Əlavə Yataq
- 1099.00
- Bir Nəfər
- 1289.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1089.00
4* OTEL
- Əlavə Yataq
- 1199.00
- Bir Nəfər
- 1399.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1189.00
4* OTEL
- Əlavə Yataq
- 1219.00
- Bir Nəfər
- 1419.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1209.00
4* OTEL
- Əlavə Yataq
- 1189.00
- Bir Nəfər
- 1439.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1179.00
4* OTEL
- Əlavə Yataq
- 1239.00
- Bir Nəfər
- 1439.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1229.00
4* OTEL
- Əlavə Yataq
- 1139.00
- Bir Nəfər
- 1329.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1129.00
4* OTEL
- Əlavə Yataq
- 1239.00
- Bir Nəfər
- 1439.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1229.00