CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Kasablanka Mərakeş Turu THY & Royal Air Maroc Hava Yoları ilə 4 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Mövcud yer 7+
    Mərakeş Turları > Kasablanka Mərakeş > Kasablanka Mərakeş Turu THY & Royal Air Maroc Hava Yoları ilə 4 gecə

    Kasablanka Mərakeş Turu 1039 € 1953 AZN 4 Gecə - 5 Gün

    27/10/2021 - 31/10/2021 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 0ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    20 - 27 Yanvar 2021

    3 - 10 - 17 - 24 Fevral 2021

    3 - 10 - 17 - 24 - 31 Mart 2021

    7 - 14 - 21 - 28 Aprel 2021

    5 - 12 - 19 - 26 May 2021

    2 - 9 - 16 - 23 - 30 İyun 2021

    7 - 14 - 21 - 28 İyul 2021

    4 - 11 - 18 - 25 - Avqust 2021

    1 - 8 - 15 - 22 - 29 Sentyabr 2021

    6 - 13 - 20 - 27 Oktyabr 2021



    UÇUŞ HAQQINDA MƏLUMAT 

    TK  333  Bakı - İstanbul              12:55 - 15:05 

    AT  911 İstanbul - Kasablanka    18:40 - 21:25

    AT  910 Kasablanka - İstanbul    10:40 - 17:00

    TK  336  İstanbul - Bakı               21:35 - 01:25 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - KASABLANKA

    Səhər saat 12:55 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 333 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Royal Air Maroc Hava Yollarının AT 911 saylı müntəzəm səfəri ilə saat 18:40-da Kasablanka şəhərinə hərəkət edirik. Yerli saat ilə 21:25 -də Kasablanka şəhərinə çatdırıq. Daha sonra otelimizə transfer olunuruq və otaqlara yerləşirik. Şam yeməyindən sonra otelimizdə gecələyirik.


    2-ci gün KASABLANKA - MƏRAKEŞ

    Səhər yeməyindən sonra otaqları boşaldıb, Kasablanka şəhər turuna başlayırıq. Gəzintimizə ilk olaraq avanqard üslublu ağ şəhər olan Kasablanka turunda: Birləşmiş Millətlər Meydanı və 5 -ci Məhəmməd Bulvarı ilə başlayırıq. Bundan başqa Tarixi Habus Meydanı, 2 -ci Hassan məscidini ziyarət edəcəyik. 1980-1993 -cü illəri inşa edilən 2 -ci Hassan Məscidi dünyanın ən böyük məscididir. (Məscidə giriş tura daxil deyil, arzu edən qonaqlarımız əlavə olaraq turda iştirak edə bilər). Məscidin içində 25.000 nəfər eyni zamanda namaz qıla bilər, həmçinin məscidin həyətində 80.000 nəfər toplana bilər, 200 metrlik minarəsində yerləşən lazer lampası 35 km məsafəyə qədər namaz vaxtını göstərir. 20 min kvadrat metr sahədə inşa edilən bu tikili yadda qalan gəzintilərdən biri olacaq. Atlantik okean sahillərindəki Corniche səmti günü maraqlı gəzintilərindən olacaq. Kasablanka şəhərində turumuz başa çatdıqdan sonra Marakeş -ə doğru hərəkət edirik. Marakeş -ə çatdıqda sonra tarixi şəhərin kəşfinə başlayırıq. Dar küçələri ilə bizləri yüzillər öncəsinə aparacaq mədinəyə çatdıqdan sonra, uzun illər şəhəri idarə edən Ba Əhmədin Bahia Sarayını gördükdə bizə Mərakeş tarixini xatırladacaq Endülüs tərzi taxta və mozaika bəzək əşyalarının, İspano Moresk arxitekturanın 800 illik nümunəsi olan Koutoubia minarəsini seyr edəcəyik, macəramız Souk adı verilən Mərakeş qapalı çarşısının dar küçələrində davam edəcəyik. Turumuz əsnasında parça, dəmir, dəri fabriki, taxta ustalarının nice əl işlərinin nümunələri ilə qarşılaşa bilərsiniz. Bərbərlərin yüzillərlə ənənəsi olan şəfalı ot və kremlərin satıldığı herborist ziyarət edəcəyimiz yerlərdən biri olacaq. Afrika qitəsinin ən hərəkətli şəhər meydanı Jma El Fna ilə turumuz başa çatacaq. Real "möcüzələr həyəti" adlandırılan bu meydan UNESCO Milli miraslar siyahısındadır. Məddahlar, ilan oynadanlar, döyməcilər, hokkabazlar və cambazların şouları ilə şənlənən Jma əl Fna meydanına qısaca "açıq hava teatrı" deyə bilərik. Turdan sonra otelə transfer olunuruq və şam yeməyini oteldə yeyəcəyik. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq dünyada məşhur Chez Ali turunda iştirak edərək, şam yeməyi yeyərək yerli şou proqramı izləyə bilərlər.


    3-cü gün MƏRAKEŞ

    Səhər yeməyindən sonra alış - veriş və asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Essaouira turunda iştirak edə bilərlər. Atlantik okean sahilində yerləşən, illər əvvəl Bodrumu xatırladan dünyda məşhur, qədim Portuqaliya şəhəri Essaouira -ya hərəkət edəcəyik. UNESCO tərəfindən "Dünya İrs" -i olaraq elan edilən və Mərakeşin ən çox xarici turist cəlb edən şəhəri, ucsuz-bucaqsız balıqçı limanı, sənət və mədəniyyətin iç içə keçdiyi sahil şəhəridir. Şəhər qalası, balıqçı limanı qədim Roma şəhərlərindən ilhamlanaraq inşa edilən mədinə gəziləcəkdir. Mədinədə gəzəcəyimiz zaman dar labirent küçələri, dümağ evləri, mavi rəngdə boyanmış qapı və pəncərələri bir çox Avropalı rəssam, şair və yazıçıya ilham qaynağı olmuşdur. Orson Wells, Jimy Hendrix kimi bohem həyatını seçən sənətçilər şəhərin tarixi mədinasında yaşayıblar. 18 -ci yüz ildə Fransız memar tərəfindən inşa edilmiş olan tarixi divarlarında Atlas Okeanının dalğalarını seyr etmək insanı ovsunluyur (Jeremy Irons və Patricia Kaas -ın Ladies and Gentlemen filmindəki kimi). Kilimlər, bölgəyə xas ağacdan oyma əşyalar, dəri işləmələr, rəngarəng rəsmlər, tarixi və canlı çarşısındaki dükanlarda alış-verişin keyfini çıxaracaqsınız. Turdan sonra otelimize transfer olunuruq və şam yeməyi oteldə veriləcək. Oteldə gecələyirik. 


    4-cü gün MƏRAKEŞ 

    Səhər yeməyindən sonra alış - veriş və asudə vaxt. Arzu edən qonaqlarımız əlavə təşkil olunacaq Atlas Dağları 4x4 turunda iştirak edə bilərlər. Bu turumuzda cənubun heyranlıq oyandıran təbiətini, bitki örtüyünü və Atlas Dağlarını kəşf etmək fürsətimiz olacaq. Möhtəşəm mənzərəli yollardan keçərək Tizintes yolunu təqib edərək, Kik Platosu -na çatacağıq. Bitki örtüyü, coğrafi quruluş, qarlarla örtülü zirvələr fonunda şəkil çəkdirə bilərsiniz. Uşaq sahibi ola bilməyən qadınların əsrlərdir ziyarət edərək çarə tapmağa çalışdıqları Mulay Brahim Kəndi, Tifruin və Taddart kəndlərində fasilə verərək Lalla Takerkust anbar gölü sahilində nahar yeməyi yeyəcəyik. Nahar yeməyindən sonra Marakeş -ə qayıdırıq. Burdakı səfər əsnasında Afrika Qitəsində olduğumuzu bir daha hiss edəcəyik. Arzu edən qonaqlar Mərakeş çarşısının dar küçələrinə geri qayıda bilər vəya oteldə istirahət edə bilələr. Axşam yeməyi və gecələmə oteldə.


    5-ci gün MƏRAKEŞ - KASABLANKA - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və Kasablanka Hava Limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Royal Air Maroc AT 910 saylı müntəzəm səfəri ilə saat 10:40 -da İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 21:35 -dəTürk Hava Yollarının TK 336 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 01:25 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.

    Əlavə Turlar


    ATLAS DAĞLARI 4x4 TURU

    4x4 avtomobillə cənubun heyranlıq oyandıran təbiətini, bitki örtüyünü və Atlas Dağlarını kəşf etmək imkanımız olacaq. Möhtəşəm mənzərəli yollardan keçərək Tizintes yolunu təqib edərək, Kik Platosu -na çatacağıq. Bitki örtüyü, coğrafi quruluş, qarlarla örtülü zirvələr fonunda şəkil çəkdirə bilərsiniz. Uşaq sahibi ola bilməyən qadınların əsrlərdir ziyarət edərək çarə tapmağa çalışdıqları Mulay Brahim Kəndi, Tifruin və Taddart kəndlərində fasilə verərək Lalla Takerkust anbar gölü sahilində nahar yeməyi yeyəcəyik. Nahar yeməyindən sonra Marakeş -ə qayıdırıq. Burdakı səfər əsnasında Afrika Qitəsində olduğumuzu bir daha hiss edəcəyik.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Yemək

    Turun qiyməti : 1 nəfər üçün 75 EUR


    ESSAOUIRA (SUVEYRE) TURU

    Səhər yeməyindən sonra Cichaou şəhərindən keçərək Atlantik okean sahilində yerləşən qədim Portuqaliya şəhəri Essaouira -ya hərəkət edəcəyik. UNESCO tərəfindən "Dünya İrs" -i olaraq elan edilən və Mərakeşin ən çox xarici turist cəlb edən şəhəri, ucsuz-bucaqsız balıqçı limanı, sənət və mədəniyyətin iç içə keçdiyi sahil şəhəridir. Şəhər qalası, balıqçı limanı qədim Roma şəhərlərindən ilhamlanaraq inşa edilən mədinə gəziləcəkdir. Mədinədə gəzəcəyimiz zaman dar labirent küçələri, dümağ evləri, mavi rəngdə boyanmış qapı və pəncərələri bir çox Avropalı rəssam, şair və yazıçıya ilham qaynağı olmuşdur. Orson Wells, Jimy Hendrix kimi bohem həyatını seçən sənətçilər şəhərin tarixi medinasında yaşamışlar. 18 -ci yüz ildə Fransız memar tərəfindən inşa edilmiş olan tarixi divarlarında Atlas Okeanının dalğalarını seyr insanı ovsunluyur (Jeremy Irons və Patricia Kaas -ın Ladies and Gentlemen filmindəki kimi). Kilimlər, bölgəyə xas ağacdan oyma əşyalar, dəri işləmələr, rəngarəng rəsimlər, tarixi və canlı çarşısındaki dükanlarda alış-veriş keyfini çıxaracaqsınız.

    Tura daxildir : Nəqliyyat xidməti  + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 65 EUR


    CHEZ ƏLİ SHOW

    Bu turumuzda bərbərin atları ilə nümayiş olunduğu dünya tərəfindən ad qazanmış Chez Ali gecə klubunda təşkil olunacaq turda iştirak edib, şam yeməyini orada yeyə bilərsiniz. Minbirgecə nağıllarını xatırladan dekorasiyası ilə Əlinin Sarayı şəhərə hər il gələn xarici qonaqların ziyarət yeridir. Divarlarla əhatə olunmuş bu arenada musiqiçilər, müğənnilər, akrobat və tipik Mərakeş çadırları altında nağıla bənzər yemək yeyərək, qonaqlara unudulmaz şou təqdim ediləcək.

    Tura daxildir : Nəqliyyat xidməti + Yemək

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR 

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (MƏRAKEŞ)

    HOTEL (KASABLANKA)

    QİYMƏTƏ DAXİLDİR

    -   Türk Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti

    -   Royal Air Maroc Hava Yolları İstanbul - Kasablanka - İstanbul ekonom sinif aviabileti

    -   Aeroport yığımları və digər vergilər

    -   Hava limanı - otel - hava limanı transferləri

    -   Xüsusi lyuks avtobus ilə Mərakeş - Kasablanka şəhərləri arası nəqliyyat xidməti

    -   Qeyd olunan kateqoriyalı oteldə Kasablankada 1 gecə, Mərakeşdə 3 gecə olmaqla ümumi 4 gecə gecələmək

    -   Açıq bufet tipli səhər və şam yeməyi

    -   Panoramlı Mərakeş, Kasablanka  şəhər turu

    -   Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -   Məcburi səyahət sığortası

    -   Viza dəstəyi

    QİYMƏTƏ DAXİL DEYİL

    -   Viza rüsumu - 38 AZN


    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    *** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    ***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Kasablanka Mərakeş Turu THY & Royal Air Maroc Hava Yoları ilə 4 gecə

    2 Nəfərlik Otaqda 1 Nəfər: 1039.00
    Valyuta: EUR
    27/10/2021-31/10/2021
    4* OTEL
    Əlavə Yataq
    1039.00
    Bir Nəfər
    1219.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 259.00
    2 - 12 Yaş 959.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Mərkəzi Avropa Turları
    • Benilüks Turları
    • İtaliya Turları
    • İspaniya Turları
    • Skandinaviya Turları
    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel