TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
23 Oktyabr 2023
11 Noyabr 2023
02 Dekabr 2023
20 - 24 - 27 Yanvar 2024
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 341 Bakı - İstanbul 17:35 - 19:50
TK 183 İstanbul - Havana 02:05 - 07:45
TK 183 Havana - İstanbul 09:15 - 10:10 (+1)
TK 334 İstanbul - Bakı 17:05 - 20:55
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - HAVANA
Axşam 17:35 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 341 / TK 183 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Havana şəhərinə hərəkət edirik. Gecələmə təyyarədə.
2-ci gün HAVANA
Yerli saat ilə 07:45 -də Beynəlxalq Jose Marti hava limanına çatırıq. Daha sonra hava limanında xüsusi nəqliyyat vasitəsi ilə qarşılandıqdan sonra şəhər turu həyata keçirəcəyik. Turumuz əsnasında UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) olan: Havana Qədim Şəhəri, Malecon Bulvarı, İnqilab Meydanı, Colomb Qəbiristanlığı, Miramar və Morro Qalası gəziləcək. Nahar yeməyimizi yerli restoranda yeyirik. Turdan sonra otelimizə transfer olunuruq, otaqlara yerləşirik və asudə vaxt.
3-cü gün HAVANA
Səhər yeməyindən sonra bütün gün asudə vaxt. Arzu edən qonaqlarımız təşkil olunacaq Vinales Vadisi və Pinar del Rio turunda iştirak edə bilərlər. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) olan və dünya tərəfindən məşhur Kuba purolarının (siqar) tütünlərinin yetişdirildiyi Vinales Vadisinə hərəkət edirik. Təxminən 3 saatlıq səfərdən sonra Vinales şəhər mərkəzini, tütün tarlalarını, yerli siqar fermalarını ziyarət edəcəyik. Turumuzun davamında vadinin ortasında yerləşən restoranda günorta yeməyimizi yeyirik. Daha sonra Pinar del Rio -ya hərəkət edərək Kuba purolarının rəsmi olaraq hazırlandığı fabriklərdə siqar istehsalı və mədəniyyəti ilə yaxından tanış olacağıq. Arzu edən qonaqlarımız burada orijinal Kuba siqarlarını ala bilərlər. Daha sonra rəssam və alim Leovigildo González Morillo tərəfindən qayalar üzərində çəkilmiş tarixdən əvvəlki yaşayışı göstərən divar rəsmlərini görəcəyik (Mural de la Prehistoria). Bu gözəl şəhəri ziyarət edərkən San Visente Restoranında nahar və istirahət üçün asudə vaxt veriləcək. Bələdçimizin təyin etdəcəyi saatda otelə transfer olunuruq və oteldə gecələmə. Nahardan sonra “İndian cave” adlı mağaranı gəzəcəyik. Gün sonunda Vinales Vadisinin təpədən mənzərəsi ilə fotoşəkil çəkdirmək üçün vaxtınız olacaq. Bələdçimizin təyin etdiyi saatda Havanadakı otelə transfer olunuruq və oteldə gecələmə. Arzu edən qonaqlarımız axşam təşkil olunacaq şam yeməyi daxil Bueno Vista Şousun -da iştirak edə bilərlər.
4-cü gün HAVANA
Səhər yeməyindən sonra bütün gün asudə vaxt. Arzu edən qonaqlarımız günorta yeməyi daxil Bənzərsiz Havana Turu təşkil olunacaq. Bu turumuza 1958-ci ilin sonunda Kuba inqilabına qədər Amerikadan idxal edilmiş, daha sonra qoyulan qadağaya istinadən bir daha ölkəyə daxil olmaq şansı olmayan və bugündə istifadə edilməkdə olan qədim Amerika avtomobilləri ilə başlayırıq. Bu rəngli avtomobillər ilə Kuba küçələrində həyata keçirəcəyimiz qısa bir gəzintidən sonra Kubanın Picassos -su olaraq bilinən Jose Fuster -in, yaşadığı dövr ərzində dekorasiya etdiyi şəkillər, seramiklər ilə bəzədilmiş açıq hava sərgisinə çevrilən məhəlləni görəcəyik. Bu gəzintidən sonra adını Fernando Hamel -dən götürən kiçik meydanda nümayiş olunan qısa rumba rəqs performansını izləyəcəyik. Daha sonra Havananı zirvədən görə biləcəyimiz Kubanın əfsanəvi qəhrəmanı Che Guevara-nın evini ziyarət edəcəyik. Nahar El Aljibe Restoranında veriləcək. Yeməkdən sonra asudə vaxt daha sonra turumuzu Havana prospektlərindən biri olan Prado prospektində davam edirik. Batista rejimi dövründə saray olaraq istifadə edilmiş, inqilabdan sonra da yerli xalqın istifadəsində olan muzey İnqilab Muzeyini gəzəcəyik. Kubanın ən böyük muzeyi olan İnqilab Muzeyində, Kuba müstəqillik döyüşündə və Kuba İnqilabı dövrlərindən qalan silahlar, tanlar və əşyalar görə bilərsiniz. Turdan sonra otelimizə qayıdırıq. Axşam təşkil olunacaq şam yeməyi daxil Parisien Şousun -da iştirak edə bilərlər. Oteldə gecələyirik.
5-ci gün HAVANA
Səhər yeməyindən sonra bütün gün asudə vaxt. Arzu edən qonaqlarımız təşkil ediləcək Ernest Hemingway Kəndi turunda iştirak edə bilərlər. Son 20 ilini Kubada yaşayan məşhur yazıçı Ernest Hemingway turuna qatıla bilərlər. Yazıçının Ambos Mundos oteldə 7 il qaldığı 511 nömrəli otağda, Havanaya 20 dəqiqəlik uzaqlıqda yerləşən kiçik bir Kuba balıqçı kəndi olan həmçinin məşhur "Qoca Balıqçı və Dəniz" romanını yazdığı və yazıçının günorta yeməyini yediyi Cojimar kəndinə gedəcəyik. ''For Whom the Bell Tolls'' romanından qazandığı pul ilə aldığı, möhtəşəm La Vigia fermasındakı evi La Finca -nı, bu gündə Hemingway muzeyi olaraq istifadə edilən evi gəzəcəyik. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
6-cı gün HAVANA - CIENFUEGOS - TRİNİDAD
Səhər yeməyindən sonra Kubanın ən gözəl şəhərlərindən biri olan Cienfuegos -a hərəkət edirik. Nahar yeməyi yerli restoranda veriləcək. Nahardan sonra 1819-cu ildə fransız mühacirlər tərəfindən inşa edilən və 2005-ci ildə UNESCO tərəfindən qoruma altına alınan bu gözəl şəhəri gəzəcəyik. Jose Marti Parkını, Tomas Terri Teatrını, Colegio de San Lorenzo dövlət idarələrini ziyarət edəcəyik. Şəhəri gəzdikdən sonra Trinidad -a hərəkət edirik. Daha sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
7-ci gün TRİNİDAD - SANTA CLARA - VARADERO
Səhər yeməyindən sonra UNESCO tərəfindən qoruma altına alınan, şəkər istehsalı ilə zənginləşdirilmiş, müstəmləkə dövrü memarlıq nümunələri ilə dünyada ən yaxşı qorunan, kubalıların qürur duyduğu Trinidad şəhərini ziyarət edəcəyik. Trinidad Şəhəri gəzintisi əsnasında: rum, limon, bal və su ilə hazırlanan içki ilə məşhur olan La Canchanchara -nı dadacağıq. Turdan sonra Kuba İnqilabının ən əhəmiyyətli cəbhəsi və əfsanəvi Che -i əfsanələşdirən Santa Clara şəhərinəhərəkət edirik. Nahardan sonra şəhər turumuzda inqilabın mühüm liderləri olan əfsanəvi Komandir Che Guevara tərəfindən ələ keçirilən və Batista ordularının demək olar ki, bütün sursatlarını daşıyan zirehli qatar muzeyi parkını və müharibənin ən qaynar hissəsini keçdiyi bu gün də qədim Hilton otelində güllə izlərinin göründüyü Parque Vidalı görmək fürsətimiz olacaq. Che Guevara məqbərəsini və "El Che" -nin məşhur vida məktubunun mix yazısı ilə yazılmış abidəsini ilə heykəlini görəcəyik. Santa Clara gəzintimizdən sonra Varadero -ya hərəkət edirik. Daha sonra otelə transfer olunuru. Oteldə gecələyirik.
8-ci gün VARADERO
9-cu gün VARADERO - HAVANA - İSTANBUL
Səhər yeməyindən sonra otaqları təhvil verib və bələdçimizin təyin etdiyi saatda oteldən transfer olunuruq. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava Yollarının TK 183 saylı müntəzəm səfəri ilə yerli saatla 09:15 -də İstanbul şəhərinə hərəkət edirik. Gecələmə təyyarədə.
10-cu gün İSTANBUL - BAKI
Yerli saat ilə 10:10 -da İstanbula çatırıq, sonra Türk Hava Yollarının TK 334 saylı müntəzəm səfəri ilə saat 17:05 -də Bakıya hərəkət edirik. Saat 20:55-də Bakıya çatırıq və turumuz başa çatır. Bakıya xoş gəlmisiniz.
Əlavə Turlar
Əlavə turlar qiymətə daxildir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Havana / Havana - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Havanada 4 gecə, Varaderoda 2 gecə, Trinidadda 1 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Full pansiyon qidalanma
- Günorta yeməyi daxil Havana şəhər turu
- Günorta yeməyi daxil Vinales Vadisi & Pinar del Rio & Indian Cave turu
- Günorta yeməyi daxil Cienfuegos turu
- Günorta yeməyi Santa Clara turu
- Günorta yeməyi Ernest Hemingway turu
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Otel vergiləri daxil
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 80 EURO
- Məcburi səyahət sığortası
- Muzey və xarabalıqlara giriş biletləri
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir
Alternativ Tarix və Qiymətlər
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 2629.00
- Bir Nəfər
- 3809.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 2519.00