CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Havana - Trinidad - Varadero Turu Türk Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 4 yer
    Kuba Turları > Havana Trinidad Varadero > Havana - Trinidad - Varadero Turu Türk Hava Yolları ilə 7 gecə

    Havana Trinidad Varadero Turu 2669 $ 4583 AZN 7 Gecə - 9 Gün

    26/06/2023 - 04/07/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 0ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    18 Aprel 2023





    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK 341 Bakı - İstanbul               16:55 - 19:10

    TK 183 İstanbul - Havana          02:10 - 07:45

    TK 183 Havana - İstanbul          09:10 - 08:30

    TK 340 İstanbul - Bakı               12:25 - 16:05 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - HAVANA

    Saat 06:55 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 341 / TK 183 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Havana şəhərinə hərəkət edirik. 13 saat 50 dəqiqə davam edən uçuşdan sonra yerli saat ilə 07:45 -də Beynəlxalq Jose Marti hava limanına çatırıq. Daha sonra hava limanında xüsusi nəqliyyat vasitəsi ilə qarşılandıqdan sonra şəhər turu həyata keçirəcəyik. Turumuz əsnasında UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) olan: Havana Qədim Şəhəri, Malecon Bulvarı, İnqilab Meydanı, Colomb Qəbiristanlığı, Miramar və Morro Qalası gəziləcək. Nahar yeməyimizi yerli restoranda yeyirik. Turdan sonra otelimizə transfer olunuruq və otaqlara yerləşirik.


    2-ci gün HAVANA

    Səhər yeməyindən sonra bütün gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Vinales Vadisi və Pinar del Rio turunda iştirak edə bilərlər. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) olan və dünya tərəfindən məşhur Kuba purolarının (siqar) tütünlərinin yetişdirildiyi Vinales Vadisinə hərəkət edirik. Təxminən 3 saatlıq səfərdən sonra Vinales şəhər mərkəzini, tütün tarlalarını, yerli siqar fermalarını ziyarət edəcəyik. Turumuzun davamında vadinin ortasında yerləşən restoranda günorta yeməyimizi yeyirik. Daha sonra Pinar del Rio -ya hərəkət edərək Kuba purolarının rəsmi olaraq hazırlandığı fabriklərdə siqar istehsalı və mədəniyyəti ilə yaxından tanış olacağıq. Arzu edən qonaqlarımız burada orijinal Kuba siqarlarını ala bilərlər. Daha sonra rəssam və alim Leovigildo González Morillo tərəfindən qayalar üzərində çəkilmiş tarixdən əvvəlki yaşayışı göstərən divar rəsmlərini görəcəyik (Mural de la Prehistoria). Bu gözəl şəhəri ziyarət edərkən San Visente Restoranında nahar və istirahət üçün asudə vaxt veriləcək. Bələdçimizin təyin etdəcəyi saatda otelə transfer olunuruq və oteldə gecələmə. Nahardan sonra “İndian cave” adlı mağaranı gəzəcəyik. Gün sonunda Vinales Vadisinin təpədən mənzərəsi ilə fotoşəkil çəkdirmək üçün vaxtınız olacaq. Bələdçimizin təyin etdiyi saatda Havanadakı otelə transfer olunuruq və oteldə gecələmə. Arzu edən qonaqlarımız axşam əlavə təşkil olunacaq şam yeməyi daxil Bueno Vista Şousun -da iştirak edə bilərlər.

    Turun qiyməti: Vinales Vadisi və Pinar del Rio Turu - 1 nəfər üçün 120 USD

    Turun qiyməti: Bueno Vista Show + Şam yeməyi daxil - 1 nəfər üçün 95 USD


    3-cü gün HAVANA

    Səhər yeməyindən sonra bütün gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq günorta yeməyi daxil Bənzərsiz Havana Turu təşkil olunacaq. Bu turumuza 1958-ci ilin sonunda Kuba inqilabına qədər Amerikadan idxal edilmiş, daha sonra qoyulan qadağaya istinadən bir daha ölkəyə daxil olmaq şansı olmayan və bugündə istifadə edilməkdə olan qədim Amerika avtomobilləri ilə başlayırıq. Bu rəngli avtomobillər ilə Kuba küçələrində həyata keçirəcəyimiz qısa bir gəzintidən sonra Kubanın Picassos -su olaraq bilinən Jose Fuster -in, yaşadığı dövr ərzində dekorasiya etdiyi şəkillər, seramiklər ilə bəzədilmiş açıq hava sərgisinə çevrilən məhəlləni görəcəyik. Bu gəzintidən sonra adını Fernando Hamel -dən götürən kiçik meydanda nümayiş olunan qısa rumba rəqs performansını izləyəcəyik. Daha sonra Havananı zirvədən görə biləcəyimiz Kubanın əfsanəvi qəhrəmanı Che Guevara-nın evini ziyarət edəcəyik. Nahar El Aljibe Restoranında veriləcək. Yeməkdən sonra asudə vaxt daha sonra turumuzu Havana prospektlərindən biri olan Prado prospektində davam edirik. Batista rejimi dövründə saray olaraq istifadə edilmiş, inqilabdan sonra da yerli xalqın istifadəsində olan muzey İnqilab Muzeyini gəzəcəyik. Kubanın ən böyük muzeyi olan İnqilab Muzeyində, Kuba müstəqillik döyüşündə və Kuba İnqilabı dövrlərindən qalan silahlar, tanlar və əşyalar görə bilərsiniz. Turdan sonra otelimizə qayıdırıq. Axşam arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq şam yeməyi daxil Parisien Şousun -da iştirak edə bilərlər. Oteldə gecələyirik.

    Turun qiyməti: Bənzərsiz Havana Turu (Canlı musiqi + Yemək) - 1 nəfər üçün 120 USD

    Turun qiyməti: Parisien Show + Şam yeməyi daxil - 1 nəfər üçün 95 USD


    4-cü gün HAVANA

    Səhər yeməyindən sonra bütün gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil ediləcək Hemingway Kəndi turunda iştirak edə bilərlər. Son 20 ilini Kubada yaşayan məşhur yazıçı Ernest Hemingway turuna qatıla bilərlər. Yazıçının Ambos Mundos oteldə 7 il qaldığı 511 nömrəli otağda, Havanaya 20 dəqiqəlik uzaqlıqda yerləşən kiçik bir Kuba balıqçı kəndi olan həmçinin məşhur "Qoca Balıqçı və Dəniz" romanını yazdığı və yazıçının günorta yeməyini yediyi Cojimar kəndinə gedəcəyik. ''For Whom the Bell Tolls'' romanından qazandığı pul ilə aldığı, möhtəşəm La Vigia fermasındakı evi La Finca -nı, bu gündə Hemingway muzeyi olaraq istifadə edilən evi gəzəcəyik. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.

    Turun qiyməti: Hemingway Kəndi Turu - 1 nəfər üçün 75 USD


    5-ci gün HAVANA - CIENFUEGOS - TRİNİDAD

    Səhər yeməyindən sonra Kubanın ən gözəl şəhərlərindən biri olan Cienfuegos -a hərəkət edirik. Nahar yeməyi yerli restoranda veriləcək. Nahardan sonra 1819-cu ildə fransız mühacirlər tərəfindən inşa edilən və 2005-ci ildə UNESCO tərəfindən qoruma altına alınan bu gözəl şəhəri gəzəcəyik. Jose Marti Parkını, Tomas Terri Teatrını, Colegio de San Lorenzo dövlət idarələrini ziyarət edəcəyik. Şəhəri gəzdikdən sonra Trinidad -a hərəkət edirik. Daha sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.

     

    6-cı gün TRİNİDAD - VARADERO

    Səhər yeməyindən sonra UNESCO tərəfindən qoruma altına alınan, şəkər istehsalı ilə zənginləşdirilmiş, müstəmləkə dövrü memarlıq nümunələri ilə dünyada ən yaxşı qorunan, kubalıların qürur duyduğu Trinidad şəhərini ziyarət edəcəyik. Trinidad Şəhəri gəzintisi əsnasında: rum, limon, bal və su ilə hazırlanan içki ilə məşhur olan La Canchanchara -nı dadacağıq. Turdan sonra Kuba İnqilabının ən əhəmiyyətli cəbhəsi və əfsanəvi Che -i əfsanələşdirən Santa Clara şəhərinəhərəkət edirik. Nahardan sonra şəhər turumuzda inqilabın mühüm liderləri olan əfsanəvi Komandir Che Guevara tərəfindən ələ keçirilən və Batista ordularının demək olar ki, bütün sursatlarını daşıyan zirehli qatar muzeyi parkını və müharibənin ən qaynar hissəsini keçdiyi bu gün də qədim Hilton otelində güllə izlərinin göründüyü Parque Vidalı görmək fürsətimiz olacaq. Che Guevara məqbərəsini və "El Che" -nin məşhur vida məktubunun mix yazısı ilə yazılmış abidəsini ilə heykəlini görəcəyik. Santa Clara gəzintimizdən sonra Varadero -ya hərəkət edirik. Daha sonra otelə transfer olunuru. Oteldə gecələyirik.


    7-ci gün VARADERO

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq CRUSERO DEL SOL CATAMARAN turunda iştirak edə bilərlər. Səhər saat 08:30 -da oteldən limana hərəkət edirik. 09:00-da katamaranla Cayo Blanco adası istiqamətində hərəkət edirik. Adaya gəlməzdən əvvəl delfinlərlə 15 dəqiqəlik mərcan baryerində üzmək təcrübəsi olacaq.Daha sonra adaya geçib dəniz və günəşin ləzzətini bəyaz qumlar üzərində və palma ağaclarının kölgəsi çıxardırıq. Naharımızı dəniz məhsullarından (lobster, krevet və s.) ibarət möhtəşəm açıq bufetdən istifadə edəcəyik. Bələdçimizin təyin etdiyi saatda otelə transfer olunuruq. Oteldə gecələyirik.

    Turun qiyməti: Crusero Del Sol Catamaran - 1 nəfər üçün 120 USD


    8-ci gün HAVANA - İSTANBUL

    Səhər yeməyindən sonra otaqları təhvil verib və bələdçimizin təyin etdiyi saatdahava limanına transfer olunuruq. (Səhər yeməyi paket şəklində veriləcək). Türk Hava Yollarının TK 183 saylı müntəzəm səfəri ilə yerli saatla 09:10 -da İstanbul şəhərinə hərəkət edirik.


    9-cu gün İSTANBUL - BAKI

    Yerli saat ilə 08:30 -da İstanbula çatırıq, sonra Türk Hava Yollarının TK 340 saylı müntəzəm səfəri ilə saat 12:20 -də Bakıya hərəkət edirik. Saat 16:05-də (+1) Bakıya çatırıq və turumuz başa çatır. Bakıya xoş gəlmisiniz.

    Əlavə Turlar

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    MELIA HABANA HOTEL (HAVANA)

    MEMORIES TRINIDAD DEL MAR HOTEL (TRINIDAD)

    MELIA PENINSULA HOTEL (VARADERO)

    QİYMƏTƏ DAXİLDİR

    -     Türk Hava Yolları ilə Bakı - İstanbul - Havana / Havana - İstanbul - Bakı  ekonom sinif aviabileti

    -     Aeroport yığımları və digər vergilər

    -     Hava limanı - otel - hava limanı transferləri

    -     Xüsusi avtobus ilə şəhərlər arası nəqliyyat xidməti

    -     Qeyd olunan kateqoriyalı otellərdə Havanada 4 gecə, Varaderoda 2 gecə, Trinidadda 1 gecə olmaqla ümumi 7 gecə gecələmək

    -     Full pansiyon qidalanma

    -     Günorta yeməyi daxil panoramlı Havana şəhər turu (1 ədəd içki daxil)

    -     Yolüstü Cienfuegos və Santa Clara Turları əsnasında günorta yeməyi (1 ədəd içki daxil)

    -     Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -     Məcburi səyahət sığortası

          -     Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -     Viza rüsumu - 55 EURO 

     

    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    ***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    ***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    ***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    ***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Havana - Trinidad - Varadero Turu Türk Hava Yolları ilə 7 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 2669.00
    Valyuta: USD
    26/06/2023-04/07/2023
    4* OTEL
    Əlavə Yataq
    2669.00
    Bir Nəfər
    3849.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 2549.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel