TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
14 Aprel 2023
14 May 2023
26 İyun 2023
25 Oktyabr 2023
15 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 335 Bakı - İstanbul 21:55 - 00:05 (+1)
TK 1393 İstanbul - Kataniya 06:55 - 08:10
TK 1396 Kataniya - İstanbul 19:15 - 23:35
TK 332 İstanbul - Bakı 07:15 - 10:55
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - KATANIYA - PALERMO
Axşam saat 21:55-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 / TK 1393 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Kataniya şəhərinə hərəkət edirik. Yerli saat ilə 08:10-da Kataniya şəhərinə çatdıqdan sonra 3 saatlıq məsafədə yerləşən Palemoya transfer olunuruq. Palermo şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: San Giovanni Katedrali, Politeama Meydanı, Palazzo Normanni, Quattro Canti Meydanı, Via Roma və Via Liberta Prospektləri görəcəyimiz yerlər arasındadır. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq, otaqlara yerləşirik və asudə vaxt. Oteldə gecələyirik.
2-ci GÜN PALERMO
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Monreale və Cefalu Balıqçı qəsəbəsi turu təşkil olunacaq. Palermo şəhərindən 7 km uzaqlıqda yerləşən Conca D'ora vadisi Monrealda 12 yüzildə inşa olunmuş Ərəb, Bizans və Norman arxitektura tərzlərinin qarışığı olan və mozaik bəzəkləriylə məşhur Monreal Katedralı, Norman sarayı görüləcək yerlər arasındadır. Monrealdan sonra Tiran dənizinin sahilində tipik bir balıqçı qəsəbəsi olan Cefaluyaya hərəkət edirik. Dəniz sahilində qayaların içində inşa edilmiş evləri ilə məşhur olan bu şirin qəsəbədə Katedral Meydanı, Tarixi camaşırxana və Balıqçılar qapısını ziyarət edəcəyik. Daha sonra Cefalu qəsəbəsinin özünə xas küçələrində piyada gəzəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
3-cü GÜN PALERMO - KATANIYA
Səhər yeməyindən sonra otaqları təhvil verib Kataniya şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra panoramlı Kataniya şəhər turunda: Duomo Katedrali, Fontana Dell’elefante, Pizza Republica və Etna Prospekti görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Siracusa turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq, otaqlara yerləşirik və asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün KATANIYA (ETNA - TAORMINA)
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Etna və Taormina turunda iştirak edə bilərlər. Bu turumuzda Avropanın ən aktiv vulkanlarından biri olan Etna vulkanı və İtalyanın ən gözəl turizm mərkəzlərindən olan Taorminayı görəcəyik. Bu turu qaçırmamağınızı tövsiyyə edirik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
5-ci gün KATANİYA - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra ən gec saat 10:00 qədər otaqların təhvil verilməsi. Daha sonra bələdçimizin təyin etdiyi saatda hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1396 / TK 332 saylı müntəzəm səfəri ilə saat 19:15-də İstanbul şəhərinə ordan da Bakıya hərəkət edirik. Saat 10:55 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
MONREALE - CEFALU BALIQÇI QƏSƏBƏSI TURU
Palermoya şəhərindən 7 km uzaqlıqda yerləşən Conca D'ora vadisi Monreal şəhərində 12 yüzildə inşa olunmuş Ərəb, Bizans və Norman arxitektura tərzlərinin qarışığı olan və mozaik bəzəkləriylə məşhur Monreal Katedralı, Norman sarayı görüləcək yerlər arasındadır. Monrealdan sonra Tiran dənizinin sahilində tipik bir balıqçı qəsəbəsi olan Cefaluyaya hərəkət edirik. Dəniz sahilində qayaların içində inşa edilmiş evləri ilə məşhur olan bu şirin qəsəbədə Katedral Meydanı, Tarixi camaşırxana və balıqçılar qapısını ziyarət edirik. Məhşur Duomo Del Cristo Pantocratore kilsəsini və II-ci Kral Ruggero igamətgahını Ostereo Magnonu ziyarət edəcəyik. Daha sonra Cefalu qəsəbəsinin özünə xas küçələrində piyada gəzəcəyik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 30 EUR)
SIRACUSA TURU
Kataniyanın 55 km cənubda yerləşən, qədim Yunan sivilizasiyasının ən əhəmiyyətli şəhər dövləti olan Siracusada arxeoloji park gəzintimizdə: Yunan Teatrı, Dennysos Mağarası, Eden bağı və Roma amfiteatrını ziyarət edəcəyik. Daha sonra Ortigia adasının cazibədar küçələrində vaxtı keçirib, hər biri bir-birindən özəl, kiçik restoranlarında Aralıq dənizi ləzzətlərini dadırıq.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti + Giriş bileti
Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 35 EUR)
KATANIYA / ETNA & TAORMINA TURU
Avropanın ən aktiv vulkanlarından biri olan Etna vulkanı və İtalyanın ən gözəl turizm mərkəzlərindən olan Taorminayı görəcəyik. Bu turu qaçırmamağınızı tövsiyə edirik.
Turun qiyməti : 1 nəfər üçün 85 EUR (07-12 yaş üçün 45 EUR)
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Kataniya - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Lyuks avtobus ilə Kataniya, Palermo nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Kataniyada 2 gecə, Palermoda 2 gecə olmaqla ümumi 4 gecə gecələmək
- Səhər yeməyi
- Kataniya və Palermo şəhərlərində panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** Kataniya Napoli arası uçuş turu ləvğ etdiyiniz zaman dəyişdirilmir və geri qaytarılmır.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün”turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı-otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
Siciliya Türk Hava Yolları ilə 4 gecə
Son 3 yer3* OTEL
- Əlavə Yataq
- 1179.00
- Bir Nəfər
- 1419.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1099.00
Siciliya Türk Hava Yolları ilə 4 gecə
Son 3 yer4* OTEL
- Əlavə Yataq
- 1249.00
- Bir Nəfər
- 1489.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1169.00