CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Siciliya Türk Hava Yolları ilə 4 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Mövcud yer 7+
    İtaliya Turları > Siciliya > Siciliya Türk Hava Yolları ilə 4 gecə

    Siciliya Turu 1179 € 2195 AZN 4 Gecə - 5 Gün

    25/10/2023 - 29/10/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 15ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    14 Aprel 2023

    14 May 2023

    26 İyun 2023

    25 Oktyabr 2023

    15 Noyabr 2023


    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  335   Bakı - İstanbul                  21:55 - 00:05 (+1)

    TK 1393  İstanbul - Kataniya           06:55 - 08:10

    TK 1396  Kataniya - İstanbul           19:15 - 23:35

    TK  332   İstanbul - Bakı                  07:15 - 10:55 

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - KATANIYA - PALERMO

    Axşam saat 21:55-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 / TK 1393 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Kataniya şəhərinə hərəkət edirik. Yerli saat ilə 08:10-da Kataniya şəhərinə çatdıqdan sonra 3 saatlıq məsafədə yerləşən Palemoya transfer olunuruq. Palermo şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: San Giovanni Katedrali, Politeama Meydanı, Palazzo Normanni, Quattro Canti Meydanı, Via Roma və Via Liberta Prospektləri görəcəyimiz yerlər arasındadır. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq, otaqlara yerləşirik və asudə vaxt. Oteldə gecələyirik.


    2-ci GÜN PALERMO 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Monreale və Cefalu Balıqçı qəsəbəsi turu təşkil olunacaq. Palermo şəhərindən 7 km uzaqlıqda yerləşən Conca D'ora vadisi Monrealda 12 yüzildə inşa olunmuş Ərəb, Bizans və Norman arxitektura tərzlərinin qarışığı olan və mozaik bəzəkləriylə məşhur Monreal Katedralı, Norman sarayı görüləcək yerlər arasındadır. Monrealdan sonra Tiran dənizinin sahilində tipik bir balıqçı qəsəbəsi olan Cefaluyaya hərəkət edirik. Dəniz sahilində qayaların içində inşa edilmiş evləri ilə məşhur olan bu şirin qəsəbədə Katedral Meydanı, Tarixi camaşırxana və Balıqçılar qapısını ziyarət edəcəyik. Daha sonra Cefalu qəsəbəsinin özünə xas küçələrində piyada gəzəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.


    3-cü GÜN PALERMO - KATANIYA

    Səhər yeməyindən sonra otaqları təhvil verib Kataniya şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra panoramlı Kataniya şəhər turunda: Duomo Katedrali, Fontana Dell’elefante, Pizza Republica və Etna Prospekti görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Siracusa turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq, otaqlara yerləşirik və asudə vaxt. Oteldə gecələyirik.


    4-cü gün KATANIYA (ETNA - TAORMINA)

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Etna və Taormina turunda iştirak edə bilərlər. Bu turumuzda Avropanın ən aktiv vulkanlarından biri olan Etna vulkanı və İtalyanın ən gözəl turizm mərkəzlərindən olan Taorminayı görəcəyik. Bu turu qaçırmamağınızı tövsiyyə edirik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.


    5-ci gün KATANİYA - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra ən gec saat 10:00 qədər otaqların təhvil verilməsi. Daha sonra bələdçimizin təyin etdiyi saatda hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport  proseduralarından sonra Türk Hava Yollarının TK 1396 / TK 332 saylı müntəzəm səfəri ilə saat 19:15-də İstanbul şəhərinə ordan da Bakıya hərəkət edirik. Saat 10:55 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.

    Əlavə Turlar


    MONREALE - CEFALU BALIQÇI QƏSƏBƏSI TURU

    Palermoya şəhərindən 7 km uzaqlıqda yerləşən Conca D'ora vadisi Monreal şəhərində 12 yüzildə inşa olunmuş Ərəb, Bizans və Norman arxitektura tərzlərinin qarışığı olan və mozaik bəzəkləriylə məşhur Monreal Katedralı, Norman sarayı görüləcək yerlər arasındadır. Monrealdan sonra Tiran dənizinin sahilində tipik bir balıqçı qəsəbəsi olan Cefaluyaya hərəkət edirik. Dəniz sahilində qayaların içində inşa edilmiş evləri ilə məşhur olan bu şirin qəsəbədə Katedral Meydanı, Tarixi camaşırxana və balıqçılar qapısını ziyarət edirik. Məhşur Duomo Del Cristo Pantocratore kilsəsini və II-ci Kral Ruggero igamətgahını Ostereo Magnonu ziyarət edəcəyik. Daha sonra Cefalu qəsəbəsinin özünə xas küçələrində piyada  gəzəcəyik.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 30 EUR)


    SIRACUSA TURU

    Kataniyanın 55 km cənubda yerləşən, qədim Yunan sivilizasiyasının ən əhəmiyyətli şəhər dövləti olan Siracusada arxeoloji park gəzintimizdə: Yunan Teatrı, Dennysos Mağarası, Eden bağı və Roma amfiteatrını ziyarət edəcəyik. Daha sonra Ortigia adasının cazibədar küçələrində vaxtı keçirib, hər biri bir-birindən özəl, kiçik restoranlarında Aralıq dənizi ləzzətlərini dadırıq.

    Tura daxildir : Nəqliyyat  xidməti + Bələdçilik xidməti + Giriş bileti

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 35 EUR)


    KATANIYA / ETNA & TAORMINA TURU

    Avropanın ən aktiv vulkanlarından biri olan Etna vulkanı və İtalyanın ən gözəl turizm mərkəzlərindən olan Taorminayı görəcəyik. Bu turu qaçırmamağınızı tövsiyə edirik.

    Turun qiyməti : 1 nəfər üçün 85 EUR (07-12 yaş üçün 45 EUR)

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    OGNINA HOTEL (KATANIYA)

    B&B HOTEL PALERMO (PALERMO)

    QİYMƏTƏ DAXİLDİR

    -   Türk Hava Yolları ilə Bakı - İstanbul - Kataniya - İstanbul - Bakı ekonom sinif aviabileti 

    -    Aeroport yığımları və digər vergilər

    -    Hava limanı - otel - hava limanı transferləri

    -    Lyuks avtobus ilə Kataniya, Palermo nəqliyyat xidməti

    -    Qeyd olunan kateqoriyalı otellərdə Kataniyada 2 gecə, Palermoda 2 gecə olmaqla ümumi 4 gecə gecələmək

    -    Səhər yeməyi

    -    Kataniya və Palermo şəhərlərində panoramlı şəhər turları

    -    Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -    Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -    Viza rüsumu - 35 EURO

    -    Səyahət sığortası


    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** Kataniya Napoli arası uçuş turu ləvğ etdiyiniz zaman dəyişdirilmir və geri qaytarılmır.

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün”turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı-otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD :  Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Siciliya Türk Hava Yolları ilə 4 gecə

    2 Nəfərlik Otaqda 1 Nəfər: 1179.00
    Valyuta: EUR
    25/10/2023-29/10/2023
    3* OTEL
    Əlavə Yataq
    1179.00
    Bir Nəfər
    1419.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1099.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Siciliya Türk Hava Yolları ilə 4 gecə

    Son 5 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1249.00
    Valyuta: EUR
    25/10/2023-29/10/2023
    4* OTEL
    Əlavə Yataq
    1249.00
    Bir Nəfər
    1489.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1169.00
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Leyla Kerimli 2017-08-28 15:56:52
    Hər şey çoox gözəl idi. İtalyanı bu qədər gözəl gəzmıyimizdə bizə kömək etdiyiniz üçün Casablanca travelə və tur rəhbərimiz Ceren xanıma çoox təşəkkür edirik. Hər şey yüksək səviyyədə idi. Viza müddətində bizə kömək edib, yaxından maraqlanan Casablanca kollektivinə də minnətdarıq
    Elvira Hajiyeva 2017-04-20 17:09:09
    Дорогие сотрудники Casablanca travel! Я сердечно благодарю вас за прекрасно проведенные итальянские каникулы. Вы мне дали возможность реализовать мою мечту, посетить эту прекрасную страну Древней цивилизации, которая не утратила свой древний калорит. Я посетила Италию в период 01.04.17-08.04.17, эта поездка надолго останется в моей памяти. За эти 7 дней, благодаря нашему гиду (отдельная благодарность Гексель бею), который рассказывал прекрасные рассказы и факты, наша поездка стала еще интереснее, именно этот тур позволил увидеть всю красоту и античность Рима, попасть в ауру старого Помпея, увидеть неповтримость Флоренции, шик Милана и культурные ценности Венеции. Я могла бы многое описать, но лучше, один раз увидеть,чем сто раз услышать, Это того Стоит.Спасибо дорогие мои Casablanca Travel (девочки -Aysel,Huri,Ziba, и конечно,Хаял муаллим) Иншаллах, Вы и дальше будете радовать нас такими прекрасными турами по всему миру Удачи всем!!!
    Roza Fəxrətova 2016-09-23 10:21:59
    1-5 iyun 2016 tarixlərində həyata keçirilən Roma Florensiya Venesiya turu haqqında təəssüratlarımı burada sizlərlə paylaşmaq istəyirəm. Əvvəla xaricə ilk səfərim olacağından çox həyəcanlı idim. Daha əvvəl viza müraciətində rədd aldığım üçün ayrıca çox narahat idim. Casablanca Travel əməkdaşlarının düzgün istiqamətləndirmələri və proses boyunca yaxından maraqlanmarı sayəsində rahat şəkildə vizamı əldə etdim. Viza prosesinə görə belə Casablanca Travel personalı alqışa layiqdir. Tur proqramının fikirləşdiyimdən qat-qat daha yaxşı keçdiyini deyə bilərəm. Hava limanında qarşılama, tur haqqında ətraflı məlumatlandırma, otellər, zəngin səhər yeməkləri, bələdçimizin yemə-içmə, hədiyyəlik əşya alma mövzusunda istiqamətləndirməsi və s. sadəcə indi ağlıma gələnlərdən bəziləridir. Əksikliklər, çatışmamazlıqlar yox idi? Əlbətdə ki, var idi. Ancaq bələdçimizin səbrli davranışı və qrupu çox gözəl idarə etməsi bu çatışmamazlıqları da minimum səviyyəyə endirirdi. Hər kəsə tövsiyyə edirəm. Bu gözəl tur üçün Casablanca Travel-ə təşəkkür edirəm.
    Məleykə İbrahimova 2016-04-23 15:57:38
    12.03.2016 - 19.03.2016 tarixlərində təklif etdiyiniz İtaliya-Vera turunda iştirak etdim. Düzü tur seçərkən tam olaraq bir yer yox idi ağlımda. Əmədaşınız bu turu təklif etdi və onun məsləhəti ilə turu seçdim. Tur haqqında fikrimi qısacası bele ifadə edə bilərəm ki, ikinci dəfə İtaliyaya getmək istəməyimə səbəb yaradacaq qədər möhtəşəm oldu. Yüksək xidmətləriniz və tur boyu mənimlə bərabər digər qrup üzvləri ilə əlaqə saxlayıb diqqət göstərməyiniz xidmətlərinizə bələd olmadığım şirkətinizdən çox razı qalmağıma əsas verdi. Çox sağ olun! Həmişə belə gözəl və keyfiyyətli xidmət göstərməyiniz diləyi ilə!
    Ayşən Agazadə 2016-04-23 15:46:49
    20.09.2015-27.09.2015 tarixlərində keçirdiyiniz Böyük İtaliya turundan elə böyük təssüratlarla qayıtdım. İştirahət etmək arzusunda olan insanlara düşünmədən bu turu məsləhət bilərəm. Təşəkkürlər Casablanca Travel.
    Nargiz Mammadova 2016-04-23 15:41:18
    23.012.2015- 27.12.2015 tarixlərində təşkilatçılığınızla baş tutan Roma-Florensiya-Venesiya turunda iştirak etdik. Qiymətlə xidməti müqayisə etdikdə belə bir qiymətə göstərilən məhdudsuz xidmətlər bizi həqiqətən də məmnun etdi. Sizin kimi işini düzgün və dəqiq yerinə yetirə bilən şirkətə rast gəldiyimiz üçün şad olduq. Gələcək fəaliyyətlərinizdə uğurlar.
    Rafael Axundov 2015-12-15 15:35:28
    8-15 noyabr tarixlərində İtaliya Aksiya turunda iştirak elədik. Hər şey bizə vəd edildiyindəndə yüksək səviyyədə keçti. Rəhbərimiz Göksel Göksaya və Casablanca Travelə təşəkkürlər.
    Ruqiyyə Musayeva 2015-10-14 09:56:07
    04-11 sentyabr tarixli İtaliya Aksiya turunda qızım və qızımın rəfiqəsi ilə birlikdə iştirak etdik. İlk başda çox tərəddütlərim var idi. Ancaq turun ilk günündən sonra tərəddütlərimin yersiz olduğunu başa düşdüm. Tur çox gözəl təşkil olunmuşdu və qonaqların rahatlığı və məmnuniyyəti üçün heç bir şey əsirgənməmişdi. Çox gözəl tur və gözəl bir tətil oldu bizim üçün. Gözəl təşkilatçılıqdan ötrü və vəd olunandan da çoxunu bizə yaşadan Casablanca Travel ailəsinə dərin təşəkkürümü bildirirəm. Sizlərə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Növbəti turlarda görüşmək ümidi ilə...
    IRADE CEFEROVA 2015-09-27 20:16:21
    men novruz bayrami tetillerinde Italiya Vera turunda istirak etdim.seyahetimden cox razi gaidim, xususile Pinar xanimin rehberliyinden ve turun programindan.sadece Turkiye uzerinden ucmag bir geder yorucu olur.buna baxmayarag turumdan memnun galdim.TESEKKURLER CASA BLANCA
    Elxan Məmmədov 2015-09-09 15:53:00
    23-30 avqust 2015 tarixləri arasında qatıldığım Böyük İtaliya turu adına yaraşan "Böyüklük"də sevinc və həyəcanı bir arada yaşatdı mənə. Tarixin fərqli zamanlarını özündə əks etdirən bu gözəl ölkəni dillə ifadə etmək çox çətin olduğu üçün arzu edənlərə buranı mütləq və mütləq gözləri ilə görməyi məsləhət görərdim. Bu ölkənin füsunkar təbiətinin yamyaşıl çalarları təkrar olunmaz tarixi abidələrini sanki qucaqlayaraq möhtəşəm bir harmoniya yaratmışdır. Venesiyada dəniz sularının yuduğu iç-içə keçən dar küçələrin insanı əfsunlayan gücündənmi, yoxsa Toskananın incisi sayılan Florensiyanı ikiyə ayıran Arno çayının ətarında birbirilə yarışırcasına düzülən tarixi evlərin və körpülərin gözəlliyindənmi, yoxsa bu şəhərin simvoluna çevrilmiş Santa Mariya del Fiore kilsəsinin əzəmətindənmi, ya da San Gimignano, Siena kimi orta əsr şəhərlərinin günümüzədək içində italyan ailələrin yaşadığı 800-900 illik evlərinin, meydanlarının möhtəşəmliyindənmi, yoxsa əbədi şəhər Romanın bağıra bağıra TARİXİN ÖZÜ MƏNƏM dediyi küçələrinin, meydanlarının baş döndərən tilsimindənmi yazsam...... Bunlar daha yazının ən yalın halını əks etdirən sözlərdir. Bir sözlə :) tarixi sevən hər kəsi bu BÖYÜK tura qatılmağa çağırır, burdakı gözəllikləri bizə yaşadan Casablanca Travel əməkdaşlarına sonsuz təşəkkür edirəm.
    Xumra Axundova 2015-09-03 10:56:36
    Casablanca travel-in peshekar kollektivine Italia Vera turunun yuksek seviyyede teskilinden dolayi derin teşekkürümü bildirirem. Şimaldan-Cenuba, Şerqden -Qerbe Italiyani keshf etmek shansini qazandiq.
    Zeynəb Həmidli 2015-06-25 13:15:33
    27 mart - 3 aprel 2015 tarixlərində İtaliya Vera turunda iştirak elədik. Əla bir tətil oldu bizim üçün. Hava limanında qarşılamaqdan transferlərə, avtobus nəqliyyat xidmətindən bələdçimizə, otellərdən qruplardakı digər qonaqlara və bütün təşkilatçılıq çox yüksək səviyyədə idi. Belə bir təşkilatçılıq üçün və hər şey üçün təşəkkürlər sizə - Casablanca Travel.
    Xədicə Aslanova 2015-06-25 13:10:40
    Salamlar. 25 aprel - 2 may 2015 tarixlərində iştirak etdiyimiz İtaliya turundan çox razı qadıq. Tur ilə və qrup ilə səyahətin əhəmiyyətini bu turda çox yaxşı başa düşdüm. Çox sağolun. Həmişə "İtaliya" deyiləndə ilk ağlıma Casablanca Travel və bələdçimiz Fırat Alagöz gələcək. Başqa turlarda görüşmək ümidi ilə...
    Mehbarə Əsədova 2015-06-25 12:45:06
    Salamlar. 23-30 may tarixlərində Böyük İtaliya turuna qatıldım və bir müştəri olaraq çox razı qaldım. İtaliya çox əhəmiyyətli bir ölkədir və fürsəti olan hər bir kəsin bu ölkəni görüb gəzməyi lazımdır deyə düşünürəm. Bu turda bizə dərin biliyi və məlumatları ilə unudulmaz bir tur yaşadan tur bələdçimiz Fırat Alagöz bəyə təşəkkür edirəm. Onun bizə dediyi kimi : " Venesiya kanalları arasında itmədiqcə, Toscana ovasının yaşıllığını görmədiqcə,Romanın və Vatikanın sirrli dərinlikləri ruhunuzu oxşamadıqca, Napolinin dar küçələrində gəzib-dolaşmadıqca İtaliyada olduğunuzu iddia edə bilməzsiniz!" Hər şey üçün təşəkkürlər Casablanca Travel.
    İmran Cahangirov 2015-06-25 12:32:06
    Hörmətli Casablanca Travel. Dostumla bir yerdə Böyük İtaliya turunda iştirak etdik. Gedməmişdən əvvəl ağlımda bəzi suallar və tərəddütlər var idi. Ancaq tura qatıldıqdan sonra bunların hamısının yersiz olduğunu gördüm. İtaliya kimi möhtəşəm bir coğrafiyaya sahib olan bir ölkəni gəzmək istəyirsinizsə ilk və tək ünvanınız Casablanca Travel olmalıdır. Xüsusilə avtobus ilə şəhərlər arası yolçuluq vaxtı çox gözəl yerləri görürsünüz. Yaşıl təbiət, şəhərlər, qəsəbələr, kəndlər hər şey möhtəşəm idi. Mənim ən çox Florensiya xoşuma gəldi. Casablanca Travel-ə və xüsusilə tur rəhbərimiz Fırat Alagözə sonsuz təşəkkürümü bildirirəm.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel