TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
21 Mart 2023
11 - 17 - 19 Aprel 2023
2 May 2023
5 - 25 İyun 2023
3 - 4 - 11 - 16 - 18 - 25 İyul 2023
8 - 15 - 22 - 29 Avqust 2023
5 - 12 - 19 - 26 Sentyabr 2023
2 - 17 - 24 Oktyabr 2023
12 - 14 Noyabr 2023
5 - 11 Dekabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 337 Bakı - İstanbul 04:10 - 06:25
TK 1321 İstanbul - Boloniya 09:25 - 10:00
TK 1866 Roma - İstanbul 14:30 - 19:05
TK 336 İstanbul - Bakı 22:00 - 01:50 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BOLONİYA - VENESİYA
Səhər saat 04:10-da Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Türk Hava Yollarının TK 1321 saylı müntəzəm səfəri ilə saat 09:25-də Boloniya şəhərinə hərəkət edirik. Yerli vaxt ilə saat 10:00-da Venesiyaya hərəkət edirik. Tronchetto meydanına çatdıqdan sonra burada iştirak edəcəyimiz panoramlı şəhər turunda San Marco Katedralı (San Marco Cathedral) və San Marco Meydanı (San Marco Square), Dukal Sarayı (Palazzo Ducale), Grande Kanalı (Canale Grande), Rialto Körpüsü (Rialto Bridge) və digər əhəmiyyətli yerləri gəzirik. Arzu edən qonaqlarımız əlavə Qondol (qayıq) turunda iştirak edə bilərlər. Tur başa çatdıqdn sonra otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün VENESİYA - FLORENSİYA - MONTECATİNİ
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Venesiya şəhərinə hərəkət edirik. Yolüstü təşkil olunacaq əlavə Ferrera turunda iştirak edə bilərlər. Şəhər turunda: Duomo kilsəsi (Santa Maria Del Fiore), Vəftiz otağı (Baptistery), Qədim Saray (Pitti Palace), Qədim Körpü (Ponte Vecchio), Signoria Meydanı (Piazza dello Signoria) gəzəcəyik. Tur başa çatdıqdn sonra otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
3-cü gün MONTECATİNİ
Səhər yeməyindən sonra asudə vaxt, şəhər mərkəzində alış-veriş fürsəti. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq turda Toscana bölgəsinin məşhur qəsəbə və şəhərlərindən Siena, San Gimignano və Piza-nı gəzə bilərlər. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq oteldə gecələyirik.
4-cü gün MONTECATİNİ - ROMA
Səhər yeməyindən sonra paytaxt Roma şəhərinə hərəkət edirik. Roma şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia, Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum), Imperial Forum (Imperial Forum), Via del Corso küçəsi (Via del Corso), Sirk Maximus (Circus Maximus) və digər əhəmiyyətli yerləri gəzirik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq axşam yeməyi də daxil olan Roma Gecə turu təşkil olunacaqdır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
5-ci gün ROMA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız bütün qrupun iştirakı ilə əlavə olaraq təşkil olunacaq Dağ Kəndləri turunda iştirak edə bilərlər. Günortadan sonra arzu edən qonaqlarımız üçün əlavə olaraq Qədim Roma və Vatikan turu təşkil ediləcəkdir. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
6-cı ROMA - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqların təhvil verilməsi və asudə vaxt. Daha sonra bələdçimizin təyin etdiyi saatda Roma hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1866 saylı müntəzəm səfəri ilə saat 14:30-da İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 22:00-da Türk Hava Yollarının TK 336 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 01:50 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)
DAĞ KƏNDLƏRİ TURU
Turumuzun ilk dayanacağı Papan-ın yazlıq sarayının olduğu Castel Gondolfo olacaqdır. Daha sonra Roma yaxınlığında, bir göl sahilində olan və İtalyan varlılarınn da evlərinin olduğu Nəmi kəndinə gedirik. Bölgənin məşhur dağ çiyələklərindən düzəldilmiş piroqlarını yedikdən sonra sərbəst zamanımızda kənddə gəzərək dağ çiyələklərindən düzəldilmiş bir çox məhsulları alma fürsətimiz olacaqdır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti + Piroq
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 25 EUR)
FERRARA TURU
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 30 EUR (07-12 yaş üçün 15 EUR)
PIZA & SIENA & SAN GIMIGNANO TURU
İtaliyanın ən əhəmiyyətli simvollarından biri olan, 5.5 metr əyilməyinə baxmayaraq indiyənədək aşmayan məşhur Piza gülləsini görəcəyik. Daha sonra İtaliyanın ən tipik qəsəbələrindən biri olan dünyaca məşhur Palio yarışlarının keçirildiyi və Orta Əsrlər zamanının indiki zamana ən gözəl bir şəkildə əks olunduğu Siena şəhərini gəzəcəyik. Roma İmperiyası vaxtında təpədə yerləşdiyi üçün qarnizon kimi istifadə olunan bu şirin, ətrafı sularla əhatə olunmuş şəhəri gəzirik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)
QONDOL TURU
Venesiya şəhərində qondol (kürəkli qayıq) ilə kanalda gəzmək fürsəti. (Ən az 6 nəfərin iştirakı ilə həyata keçirilir).
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 25 EUR)
QƏDİM ROMA VƏ VATİKAN TURU
Italiyanın ən gözəl şəhərlərindən olan piyada həyata keçirəcəyimiz panoramlı Roma şəhər turu ərəfəsində Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia, Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum) gəziləcək yerlərdən bəziləridir. Daha sonra Venesiya meydanına gəlib ara küçələrdən keçərək Pantheona çıxacağıq. Pantheonun içini ziyarət etdikdən sonra Vatikana hərəkət edəcəyik. Müqəddəs Mələk qalası və Romanın məşhur körpüləridən sonra Vatikanın Bernini Meydanında turumuz sona çatacaqdır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR)
ROMA GECƏ TURU
Roma şəhərini bir də işıqlandırılmış halda görə biləcəyimiz Romanın ən dəbdəbəli meydanlarında vaxt keçirəcəksiniz və Roma gecələrinin ləzzətini yaşayacaqsınız.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 15 EUR)
***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Bolonya/ Roma - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Lyuks avtobus ilə Venesiya, Florensiya, Roma şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Venesiyada (San Dona vəya Noventa bölgəsində) 1 gecə, Florensiyada (Montecatini bölgəsində) 2 gecə, Romada 2 gecə olmaqla ümumi 5 gecə gecələmək
- Kontinenal səhər yeməyi
- Venesiya, Florensiya və Roma şəhərlərində panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Venesiyada vaperetto bileti (su taksisi)
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1089.00
- Bir Nəfər
- 1309.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1019.00