TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
3 Aprel 2023
13 May 2023
24 İyun 2023
13 Avqust 2023
24 Sentyabr 2023
15 Oktyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 337 Bakı - İstanbul 02:35 - 04:50
TK 1861 İstanbul - Roma 08:20 - 10:00
TK 1876 Milan - İstanbul 19:55 - 23:50
TK 332 İstanbul - Bakı 07:05 - 10:45 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - ROMA
Səhər saat 02:35-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Türk Hava Yollarının TK 1861 saylı müntəzəm səfəri ilə saat 08:20-də Roma şəhərinə hərəkət edirik. Yerli vaxt ilə saat 10:00-da Roma şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia, Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum), Imperial Forum (Imperial Forum), Via del Corso küçəsi (Via del Corso), Sirk Maximus (Circus Maximus) və digər əhəmiyyətli yerləri gəzirik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq axşam yeməyi də daxil olan Roma Gecə turu təşkil olunacaqdır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün ROMA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Dağ Kəndləri turu təşkil olunacaqdır. Günorta yeməyindən sonra arzu edən qonaqlarımız üçün əlavə Qədim Roma və Vatikan turu təşkil olunacaqdır. Turda Avropa Mədəniyyətini formalaşdıran, 23 əsrlik tarixə şahidlik edən imperator şəhəri Romada, ilk olaraq şəhərin simvoluna çevrilən və Roma İmperiyası boyunca qladiator döyüşlərinə ev sahibliyi edən qədim teatr Kolizeyi və imperiya zamanı şəhərin mərasim mərkəzi olan Roma Forumunu ziyarət edəcəyik. Turdan sonra asudə vaxt. Daha sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün ROMA - FLORENSIYA - MONTECATINI
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Florensiyaya hərəkət edirik. İntibah dövrünün (Renesans) beşiyi olan Florensiyada panoramlı şəhər turunda iştirak edirik. Şəhər turunda Duomo kilsəsi (Santa Maria Del Fiore), Vəftiz otağı (Baptistery), Qədim Saray (Pitti Palace), Qədim Körpü (Ponte Vecchio), Signoria Meydanı (Piazza dello Signoria) və digər əhəmiyyətli yerləri görəcəyik. Tur başa çatdıqdan sonra Montecatinidə yerləşən otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün MONTECATİNİ
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq turda Toscana bölgəsinin məşhur qəsəbə və şəhərlərindən San Gimignano, Siena və Piza-nı gəzə bilərlər. Gəzintidən sonra otelimizə geri qayıdırıq və otelimizdə gecələyirik.
5-ci gün MONTECATİNİ - VENESİYA
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Venesiya şəhərinə hərəkət edirik. Yolüstü təşkil olunacaq əlavə Ferrera turunda iştirak edə bilərlər. Gondollar (kürəkli qayıq) şəhəri olan Venesiyaya çatdıqdan sonra burada iştirak edəcəyimiz panoramlı şəhər turunda San Marco Katedralı (San Marco Cathedral) və San Marco Meydanı (San Marco Square), Dukal Sarayı (Palazzo Ducale), Grande Kanalı (Canale Grande), Köks ötürmə körpüsü (Bridge of Sighs, Ponte dei Sospiri) və Rialto Körpüsü (Rialto Bridge) və digər əhəmiyyətli yerləri gəzirik. Arzu edən qonaqlarımız əlavə Qondol (qayıq) gəzintisində iştirak edə bilərlər. Tur başa çatdıqdn sonra Padova şəhərində yerləşən otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
6-cı gün VENESİYA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Slovenya turunda iştirak edə bilərlər. Turun ilk mərhələsində bir çox şerə ilham qaynağı olmuş Bled gölünü ziyarət edirik. Turumuz keçmiş Yuqoslaviyanın əsas şəhərlərindən biri olan, Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə davam edəcəkdir. Turumuz başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün VENESİYA - MİLAN
Səhər yeməyindən sonra otaqları təhvil verib Milan şəhərinə hərəkət edirik. Milan şəhərinə çatdıqdan sonra panoramlı Milan şəhər turunda: Galleria, Duomo katedralı, Scala Meydanı, Fortezza və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Arzu edən qonaqlarımız əlavə olaraq Komo gölü turu təşkil olunacaqdır. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
8-ci gün MİLAN - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqların təhvil verilməsi və asudə vaxt. Bələdçimizin təyin edəcəyi bir saatda Bergamo Hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1876 saylı müntəzəm səfəri ilə saat 19:55 -də İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 07:05 -də Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 10:45 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)
BLED GÖLÜ, LYUBLYANA TURU (SLOVENİYA)
Turumuzun ilk dayanacağı bir çox şerə ilham qaynağı olmuş Bled gölüdür. Gəzintimiz keçmiş Yuqoslaviyanın güclü şəhərlərindən biri olan, Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə davam edəcəkdir. Avstriyanın memarlıq mədəniyyəti və arxitekturası ilə yoğrulmuş bu gözəl tələbə şəhərini gəzdikdən sonra təkrar İtaliyaya geri dönürük.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)
KOMO GÖLÜ TURU
İtaliyanın şimalında yerləşən və 3 -cü böyük gölü olan Komo gölünün insanı ovsunlayan mənzərəsini seyr edərkən, bir yandan da gölün sahilində yerləşən məhşurların malikanələrini görəcəyik. (Gəmi turu daxildir)
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Komo gölündə gəmi turu
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR)
QONDOL TURU
Venesiya şəhərində qondol (kürəkli qayıq) ilə kanalda gəzmək fürsəti. (Ən az 6 nəfərin iştirakı ilə həyata keçirilir).
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 25 EUR)
PIZA & SIENA & SAN GIMIGNANO TURU
İtaliyanın ən əhəmiyyətli simvollarından biri olan, 5.5 metr əyilməyinə baxmayaraq indiyənədək aşmayan məşhur Piza gülləsini görəcəyik. Daha sonra İtaliyanın ən tipik qəsəbələrindən biri olan dünyaca məşhur Palio yarışlarının keçirildiyi və Orta Əsrlər zamanının indiki zamana ən gözəl bir şəkildə əks olunduğu Siena şəhərini gəzəcəyik. Roma İmperiyası vaxtında təpədə yerləşdiyi üçün qarnizon kimi istifadə olunan bu şirin, ətrafı sularla əhatə olunmuş şəhəri gəzirik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)
ROMA GECƏ TURU
Roma şəhərinin ən gözəl restoranlarının birində Qədim Roma zamanına aid kostyumlarla və İtaliya musiqisi sədaları altında axşam yeməyimizi yeyirik. Daha sonra Roma şəhərini bir də işıqlandırılmış halda görə biləcəyimiz Romanın ən dəbdəbəli meydanlarında vaxt keçirəcəksiniz və Roma gecələrinin ləzzətini yaşayacaqsınız.
Tura daxildir : Nəqliyyat xidməti + Axşam yeməyi + Bələdçilik xidməti
Axşam yeməyinin menyüsü : Tərəvəz şorbası, tomat souslu makaron, toyuq, dana və quzu əti, kartof, tiramisu, 0.5 lt su və 1 ədəd alkoqolsuz içki.
Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 35 EUR)
NAPOLİ & POMPEY TURU
Qədim Roma İmperiyasında insanların keçmiş həyatlarıyla yaxından tanış olmaq fürsəti. Məşhur mədəniyyət xadimlərinə ilham qaynağı olmuş Napoli, Aralıq dənizinə xas eyvanları, Santa Lucia sahilləri və tarixi İspan dövrü binaları ilə sizdə keçmişdə səfər etmiş hisslərini yaşadacaq. Vezuvi vulkanı lavalarının yerlə yeksan etdiyi, indi açıq hava muzeyi kimi istifadəyə verilən Pompey əntiq şəhərini yerli rəhbər müşayiətində gəzirik. Qədim tarixdə gəzintiyə çıxmağa hazır olun.
Tura daxildir : Nəqliyyat xidməti + Pompeyə giriş + Qulaqlıq + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 95 EUR (07-12 yaş üçün 50 EUR)
FERRARA TURU
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 15 EUR)
***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul -Roma / Milan - İstanbul Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə Roma, Florensiya, Venesiya, Milan şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Romada 2 gecə, Florensiyada (Montecatini bölgəsində) 2 gecə, Venesiyada (Noventa vəya San Dona bölgəsində) 2 gecə, Milanda 1 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Kontinenal səhər yeməyi
- Roma, Florensiya, Venesiya və Milan şəhərlərində panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Venesiyada Vaperetto (su taksisi) bileti
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Məcburi səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3* OTELLƏR
- Əlavə Yataq
- 1229.00
- Bir Nəfər
- 1489.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1169.00