CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    İTALİYA AKSİYA Türk Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 6 yer
    İtaliya Turları > İtaliya AKSİYA > İTALİYA AKSİYA Türk Hava Yolları ilə 7 gecə

    İtaliya AKSİYA Turu 1119 € 2083 AZN 7 Gecə - 8 Gün

    03/04/2023 - 10/04/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 16ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    3 Aprel 2023

    13 May 2023

    24 İyun 2023

    13 Avqust 2023

    24 Sentyabr 2023

    15 Oktyabr 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK 7703   Bakı - İstanbul                 05:15 - 07:20

    PC 1223   İstanbul - Roma              12:05 - 13:45

    PC 1214   Milan - İstanbul                17:15 - 20:50

    TK  7704  İstanbul - Bakı                   00:05 - 03:45 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - ROMA

    Səhər saat 05:15-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Pegasus Hava Yollarının PC 1223 saylı müntəzəm səfəri ilə saat 12:05-də Roma şəhərinə hərəkət edirik. Yerli vaxt ilə saat 13:45-də Roma şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia, Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum), Imperial Forum (Imperial Forum), Via del Corso küçəsi (Via del Corso), Sirk Maximus (Circus Maximus) və digər əhəmiyyətli yerləri gəzirik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq axşam yeməyi də daxil olan Roma Gecə turu təşkil olunacaqdır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.

     

    2-ci gün ROMA 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Dağ Kəndləri turu təşkil olunacaqdır. Günorta yeməyindən sonra arzu edən qonaqlarımız üçün əlavə Qədim Roma və Vatikan turu təşkil olunacaqdır. Turda Avropa Mədəniyyətini formalaşdıran, 23 əsrlik tarixə şahidlik edən imperator şəhəri Romada, ilk olaraq şəhərin simvoluna çevrilən və Roma İmperiyası boyunca qladiator döyüşlərinə ev sahibliyi edən qədim teatr Kolizeyi və imperiya zamanı şəhərin mərasim mərkəzi olan Roma Forumunu ziyarət edəcəyik. Turdan sonra asudə vaxt. Daha sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.


    3-cü gün  ROMA - FLORENSIYA - MONTECATINI 

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Florensiyaya hərəkət edirik. İntibah dövrünün (Renesans) beşiyi olan Florensiyada panoramlı şəhər turunda iştirak edirik. Şəhər turunda Duomo kilsəsi (Santa Maria Del Fiore), Vəftiz otağı (Baptistery), Qədim Saray (Pitti Palace), Qədim Körpü (Ponte  Vecchio), Signoria Meydanı (Piazza dello Signoria) və digər əhəmiyyətli yerləri görəcəyik. Tur başa çatdıqdan sonra Montecatinidə yerləşən otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik. 

     

    4-cü gün MONTECATİNİ 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq turda Toscana bölgəsinin məşhur qəsəbə və şəhərlərindən San Gimignano, Siena və Piza-nı gəzə bilərlər. Gəzintidən sonra otelimizə geri qayıdırıq və otelimizdə gecələyirik.

     

    5-ci gün MONTECATİNİ - VENESİYA 

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Venesiya şəhərinə hərəkət edirik. Yolüstü təşkil olunacaq əlavə Ferrera turunda iştirak edə bilərlər.  Gondollar (kürəkli qayıq) şəhəri olan Venesiyaya çatdıqdan sonra burada iştirak edəcəyimiz panoramlı şəhər turunda San Marco Katedralı (San Marco Cathedral) və San Marco Meydanı (San Marco Square), Dukal Sarayı (Palazzo Ducale), Grande Kanalı (Canale Grande), Köks ötürmə körpüsü (Bridge of Sighs, Ponte dei Sospiri) və Rialto Körpüsü (Rialto Bridge) və digər əhəmiyyətli yerləri gəzirik. Arzu edən qonaqlarımız əlavə Qondol (qayıq) gəzintisində iştirak edə bilərlər. Tur başa çatdıqdn sonra Padova şəhərində yerləşən otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.


    6-cı gün VENESİYA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Slovenya turunda iştirak edə bilərlər. Turun ilk mərhələsində bir çox şerə ilham qaynağı olmuş Bled gölünü ziyarət edirik. Turumuz keçmiş Yuqoslaviyanın əsas şəhərlərindən biri olan, Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə davam edəcəkdir. Turumuz başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.

     

    7-ci gün VENESİYA - MİLAN 

    Səhər yeməyindən sonra otaqları təhvil verib Milan şəhərinə hərəkət edirik. Milan şəhərinə çatdıqdan sonra panoramlı Milan şəhər turunda: Galleria, Duomo katedralı, Scala Meydanı, Fortezza və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Arzu edən qonaqlarımız əlavə olaraq Komo gölü turu təşkil olunacaqdır. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.

     

    8-ci gün MİLAN - İSTANBUL - BAKI 

    Səhər yeməyindən sonra otaqların təhvil verilməsi və asudə vaxt. Bələdçimizin təyin edəcəyi bir saatda Bergamo Hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Pegasus Hava Yollarının PC 1214 saylı müntəzəm səfəri ilə saat 17:15 -də İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 00:05 -də Türk Hava Yollarının TK 7704 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 03:45 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır. 

    Əlavə Turlar

    (əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.) 

     

    BLED GÖLÜ, LYUBLYANA TURU (SLOVENİYA)

    Turumuzun ilk dayanacağı bir çox şerə ilham qaynağı olmuş Bled gölüdür. Gəzintimiz keçmiş Yuqoslaviyanın güclü şəhərlərindən biri olan, Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə davam edəcəkdir. Avstriyanın memarlıq mədəniyyəti və arxitekturası ilə yoğrulmuş bu gözəl tələbə şəhərini gəzdikdən sonra təkrar İtaliyaya geri dönürük. 

    Tura daxildir : Nəqliyyat  xidməti  + Bələdçilik  xidməti            

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)


    KOMO GÖLÜ TURU 

    İtaliyanın şimalında yerləşən və 3 -cü böyük gölü olan Komo gölünün insanı ovsunlayan mənzərəsini seyr edərkən, bir yandan da gölün sahilində yerləşən məhşurların malikanələrini görəcəyik. (Gəmi turu daxildir)

    Tura daxildir : Nəqliyyat xidməti +  Bələdçi xidməti + Komo gölündə gəmi turu

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR) 

     

    QONDOL TURU 

    Venesiya şəhərində qondol (kürəkli qayıq) ilə kanalda gəzmək fürsəti. (Ən az 6 nəfərin iştirakı ilə həyata keçirilir). 

    Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün  25 EUR)

     

    PIZA & SIENA & SAN GIMIGNANO TURU

    İtaliyanın ən əhəmiyyətli simvollarından biri olan, 5.5 metr əyilməyinə baxmayaraq indiyənədək aşmayan məşhur Piza gülləsini görəcəyik. Daha sonra İtaliyanın ən tipik qəsəbələrindən biri olan dünyaca məşhur Palio yarışlarının keçirildiyi və Orta Əsrlər zamanının indiki zamana ən gözəl bir şəkildə əks olunduğu Siena şəhərini gəzəcəyik. Roma İmperiyası vaxtında təpədə yerləşdiyi üçün qarnizon kimi istifadə olunan bu şirin, ətrafı sularla əhatə olunmuş şəhəri gəzirik. 

    Tura daxildir : Nəqliyyat xidməti  +  Bələdçilik xidməti             

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)

     

    ROMA GECƏ TURU

    Roma şəhərinin ən gözəl restoranlarının birində Qədim Roma zamanına aid kostyumlarla və İtaliya musiqisi sədaları altında axşam yeməyimizi yeyirik. Daha sonra Roma şəhərini bir də işıqlandırılmış halda görə biləcəyimiz Romanın ən dəbdəbəli meydanlarında vaxt keçirəcəksiniz və Roma gecələrinin ləzzətini yaşayacaqsınız. 

    Tura daxildir : Nəqliyyat  xidməti + Axşam yeməyi + Bələdçilik  xidməti 

    Axşam yeməyinin menyüsü : Tərəvəz şorbası, tomat souslu makaron, toyuq, dana və quzu əti, kartof, tiramisu, 0.5 lt su və 1 ədəd alkoqolsuz içki.      

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 35 EUR) 

     

    NAPOLİ & POMPEY TURU

    Qədim Roma İmperiyasında insanların keçmiş həyatlarıyla yaxından tanış olmaq fürsəti. Məşhur mədəniyyət xadimlərinə ilham qaynağı olmuş Napoli, Aralıq dənizinə xas eyvanları, Santa Lucia sahilləri və tarixi İspan dövrü binaları ilə sizdə keçmişdə səfər etmiş hisslərini yaşadacaq. Vezuvi vulkanı lavalarının yerlə yeksan etdiyi, indi açıq hava muzeyi kimi istifadəyə verilən Pompey əntiq şəhərini yerli rəhbər müşayiətində gəzirik. Qədim tarixdə gəzintiyə çıxmağa hazır olun. 

    Tura daxildir : Nəqliyyat  xidməti + Pompeyə giriş + Qulaqlıq + Bələdçilik xidməti   

    Turun qiyməti : 1 nəfər üçün 95 EUR (07-12 yaş üçün  50 EUR) 

     

    FERRARA TURU

    UNESCO-nun qorumasında olan Ferrarada ilk olaraq 14-cü əsrdən günümüzə qədər heç bir zərər görmədən çatan Este qalasını görəcəyik. Daha sonra Savanorola Meydanını, Ferrara Ketedralini və Piazza Trento-Triste meydanını gördükdən sonra Guiseppe Mazzini küçəsində asudə vaxtınız olacaq.

    Tura daxildir : Nəqliyyat  xidməti + Bələdçilik  xidməti

    Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 15 EUR)


    ***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (ROMA)  

    HOTEL (FLORENSİYA Montecatini bölgəsi) 

    HOTEL (VENESİYA San Dona bölgəsi)

    HOTEL (MİLAN)

    QİYMƏTƏ DAXİLDİR

    -    Türk Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti

    -    Pegasus Hava Yolları ilə İstanbul - Roma / Milan - İstanbul ekonom sinif aviabileti

    -    Aeroport yığımları və digər vergilər

    -    Hava limanı - otel - hava limanı transferləri

    -    Xüsusi avtobus ilə Roma, Florensiya, Venesiya, Milan şəhərlər arası nəqliyyat xidməti

    -   Qeyd olunan kateqoriyalı otellərdə Romada 2 gecə, Florensiyada (Montecatini bölgəsində) 2 gecə, Venesiyada (Noventa vəya San Dona bölgəsində) 2 gecə, Milanda 1 gecə olmaqla ümumi 7 gecə gecələmək

    -    Kontinenal səhər yeməyi

    -    Roma, Florensiya, Venesiya və Milan şəhərlərində panoramlı şəhər turları

    -    Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -    Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -    Viza rüsumu - 35 EURO

    -    Məcburi səyahət sığortası

    -    Venesiyada Vaperetto (su taksisi) bileti

     

    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD :  Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    İTALİYA AKSİYA Türk Hava Yolları ilə 7 gecə

    Son 6 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1119.00
    Valyuta: EUR
    03/04/2023-10/04/2023
    3* OTELLƏR
    Əlavə Yataq
    1119.00
    Bir Nəfər
    1379.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1099.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Leyla Kerimli 2017-08-28 15:56:52
    Hər şey çoox gözəl idi. İtalyanı bu qədər gözəl gəzmıyimizdə bizə kömək etdiyiniz üçün Casablanca travelə və tur rəhbərimiz Ceren xanıma çoox təşəkkür edirik. Hər şey yüksək səviyyədə idi. Viza müddətində bizə kömək edib, yaxından maraqlanan Casablanca kollektivinə də minnətdarıq
    Elvira Hajiyeva 2017-04-20 17:09:09
    Дорогие сотрудники Casablanca travel! Я сердечно благодарю вас за прекрасно проведенные итальянские каникулы. Вы мне дали возможность реализовать мою мечту, посетить эту прекрасную страну Древней цивилизации, которая не утратила свой древний калорит. Я посетила Италию в период 01.04.17-08.04.17, эта поездка надолго останется в моей памяти. За эти 7 дней, благодаря нашему гиду (отдельная благодарность Гексель бею), который рассказывал прекрасные рассказы и факты, наша поездка стала еще интереснее, именно этот тур позволил увидеть всю красоту и античность Рима, попасть в ауру старого Помпея, увидеть неповтримость Флоренции, шик Милана и культурные ценности Венеции. Я могла бы многое описать, но лучше, один раз увидеть,чем сто раз услышать, Это того Стоит.Спасибо дорогие мои Casablanca Travel (девочки -Aysel,Huri,Ziba, и конечно,Хаял муаллим) Иншаллах, Вы и дальше будете радовать нас такими прекрасными турами по всему миру Удачи всем!!!
    Roza Fəxrətova 2016-09-23 10:21:59
    1-5 iyun 2016 tarixlərində həyata keçirilən Roma Florensiya Venesiya turu haqqında təəssüratlarımı burada sizlərlə paylaşmaq istəyirəm. Əvvəla xaricə ilk səfərim olacağından çox həyəcanlı idim. Daha əvvəl viza müraciətində rədd aldığım üçün ayrıca çox narahat idim. Casablanca Travel əməkdaşlarının düzgün istiqamətləndirmələri və proses boyunca yaxından maraqlanmarı sayəsində rahat şəkildə vizamı əldə etdim. Viza prosesinə görə belə Casablanca Travel personalı alqışa layiqdir. Tur proqramının fikirləşdiyimdən qat-qat daha yaxşı keçdiyini deyə bilərəm. Hava limanında qarşılama, tur haqqında ətraflı məlumatlandırma, otellər, zəngin səhər yeməkləri, bələdçimizin yemə-içmə, hədiyyəlik əşya alma mövzusunda istiqamətləndirməsi və s. sadəcə indi ağlıma gələnlərdən bəziləridir. Əksikliklər, çatışmamazlıqlar yox idi? Əlbətdə ki, var idi. Ancaq bələdçimizin səbrli davranışı və qrupu çox gözəl idarə etməsi bu çatışmamazlıqları da minimum səviyyəyə endirirdi. Hər kəsə tövsiyyə edirəm. Bu gözəl tur üçün Casablanca Travel-ə təşəkkür edirəm.
    Məleykə İbrahimova 2016-04-23 15:57:38
    12.03.2016 - 19.03.2016 tarixlərində təklif etdiyiniz İtaliya-Vera turunda iştirak etdim. Düzü tur seçərkən tam olaraq bir yer yox idi ağlımda. Əmədaşınız bu turu təklif etdi və onun məsləhəti ilə turu seçdim. Tur haqqında fikrimi qısacası bele ifadə edə bilərəm ki, ikinci dəfə İtaliyaya getmək istəməyimə səbəb yaradacaq qədər möhtəşəm oldu. Yüksək xidmətləriniz və tur boyu mənimlə bərabər digər qrup üzvləri ilə əlaqə saxlayıb diqqət göstərməyiniz xidmətlərinizə bələd olmadığım şirkətinizdən çox razı qalmağıma əsas verdi. Çox sağ olun! Həmişə belə gözəl və keyfiyyətli xidmət göstərməyiniz diləyi ilə!
    Ayşən Agazadə 2016-04-23 15:46:49
    20.09.2015-27.09.2015 tarixlərində keçirdiyiniz Böyük İtaliya turundan elə böyük təssüratlarla qayıtdım. İştirahət etmək arzusunda olan insanlara düşünmədən bu turu məsləhət bilərəm. Təşəkkürlər Casablanca Travel.
    Nargiz Mammadova 2016-04-23 15:41:18
    23.012.2015- 27.12.2015 tarixlərində təşkilatçılığınızla baş tutan Roma-Florensiya-Venesiya turunda iştirak etdik. Qiymətlə xidməti müqayisə etdikdə belə bir qiymətə göstərilən məhdudsuz xidmətlər bizi həqiqətən də məmnun etdi. Sizin kimi işini düzgün və dəqiq yerinə yetirə bilən şirkətə rast gəldiyimiz üçün şad olduq. Gələcək fəaliyyətlərinizdə uğurlar.
    Rafael Axundov 2015-12-15 15:35:28
    8-15 noyabr tarixlərində İtaliya Aksiya turunda iştirak elədik. Hər şey bizə vəd edildiyindəndə yüksək səviyyədə keçti. Rəhbərimiz Göksel Göksaya və Casablanca Travelə təşəkkürlər.
    Ruqiyyə Musayeva 2015-10-14 09:56:07
    04-11 sentyabr tarixli İtaliya Aksiya turunda qızım və qızımın rəfiqəsi ilə birlikdə iştirak etdik. İlk başda çox tərəddütlərim var idi. Ancaq turun ilk günündən sonra tərəddütlərimin yersiz olduğunu başa düşdüm. Tur çox gözəl təşkil olunmuşdu və qonaqların rahatlığı və məmnuniyyəti üçün heç bir şey əsirgənməmişdi. Çox gözəl tur və gözəl bir tətil oldu bizim üçün. Gözəl təşkilatçılıqdan ötrü və vəd olunandan da çoxunu bizə yaşadan Casablanca Travel ailəsinə dərin təşəkkürümü bildirirəm. Sizlərə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Növbəti turlarda görüşmək ümidi ilə...
    IRADE CEFEROVA 2015-09-27 20:16:21
    men novruz bayrami tetillerinde Italiya Vera turunda istirak etdim.seyahetimden cox razi gaidim, xususile Pinar xanimin rehberliyinden ve turun programindan.sadece Turkiye uzerinden ucmag bir geder yorucu olur.buna baxmayarag turumdan memnun galdim.TESEKKURLER CASA BLANCA
    Elxan Məmmədov 2015-09-09 15:53:00
    23-30 avqust 2015 tarixləri arasında qatıldığım Böyük İtaliya turu adına yaraşan "Böyüklük"də sevinc və həyəcanı bir arada yaşatdı mənə. Tarixin fərqli zamanlarını özündə əks etdirən bu gözəl ölkəni dillə ifadə etmək çox çətin olduğu üçün arzu edənlərə buranı mütləq və mütləq gözləri ilə görməyi məsləhət görərdim. Bu ölkənin füsunkar təbiətinin yamyaşıl çalarları təkrar olunmaz tarixi abidələrini sanki qucaqlayaraq möhtəşəm bir harmoniya yaratmışdır. Venesiyada dəniz sularının yuduğu iç-içə keçən dar küçələrin insanı əfsunlayan gücündənmi, yoxsa Toskananın incisi sayılan Florensiyanı ikiyə ayıran Arno çayının ətarında birbirilə yarışırcasına düzülən tarixi evlərin və körpülərin gözəlliyindənmi, yoxsa bu şəhərin simvoluna çevrilmiş Santa Mariya del Fiore kilsəsinin əzəmətindənmi, ya da San Gimignano, Siena kimi orta əsr şəhərlərinin günümüzədək içində italyan ailələrin yaşadığı 800-900 illik evlərinin, meydanlarının möhtəşəmliyindənmi, yoxsa əbədi şəhər Romanın bağıra bağıra TARİXİN ÖZÜ MƏNƏM dediyi küçələrinin, meydanlarının baş döndərən tilsimindənmi yazsam...... Bunlar daha yazının ən yalın halını əks etdirən sözlərdir. Bir sözlə :) tarixi sevən hər kəsi bu BÖYÜK tura qatılmağa çağırır, burdakı gözəllikləri bizə yaşadan Casablanca Travel əməkdaşlarına sonsuz təşəkkür edirəm.
    Xumra Axundova 2015-09-03 10:56:36
    Casablanca travel-in peshekar kollektivine Italia Vera turunun yuksek seviyyede teskilinden dolayi derin teşekkürümü bildirirem. Şimaldan-Cenuba, Şerqden -Qerbe Italiyani keshf etmek shansini qazandiq.
    Zeynəb Həmidli 2015-06-25 13:15:33
    27 mart - 3 aprel 2015 tarixlərində İtaliya Vera turunda iştirak elədik. Əla bir tətil oldu bizim üçün. Hava limanında qarşılamaqdan transferlərə, avtobus nəqliyyat xidmətindən bələdçimizə, otellərdən qruplardakı digər qonaqlara və bütün təşkilatçılıq çox yüksək səviyyədə idi. Belə bir təşkilatçılıq üçün və hər şey üçün təşəkkürlər sizə - Casablanca Travel.
    Xədicə Aslanova 2015-06-25 13:10:40
    Salamlar. 25 aprel - 2 may 2015 tarixlərində iştirak etdiyimiz İtaliya turundan çox razı qadıq. Tur ilə və qrup ilə səyahətin əhəmiyyətini bu turda çox yaxşı başa düşdüm. Çox sağolun. Həmişə "İtaliya" deyiləndə ilk ağlıma Casablanca Travel və bələdçimiz Fırat Alagöz gələcək. Başqa turlarda görüşmək ümidi ilə...
    Mehbarə Əsədova 2015-06-25 12:45:06
    Salamlar. 23-30 may tarixlərində Böyük İtaliya turuna qatıldım və bir müştəri olaraq çox razı qaldım. İtaliya çox əhəmiyyətli bir ölkədir və fürsəti olan hər bir kəsin bu ölkəni görüb gəzməyi lazımdır deyə düşünürəm. Bu turda bizə dərin biliyi və məlumatları ilə unudulmaz bir tur yaşadan tur bələdçimiz Fırat Alagöz bəyə təşəkkür edirəm. Onun bizə dediyi kimi : " Venesiya kanalları arasında itmədiqcə, Toscana ovasının yaşıllığını görmədiqcə,Romanın və Vatikanın sirrli dərinlikləri ruhunuzu oxşamadıqca, Napolinin dar küçələrində gəzib-dolaşmadıqca İtaliyada olduğunuzu iddia edə bilməzsiniz!" Hər şey üçün təşəkkürlər Casablanca Travel.
    İmran Cahangirov 2015-06-25 12:32:06
    Hörmətli Casablanca Travel. Dostumla bir yerdə Böyük İtaliya turunda iştirak etdik. Gedməmişdən əvvəl ağlımda bəzi suallar və tərəddütlər var idi. Ancaq tura qatıldıqdan sonra bunların hamısının yersiz olduğunu gördüm. İtaliya kimi möhtəşəm bir coğrafiyaya sahib olan bir ölkəni gəzmək istəyirsinizsə ilk və tək ünvanınız Casablanca Travel olmalıdır. Xüsusilə avtobus ilə şəhərlər arası yolçuluq vaxtı çox gözəl yerləri görürsünüz. Yaşıl təbiət, şəhərlər, qəsəbələr, kəndlər hər şey möhtəşəm idi. Mənim ən çox Florensiya xoşuma gəldi. Casablanca Travel-ə və xüsusilə tur rəhbərimiz Fırat Alagözə sonsuz təşəkkürümü bildirirəm.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel