TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
18 Mart 2023
2 - 29 Aprel 2023
14 May 2023
9 İyul 2023
5 - 26 Avqust 2023
7 - 28 Oktyabr 2023
11 Noyabr 2023
2 - 25 Dekabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 335 Bakı - İstanbul 21:50 - 00:05
TK 1873 İstanbul - Milan 08:55 - 09:45
TK 1454 Napoli - İstanbul 18:45 - 23:05
TK 332 İstanbul - Bakı 09:05 - 12:55 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - MİLAN - BERQAMO
Axşam saat 21:50-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1873 saylı müntəzəm səfəri ilə saat 08:55-də Milan şəhərinə hərəkət edirik. Yerli vaxtla saat 09:45-də Milan şəhərinə çatdıqdan sonra panoramik şəhər turunda iştirak edirik. Bu turumuzda: Galleria, Duomo katedralı, Scala Meydanı, Fortezza və digər əhəmiyyətli yerləri gəzəcəyik. Turdan sonra Milan şəhərində asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Komo gölü turunda iştirak edə bilərlər. Turdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün BERQAMO - VENESİYA
Səhər yeməyindən sonra otaqları təhvil veririkdən sonra Venesiya şəhəri istiqamətində hərəkət edirik. Qondollar (kürəkli qayıq) şəhəri Venesiyaya çatdıqdan sonra panoramlı şəhər turunda iştirak edirik: San Marco Katedralı (San Marco Cathedral) və San Marco Meydanı (San Marco Square), Dukal Sarayı (Palazzo Ducale), Grande Kanalı (Canale Grande), Köks ötürmə körpüsü (Bridge of Sighs, Ponte dei Sospiri) və Rialto Körpüsü (Rialto Bridge) gəzəcəyimiz yerlərdən bəziləridir. Arzu edən qonaqlarımız əlavə olaraq Qondola Turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
3-cü gün VENESİYA - FLORENSİYA - MONTECATINI
Səhər yeməyindən sonra otaqları təhvil verib, Florensiyaya hərəkət edirik. İntibah dövrünün (Renesans) beşiyi olan Florensiyada panoramlı şəhər turuna çıxırıq. Şəhər turunda Duomo kilsəsi (Santa Maria Del Fiore), Vəftiz otağı (Baptistery), Qədim Saray (Pitti Palace), Qədim Körpü (Ponte Vecchio), Signoria Meydanı (Piazza dello Signoria), Ponnte Vecchio və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün MONTECATINI
Səhər yeməyindən sonra asudə vaxt, şəhər mərkəzində alış-veriş fürsəti. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq turda Toscana bölgəsinin məşhur qəsəbə və şəhərlərindən Siena, San Gimignano və Piza-nı gəzə bilərlər. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq oteldə gecələyirik.
5-ci gün MONTECATINI8 - ROMA
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Romaya hərəkət edirik. Panoramlı Roma şəhər turu ərəfəsində Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia , Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum), Via del Corso küçəsi (Via del Corso), Via Del Corso, Circus Maximus gəziləcək yerlərdən bəziləridir. Şəhər turundan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq yemək daxil Roma Gecə turu təşkil olunacaqdır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
6-cı gün ROMA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Dağ Kəndləri turu təşkil olunacaqdır. Günorta yeməyindən sonra arzu edən qonaqlarımız üçün əlavə Qədim Roma və Vatikan turu təşkil olunacaqdır. Turda Avropa Mədəniyyətini formalaşdıran, 23 əsrlik tarixə şahidlik edən imperator şəhəri Romada, ilk olaraq şəhərin simvoluna çevrilən və Roma İmperiyası boyunca qladiator döyüşlərinə ev sahibliyi edən qədim teatr Kolizeyi və imperiya zamanı şəhərin mərasim mərkəzi olan Roma Forumunu ziyarət edəcəyik. Turdan sonra asudə vaxt. Daha sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
7-ci gün ROMA - NAPOLİ
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Napoli şəhəri istiqamətində hərəkət edirik. Şəhərə çatdıqdan sonra təşkil olunacaq panoramik Napoli şəhər turunda: Mergellina, Plebiscito Meydanı, Trieste Tirentino Meydanı, Toledo Prospekti gəziləcəkdir. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Sorrento turu təşkil ediləcəkdir. Şəhər turu başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
8-ci gün NAPOLİ - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra asudə vaxt və otaqların təhvil verilməsi. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Vezuvi Vulkanının püskürməsi ilə kül buludunun altında qalan və daşlaşan vücudların müşahidə edildiyi qədim şəhər Pompei turu təşkil ediləcəkdir. Bələdçimizin təyin edəcəyi saatda Napoli Hava limanına hərəkət edirik. Bilet, baqaj və pasport prosedurlarından sonra Türk Hava Yollarının TK 1454 saylı müntəzəm səfəri ilə saat 18:45-də İstanbul şəhərinə hərəkət edirik, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 09:05-də (+1) Bakıya hərəkət edirik. Saat 12:55-də Bakıya çatırıq və turumuz başa çatır.
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)
QƏDİM ROMA VƏ VATİKAN TURU
Italiyanın ən gözəl şəhərlərindən olan piyada həyata keçirəcəyimiz panoramlı Roma şəhər turu ərəfəsində Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia, Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum) gəziləcək yerlərdən bəziləridir. Daha sonra Venesiya meydanına gəlib ara küçələrdən keçərək Pantheona çıxacağıq. Pantheonun içini ziyarət etdikdən sonra Vatikana hərəkət edəcəyik. Müqəddəs Mələk qalası və Romanın məşhur körpüləridən sonra Vatikanın Bernini Meydanında turumuz sona çatacaqdır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR)
KOMO GÖLÜ TURU
İtaliyanın və Avropanın ən inkişaf etmiş və ən zəngin şəhərlərindən, eyni zamanda ticarət və sərgi mərkəzlərindən biri olan Milan şəhər turunda; Galleria, Duomo katedralı, Scala Meydanı, Fortezza gəziləcəkdir. İtaliyanın şimalında yerləşən və 3-cü böyük gölü olan Komo gölünün insanı ovsunlayan mənzərəsini seyr edərkən, bir yandan da gölün sahilində yerləşən məhşurların malikanələrini görəcəyik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Komo gölündə gəmi turu
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR)
POMPEY TURU
Vezuvi vulkanı lavalarının yerlə yeksan etdiyi, indi açıq hava muzeyi kimi istifadəyə verilən Pompey əntiq şəhərini yerli rəhbər müşayiətində gəzirik.
Tura daxildir : Nəqliyyat xidməti + Pompeyə giriş + Qulaqlıq + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 30 EUR)
ROMA GECƏ TURU
Roma şəhərinin ən gözəl restoranlarının birində Qədim Roma zamanına aid kostyumlarla və İtaliya musiqisi sədaları altında axşam yeməyimizi yeyirik. Daha sonra Roma şəhərini bir də işıqlandırılmış halda görə biləcəyimiz Romanın ən dəbdəbəli meydanlarında vaxt keçirəcəksiniz və Roma gecələrinin ləzzətini yaşayacaqsınız.
Tura daxildir : Nəqliyyat xidməti + Axşam yeməyi + Bələdçilik xidməti
Axşam yeməyinin menyüsü : Tərəvəz şorbası, zeytunyağlı qızardılmış çörək, yaşıl salat, tomat souslu makaron, toyuq, dana və quzu əti, kartof, tiramisu, 0.5 lt su və 1 ədəd alkoqolsuz içki (limitsiz).
Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 35 EUR)
DAĞ KƏNDLƏRİ TURU
Turumuzun ilk dayanacağı Papan-ın yazlıq sarayının olduğu Castel Gondolfo olacaqdır. Daha sonra Roma yaxınlığında, bir göl sahilində olan və İtalyan varlılarınn da evlərinin olduğu Nəmi kəndinə gedirik. Bölgənin məşhur dağ çiyələklərindən düzəldilmiş piroqlarını yedikdən sonra sərbəst zamanımızda kənddə gəzərək dağ çiyələklərindən düzəldilmiş bir çox məhsulları alma fürsətimiz olacaqdır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti + Piroq
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 25 EUR)
PIZA & SIENA & SAN GIMIGNANO TURU
İtaliyanın ən əhəmiyyətli simvollarından biri olan, 5.5 metr əyilməyinə baxmayaraq indiyənədək aşmayan məşhur Piza gülləsini görəcəyik. Daha sonra İtaliyanın ən tipik qəsəbələrindən biri olan dünyaca məşhur Palio yarışlarının keçirildiyi və Orta Əsrlər zamanının indiki zamana ən gözəl bir şəkildə əks olunduğu Siena şəhərini gəzəcəyik. Roma İmperiyası vaxtında təpədə yerləşdiyi üçün qarnizon kimi istifadə olunan bu şirin, ətrafı sularla əhatə olunmuş şəhəri gəzirik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)
QONDOL TURU
Venesiya şəhərində gondol (kürəkli qayıq) ilə kanalda gəzmək fürsəti. (Ən az 6 nəfərin iştirakı ilə həyata keçirilir).
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 25 EUR)
***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Milan / Napoli - İstanbul - Bakı ekonom sinif aviabileti
- Hava limanı - otel - hava limanı transferləri
- Aeroport yığımları və digər vergilər
- Xüsusi avtobus ilə Milan - Venesiya - Florensiya - Roma - Napoli şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Bergamoda 1 gecə, Venesiyada (Treviso /Padova bölgəsi) 1 gecə, Florensiyada 2 gecə, Romada 2 gecə, Napolidə 1 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Kontinenal səhər yeməyi
- Milan, Venesiya, Florensiya, Roma və Napoli şəhərlərində panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Venesiyada vaperotto bileti (Su taksisis)
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 67 AZN
- Məcburi səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
***Otellərin adı turun başlamasına 2 gün əvvəl bilinəcək.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
3 ayrı yataq verilməyəcəkdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə
olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər
turunda iştirak etməyə bilərlər. Fərqli
təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində
olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1189.00
- Bir Nəfər
- 1419.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1119.00
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1239.00
- Bir Nəfər
- 1469.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1169.00
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1269.00
- Bir Nəfər
- 1529.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1199.00
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1269.00
- Bir Nəfər
- 1529.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1199.00