TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
15 Aprel 2023
24 İyun 2023
23 İyul 2023
20 Avqust 2023
12 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 335 Bakı - İstanbul 21:55 - 00:05 (+1)TK 1305 İstanbul - Malaqa 07:35 - 10:00
TK 1450 Portu - İstanbul 12:00 - 18:40
TK 338 İstanbul - Bakı 02:05 - 05:45 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - MALAQA - QRANADA
Axşam saat 21:55 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 / TK 1305 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Malaqa şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:00-da Malaqa şəhərinə çatdırıq. Daha sonra xüsusi olaraq bizim üçün təxsis olunan lyuks avtobus ilə Malaqa şəhərində qısa panoramlı tur həyata keçiriləcək. Turda Malaga kilsəsi, botanika bağı, bələdiyyə binası və limanı kimi şəhərin mühüm yerlərini gördükdən sonra Qranada şəhərinə hərəkət edirik. Arzu edən qonaqlarımız əlavə Əlhamra Sarayı turunda iştirak edə bilərlər. (Əlhamra sarayında gündəlik ziyarətçi limiti olduğundan, bələdçiyə əvvəlcədən məlumat verməyiniz lazımdır.) Unesco Ümumdünya İrs siyahısına daxil olan bu məşhur əsər 13-cü əsrdə Gırnataya hakim Sabika təpəsi üzərindəki düzənlikdə müdafiə qalası və saray kimi tikilməyə başlanmış, tikintisi 15-ci əsrə qədər davam etmişdir. İspaniyanın ən mühüm tikilisi olan bu saray kənardan bir qədər sərt görünsə də, dövrün ən mahir ustaları burada işləmiş və divarlarını hörük kimi hörmüşlər. Sarayda istifadə edilən qırmızı rəng torpaqdan alınan qırmızı rəngə görə Əlhəmrə, yəni “Qırmızı” adlandırılmışdır. Şəhərə sonra panaromlı şəhər turu həyata keçiriləcək. Daha sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün QRANADA
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə Sagramonte qaraçı məhəlləsi & ALBAYZIN turunda iştirak edə bilərlər. UNESCO-nun Ümumdünya irsi siyahısında göstərilən tarixi Qaraçı məhəlləsi Sagramonte mağaralarında içki içərək əsl qaraçı şousunu izləyəcək və şoudan sonra yenə ümumdünya mədəniyyəti irsinin siyahısında öz əksini tapan tarixi müsəlman məhəlləsi olan ALBAYZIN-da gəzintimizi həyata keçiririk. Daha sonra otelimizə transfer olunuruq və asudə vaxt. Tur başa çatdıqdan sonra oteldə gecələyirik.
3-cü gün QRANADA - KORDOVA - SEVİLYA
Səhər yeməyindən sonra otaqları təhvil verdikdən sonra Kordova şəhəri istiqamətində hərəkət edirik. Kordovaya çatdıqdan sonra həyata keçiriləcək panaromik şəhərin tanıdılması üçün təşkil olunan gəzintidə tikintisinə 785-ci ildə başlanılan və 987-ci ildə başa çatdırılan, Qərb İslam sənətinin ən effektiv strukturalarından biri olan Kordova Məscidi (xaricdən görüləcəkdir), Yəhudi Məhəlləsi və Plaza Mayor görüləcəkdir. Tur başa çatdıqdan sonra asudə vaxt. Qonaqlarımızın istəyindən asılı olaraq əlavə Kordova Məscidi turumuzu həyata keçiririk. Daha sonra Sevilla istiqamətində hərəkət edirik. Şəhərə çatdıqdan sonra həyata keçiriləcək panoramik Sevilla şəhər turunda: Muvahhit dövründən qalan köhnə Baş Məscidin əvəzinə 15-ci əsrdən tikilməyə başlayan katedral (xaricdən), Ərəb, Qotik və Rennesans tərzində olan sarayların yan-yana ucaldığı kral malikanəsi Alcazar (xaricdən görüləcəkdir), 13-cü əsrdən qalan Qızıl Qüllə qalası, Bələdiyyə Sarayı gəziləcək yerlərdən bəziləridir. Tur başa çatdıqdan sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə təşkil olunacaq Alcazar Sarayı və Sevilla Katedralıturunda iştirak edirik. Oteldə gecələyirik.
4-cü gün SEVİLYA
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə təşkil olunacaq Ronda turu həyata keçiriləcək. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Axşam qonaqlarımızın istəyindən asılı olaraq əlavə “Flamenco Gecəsi” : içkili, musiqili İspan rəqslərindən ibarət əyləncə təşkil olunacaqdır. Oteldə gecələyirik.
5-ci gün SEVİLYA - LİSSABON
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Lissabon şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra həyata keçiriləcək panoramik Lissabon şəhər turunda: Rossio meydanı, St.Georges Sarayının yerləşdiyi şəhərin tarixi bölümü, Kəşfiyyatçılar abidəsi, Belem Qalası, Av. Liberdade (Azadlıq Bulvarı), Kəşiflər Heykəli, Jeronımus Manastırı, Sao Jorge Qalası, Marquez Pompal Meydanı və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Axşam arzu edən qonaqlarımız üçün əlavə Fado gecəsi turu təşkil olunacaq. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
6-cı gün LİSSABON
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Sintra & Cabo do Roca & Cascais & Estoril Turu həyata keçiriləcəkdir. Bu turda bir təpə üstündə inşa edilən tarixi Sintra şəhərini, bənzərsiz mənzərəsi olan Cabo De Roka burnunu, Atlantik sahilində yerləşən Kaskais balıqçı qəsəbəsini və Estorili sahilini görəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün LİSSABON - FATİMA - PORTU
Səhər yeməyindən sonra otel otaqlarını təhvil verdikdən sonra 3 saatlıq səfər üçün Portu şəhərinə hərəkət edirik. Yolüstü bütün qrupun iştirakı ilə “Fatima Şəhərini” ziyarət edirik daha sonra Portu istiqamətində hərəkətimizi davam edirik. Portu şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: Bento stansiyası, Sao Francisco kilsəsi, Bolsa sarayı, Porto katedral, Tarixi şərəb saxlama yerləri (zirzəmi), Liberdade Meydanı, Batalha Meydanı, şəhərin ən qədim mərkəzi olan Riberia bölgəsi, Tore dos Clerigos Qalası, şəhərin ən məşhur alış -veriş məhəlləsi olan Santa Catarina, 1-ci Don Luis Körpüsü, Arrabida Körpüsü şəhərin yeni ve modern bölgəsi olan Boa Vista və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra Porto şəhərində yerləşən otelə transfer olunuruq, otaqlara yerləşmə və asudə vaxt. Oteldə gecələyirik.
8-ci gün PORTU - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqları təhvil verib hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1450 / TK 338 saylı müntəzəm səfəri ilə saat 12:00 -da İstanbul üzərindən Bakıya hərəkət edirik. Saat 05:45 -də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
ƏL HAMBRA SARAYI
Əlhambra, Qırnataya hakim olan təpə üzərindəki düzənlikdə, müdafiə qalası və saray olaraq inşa edilmişdir. Buna görə də xaricdən bir qədər yöndəmsiz görünür. Ancaq yöndəmsiz qala divarlarının içərisində bənzərsiz gözəllikdə saray qarşımıza çıxır. Divarlarında qırmızı kərpic, damında qırmızı kirəmitdən istifadə olunduğuna görə adına Əlhambra, yəni, "Qırmızı" deyilmişdir.
Tura daxildir : Nəqliyyat xidməti + Saraya giriş bileti + Qulaqlıq + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 65 EUR (02-12 yaş üçün 45 EUR)
KORDOVA
KORDOVA MƏSCİDİ: Tikintisinə 785-ci əsrdə başlanılan, İslam sənətinin Endelus bölgəsinin ən effektiv binalarından biri olan Kordova Məscidi, İspanyanın Kordova şəhərində yerləşir. Şəhərin ən mühim nişanələrindən biri olan məscidin tikintisinə ilk dəfə 785-ci əsrdə Əmir Əbdürrəhman tərəfindən başlanılmışdır. Ümumillikdə 23 min metr sahədə yerləşən və həyətində portağal ağacları olan, 1000 sütundan ibarət, 30.000 nəfərlik məscidə şəhərin Xristianların əsarətinə keçməsindən sonra təhrif edilmədən müxtəlif dəyişikliklər edilmişdir və həmin müddətdən sonra katedral olaraq istifadə olunmağa başlamışdır.
Tura daxildir : Nəqliyyat xidməti + Məscidə giriş + Bələdçi xidməti + Qulaqciq
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 35 EUR)
FADO GECƏSI TURU
Fado Gecəsi Portuqaliya xalq və musiqisinin təşkil edildiyi içkili gecədə Porto şərablarını dadaraq, bənzərsiz bir gecə keçirə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Şou Proqram + 1 ədəd içki
Turun qiyməti : 1 nəfər üçün 55 EUR
SINTRA - CABO DE ROCA - CASCAIS - ESTORIL TURU
SINTRA - CASCAIS - ESTORIL - CABO DE ROKA turunda qaya və kiçik qızıl qumlu çimərlikləri olan yollardan irəliləyərək, Portuqaliya monarxiyasının əhəmiyyətli yay sarayı olan Sintra Kral Sarayını gəzəcəyik. Bu turumuzda sarayın Ərəb stilində bir çin muzeyini xatırladan maraqlı arxitekturasını yaxından görəcəyik. Tur başa çatdıqdan sonra şirin qəsəbələri, köhnə balıqçı məhəllələrini, yazlıq evlərin yerləşdiyi Cascais və Estoril sahili gəziləcək. Avropa qitəsinin ən qərb nöqtəsinə gedilib, bu bənzərsiz günü doya-doya yaşa bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Saraya giriş bileti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 70 EUR (07-12 yaş üçün 40 EUR)
SACRAMONTE ÇİNGENE MAHALLESİ
UNESCO Ümümdünya irsi siyahısında göstərilən tarixi qaraçı məhəlləsi olan Sacramontenin təbii mağaralarında qaraçı şounu içkilərinizi içərək izləyirik və şoudan sonra yenə dünya mədəniyyət irsinin siyahısında olan tarixi müsəlman məhəlləsi Albayzında gəzintimizi həyata keçiririk. Fotoaparat və kameranızı özünüzlə götürməyi unutmayın!..
Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 30 EUR)
FLAMENCO SHOW - ENDÜLÜS
İspaniya mədəniyyətini dünyaya tanıdan iki adət-ənənədən biri olan Buğa Güləşləri digəri isə Flamenko Xalq oyunlarıdır. Biz bu gəzintimizdə Sevilla-da bu oyunların nümayiş etdirildiyi ən gözəl məkanlarından birində sizə bu imkanı yaradacağıq. Rəng ahəngdarlığının ritmik hərəkətlərə keçdiyi rəqsləri izləyərkən, ənənəvi İspaniya içkisi olan Sanqria şərablarını dadarkən məxsusi həzz alacaqsınız. Fotoaparat və kameranızı özünüzlə aparmağı unutmayın!...
Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 30 EUR)
RONDO TURU
İspaniya tarixində ilk dəfə Buğa Güləşlərinin keçirildiyi və eyni zamanda ən qədim Arenası ilə məşhur olan dağ qəsəbəsi Ronda şəhəri görüləcək.
Tura daxildir : Nəqliyyat xidməti + Arenaya giriş bileti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 40 EUR)
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Aviabilet Türk Hava Yolları ilə Bakı - İstanbul - Malaqa /Portu - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Xüsusi avtobusumuz ilə Malaqa - Qranada - Kordova - Sevilya - Lissabon - Portu şəhərlər arası nəqliyyat xidməti
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Qranadada 2 gecə, Sevilyada 2 gecə, Lissabonda 2 gecə, Portuda 1 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Səhər yeməyi
- Panoramlı Qranada - Kordova - Sevilya - Lissabon - Portu şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 30 EURO
- Məcburi səyahət sığortası
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTEL
- Əlavə Yataq
- 1309.00
- Bir Nəfər
- 1609.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1249.00