CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Portuqaliya Əndəlüs Turu Türk Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 6 yer
    İspaniya Turları > Portuqaliya Əndəlüs > Portuqaliya Əndəlüs Turu Türk Hava Yolları ilə 7 gecə

    Portuqaliya Əndəlüs Turu 2009 € 3776 AZN 7 Gecə - 8 Gün

    23/10/2021 - 30/10/2021 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 9ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    18 Yanvar 2021

    03 Aprel 2021

    11 İyun 2021

    18 İyul 2021

    23 Avqust 2021

    20 Sentyabr 2021

    23 Oktyabr 2021


    UÇUŞ HAQQINDA MƏLUMAT 

    TK  339   Bakı - İstanbul          02:20 - 04:35 
    TK  1305 İstanbul - Malaqa      09:25 - 12:10
    TK  1450 Portu - İstanbul         12:10 - 19:50
    TK  338   İstanbul - Bakı           01:45 - 05:35 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - MALAQA - QRANADA 

    Səhər saat 02:20 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 339 / TK 1305 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Malaqa şəhərinə hərəkət edirik. Yerli saat ilə 12:10-da Malaqa şəhərinə çatdıqdan sonra buradan xüsusi olaraq bizim üçün təxsis olunan lyuks avtobus ilə Qranada şəhərinə hərəkət edirik. Çatdıqdan sonra həyata keçiriləcək panaromik şəhər turu həyata keçiriləcək. Daha sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.

     

    2-ci gün QRANADA 

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Sagramonte qaraçı məhəlləsi & ALBAYZIN turunda iştirak edə bilərlər. Yuneskonun Ümumdünya irsi siyahısında göstərilən tarixi Qaraçı məhəlləsi Sagramonte-nin təbii mağaralarında içki içərək təbii qaraçı şousunu izləyirik və şoudan sonra yenə ümumdünya mədəniyyəti irsinin siyahısında öz əksini tapan tarixi müsəlman məhəlləsi olan ALBAYZIN-da gəzintimizi həyata keçiririk. Daha sonra otelimizə transfer olunuruq və asudə vaxt. Tur başa çatdıqdan sonra oteldə gecələyirik. 

     

    3-cü gün QRANADA - KORDOVA - SEVİLYA 

    Səhər yeməyindən sonra otaqları təhvil verdikdən sonra Kordova şəhəri istiqamətində hərəkət edirik. Kordovaya çatdıqdan sonra həyata keçiriləcək panaromik şəhərin tanıdılması üçün təşkil olunan gəzintidə tikintisinə 785-ci ildə başlanılan və 987-ci ildə başa çatdırılan, Qərb İslam sənətinin ən effektiv strukturalarından biri olan Kordova Məscidi (xaricdən görüləcəkdir), Yəhudi Məhəlləsi və Plaza Mayor görüləcəkdir. Tur başa çatdıqdan sonra asudə vaxt. Qonaqlarımızın istəyindən asılı olaraq əlavə Kordova Məscidi turumuzu həyata keçiririk. Daha sonra Sevilla istiqamətində hərəkət edirik. Şəhərə çatdıqdan sonra həyata keçiriləcək panoramik Sevilla şəhər turunda: Muvahhit dövründən qalan köhnə Baş Məscidin əvəzinə 15-ci əsrdən tikilməyə başlayan  katedral (xaricdən), Ərəb, Qotik və Rennesans tərzində olan sarayların yan-yana ucaldığı kral malikanəsi Alcazar (xaricdən görüləcəkdir), 13-cü əsrdən qalan Qızıl Qüllə qalası, Bələdiyyə Sarayı gəziləcək yerlərdən bəziləridir. Tur başa çatdıqdan sonra asudə vaxt.  Oteldə gecələyirik.

     

    4-cü gün SEVİLYA

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə təşkil olunacaq Ronda turu həyata keçiriləcək. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Axşam qonaqlarımızın istəyindən asılı olaraq  əlavə “Flamenco Gecəsi” : içkili, musiqili İspan rəqslərindən ibarət əyləncə təşkil olunacaqdır. Oteldə gecələyirik. 

     

    5-ci gün SEVİLYA - LİSSABON

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Lissabon şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra həyata keçiriləcək panoramik Lissabon şəhər turunda: Jeronimus Manastırı, Belem Qülləsi, Kəşfiyyatçılar Abidəsi, Rossio & Praca Do Commercio Meydanları, Av. Liberdade (Azadlıq prospekti), Markes Pompal Meydanı və şəhərin təpəsindən Sao Jorge Qalası və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Axşam arzu edən qonaqlarımız üçün əlavə Fado gecəsi turu təşkil olunacaq. Oteldə gecələyirik.

     

    6-cı gün LİSSABON

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Sintra & Cabo do Roca & Cascais & Estoril Turu həyata keçiriləcəkdir. Bu turda bir təpə üstündə inşa edilən tarixi Sintra şəhərini, bənzərsiz mənzərəsi olan Cabo De Roka burnunu, Atlantik sahilində yerləşən Kaskais balıqçı qəsəbəsini və Estorili sahilini görəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.

     

    7-ci gün LİSSABON - FATİMA - PORTU

    Səhər yeməyindən sonra otel otaqlarını təhvil verdikdən sonra 3 saatlıq səfər üçün Portu şəhərinə hərəkət edirik. Yolüstü bütün qrupun iştirakı ilə “Fatima Şəhərini” ziyarət edirik daha sonra Portu istiqamətində hərəkətimizi davam edirik. Portu şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: Bento stansiyası, Sao Francisco kilsəsi, Bolsa sarayı, Porto katedral, Tarixi şərəb saxlama yerləri (zirzəmi), Liberdade Meydanı , Batalha Meydanı , şəhərin ən qədim mərkəzi olan Riberia bölgəsi , Tore dos Clerigos Qalası , şəhərin ən məşhur alış -veriş məhəlləsi olan Santa Catarina, 1-ci Don Luis Körpüsü, Arrabida Körpüsü şəhərin yeni ve modern bölgəsi olan Boa Vista və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq, otaqlara yerləşmə və asudə vaxt. Oteldə gecələyirik.

     

    8-ci gün PORTU - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra otaqları təhvil verib hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1450 / TK 338 saylı müntəzəm səfəri ilə saat 12:10 -da İstanbul üzərindən Bakıya hərəkət edirik. Saat 05:35 -də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz! 

    Əlavə Turlar


    KORDOVA

    KORDOVA MƏSCİDİ: Tikintisinə 785-ci əsrdə başlanılan, İslam sənətinin Endelus bölgəsinin ən effektiv binalarından biri olan Kordova Məscidi, İspanyanın Kordova şəhərində yerləşir.  Şəhərin  ən mühim nişanələrindən biri olan məscidin tikintisinə  ilk dəfə 785-ci əsrdə  Əmir Əbdürrəhman tərəfindən başlanılmışdır. Ümumillikdə 23 min metr sahədə yerləşən və həyətində portağal ağacları olan, 1000 sütundan ibarət, 30.000 nəfərlik məscidə şəhərin Xristianların əsarətinə keçməsindən sonra təhrif edilmədən müxtəlif dəyişikliklər edilmişdir və həmin müddətdən sonra katedral olaraq istifadə olunmağa başlamışdır.

    Tura daxildir : Nəqliyyat xidməti + Məscidə giriş + Bələdçi xidməti + Qulaqciq 

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 35 EUR)

     

    FADO GECƏSI TURU

    Fado Gecəsi Portuqaliya xalq və musiqisinin təşkil edildiyi içkili gecədə Porto şərablarını dadaraq, bənzərsiz bir gecə keçirə bilərsiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Şou Proqram + 1 ədəd içki 

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR 

    *Yemək daxil :  1 nəfər üçün 75 EUR 

     

    SINTRA - CABO DE ROCA - CASCAIS - ESTORIL TURU

    SINTRA - CASCAIS - ESTORIL - CABO DE ROKA turunda qaya və kiçik qızıl qumlu çimərlikləri olan yollardan irəliləyərək, Portuqaliya monarxiyasının əhəmiyyətli yay sarayı olan Sintra Kral Sarayını gəzəcəyik. Bu turumuzda sarayın Ərəb stilində bir çin muzeyini xatırladan maraqlı arxitekturasını yaxından görəcəyik. Tur başa çatdıqdan sonra şirin qəsəbələri, köhnə balıqçı məhəllələrini, yazlıq evlərin yerləşdiyi Cascais və Estoril sahili gəziləcək. Avropa qitəsinin ən qərb nöqtəsinə gedilib, bu bənzərsiz günü doya-doya yaşa bilərsiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Saraya giriş bileti + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 75 EUR (07-12 yaş üçün 40 EUR) 

     

    SACRAMONTE ÇİNGENE MAHALLESİ

    UNESCO Ümümdünya irsi siyahısında göstərilən tarixi qaraçı məhəlləsi olan Sacramontenin təbii mağaralarında qaraçı şounu içkilərinizi içərək izləyirik və şoudan sonra yenə dünya mədəniyyət irsinin siyahısında olan tarixi müsəlman məhəlləsi Albayzında gəzintimizi həyata keçiririk. Fotoaparat və kameranızı özünüzlə götürməyi  unutmayın!..

    Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 30 EUR) 

     

    FLAMENCO SHOW - ENDÜLÜS

    İspaniya mədəniyyətini dünyaya tanıdan iki adət-ənənədən biri olan Buğa Güləşləri digəri isə Flamenko Xalq oyunlarıdır. Biz bu gəzintimizdə Sevilla-da bu oyunların nümayiş etdirildiyi ən gözəl məkanlarından birində sizə bu imkanı yaradacağıq. Rəng ahəngdarlığının ritmik hərəkətlərə keçdiyi rəqsləri izləyərkən, ənənəvi  İspaniya içkisi olan Sanqria şərablarını dadarkən məxsusi həzz alacaqsınız. Fotoaparat və kameranızı özünüzlə aparmağı  unutmayın!...

    Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 30 EUR)

     

    RONDO TURU

    İspaniya tarixində ilk dəfə Buğa Güləşlərinin keçirildiyi və eyni zamanda ən qədim Arenası ilə məşhur olan dağ qəsəbəsi Ronda şəhəri görüləcək.

    Tura daxildir : Nəqliyyat xidməti  + Arenaya giriş bileti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 30 EUR) 

     

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    BS CAPITULACIONES HOTEL (QRANADA)

    HOLIDAY INN EXPRESS LISBOA AEROPORTE HOTEL (LISSABON)

    HOLIDAY INN EXPRESS PORTO HOTEL (PORTU)

    TRH LA MOTILLA HOTEL (SEVİLYA)



    QİYMƏTƏ DAXİLDİR

    -          Aviabilet Türk Hava Yolları ilə Bakı - İstanbul - Malaqa /Portu - İstanbul - Bakı ekonom sinif aviabileti

    -          Aeroport yığımları və digər vergilər

    -          Xüsusi avtobusumuz ilə Malaqa - Qranada - Kordova - Sevilya - Lissabon - Fatima - Portu şəhərlər arası nəqliyyat xidməti

    -          Hava limanı - otel - hava limanı transferləri

    -          Qeyd olunan kateqoriyalı otellərdə Qranadada 2 gecə, Sevilyada 2 gecə, Lissabonda 2 gecə, Portuda 1 gecə olmaqla ümumi 7                gecə gecələmək

    -          Səhər yeməyi

    -          Panoramlı Qranada - Kordova - Sevilya - Lissabon - Fatima - Portu şəhər turları

    -          Yolüstü Kordova və Fatima turları

    -          Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -          Məcburi səyahət sığortası

          -          Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -   Viza rüsumu - 35 EURO 

    -   Viza mərkəzinin xidmət haqqı - 26 EURO 


    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    *** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    ***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Portuqaliya Əndəlüs Turu Türk Hava Yolları ilə 7 gecə

    Son 6 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 2009.00
    Valyuta: EUR
    23/10/2021-30/10/2021
    3*-4* OTEL
    Əlavə Yataq
    2009.00
    Bir Nəfər
    2259.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 279.00
    2 - 12 Yaş 1949.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Nigar Aliyeva 2019-07-09 16:56:21
    Tur hədsiz maraqlı idi. Rəhbərimiz şəhərlərin tarixi haqqında çox məlumatlı idi.
    Rauf Qurbanov 2016-09-23 09:52:41
    08-15 avqust 2016 tarixlərində təşkil olunmuş Barselona Valensiya Madrid turunda 5 nəfər ailəvi olaraq iştirak etdik. Tur haqqında burada yazmağı özüm üçün borc bildim. Bu turun ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə çox təşəkkür edirəm. Xüsusiylə də rəhbərimiz Onat bəyə ayrıca təşəkkür etmək istəyirəm. Ailəm adından demək istəyirəm ki, TƏŞƏKKÜRLƏR CASABLANCA TRAVEL
    Nərmin Ismayılova 2016-01-11 15:07:27
    Qrup şəklində sayəhət etdiyimin ilk tur Barselona - Valensiya -Madrid turu oldu. Səyahətinizdən zövg almaq istəyirsinizsə bu tura qatılmagı məsləhət görürəm. Rəhbərimiz Ayhan Kalyan bəyə sonsuz təşəkkür. Uğurlar Casablanca Travel.
    Çingiz Qurbanov 2016-01-06 21:49:33
    İştirak etdiyim 30 dekabr- 4 yanvar İspaniya səyahət turu mükəmməl idi. İstər Madrid və Barcelonanın tarixi yerlərini gormək, istərsə də Murat İşçinin profesional bələdçiliyi səyahəti mənim üçün unudulmaz etdi. Səyahətimin xoşuma gəlməyən tərəfi Pegasus şirkətilə uçmağımız oldu. Təəssüf ki, bu şirkət barəsində xoş bir şey yaza bilməyəcəyəm. Buna baxmayaraq, səyahətim barəsində ümumi təssüratlarım müsbətdir.
    Zeynəb Aslanova 2015-10-14 09:39:30
    Hörmətli, Casablanca Travel. 6-13 sentyabr tarixlərində iştirak etdiyimiz Böyük İspaniya turunda bu turun silinməz xatirə olaraq yaddaşımıza həkk olunmasına səbəb olan bələdçimiz Mehmet Ali Oğuz bəyə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Peşəkarlığı, gülər üzlülüyü, işinə bu qədər ciddi yanaşması, işini bu qədər sevməsi ilə turdakı digər iştirakçıların da dediyi kimi : "yeriyən ensiklopediya" Mehmet Ali Oğuz bəyə bir daha sonsuz təşəkkürlər. və əlbətdəki bir təşəkkür də belə bir turu həyata keçirən Casablanca Travelə... Sizlərə müvəffəqiyyətlər arzu edirəm.
    Seymur Əhmədli 2015-06-22 19:33:31
    Doğrusu vəd olunduğu kimi bütün hər şeyin həyata keçəcəyini gözləmirdim. Turun başından sonuna qədər bizimlə bərabər olan, bütün bilik və təcrübəsini çox həvəsli və peşəkar şəkildə qonaqlarına çatdırmağa çalışan bələdçimiz Kadir Demirci bəyə buradan bir daha sonsuz təşəkkürlərimi çatdırıram. Sayəsində röya kimi bir tur həyata keçirdik. Casablanca Traveli belə turlar təşkil etdiyinə görə həm təbrik edirəm həm də təşəkkür edirəm.
    Cavad Əsgərli 2015-06-22 18:49:57
    16-23 may 2015 tarixlərində barselona valensiya madrid turunda iştirak etdik. Bu cür turlarda bələdçi hər şey deməkdir. Bələdçimiz Yusif Kırbaç sayəsində möhtəşəm bir gəzinti oldu. Bir tarix müəllimi kimi hər bir xırdalığı belə böyük bir həvəslə qonaqlarına çatdırmağa çalışan, asudə vaxtlarda belə qonaqlara köməkliyini əsirgəməyən Yusif Kırbaç bəyə bir daha buradan təşəkkür edirəm. Növbəti turlarda görüşmək ümüdi ilə Casablanca Travel ilə dünyanı gəzməyə davam... Təşəkkürlər.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Mərkəzi Avropa Turları
    • Benilüks Turları
    • İtaliya Turları
    • İspaniya Turları
    • Skandinaviya Turları
    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel