CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    AKSİYALI İspaniya Turu THY & Pegasus Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 4 yer
    İspaniya Turları > İspaniya > AKSİYALI İspaniya Turu THY & Pegasus Hava Yolları ilə 7 gecə

    İspaniya Turu 1359 € 2530 AZN 7 Gecə - 8 Gün

    04/09/2023 - 11/09/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 9ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    24 Oktyabr 2022

    05 - 21 Noyabr 2022

    05 - 25 Dekabr 2022

    22 Yanvar 2023

    18 Mart 2023

    8 - 15 - 30 Aprel 2023

    14 - 21 May 2023

    25 İyun 2023

    9 - 10 İyul 2023

    14 - 28 Avqust 2023

    4 - 17 Sentyabr 2023

    8 - 22 Oktyabr 2023

    12 - 19 Noyabr 2023

    9 - 25 - 26 Dekabr 2023 

     

    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  7703  Bakı - İstanbul                    05:15 - 07:20

    PC  1099  İstanbul  - Madrid               10:25 - 14:00

    PC 1092   Barselona - İstanbul            14:35 - 19:10

    TK  7704  İstanbul  - Bakı                     00:05 - 03:45 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - MADRİD

    Səhər saat 05:15-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə oradan da Pegasus Hava Yollarının PC 1099 saylı müntəzəm səfəri ilə saat 10:25-də Madrid şəhərinə hərəkət edirik. Yerli saat ilə 14:00-da Madrid şəhərinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə panoramlı Madrid şəhər turunda iştirak edirik. Madrid şəhər turunda: Alcala Qapısı (Puerta de Alcala), Cibeles Meydanı (Plaza de Cibeles) və Cibeles Çeşməsi (Fountain of Cibeles), Paseo Del Prado və Apollo Çeşməsi (Fountain of Apollo), Retiro Parkı (Buen Retiro Park), Arena, Castellana küçəsi (Castellana Street), Neptün Çeşməsi, Bələdiyyə Binası, Botanik Bağçası və başqa əhəmiyyətli yerləri gəzəcəyik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və otaqlara yerləşirik. Oteldə gecələyirik.

     

    2-ci gün MADRİD - TOLEDO - SEGOVIA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə yarımgünlük Toledo gəzintisində iştirak edə bilərlər. Bu əlavə turun biri səhər, digəri isə günorta həyata keçiriləcək. İspaniyanın qədim paytaxtlarından olan Toledo sözün əsl mənasında açıq havada yerləşən muzeydir. Toledo UNESCO-nun miras siyahısındakı (UNESCO dünya irsi) ən əhəmiyyətli şəhərlərdən biridir. Burada yerləşən ölkənin ən əzəmətli Katedralı, dünyadakı məşhur rəssamlarının əsərlərinin nümayiş edildiyi  tanınmış muzeydir. El Greco-nun şəhəri kimi də tanınan Toledo XVI əsrdən indiyənə kimi dəyişmədən öz orijinallığını qoruyaraq gəlib çatmışdır. Roma, vizigot, ərəb, gotik, rönesans (intibah) arxitekturasının izlərini özündə əks etdirən Toledo dar küçələri, El Greco-nun rəsim əsərləri və katedralı ilə məşhur turistik yerdir. Daha sonra arzu edən qonaqlarımız bələdçimizin təşkil edəcəyi əlavə Segovia turunda iştirak edə bilərlər. Segoviyadakı ilk dayanacağımız Qədim Roma dövrünün ən mühüm xarabalıqlarından biri olan 15 km uzunluğunda Segoviya su yolunun şəhərin girişində yerləşən 28 metr hündürlüyündə kəsilmiş daşdan olan Seqoviya su kəməri olacaq. Qısa bir fasilədən sonra Katedralların kraliçası sayılan Segoviya Katedralinı, məşhur Disneyland loqosuna ilham verən qüllələri, Alcazar Sarayını (kənardan), Castilla Krallığının köhnə mərkəzini (kənardan) və ətrafındakı Yəhudi Məhəlləsini, hər yeri tarix olan şəhərin qədim küçələrini gördükdən sonra qısa bir fasilə verib Madridə hərəkət edirik. Oteldə gecələyirik.

     

    3-cü GÜN MADRİD - KORDOVA - SEVİLYA

    Səhər yeməyindən sonra otaqları boşaldıb Əndəlüsün gözəlliklərini kəşf edəcəyik. Arzu edən qonaqlarımız əlavə Kordova turunda iştirak edə bilərlər. Kordovaya çatdıqdan sonra həyata keçiriləcək panaromik şəhərin tanıdılması üçün təşkil olunan gəzintidə tikintisinə 785-ci əsrdə başlanılan və 987-ci ildə başa çatdırılan, Qərb İslam sənətinin ən effektiv strukturalarından biri olan Kordova Məscidi (xaricdən görüləcəkdir) və Yəhudi Məhəlləsi görüləcəkdir. Tur başa çatdıqdan sonra əlavə Kordova Məscidi turu həyata keçiririk. Şəhərə çatdıqdan sonra həyata keçiriləcək panoramik Sevilla şəhər turunda: Muvahhit dövründən qalan köhnə Baş Məscidin əvəzinə 15-ci əsrdən tikilməyə başlayan katedral (xaricdən), Ərəb, Qotik və Rennesans tərzində olan sarayların yan-yana ucaldığı kral malikanəsi Alcazar (xaricdən görüləcəkdir), 13-cü əsrdən qalan Qızıl Qüllə qalası, Bələdiyyə Sarayı gəziləcək yerlərdən bəziləridir. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Axşam qonaqlarımıızn istəyindən asılı olaraq əlavə “Flamenco Gecəsi”: içkili, musiqili İspan rəqslərindən ibarət əyləncə təşkil olunacaqdır. Oteldə gecələyirik.


    4-cü gün SEVİLYA - QRANADA

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Granada istiqamətində hərəkət edirik. Yolüstü iştirak etmək istəyən qonaqlar üçün Rondo turu təşkil olunacaq. Qranada şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda iştirak edirik. Arzu edən qonaqlarımız Alhambra Turunda iştirak edə bilərlər. (Əlhambraya giriş günlük müəyyən sayda və məhduddur. Bu səbəbdən turumuz mövcudluqdan asılı olaraq dəyişə bilər. Alhambraya pasport nömrəsi və şəxsin adı ilə xüsusi rezervasiya olaraq daxil ola bilər. Turun günü dəyişə bilər.) Tur başa çatdıqdan sonra asudə vaxt. Arzu edən qonaqlarımız ilə əlavə Sagramonte qaraçı məhəlləsinə tur təşkil edirik. Dünya mədəniyyət irsinin siyahısında göstərilən tarixi qaraçı məhəlləsi Sagramonte-nin təbii mağaralarında içki içərək təbii qaraçı şounu izləyirik və şoudan sonra yenə dünya mədəniyyəti irsinin siyahısında öz əksini tapan tarixi müsəlman məhəlləsi olan ALBAYZIN-da gəzintimizi həyata keçiririk. Daha sonra otelimizə transfer olunuruq və oteldə gecələyirik.


    5-ci gün QRANADA - VALENSİYA

    Səhər yeməyindən sonra Valensiya şəhərinə hərəkət edirik. Valensiya şəhərinə çatdıqdan sonra panoramlı Valensiya şəhər turunda: Katedral, Arena, Bələdiyə Sarayı (City Hall), Puerto Serrano, Valensiya Hökümət Binası və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Şəhər turundan sonra otelə transfer olunuruq, asudə vaxt və oteldə gecələyirik. 

     

    6-cı gün VALENSİYA - BARSELONA

    Səhər yeməyindən sonra Barselona şəhərinə hərəkət edirik. Barselona şəhərinə çatdıqdan sonra təşkil olunacaq panoramlı şəhər turunda: Marina, Colombus street, məşhur Batllo Evi və Mila Evləri, Sagrada Familia, Olimpiada stadionu, Sant Jordi Sarayı, Calatrava Tower (Qülləsi) və başqa əhəmiyyətli yerlər gəziləcəkdir. Şəhər turundan sonra otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra asudə vaxt. Otelimizdə gecələyirik. 

     

    7-ci gün BARSELONA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq “Gerona&Figueras (Dali Muzeyi)” gəzintisi həyata keçiriləcəkdir. Bu gəzintimizdə ilk olaraq Katalan musəvi (yəhudi) camaatının 600 ildən çox yaşadığı məşhur Girona şəhərinin dolayı küçələri bizi keçmişə, Musəvi Camaatının həyatına aparacaq. Məşhur Jewish meydanı el call və əntiq Ərəb-Osmanlı mədəniyyətindən gələn hamam görüləcək. Figueras  şəhərindəki sürrealist rəssam Dali-nin əsərlərinin nümayiş edildiyi Dali Müzeyi gəziləcək. Şimalın ən gözəl bu iki şəhəri sizi Katalan dünyasının dərinlilərinə aparacaq. Şəhər turundan sonra asudə vaxt daha sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.

    Qeyd: Dali Muzeyi hər bazar ertəsi bağlıdır. Bazar ertəsinə düşən günlərdə Park Guell-ə əlavə tur təklif olunacaq.

     

    8-ci gün BARSELONA - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra otaqların təhvil verilməsi və daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Pegasus Hava Yollarının PC 1092 saylı müntəzəm səfəri ilə saat 14:35-də İstanbula, oradan da Türk Hava Yollarının TK 7704 saylı müntəzəm səfəri ilə saat 00:05-də Bakıya hərəkət edirik. Saat 03:45-də (+1) Bakıya çatırıq və Turumuz başa çatır. Bakıya xoş gəlmisiniz.

    Əlavə Turlar

    (əlavə turlar məcburi deyildir və yalnız arzu edən qonaqlarımız bu turlarda iştirak edə bilərlər) 


    SACRAMONTE ÇİNGENE (QARAÇI) MƏHƏLLƏSİ & ALBAYZİN

    Dünya mədəniyyət mirasının siyahısında göstərilən tarixi qaraçı məhəlləsi olan Sacramontenin təbii mağaralarında qaraçı şounu içkilərinizi içərək izləyirik və şoudan sonra yenə dünya mədəniyyət irsinin siyahısında olan tarixi müsəlman məhəlləsi Albayzında gəzintimizi həyata keçiririk. Fotoaparat və kameranızı özünüzlə götürməyi unutmayın!..

    Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 45 EUR (07-12 yaş üçün 30 EUR) 


    SEGOVIA TURU

    Səhər yeməyindən sonra möhtəşəm mənzərəli səyahətdən sonra, orta əsrlərdən qalan Segovia-ya çatırıq və bu tipik bir Roma şəhərini gəzirik. Günorta yeməyi üçün asudə vaxt verilir. (Körpə quzuları ilə məşhur restoranlarda yemək yeyə bilərsiz). Segoviada Disneylandın simvollarından biri olan məşhur Qəsrə ilham qaynağı olan Alcazar Qəsrini  gəzəcək və Romalıların inşa etdikləri məşhur su kəmərlərini  görəcəksiniz. 

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 50 EUR (07-12 yaş üçün 35 EUR) 


    FLAMENKO ŞOU 

    İspaniya mədəniyyətini dünyaya tanıdan iki adət-ənənədən biri olan Buğa Güləşləri digəri isə Flamenko Xalq oyunlarıdır. 

    Tura daxildir : Nəqliyyat xidməti + Saraya giriş + Bələdçi xidməti + Katedrala giriş

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 35 EUR) 


    KORDOVA

    KORDOVA MƏSCİDİ: Tikintisinə 785-ci əsrdə başlanılan, İslam sənətinin Endelus bölgəsinin ən effektiv binalarından biri olan Kordova Məscidi, İspanyanın Kordova şəhərində yerləşir.  Şəhərin  ən mühim nişanələrindən biri olan məscidin tikintisinə  ilk dəfə 785-ci əsrdə  Əmir Əbdürrəhman tərəfindən başlanılmışdır. Ümumillikdə 23 min metr sahədə yerləşən və həyətində portağal ağacları olan, 1000 sütundan ibarət, 30.000 nəfərlik məscidə şəhərin Xristianların əsarətinə keçməsindən sonra təhrif edilmədən müxtəlif dəyişikliklər edilmişdir və həmin müddətdən sonra katedral olaraq istifadə olunmağa başlamışdır.

    Tura daxildir : Nəqliyyat xidməti + Məscidə giriş + Qulaqcıq + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 35 EUR)


    ƏL HAMBRA SARAYI

    Əlhambra, Qırnataya hakim olan təpə üzərindəki düzənlikdə, müdafiə qalası və saray olaraq inşa edilmişdir. Buna görə də xaricdən bir qədər yöndəmsiz görünür. Ancaq yöndəmsiz qala divarlarının içərisində bənzərsiz gözəllikdə saray qarşımıza çıxır. Divarlarında qırmızı kərpic, damında qırmızı kirəmitdən istifadə olunduğuna görə adına Əlhambra, yəni, "Qırmızı" deyilmişdir.

    Tura daxildir : Nəqliyyat xidməti  + Saraya giriş bileti + Qulaqcıq + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 70 EUR (07-12 yaş üçün 40 EUR)

     

    TOLEDO

    Toledo: İspaniyanın qədim paytaxtlarından. Toledo sözün əsl mənasında açıq havada yerləşən muzeydir. Toledo UNESCO-nun miras siyahısındakı (UNESCO dünya irsi) ən əhəmiyyətli şəhərlərdən biridir. Buradakı ölkənin ən əzəmətli Katedralı, dünyadakı məşhur rəssamlarının əsərlərinin nümayiş edildiyi  tanınmış muzeydir. El Greco-nun şəhəri kimi də tanınan Toledo XVI əsrdən indiyənə kimi dəyişmədən öz orijinallığını qoruyaraq gəlib çatmışdır. Roma, vizigot, ərəb, gotik, rönesans (intibah) arxitekturasının izlərini özündə əks etdirən Toledo dar küçələri, El Greco-nun rəsim əsərləri, tipik şirniyyat dükanları, Damascino mağazaları və katedralı ilə məşhur  turistik  yerdir. 

    Tura daxildir : Nəqliyyat xidməti  + Giriş bileti +  Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 75 EUR (07-12 yaş üçün 35 EUR)


    GIRONA & DALI MUSEUM TURU

    Səhər yeməyindən sonra başlayacaq bu turda, əvvəl Katalan musəvi (yəhudi) camaatının 600 ildən çox yaşadığı məşhur Girona şəhərinin dolayı küçələri bizi keçmişə, Musəvi camaatının həyatına aparacaq. Məşhur Jewish meydanı el callvə əntiq Ərəb-Osmanlı mədəniyyətlərindən gələn hamam görüləcək. Figueras şəhərindəki surrealist rəssam Dalinin  əsərlərinin nümayiş edildiyi Dali Muzeyi gəziləcək. Şimalın ən gözəl iki katalan şəhəri sizi Katalan dünyasının özünə məxsus aləminə aparacaq. Çox gözəl bir gəzintidən sonra otelimizə qayidiriq.

    Tura daxildir : Nəqliyyat xidməti  + Muzeyə giriş bileti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 70 EUR (07-12 yaş üçün 35 EUR)


    RONDO TURU

    Zəlzələ zamanı ikiyə bölünmüş və nəhəng kanyonlar üzərində yerləşən; bəyaz evləri və ensiz küçələri olan Romantik Səyahətçilər şəhəri Rondo; İspaniyaya Vətəndaş Müharibəsi dövründə müharibə müxbiri olaraq gələn məşhur yazıçı Ernest Hemingway, Amerikalı rejissor Orson Welles, İngilis rəssam David Bomberg, Alman şair Rainer Maria Rilkeyə ilham verən və İspaniyanın ən qədim və tarixi Əndəlüs şəhərlərindən biridir.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 35 EUR)


    ***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    CATALONIA BRISTOL (BARSELONA)

    DON JUAN (QRANADA)

    UZAQ OTEL (MADRİD)

    UZAQ OTEL (SEVİLYA)

    RONDO OLYMPIA (VALENSİYA)



    QİYMƏTƏ DAXİLDİR

    -          Aviabilet Türk Hava Yolları Bakı - İstanbul - Bakı 

    -          Aviabilet Pegasus Hava Yolları İstanbul - Madrid - Barselona - İstanbul

    -          Aeroport yığımları və digər vergilər

    -          Xüsusi avtobusumuz ilə Madrid - Kordova- Sevilya - Qranada - Valensiya - Barselona şəhərlər arası nəqliyyat xidməti

    -          Hava limanı - otel - hava limanı transferləri

    -          Qeyd olunan kateqoriyalı otellərdə Madriddə 2 gecə, Sevilyada 1 gecə, Qranadada 1 gecə, Valensiya 1 gecə və Barcelona 2 gecə           olmaqla ümumi 7 gecə gecələmək

    -          Səhər yeməyi

    -          Panoramlı Madrid - Sevilya - Kordova - Qranada - Valensiya - Barselona  şəhər turları

    -          Bütün tur boyunca türk dilli bələdçi

    -          Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -          Viza rüsumu - 35 EURO

    -          Viza mərkəzinin xidmət haqqı - 30 EURO 

    -          Məcburi səyahət sığortası

     

    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.  

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı-otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Lahey Protokoluna tabelidir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. Tur paketdə iştirak edəcək kifayət qədər şənişinin iştirakı olmadıqda 7 (yeddi) gün əvvəl müştəriyə  xəbər verilir və turun tarixi heç bir əlavə məbləğ alınmadan eyni kateqoriyalı tur ilə dəyişdirilir.

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    AKSİYALI İspaniya Turu THY & Pegasus Hava Yolları ilə 7 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1359.00
    Valyuta: EUR
    04/09/2023-11/09/2023
    3* OTELLƏR
    Əlavə Yataq
    1359.00
    Bir Nəfər
    1599.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 299.00
    2 - 12 Yaş 1289.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Xanım Əkbərli 2022-08-29 12:12:35
    15-22 avqust 2022 tarixində keçirilən turda iştirak etdik. Tur və tur rəhbəri Mehmet Ali bəydən razı qaldıq. Gözəl,mənzərəli və inanılmaz dərəcədə dincəlmək üçün Sevimli məkanları gəziləsi panoramlə yerləri olan İspaniya turu bizim üçün çox marağlı idi. Hər bir köməyə və dəstəyə görə Casablanca travel’ə təşəkkürümüzü bildiririk.
    Nigar Aliyeva 2019-07-09 16:56:21
    Tur hədsiz maraqlı idi. Rəhbərimiz şəhərlərin tarixi haqqında çox məlumatlı idi.
    Rauf Qurbanov 2016-09-23 09:52:41
    08-15 avqust 2016 tarixlərində təşkil olunmuş Barselona Valensiya Madrid turunda 5 nəfər ailəvi olaraq iştirak etdik. Tur haqqında burada yazmağı özüm üçün borc bildim. Bu turun ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə çox təşəkkür edirəm. Xüsusiylə də rəhbərimiz Onat bəyə ayrıca təşəkkür etmək istəyirəm. Ailəm adından demək istəyirəm ki, TƏŞƏKKÜRLƏR CASABLANCA TRAVEL
    Nərmin Ismayılova 2016-01-11 15:07:27
    Qrup şəklində sayəhət etdiyimin ilk tur Barselona - Valensiya -Madrid turu oldu. Səyahətinizdən zövg almaq istəyirsinizsə bu tura qatılmagı məsləhət görürəm. Rəhbərimiz Ayhan Kalyan bəyə sonsuz təşəkkür. Uğurlar Casablanca Travel.
    Çingiz Qurbanov 2016-01-06 21:49:33
    İştirak etdiyim 30 dekabr- 4 yanvar İspaniya səyahət turu mükəmməl idi. İstər Madrid və Barcelonanın tarixi yerlərini gormək, istərsə də Murat İşçinin profesional bələdçiliyi səyahəti mənim üçün unudulmaz etdi. Səyahətimin xoşuma gəlməyən tərəfi Pegasus şirkətilə uçmağımız oldu. Təəssüf ki, bu şirkət barəsində xoş bir şey yaza bilməyəcəyəm. Buna baxmayaraq, səyahətim barəsində ümumi təssüratlarım müsbətdir.
    Zeynəb Aslanova 2015-10-14 09:39:30
    Hörmətli, Casablanca Travel. 6-13 sentyabr tarixlərində iştirak etdiyimiz Böyük İspaniya turunda bu turun silinməz xatirə olaraq yaddaşımıza həkk olunmasına səbəb olan bələdçimiz Mehmet Ali Oğuz bəyə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Peşəkarlığı, gülər üzlülüyü, işinə bu qədər ciddi yanaşması, işini bu qədər sevməsi ilə turdakı digər iştirakçıların da dediyi kimi : "yeriyən ensiklopediya" Mehmet Ali Oğuz bəyə bir daha sonsuz təşəkkürlər. və əlbətdəki bir təşəkkür də belə bir turu həyata keçirən Casablanca Travelə... Sizlərə müvəffəqiyyətlər arzu edirəm.
    Seymur Əhmədli 2015-06-22 19:33:31
    Doğrusu vəd olunduğu kimi bütün hər şeyin həyata keçəcəyini gözləmirdim. Turun başından sonuna qədər bizimlə bərabər olan, bütün bilik və təcrübəsini çox həvəsli və peşəkar şəkildə qonaqlarına çatdırmağa çalışan bələdçimiz Kadir Demirci bəyə buradan bir daha sonsuz təşəkkürlərimi çatdırıram. Sayəsində röya kimi bir tur həyata keçirdik. Casablanca Traveli belə turlar təşkil etdiyinə görə həm təbrik edirəm həm də təşəkkür edirəm.
    Cavad Əsgərli 2015-06-22 18:49:57
    16-23 may 2015 tarixlərində barselona valensiya madrid turunda iştirak etdik. Bu cür turlarda bələdçi hər şey deməkdir. Bələdçimiz Yusif Kırbaç sayəsində möhtəşəm bir gəzinti oldu. Bir tarix müəllimi kimi hər bir xırdalığı belə böyük bir həvəslə qonaqlarına çatdırmağa çalışan, asudə vaxtlarda belə qonaqlara köməkliyini əsirgəməyən Yusif Kırbaç bəyə bir daha buradan təşəkkür edirəm. Növbəti turlarda görüşmək ümüdi ilə Casablanca Travel ilə dünyanı gəzməyə davam... Təşəkkürlər.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel