TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
20 Aprel 2023
24 İyun 2023
10 Oktyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 335 Bakı - İstanbul 21:55 - 00:05
TK 1853 İstanbul - Barselona 07:45 - 10:20
TK 1860 Madrid - İstanbul 18:20 - 23:35
TK 332 İstanbul - Bakı 09:05 - 12:55 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BARSELONA
Saat 21:55- də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1853 saylı müntəzəm səfəri ilə saat 07:45-də Barselona şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:20-də Barselona şəhərinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə panoramlı Barselona panoramlı şəhər turunda: Cristof Colomb heykəli, La Sagrada Familia kilsəsi, La Ramblas küçəsi, Montjuic Hill, İspaniya və Katalonya meydanları, Paseo de Gracia, Gran Via küçəsi, Andalusia Arena, Olimpiya Limanı və başqa əhəmiyyətli yerlər gəziləcəkdir. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
2-ci gün BARSELONA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq “Gerona & Figueras (Dali Muzeyi)” turu həyata keçiriləcəkdir. Bu turumuzda ilk olaraq Katalan musəvi (yəhudi) camaatının 600 ildən çox yaşadığı məşhur Girona şəhərinin dolayı küçələri bizi keçmişə, Musəvi Camaatının həyatına aparacaq. Məşhur Jewish meydanı el call və əntiq Ərəb-Osmanlı mədəniyyətindən gələn hamam görüləcək. Figueras şəhərindəki sürrealist rəssam Dali-nin əsərlərinin nümayiş edildiyi Dali Müzeyi gəziləcək. Turundan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün BARSELONA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Gothic Məhəlləri & El Born turu həyata keçiriləcəkdir. Axşam arzu edənlər qonaqlarımız üçün ekstra Flamenco Gecəsi (içkili, musiqili, İspaniya rəqsləriylə zəngin əyləncə) (55 EUR) təşkil olunacaqdır. Turundan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
4-cü gün BARSELONA - VALENSİYA
Səhər yeməyindən sonra otel otaqlarını təhvil veririk və Valensiya şəhərinə hərəkət edirik. Valensiya şəhərinə çatdıqdan sonra panoramlı Valensiya şəhər turunda: Gotik Katedral, Arena, Bələdiyə Sarayı (City Hall), Lonja bazarı, Micalet zəng qülləsi və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Panoramli turdan sonra otelimizə qayıdırıq. Oteldə gecələyirik.
5-cü gün VALENSİYA - MADRİD
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Madrid şəhərinə hərəkət edirik. Madrid şəhərinə turunda: Alcala Qapısı (Puerta de Alcala), Cibeles Meydanı (Plaza de Cibeles) və Cibeles Çeşməsi (Fountain of Cibeles), Paseo Del Prado və Apollo Çeşməsi (Fountain of Apollo), Retiro Parkı (Buen Retiro Park), Arena, Castellana küçəsi (Castellana Street), Neptün Çeşməsi, Bələdiyyə Binası, Botanik Bağçası və başqa əhəmiyyətli yerləri gəzəcəyik. Şəhər turundan sonra otelimizə qayıdırıq. Oteldə gecələyirik.
6-cı gün MADRİD
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Segovia turu həyata keçiriləcəkdir. Burada Disneylandın simvollarından biri olan Qəsrə ilham olan Alcazar Qəsri və Yəhudi məhəllələri görmək imkanını əldə edəcəyik. Romalılar tərəfindən inşa edilmiş məşhur su kəmərlərini və Seqoviya Katedralinı görəcəyik. Gəzintidən sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün MADRİD - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra bələdçimizin təşkil edəcəyi yarımgünlük Toledo gəzintisində iştirak edə bilərlər. (Toledo: İspaniyanın qədim paytaxtlarından). Toledo UNESCO-nun miras siyahısındakı (UNESCO dünya irsi) ən əhəmiyyətli şəhərlərdən biridir. Buradakı ölkənin ən əzəmətli Katedralı, dünyadakı məşhur rəssamlarının əsərlərinin nümayiş edildiyi tanınmış muzeydir. El Greco-nun şəhəri kimi də tanınan Toledo XVI əsrdən indiyənə kimi dəyişmədən öz orijinallığını qoruyaraq gəlib çatmışdır. Roma, vizigot, ərəb, gotik, rönesans (intibah) arxitekturasının izlərini özündə əks etdirən Toledo dar küçələri, El Greco-nun rəsim əsərləri, Yəhudi Məhəlləsi məşhur turistik yerdir. Daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Türk Hava Yollarının TK 1860 saylı müntəzəm səfəri ilə saat 18:20-də İstanbula, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 09:05-də Bakıya hərəkət edirik. Saat 12:55-də (+1) Bakıya çatırıq və Turumuz başa çatır. Bakıya xoş gəlmisiniz.
Əlavə Turlar
Əlavə turlar qiymətə daxildir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Barselona / Madrid - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə Barselona - Valensiya - Madrid şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Barcelona 3 gecə, Valensiya 1 gecə və Madrid 2 gecə olmaqla ümumi 6 gecə gecələmək
- Səhər yeməyi
- Barselona, Valensiya, Madrid panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
- Əlavə turlar
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 30 EURO
- Məcburi səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
4* OTEL
- Əlavə Yataq
- 1779.00
- Bir Nəfər
- 2279.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1719.00