CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Madrid Valensiya Barselona Türk Hava Yolları ilə 6 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 4 yer
    İspaniya Turları > Barselona Valensiya Madrid > Madrid Valensiya Barselona Türk Hava Yolları ilə 6 gecə

    Barselona Valensiya Madrid Turu 1779 € 3311 AZN 6 Gecə - 7 Gün

    24/06/2023 - 30/06/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 9ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    20 Aprel 2023

    24 İyun 2023

    10 Oktyabr 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  335   Bakı - İstanbul               21:55 - 00:05

    TK  1853 İstanbul - Barselona      07:45 - 10:20

    TK  1860 Madrid - İstanbul           18:20 - 23:35

    TK  332   İstanbul - Bakı                07:05 - 10:45 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - BARSELONA

    Saat 21:55- də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1853 saylı müntəzəm səfəri ilə saat 07:45-də Barselona şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:20-də Barselona şəhərinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə panoramlı Barselona panoramlı şəhər turunda: Cristof Colomb heykəli, La Sagrada Familia kilsəsi, La Ramblas küçəsi, Montjuic Hill, İspaniya və Katalonya meydanları, Paseo de Gracia, Gran Via küçəsi, Andalusia Arena, Olimpiya Limanı və başqa əhəmiyyətli yerlər gəziləcəkdir. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.


    2-ci gün BARSELONA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq “Gerona & Figueras (Dali Muzeyi)” turu həyata keçiriləcəkdir. Bu turumuzda ilk olaraq Katalan musəvi (yəhudi) camaatının 600 ildən çox yaşadığı məşhur Girona şəhərinin dolayı küçələri  bizi keçmişə, Musəvi Camaatının həyatına aparacaq. Məşhur Jewish meydanı el call və əntiq Ərəb-Osmanlı mədəniyyətindən gələn hamam görüləcək. Figueras şəhərindəki sürrealist rəssam Dali-nin əsərlərinin nümayiş edildiyi Dali Müzeyi gəziləcək. Turundan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.


    3-cü gün BARSELONA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Gothic Məhəlləri & El Born turu həyata keçiriləcəkdir. Axşam arzu edənlər qonaqlarımız üçün ekstra Flamenco Gecəsi (içkili, musiqili, İspaniya rəqsləriylə zəngin əyləncə) (55 EUR) təşkil olunacaqdır. Turundan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.


    4-cü gün BARSELONA - VALENSİYA

    Səhər yeməyindən sonra otel otaqlarını təhvil veririk və Valensiya şəhərinə hərəkət edirik. Valensiya şəhərinə çatdıqdan sonra panoramlı Valensiya şəhər turunda: Gotik Katedral, Arena, Bələdiyə Sarayı (City Hall), Lonja bazarı, Micalet zəng qülləsi və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Panoramli turdan sonra otelimizə qayıdırıq. Oteldə gecələyirik.


    5-cü gün VALENSİYA - MADRİD 

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və Madrid şəhərinə hərəkət edirik. Madrid şəhərinə turunda: Alcala Qapısı (Puerta de Alcala), Cibeles Meydanı (Plaza de Cibeles) və Cibeles Çeşməsi (Fountain of Cibeles), Paseo Del Prado və Apollo Çeşməsi (Fountain of Apollo), Retiro Parkı (Buen Retiro Park), Arena, Castellana küçəsi (Castellana Street), Neptün Çeşməsi, Bələdiyyə Binası, Botanik Bağçası və başqa əhəmiyyətli yerləri gəzəcəyik. Şəhər turundan sonra otelimizə qayıdırıq. Oteldə gecələyirik.

     

    6-cı gün MADRİD

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Segovia turu həyata keçiriləcəkdir. Burada Disneylandın simvollarından biri olan Qəsrə ilham olan Alcazar Qəsri və Yəhudi məhəllələri görmək imkanını əldə edəcəyik. Romalılar tərəfindən inşa edilmiş məşhur su kəmərlərini və Seqoviya Katedralinı görəcəyik. Gəzintidən sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.


    7-ci gün MADRİD - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra bələdçimizin təşkil edəcəyi yarımgünlük Toledo gəzintisində iştirak edə bilərlər. (Toledo: İspaniyanın qədim paytaxtlarından). Toledo UNESCO-nun miras siyahısındakı (UNESCO dünya irsi) ən əhəmiyyətli şəhərlərdən biridir. Buradakı ölkənin ən əzəmətli Katedralı, dünyadakı məşhur rəssamlarının əsərlərinin nümayiş edildiyi tanınmış muzeydir. El Greco-nun şəhəri kimi də tanınan Toledo XVI əsrdən indiyənə kimi dəyişmədən öz orijinallığını qoruyaraq gəlib çatmışdır. Roma, vizigot, ərəb, gotik, rönesans (intibah) arxitekturasının izlərini özündə əks etdirən Toledo dar küçələri, El Greco-nun rəsim əsərləri, Yəhudi Məhəlləsi məşhur  turistik yerdir. Daha sonra hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra Türk Hava Yollarının TK 1860 saylı müntəzəm səfəri ilə saat 18:20-də İstanbula, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 07:05-də Bakıya hərəkət edirik. Saat 10:45-də (+1) Bakıya çatırıq və Turumuz  başa çatır. Bakıya xoş gəlmisiniz.

    Əlavə Turlar

    Əlavə turlar qiymətə daxildir.

     


    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    ALIMARA BARCELONA HOTEL (BARSELONA)

    AXOR FERIA HOTEL (MADRİD)

    PORT AZAFATA VALENCIA
     HOTEL
     (VALENSİYA)


    QİYMƏTƏ DAXİLDİR

    -     Türk Hava Yolları ilə Bakı - İstanbul - Barselona / Madrid - İstanbul - Bakı ekonom sinif aviabileti

    -     Aeroport yığımları və digər vergilər

    -     Hava limanı - otel - hava limanı transferləri

    -     Xüsusi avtobus ilə  Barselona - Valensiya - Madrid şəhərlər arası nəqliyyat xidməti

    -     Qeyd olunan kateqoriyalı otellərdə Barcelona 3 gecə, Valensiya 1 gecə və Madrid 2 gecə olmaqla ümumi 6 gecə gecələmək

    -     Səhər yeməyi

    -     Barselona, Valensiya, Madrid panoramlı şəhər turları

    -     Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -     Viza dəstəyi 

          -     Əlavə turlar

    QİYMƏTƏ DAXİL DEYİL

    -     Viza rüsumu - 35 EURO 

    -     Viza mərkəzinin xidmət haqqı - 30 EURO   

    -     Məcburi səyahət sığortası 

     

    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    ***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    ***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    ***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    ***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Madrid Valensiya Barselona Türk Hava Yolları ilə 6 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1779.00
    Valyuta: EUR
    24/06/2023-30/06/2023
    4* OTEL
    Əlavə Yataq
    1779.00
    Bir Nəfər
    2279.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1719.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Xanım Əkbərli 2022-08-29 12:12:35
    15-22 avqust 2022 tarixində keçirilən turda iştirak etdik. Tur və tur rəhbəri Mehmet Ali bəydən razı qaldıq. Gözəl,mənzərəli və inanılmaz dərəcədə dincəlmək üçün Sevimli məkanları gəziləsi panoramlə yerləri olan İspaniya turu bizim üçün çox marağlı idi. Hər bir köməyə və dəstəyə görə Casablanca travel’ə təşəkkürümüzü bildiririk.
    Nigar Aliyeva 2019-07-09 16:56:21
    Tur hədsiz maraqlı idi. Rəhbərimiz şəhərlərin tarixi haqqında çox məlumatlı idi.
    Rauf Qurbanov 2016-09-23 09:52:41
    08-15 avqust 2016 tarixlərində təşkil olunmuş Barselona Valensiya Madrid turunda 5 nəfər ailəvi olaraq iştirak etdik. Tur haqqında burada yazmağı özüm üçün borc bildim. Bu turun ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə çox təşəkkür edirəm. Xüsusiylə də rəhbərimiz Onat bəyə ayrıca təşəkkür etmək istəyirəm. Ailəm adından demək istəyirəm ki, TƏŞƏKKÜRLƏR CASABLANCA TRAVEL
    Nərmin Ismayılova 2016-01-11 15:07:27
    Qrup şəklində sayəhət etdiyimin ilk tur Barselona - Valensiya -Madrid turu oldu. Səyahətinizdən zövg almaq istəyirsinizsə bu tura qatılmagı məsləhət görürəm. Rəhbərimiz Ayhan Kalyan bəyə sonsuz təşəkkür. Uğurlar Casablanca Travel.
    Çingiz Qurbanov 2016-01-06 21:49:33
    İştirak etdiyim 30 dekabr- 4 yanvar İspaniya səyahət turu mükəmməl idi. İstər Madrid və Barcelonanın tarixi yerlərini gormək, istərsə də Murat İşçinin profesional bələdçiliyi səyahəti mənim üçün unudulmaz etdi. Səyahətimin xoşuma gəlməyən tərəfi Pegasus şirkətilə uçmağımız oldu. Təəssüf ki, bu şirkət barəsində xoş bir şey yaza bilməyəcəyəm. Buna baxmayaraq, səyahətim barəsində ümumi təssüratlarım müsbətdir.
    Zeynəb Aslanova 2015-10-14 09:39:30
    Hörmətli, Casablanca Travel. 6-13 sentyabr tarixlərində iştirak etdiyimiz Böyük İspaniya turunda bu turun silinməz xatirə olaraq yaddaşımıza həkk olunmasına səbəb olan bələdçimiz Mehmet Ali Oğuz bəyə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Peşəkarlığı, gülər üzlülüyü, işinə bu qədər ciddi yanaşması, işini bu qədər sevməsi ilə turdakı digər iştirakçıların da dediyi kimi : "yeriyən ensiklopediya" Mehmet Ali Oğuz bəyə bir daha sonsuz təşəkkürlər. və əlbətdəki bir təşəkkür də belə bir turu həyata keçirən Casablanca Travelə... Sizlərə müvəffəqiyyətlər arzu edirəm.
    Seymur Əhmədli 2015-06-22 19:33:31
    Doğrusu vəd olunduğu kimi bütün hər şeyin həyata keçəcəyini gözləmirdim. Turun başından sonuna qədər bizimlə bərabər olan, bütün bilik və təcrübəsini çox həvəsli və peşəkar şəkildə qonaqlarına çatdırmağa çalışan bələdçimiz Kadir Demirci bəyə buradan bir daha sonsuz təşəkkürlərimi çatdırıram. Sayəsində röya kimi bir tur həyata keçirdik. Casablanca Traveli belə turlar təşkil etdiyinə görə həm təbrik edirəm həm də təşəkkür edirəm.
    Cavad Əsgərli 2015-06-22 18:49:57
    16-23 may 2015 tarixlərində barselona valensiya madrid turunda iştirak etdik. Bu cür turlarda bələdçi hər şey deməkdir. Bələdçimiz Yusif Kırbaç sayəsində möhtəşəm bir gəzinti oldu. Bir tarix müəllimi kimi hər bir xırdalığı belə böyük bir həvəslə qonaqlarına çatdırmağa çalışan, asudə vaxtlarda belə qonaqlara köməkliyini əsirgəməyən Yusif Kırbaç bəyə bir daha buradan təşəkkür edirəm. Növbəti turlarda görüşmək ümüdi ilə Casablanca Travel ilə dünyanı gəzməyə davam... Təşəkkürlər.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel