CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Madrid Valensiya Barselona Türk Hava Yolları ilə 5 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 6 yer
    İspaniya Turları > Barselona Valensiya Madrid > Madrid Valensiya Barselona Türk Hava Yolları ilə 5 gecə

    Barselona Valensiya Madrid Turu 1539 € 2893 AZN 5 Gecə - 6 Gün

    27/08/2021 - 01/09/2021 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 9ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    19 Yanvar 2021

    9 Fevral 2021

    16 Mart 2021

    6 Aprel 2021

    16 İyun 2021

    20 İyul 2021

    27 Avqust 2021


    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  339   Bakı - İstanbul               02:20 - 04:35

    TK  1857 İstanbul - Madrid           08:05 - 10:45

    TK  1856 Barselona - İstanbul      18:10 - 23:50

    TK  338   İstanbul - Bakı                01:45 - 05:35 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - MADRİD

    Səhər saat 02:20- də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 339 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1857 saylı müntəzəm səfəri ilə saat 08:05-də Madrid şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:45-də Madrid şəhərinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə panoramlı Madrid şəhər turunda iştirak edirik. Şəhər turunda: Alcala Qapısı (Puerta de Alcala), Cibeles Meydanı (Plaza de Cibeles) və Cibeles Çeşməsi (Fountain of Cibeles), Paseo Del Prado və Apollo Çeşməsi (Fountain of Apollo), Retiro Parkı (Buen Retiro Park), Arena, Castellana küçəsi (Castellana Street), Neptün Çeşməsi, Bələdiyyə Binası, Botanik Bağçası və başqa əhəmiyyətli yerləri gəzəcəyik. Şəhər turundan sonra asudə vaxt.

     

    2-ci gün MADRİD

    Səhər yeməyindən sonra asudə vaxt. Alış-veriş etmək üçün fürsət. Arzu edən qonaqlarımız əlavə yarımgünlük Toledo gəzintisində iştirak edə bilərlər. İspaniyanın qədim paytaxtlarından olan Toledo sözün əsl mənasında açıq havada yerləşən muzeydir. Toledo UNESCO-nun miras siyahısındakı (UNESCO dünya irsi) ən əhəmiyyətli şəhərlərdən biridir. Burada yerləşən ölkənin ən əzəmətli Katedralı, dünyadakı məşhur rəssamlarının əsərlərinin nümayiş edildiyi  tanınmış muzeydir. El Greco-nun şəhəri kimi də tanınan Toledo XVI əsrdən indiyənə kimi dəyişmədən öz orijinallığını qoruyaraq gəlib çatmışdır. Roma, vizigot, ərəb, gotik, rönesans (intibah) arxitekturasının izlərini özündə əks etdirən Toledo dar küçələri, El Greco-nun rəsim əsərləri, tipik şirniyyat dükanları, Damascino mağazaları və katedralı ilə məşhur turistik yerdir. Gəzintidən sonta otelimizə transfer oluruq və asudə vaxt. Oteldə gecələyirik. 


    3-cü gün MADRİD - VALENSİYA

    Səhər yeməyindən sonra otel otaqlarını təhvil veririk və Valensiya şəhərinə hərəkət edirik. Valensiya şəhərinə çatdıqdan sonra panoramlı Valensiya şəhər turunda: Katedral, Arena, Bələdiyə Sarayı (City Hall), Puerto Serrano, Valensiya Hökümət Binası və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Şəhər turundan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.


    4-cü gün VALENSİYA - BARSELONA 

    Səhər yeməyindən sonra Barselona şəhərinə hərəkət edirik. Barselona şəhərinə çatdıqdan sonra təşkil olunacaq panoramlı şəhər turunda: Marina, Colombus street, məşhur Batllo Evi və Mila Evləri, Sagrada Familia, Olimpiyat Stadium, Sant Jordi Sarayı, Calatrava Tower və başqa əhəmiyyətli yerlər gəziləcəkdir. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Axşam arzu edənlər qonaqlarımız üçün ekstra Flamenco Gecəsi (içkili, musiqili, İspaniya rəqsləriylə zəngin əyləncə) təşkil olunacaqdır. Oteldə gecələyirik. 

     

    5-ci gün BARSELONA 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq “Gerona & Figueras (Dali Muzeyi)” turu həyata keçiriləcəkdir. Bu turumuzda ilk olaraq Katalan musəvi (yəhudi) camaatının 600 ildən çox yaşadığı məşhur Girona şəhərinin dolayı küçələri  bizi keçmişə, Musəvi Camaatının həyatına aparacaq. Məşhur Jewish meydanı el call və əntiq Ərəb-Osmanlı mədəniyyətindən gələn hamam görüləcək. Figueras  şəhərindəki sürrealist rəssam Dali-nin əsərlərinin nümayiş edildiyi Dali Müzeyi gəziləcək. Şimalın ən gözəl bu iki şəhəri sizi Katalan dünyasının dərinlilərinə aparacaq. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik. 


    6-cı gün BARSELONA - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra ən gec saat 10:00 otaqları boşaldıb transfer saatına qədər asudə vaxt. Bilet və gömrük proseduralarından sonra Türk Hava Yollarının TK 1856 saylı müntəzəm səfəri ilə saat 18:10-da İstanbula, oradan da Türk Hava Yollarının TK 338 saylı müntəzəm səfəri ilə saat 01:45-də Bakıya hərəkət edirik. Saat 05:35-də (+1) Bakıya çatırıq və Turumuz başa çatır. Bakıya xoş gəlmisiniz.

    Əlavə Turlar

    (əlavə turlarda iştirak etmək məcburi deyildir, yalnız arzu edən qonaqlarımız könüllü olaraq iştirak edə bilərlər)

     

    TOLEDO

    Toledo: İspaniyanın qədim paytaxtlarından. Toledo sözün əsl mənasında açıq havada yerləşən muzeydir. Toledo UNESCO-nun miras siyahısındakı (UNESCO dünya irsi) ən əhəmiyyətli şəhərlərdən biridir. Buradakı ölkənin ən əzəmətli Katedralı, dünyadakı məşhur rəssamlarının əsərlərinin nümayiş edildiyi  tanınmış muzeydir. El Greco-nun şəhəri kimi də tanınan Toledo XVI əsrdən indiyənə kimi dəyişmədən öz orijinallığını qoruyaraq gəlib çatmışdır. Roma, vizigot, ərəb, gotik, rönesans (intibah) arxitekturasının izlərini özündə əks etdirən Toledo dar küçələri, El Greco-nun rəsim əsərləri, tipik şirniyyat dükanları, Damascino mağazaları və katedralı ilə məşhur turistik yerdir.  

    Tura daxildir : Nəqliyyat xidməti  + Giriş bileti +  Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 35 EUR) 

     

    FLAMENKO ŞOU - BARSELONA

    İspaniya mədəniyyətinin dünyada tanınmasına səbəb olan iki əsas ənənə öküz güləşləri və Flamenko xalq rəqsləri ənənələridir. Bu gəzintidə bu rəqslərin nümayiş edildiyi ən gözəl səhnələrdən birində Flamenko rəqsləri seyr edəcəksiniz. Rənglərin ritmik hərəkətlərə çevrildiyi bu rəqsləri tamaşa edərkən, ənənəvi ispaniya içkisi olan Sangria şərabının dadına baxacaqsınız.  Fotoapparatınızı və kameranızı özünüzlə gətirməyi yaddan çıxarmayın. 

    Tura daxildir : Nəqliyyat xidməti + 1 ədəd içki + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 30 EUR) 

     

    GIRONA & DALI MUSEUM TURU

    Səhər yeməyindən sonra başlayacaq bu turda, əvvəl Katalan musəvi (yəhudi) camaatının 600 ildən çox yaşadığı məşhur Girona şəhərinin dolayı küçələri bizi keçmişə, Musəvi camaatının həyatına aparacaq. Məşhur Jewish meydanı el callvə əntiq Ərəb-Osmanlı mədəniyyətlərindən gələn hamam görüləcək. Figueras şəhərindəki surrealist rəssam Dalinin əsərlərinin nümayiş edildiyi Dali Muzeyi gəziləcək. Şimalın ən gözəl iki katalan şəhəri sizi Katalan dünyasının özünə məxsus aləminə aparacaq. Çox gözəl bir gəzintidən sonra otelimizə qayıdırıq. 

    Tura daxildir : Nəqliyyat xidməti  + Muzeyə giriş bileti +  Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 65 EUR (07-12 yaş üçün 35 EUR) 


    ***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.

    ***Əlavə tur paketin içindən tur azaldıla və ya ləğv edilə bilməz. Qonaqlarınmızın turda iştirak etməyəcəyi zaman heç bir ödəniş geri qaytarılmayacaq.

    ***Əlavə tur paket alındıqdan sonra dəyişdirilə bilməz. Əlavə turlara yalnız turu alan şəxs qatıla bilər.

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    CATALONIA BRISTOL HOTEL (BARSELONA)

    HOLIDAY INN EXPRESS ALCORCON HOTEL (MADRİD)

    HOLIDAY INN EXPRESS BONAIRE HOTEL
     (VALENSİYA)


    QİYMƏTƏ DAXİLDİR

    -     Türk Hava Yolları ilə  Bakı - İstanbul - Madrid / Barselona - İstanbul - Bakı ekonom sinif aviabileti

    -     Aeroport yığımları və digər vergilər

    -     Hava limanı - otel - hava limanı transferləri

    -     Xüsusi avtobus ilə  Madrid - Valensiya - Barselona  şəhərlər arası nəqliyyat xidməti

    -     Qeyd olunan kateqoriyalı otellərdə Madriddə 2 gecə, Valensiya 1 gecə və Barcelona 2 gecə olmaqla ümumi 5 gecə gecələmək

    -     Səhər yeməyi

    -     Madrid, Valensiya, Barselona panoramlı şəhər turları

    -     Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -     Məcburi səyahət sığortası

          -     Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -     Viza rüsumu - 35 EURO

    -     Viza mərkəzinin xidmət haqqı - 26 EURO  

     

    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    ***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    ***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    ***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    ***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Madrid Valensiya Barselona Türk Hava Yolları ilə 5 gecə

    Son 6 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1539.00
    Valyuta: EUR
    27/08/2021-01/09/2021
    3* OTEL
    Əlavə Yataq
    1539.00
    Bir Nəfər
    1739.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 279.00
    2 - 12 Yaş 1479.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Nigar Aliyeva 2019-07-09 16:56:21
    Tur hədsiz maraqlı idi. Rəhbərimiz şəhərlərin tarixi haqqında çox məlumatlı idi.
    Rauf Qurbanov 2016-09-23 09:52:41
    08-15 avqust 2016 tarixlərində təşkil olunmuş Barselona Valensiya Madrid turunda 5 nəfər ailəvi olaraq iştirak etdik. Tur haqqında burada yazmağı özüm üçün borc bildim. Bu turun ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə çox təşəkkür edirəm. Xüsusiylə də rəhbərimiz Onat bəyə ayrıca təşəkkür etmək istəyirəm. Ailəm adından demək istəyirəm ki, TƏŞƏKKÜRLƏR CASABLANCA TRAVEL
    Nərmin Ismayılova 2016-01-11 15:07:27
    Qrup şəklində sayəhət etdiyimin ilk tur Barselona - Valensiya -Madrid turu oldu. Səyahətinizdən zövg almaq istəyirsinizsə bu tura qatılmagı məsləhət görürəm. Rəhbərimiz Ayhan Kalyan bəyə sonsuz təşəkkür. Uğurlar Casablanca Travel.
    Çingiz Qurbanov 2016-01-06 21:49:33
    İştirak etdiyim 30 dekabr- 4 yanvar İspaniya səyahət turu mükəmməl idi. İstər Madrid və Barcelonanın tarixi yerlərini gormək, istərsə də Murat İşçinin profesional bələdçiliyi səyahəti mənim üçün unudulmaz etdi. Səyahətimin xoşuma gəlməyən tərəfi Pegasus şirkətilə uçmağımız oldu. Təəssüf ki, bu şirkət barəsində xoş bir şey yaza bilməyəcəyəm. Buna baxmayaraq, səyahətim barəsində ümumi təssüratlarım müsbətdir.
    Zeynəb Aslanova 2015-10-14 09:39:30
    Hörmətli, Casablanca Travel. 6-13 sentyabr tarixlərində iştirak etdiyimiz Böyük İspaniya turunda bu turun silinməz xatirə olaraq yaddaşımıza həkk olunmasına səbəb olan bələdçimiz Mehmet Ali Oğuz bəyə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Peşəkarlığı, gülər üzlülüyü, işinə bu qədər ciddi yanaşması, işini bu qədər sevməsi ilə turdakı digər iştirakçıların da dediyi kimi : "yeriyən ensiklopediya" Mehmet Ali Oğuz bəyə bir daha sonsuz təşəkkürlər. və əlbətdəki bir təşəkkür də belə bir turu həyata keçirən Casablanca Travelə... Sizlərə müvəffəqiyyətlər arzu edirəm.
    Seymur Əhmədli 2015-06-22 19:33:31
    Doğrusu vəd olunduğu kimi bütün hər şeyin həyata keçəcəyini gözləmirdim. Turun başından sonuna qədər bizimlə bərabər olan, bütün bilik və təcrübəsini çox həvəsli və peşəkar şəkildə qonaqlarına çatdırmağa çalışan bələdçimiz Kadir Demirci bəyə buradan bir daha sonsuz təşəkkürlərimi çatdırıram. Sayəsində röya kimi bir tur həyata keçirdik. Casablanca Traveli belə turlar təşkil etdiyinə görə həm təbrik edirəm həm də təşəkkür edirəm.
    Cavad Əsgərli 2015-06-22 18:49:57
    16-23 may 2015 tarixlərində barselona valensiya madrid turunda iştirak etdik. Bu cür turlarda bələdçi hər şey deməkdir. Bələdçimiz Yusif Kırbaç sayəsində möhtəşəm bir gəzinti oldu. Bir tarix müəllimi kimi hər bir xırdalığı belə böyük bir həvəslə qonaqlarına çatdırmağa çalışan, asudə vaxtlarda belə qonaqlara köməkliyini əsirgəməyən Yusif Kırbaç bəyə bir daha buradan təşəkkür edirəm. Növbəti turlarda görüşmək ümüdi ilə Casablanca Travel ilə dünyanı gəzməyə davam... Təşəkkürlər.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Mərkəzi Avropa Turları
    • Benilüks Turları
    • İtaliya Turları
    • İspaniya Turları
    • Skandinaviya Turları
    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel