TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
11 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 333 Bakı - İstanbul 13:45 - 16:00
TK 716 İstanbul - Delhi 20:50 - 05:15
TK 717 Delhi - İstanbul 06:55 - 11:30
TK 334 İstanbul - Bakı 17:15 - 21:00 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - DELHI
Saat 13:45-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 333 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Türk Hava Yollarının TK 716 saylı müntəzəm səfəri ilə saat 20:50-də Dehli şəhərinə hərəkət edirik. Təyyarədə gecələyirik.
2-ci GÜN DELHI - AGRA
Səhər saat 05:15-də Delhi şəhərinə çatırıq. Hava limanından çıxıb, səhər yeməyindən sonra Aqraya hərəkət edirik. Təxminən 4 saatlıq səfərdən sonra Aqraya çatırıq və otelə transfer olunuruq. Otaqlarımıza yerləşdikdən sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan Dünyanın Yeddi Möcüzəsindən biri olan Tac Mahalı kəşf edəcəyik. Gəzintidən sonra “Qırmızı qala” kimi tanınan Aqra qalasını ziyarət edəcəyik. Turudan sonra şam yeməyi və gecələmə oteldə olacaq. Şam yeməyindən sonra arzu edən qonaqlarımız Mohabbat Taj Show -sunda (1 nəfər üçün 70 USD) iştirak edə bilərlər. Bu turda Şah Cihanın həyat yoldaşı Kraliça Mümtaz Mahala olan əfsanəvi məhəbbətindən və onun həyat yoldaşı üçün inşa etdiyi memarlıq möcüzəsi Tac Mahaldan bəhs edən musiqili teatr tamaşası ilə unikal anlar yaşaya bilərsiniz. Gecələmə oteldə.
3-cü GÜN AGRA - CAYPUR
Səhər yeməyindən və 5-6 saatlıq yoldan sonra Caypura hərəkət edirik. Yolüstü İmperator Əkbərin oğlunun 1569-cu ildə anadan olması şərəfinə tikdirdiyi sarayları, məscidləri və qəsrləri ziayrət edib, siyasi səbəblər üzündən tikintisindən 14 il sonra tərk edilmiş səhra şəhəri Fatehpur Sirki memarlıq tikintisini görəcəyik. Burada böyük həyət (Divan-i am), böyük düzbucaqlı həyət (Divan-ı Xas) və Pachisi ilə yanaşı, Jodha Bai Sarayı, Mariam Sarayı və ya Qızıl Palata (Sunehra Makan), Birbal Sarayı, Külək Sarayı (Hawa Mahal), Panch Mahal və Fatehpur Sikri -nin simvollarını, Şah Səlim Chistinin şərəfinə tikilmiş Cümə məscidini və Səlim Chistinin məqbərəsini görəcəyik. Daha sonra Caypura hərəkət edəcəyik. Çatdıqdan sonra otelimizə gedirik və otaqlarımıza yerləşirik. Şam yeməyi və gecələmə oteldə.
4-cü GÜN CAYPUR
Səhər yeməyindən sonra Amber Fort (Amber Qalası) turunu həyata keçirmək üçün hərəkət edirik. Caypurdan 11 kilometr kənarda yerləşən və 1728-ci ilə qədər həmin bölgənin paytaxtı olan Amber Qalasını ziyarət edəcəyik. Bu məşhur qalanın yerləşdiyi təpəyə cip avtomobillərlə hərəkət edərkən, möhtəşəm parıltıya sahib olan Sheesh Mahal, digər adı ilə Qələbə Zalı, Jai Mahal və Kali məbədini görmək fürsətimiz olacaq. Daha sonra Caypurun mərkəzində yerləşən Şəhər Sarayı, astroloji rəsədxana olan Jantar Mantarı ziyarət edəcək və Küləklər Sarayının qarşısında şəkil çəkdirmək üçün fasiləmiz olacaqdır. Turdan sonra otelimizə qayıdırıq. Şam yeməyi və gecələmə oteldə.
5-ci gün CAYPUR - DELHI
Səhər yeməyindən sonra Dehli şəhərinə hərəkət edirik və 6 saatlıq yoldan sonra turumuza başlayırıq. Yeni Delhinin daha müasir hissəsində Hindistanın ən hündür daş qülləsi olan Qələbə Qülləsini (Qutub Minar) görəcək və otelimizə hərəkət edəcəyik. Turdan sonra asudə vaxt. Şam yeməyi və gecələmə oteldə.
6-cı gün DELHI
Səhər yeməyindən sonra otaqları təhvil verib, Delhi şəhərinə hərəkət edirik. Tarix boyu bir çox sülalələr tərəfindən idarə olunan abidələri və memarlığı ilə zəngin bir şəhər Dehlinin köhnə şəhər mərkəzini, eləcə də beş yüz ildir Yamuna çayının sahilində yerləşən saysız-hesabsız şəhərlərin doğulduğu və məhv edildiyi böyük bir metropol və qəbiristanlıq şəhərini kəşf edəcəyik. Şah Cahanın qırmızı qum daşından səkkizbucaqlı şəklində tikdirdiyi Qırmızı Qala və Hindistanın ən böyük məscidi olan Cümə Məscidini görmə füsəti əldə edəcəyik. Daha sonra Yeni Dehlidə Birinci Dünya Müharibəsi Abidəsi India Gate, Prezident Sarayı, Narayan Məbədi Parlamenti və Hökumət binalarını görüb otelimizə hərəkət edirik. Gəzintidən sonra otelə qayıdıb şam yeməyi oteldə olacaq. Gecələmə oteldə. Axşam arzu edən qonaqlarımız Bollivud Şousunda (1 nəfər üçün 65 USD) iştirak edə bilərlər.
7-ci gün DELHI - İSTANBUL - BAKI
Gecə yarısı, 30 dəqiqəlik məsafədə yerləşən hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 717 / TK 334 saylı müntəzəm səfəri ilə saat 06:55-də İstanbul şəhərinə ordan da Bakıya hərəkət edirik. Saat 21:00 -da (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Delhi - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı oteldə Delhidə 2 gecə, Caypurda 2 gecə, Agrada 1 gecə olmaqla ümumi 5 gecə gecələmək
- Səhər və şam yeməyi (Half board)
- Dehli, Caypur, Agra şəhərlərində panoramlı şəhər turları və proqramda göstərilən bütün turlar
- Tac Mahal Turu (cümə günləri bağlıdır)
- Amber qalasına giriş
- Agra qalasına giriş
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 186 AZN
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
Delhi Caypur Agra Türk Hava Yolları ilə 5 gecə
Yerlər doludur5* OTEL
- Əlavə Yataq
- 2009.00
- Bir Nəfər
- 2499.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1939.00