CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Paris Disneyland THY Hava Yolları ilə 4 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 2 yer
    Fransa Turları > Paris Disneyland > Paris Disneyland THY Hava Yolları ilə 4 gecə

    Paris Disneyland Turu 1239 € 2306 AZN 4 Gecə - 5 Gün

    14/11/2023 - 18/11/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 6ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    14 Noyabr 2023



     

    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  337   Bakı - İstanbul                    04:10 - 06:25

    TK 1823   İstanbul - Paris                  10:40 - 12:25

    TK 1828   Paris - İstanbul                  18:55 - 00:20 (+1) 

    TK  332   İstanbul - Bakı                     09:05 -12:55

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - PARİS

    Səhər saat 04:10-da Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Türk Hava Yollarının TK 1823 saylı müntəzəm səfəri ilə saat 10:40-da Paris şəhərinə hərəkət edirik. Yerli vaxtla saat 12:25-də Paris şəhərinə çatdıqdan sonra panoramik şəhər turumuzda; Louvre Notre Dame Kilsəsi, Opera Binası, Concorde, Vendome ve Trocadero Meydanları, Madeleine Kilsəsi, Chams Elysees, Chaillot Sarayı, Eyfel Qülləsi, Hərbi Akademiya, Napoleon Mavzoleyi ve Fransa Milli Məclisi- ni görəcəyik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və oteldə gecələyirik.

     

    2-ci gün PARİS 

    Səhər yeməyindən sonra alış-veriş və ətrafı gəzmək üçün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Eyfel Qülləsi, Siena Çayı və Rəssamlar Təpəsi turunda iştirak edə bilərlər. Yenə arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Paris By Night & Lido Show Turunda iştirak edə bilərlər. Oteldə gecələyirik.


    3-cü gün PARİS 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Notre Dame Katedrali və Louvre Muzeyi turunda iştirak edə bilərlər. Oteldə gecələyirik.


    4-cü gün PARİS - DİSYENLAND

    Səhər yeməyindən sonra ən gec 10:00 otaqların təhvil verilməsi. Bələdçimizin təyin edəcəyi saatda Disneyland -ə hərəkət edirik. Disneyland -ə çatdıqdan sonra otaqlara yerləşmə və daha sonra parkda gəzmək üçün asudə vaxt. Oteldə gecələyirik.

     

    5-ci gün DİSYENLAND - PARİS - İSTANBUL - BAKI   

    Səhər yeməyindən sonra ən gec 10:00 otaqların təhvil verilməsi. Bələdçimizin təyin edəcəyi saatda Paris Hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport prosedurlarından sonra Türk Hava Yollarının TK 1828 saylı müntəzəm səfəri ilə saat 18:55-da İstanbul şəhərinə hərəkət edirik, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 09:05-də Bakıya hərəkət edirik. Saat 12:55-də (+1) Bakıya çatırıq və Turumuz başa çatır. 

    Əlavə Turlar

    (əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.) 

     

    EYFEL QÜLLƏSİ & SİENA ÇAYI & RƏSSAMLAR TƏPƏSİ TURU

    Paris şəhərinin möhtəşəm mənzərəsini seyr etmək fürsətini əldə edəcəyiniz, Paris olduğu qədər Fransanın da nişnəsi olan Eyfel Qülləsinə çıxacağıq. Burada asudə vaxtınızı qəhvənizi içərək və ya teleskop ilə Parisi seyr edərək dəyərləndirə bilərsiniz. Daha sonra gəmi ilə Siena çayında 1 saat 15 dəqiqəlik gəmi turunda iştirak edirik. Parisin ən möhtəşəm binalarını yaxından görərək foto aparatınız ilə onların şəkillərini çəkə biləcək, Siena çayının ən gözəl körpülərinin altından keçərək unudulmaz vaxt keçirəcəksiniz. Gəmi turunda; Amerikan Kilsəsi, Milli Məclis, Xarici İşlərNazirliyi, Orsay Muzeyi, Cite adası, Notre Dame Katedralı, Ali Məhkəmə Binası, Conciergerie Həpisxanası,  Bələdiyə Binası, Nyu Yorkdakı Azadlıq Heykəlinin simvolik heykəlini görəcəyik. Daha sonra şəhərin şimalında yerləşən, Moulin Rouge-un da yerləşdiyi Pigalle məhəlləsindən keçib günümüzə qədər “Bohemian” tipli həyat tərzinin yaşanıldığı “Rəssamlar Təpəsi” adı ilə tanınan Montmartre Təpəsinə gedirik. Burada Sacre-Coeur Kilsəsini gəzdikdən sonra Rəssamlar Təpəsini gəzməyə başlayırıq. Məşhur müğənni Dalidanın evini, Montmarte üzüm bağlarını, St. Denis heykəlini və  parkını gəzdikdən sonra meydanda alış-veriş və yemək üçün fasilə veririk. Fasilə vaxtı rəssamlarla danışaraq portretinizi çəkdirərək evinizə özünüzlə unudulmaz xatirə apara bilərsiniz.

    **Eyfel Qülləsi təmir və ya bərpa işlərindən ötrü və ya hava şəraiti əlverişli olmamasına görə bağlı olarsa zirvə yerinə 2-ci mərtəbəyə çıxılacaq.

     Tura daxildir : Nəqliyyat  xidməti  + Eyfel Qülləsinə giriş bileti + Gəmi üçün bilet + Bələdçilik  xidməti     

    Turun qiyməti : 1 nəfər üçün 130 EUR (02-12 yaş üçün 75 EUR)


    DİSNEYLAND PARK 

    Otelimizdən çıxaraq dünyanın ən gözəl xəyallar şəhəri istiqamətində hərəkət edirik. Main Street və 19-cu əsrin Amerika Qəsəbələri, serenad edən bərbərlər, Disney qəhrəmanlarının keçid mərasimi…Frontierland-da qatara minərək mədən quyuları və artıq dağılmaq üzrə olan körpülərdən keçərək əyləncənin son həddinə çatacağıq... Sonra gəmilərimizə minərək əzəmətli qalanı əhatə edən Karib piratlarını izləyəcəyik. Arzu edən qonaqlarımız zaman maşını ilə səyahət edə bilər  və ya ulduz müharibələrində şəxsən iştirak edərək  kosmos gəmisinə minib aya qədər çata bilərlər… və daha bir çox əyləncə…Təbii ki yuxarıda sadalananlarla yanaşı mükəmməl dizayn, unudulmaz şəkillər çəkə biləcəyiniz mənzərələr və onlarla alış-veriş butikləri… 

    Tura daxildir : Nəqliyyat xidməti + Giriş bileti + Bələdçi xidməti (gediş-dönüş transfer əsnasında, parkın daxilində deyil)

    Turun qiyməti : 1 nəfər üçün 130 EUR (02-12 yaş üçün 100 EUR) 


    PARİS BY NIGHT TURU & LİDO ŞOU

    Axşam otelimizdən çıxaraq, həyata keçiriləcək bu turda Parisin şeir və musiqilərə mövzu olmuş əhəmiyyətli küçə və meydanlarını işıqlar altında görəcəyiniz: Opera Binası, Concorde Meydanı, Eyfel mənzərəli Trocedaro meydanını və son olaraq dünyanın ən gözəl meydanı olan Champs Elysees görüləcək. Gecəmiz ən məşhur qəbilələrindən biri olan Lido-nun möhtəşəm şousunu izləyərək sampan dada bilərsiniz.

    **ŞOU saat 23:30-da başlayır.

    Tura daxildir : Nəqliyyat  xidməti + Giriş Biletləri + Bələdçi xidməti (gediş-dönüş transfer zamanı)

    Turun qiyməti : 1 nəfər üçün 145 EUR (02-12 yaş üçün 65 EUR)


    LUVR MUZEYİ 

    Dünyanın ən önəmli incəsənət kolleksiyalarının toplandığı və orta əsrlərə qədər uzanan Luvr Muzeyini ziyarət edirik. Helenistik dövrdən “Milo Venus”, Michel Angela-dan “Ölən Qul” və təbii ki Leonardo Da Vinci-dən “Mona Liza” kimi məşhur incəsənət  əsərlərini görmək imkanı qazanırıq. Carrousel du Louvre-də yemək fasiləsindən sonra turumuz başa çatır.

    Tura daxildir : Nəqliyyat xidməti + Muzeyə giriş bileti + Bələdçi xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 115 EUR (02-12 yaş üçün 75 EUR)

    *Qeyd: Rəhbərlik minimum 4 nəfər ilə həyata keçirilir.


    ***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    CORONA RODIER HOTEL (PARIS)

    MAGIC CIRCUS HOTEL (DISNEYLAND)

    QİYMƏTƏ DAXİLDİR

    -   Türk Hava Yolları ilə Bakı - İstanbul - Paris - İstanbul - Bakı ekonom sinif aviabileti

    -   Aeroport yığımları və digər vergilər

    -   Hava limanı - otel - hava limanı transferləri

    -   Paris - Disneyland transferi

    -   Qeyd olunan kateqoriyalı otellərdə Parisdə 3 gecə, Disneylandə 1 gecə gecələmək

    -   Kontinenal səhər yeməyi

    -   Panoramik Paris şəhər turu

    -   Türkdilli bələdçi xidməti

          -   Viza dəstəyi 


    QİYMƏTƏ DAXİL DEYİL

    -   Viza rüsumu - 35 EURO 

    -   Viza mərkəzinin xidmət haqqı - 30 EURO 

    -   Səyahət sığortası 


    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Fransa Turizm Nazirliyinin təlimatlarına görə Fransadakı 2* və 3* otellərdə kondisioner olma məcburiyyəti yoxdur. Buna görə çox az ehtimal da olsa otellərdə kondisioner olmama ehtimalı var. 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün”turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD :
    Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Paris Disneyland THY Hava Yolları ilə 4 gecə

    Son 2 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1239.00
    Valyuta: EUR
    14/11/2023-18/11/2023
    3*-4* OTEL
    Əlavə Yataq
    1239.00
    Bir Nəfər
    1529.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1189.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Paris Disneyland THY Hava Yolları ilə 4 gecə

    Son 2 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1489.00
    Valyuta: EUR
    14/11/2023-18/11/2023
    4* OTEL
    Əlavə Yataq
    1489.00
    Bir Nəfər
    1889.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1439.00
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Tamerlan Məmmədov 2016-09-23 11:52:14
    Paris turumuz çox gözəl və maraqlı keçdi. Təşkilatçı Casablanca Travel-ə və rəhbərimizə sonsuz təşəkkürlər. Travel Anytime
    Aqşin Süleymanov 2016-09-23 09:22:32
    Paris şəhəri möhtəşəmdir. Bu möhtəşəmliyi daha da möhtəşəm edən Casablanca Travel və onun sözün həqiqi mənasında peşəkar bələdçisi Hakan bəydir. Təşəkkürlər.
    İlqar Nəbiyev 2016-01-12 17:49:34
    Paris turumuz başdan sona qədər çox gözəl və planlı şəkildə həyata keçdi.Rəhbərimiz Turqay bəy sayəsində Paris haqqında zəngiz məlumata malik olduq. Bu xoş və unudulmaz səyahəti bizə yaşatdığınız üçün Casabalanca Travelə və rəhbərimizə sonsuz təşəkkürlər.
    Natiq Salmanov 2016-01-12 17:20:22
    Həyat yoldaşımla 4 günlük Paris turunda iştirak etdik. Rəhbərimiz Zafər bəyin gülərüzlüyünə, səmimiyyətinə və bilgisinə görə bir daha təşəkkür və Casablanca ilə səyahət etməyə davam.
    Faiq Əsədov 2015-10-14 10:20:14
    17-20 iyul tarixlərində Paris turunda iştirak etdik. Tək bir kəlimə ilə ifadə etmək olarsa: möhtəşəm idi. Paris başdan sona qədər bir tarixdir. Küçələrində piyada gəzmək insana xüsusi zövq verir. Tarixi, mədədniyyəti və müasirliyi bir arada yaşamaq insanda dərin təəssüratlar meydana gətirir. Düşünürəm ki, Paris turu ancaq bu qədər gözəl ola bilərdi. Zəhmət çəkən hər kəsə, xüsusilə də rəhbərimiz Mehmet Cavalar bəyə sonsuz təşəkkürlər.
    Samirə Nəsrullayeva 2015-10-14 10:13:36
    Casablanca Travel sayəsində başa düşdüm ki, 2 uşaqla bərabər də turda iştirak etmək olar. Parisə endiyimiz andan etibarən geri dönənə qədər hər şey çox gözəl idi. Xüsusilə bələdçimiz Turgay bəyə buradan bir daha təşəkkür etmək istəyirəm. 5 və 9 yaşlarındakı uşaqlarım Turgay bəy sayəsində Louvre Muzeyinə heyran oldular. Evə qayıtdıqdan sonra Disneyland-dan daha çox Louvre muzeyi haqında danışırdılar. Bir valideyn kimi bu məni çox sevindirdi. Təşəkkürlər Casablanca Travel!

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel